реклама
Бургер менюБургер меню

Mikayıl Müşfiq – Mən şirin ləhcəli bir bülbüləm / Seçilmiş əsərləri (страница 11)

18
Nəşələnir, hallanır Allo, allo səsləri. Nə yellər uğultusu, nə vulkanlar nərəsi, Nə xəyalı divlərin köpüklü yayqarası, Qışqırıb bağırsanız kəsilmədən arası Qiyamət eylərsiniz Allo, allo səsləri. Siz başqa bir nərsiniz Allo, allo səsləri. Səsinizə tay olmaz sizin keçdi-keçdidə, Hər yerdə aş orda baş, olmuşsunuz get-gedə, Bir torpağın, bir evin bütün sərgüzəşti də İçinizdə saqlıdır Allo, allo səsləri. Doğrudan maraqlıdır Allo, allo səsləri.

PEDTEXNİKUM

Ömrüm səfalətlərin dərin çuxurlarında Ölgün vərəqlər kimi sürünən bir zamanda, Dərs alıb bir çırpınan qartal qanadlı quşdan, Çəkdin, çıxartdın məni yıxıldığım yoxuşdan. O vaqıt bir çocuqdum, soqaqlardı məskənim, Başdan-başa həyatım bir silinməz ləkəydi. Kimsə bilməzdi sonum nə olacaqdır mənim, Keçdiyim yollar bütün qazıqdı, təhlükəydi. Toz-torpağın altımda buraxdığı izləri Görənlər, sağalmayan bir yaradır, sanırdı. Quruyordu get-gedə ömrümün dənizləri, Bir qaynaq həsrətilə gözlərim bulanırdı. Nazi-nemət içində bəslənən bəxtiyarlar Sanki diyorlardı ki, yazıq, nəhayətin nə? Qart daşları güldürən bu köhnə zəngin diyar Hər baxışda ruhuma saplıyordı bir iynə. Fəqət böylə qalmadı, bir ana şəfqətilə Sən bu yetim varlığı qucaqladın, bəslədin. Yeri-göyü titrədən bir şimşək qüvvətilə Məni bir dağ başından harayladın, səslədin. Kim bilir ki, sayəndə qaç zavallı dərbədər Xilas olmuş saydığım bu məchul acılardan, Sən, ey ürfan ocağı, sən olmasaydın əgər, İnsan olurdumu bu gördüyün bəxtiyardan? Söyləyiniz, kimdir o, bir sıra arxasında, Qarşısında bir kağız, sağ əlində bir qələm, Xəyal dənizlərinin köpüklü dalğasında Açan bəyaz gülləri dərmək istəyən adam? Kimdir o dalğın çocuq, saçları pəncəsində, Bir saat ayrılmıyor can sıxan düşüncədən? Neçin nitqi kəsilmiş, qüvvət yoxdur səsində: Bir böhran içində o, qıvrılıyor ya nədən? O mənim, əvət mənim, əvət, ilk xəyallarım, Çılpaq təsəvvürlərim bu bağçada göyərdi, Bu bağçada çiçəklər açdı o dörd baharım, Bu şənlik mənə yüksək insan namini verdi. Ömrüm səfalətlərin dərin çuxurlarında Solğun vərəqlər kimi sürünən bir zamanda, Dərs alıb bir çırpınan qartal qanadlı quşdan, Çəkdin, çıxartdın məni yıxıldığım yoxuşdan!..

DAĞLAR

Siz ki bir-birinizdən ayrılmayan əşdiniz, Sinənizə ayrılıq dağı çəkildi, dağlar! Aya, hankı cəlladın pəncəsinə keçdiniz, Niçin böylə qəddiniz sındı, büküldü, dağlar? Sizin ki, üzünüzdən qaralırdı çox işıq, Üstünüzdən ötməyə yol bulmazdı bir aşıq. Qaynaqlara edərkən gədikləri çarpaşıq