Məlahət Həsənova – Leykoz (страница 7)
Suallar, istəklər yoldaşımın üzərinə yağdıqca yoldaşım hamısına cavab verir, baş üstə deyirdi.
Mən onun getmək istəmədiyini bilirdim. Ancaq neynəmək olardı, getmək lazım idi. Qarşıda bizi nələr gözləyir bilmirdik. Bizə müalicə üçün nə qədər maddiyat lazım olacaq onu da bilmirdik. Ancaq onu bilirdik ki çox lazım olacaq. Bunun üçün də yoldaşım getməli idi. Oğlumla bərabər öhdəsindən gəlməli idilər. O mənə arxayın idi. Bilirdi ki, mən burda balama baxa biləcəm, onun qayğısına qala biləcəm. O barədə arxayın olsa da yenə yarıcanı qalacaqdı. Biz burda ikimiz olduğumuz ərəfədə mənə bankdan pul almağı, xəstəxanaya ödəniş etməyi hamısını yoldaşım mənə başa salmışdı.
Mənim sinif yoldaşım xarici ölkədə yaşayır. O bu gün qızıma hədiyyə olaraq pul yollamışdı. Mən düzü almaq istəmirdim, heç kimdən yardım almayacağımızı demişdim. Ancaq o bunu yardım məqsədi ilə deyil, sadəcə qızıma qarşıdan yeni il gəldiyindən, hədiyyə kimi qəbul etməyimi deyirdi. Biz yoldaşımla banka gedib, onun göndərdiyi pulu almışdıq. Əvvəllər bu cür bankdan pul almaq, hansısa ödəmələr etməyi etmədiyindən bütün bunlardan xəbərsiz idim. Sadəcə marağında olmamışam. Çünki bunları edəcək yoldaşım, oğlum var idi. İndi bütün bunları da mən özüm etməli idim. Yoldaşım mənə hər işdə ehtiyatlı olmağımı dedi.
Çünki yad ölkə, tanımadığım şəhər.
Hərdən öz-özümə burda necə baş çıxaracağımı fikirləşirdim. İnsan çətin günə düşəndə hər şeyin öhdəsindən gələ bilər ancaq.
– Sən narahat olma get salamat, bütün dediklərin yadımdadır. Hər şeyi vaxtlı-vaxtında edəcəm.
– Mən məcbur olmasam getmərəm bilirsən, balamın yanında qalmaq istərəm.
– Bilirəm.
– Gedim işlərimi sahmana salım, gələcəm. Bizə balamızı müalicə etmək üçün böyük pullar lazım olacaq. Lazım gəlsə hər şeyi satarıq, balamıza hər şey qurban olsun.
– Hə, doğru, heç nə gözümdə deyil, təki balam sağalsın. Sən mənə söz vermisən, nə olur olsun balamız sağalacaq, əlindən gələni edəcəksən.
– Hə edəcəm lazım gəlsə, böyrəyimi də sataram. Sən ancaq balamdan muğayat ol. Özündən də muğayat ol. Buranın qışı çox sərt olur, qalın geyinmək lazımdı.
– Heç narahat olma.
Həmişə bizim qayğımıza qalardı. Nəyəsə ehtiyacımız olanda ilk imkan daxilində alardı. Özündən çox bizi düşünürdü.
Fəsillər başlayan müddətlərdə həmişə bizə pul ayırırdı. Qışa nəsə alarsınız və ya yaza nəsə alarsız. Qızım deyirdi ata özünə də bir şey al da. Hərdən özünə nəsə alanda mənə baxırdı və qızına deyirdi:
– Deyəsən, bir nəfərin ürəyi partlayır e…
– Yox ata, ananın elə deməyinə baxma, niyə, o da istəyir sən özünə nəsə alasan.
Bir dəfə işi ilə əlaqədar yoldaşım Türkiyəyə getmişdi. Ordan qızıma, oğluma, mənə hədiyyələr almışdı. Özünə isə çox az bir şey almışdı.
Qızım soruşanda ki:
– Ata özunə niyə belə az almısan?
– Ay qızım bilmirsən ki, özümə nəsə alsam bir nəfərin ürəyi partlayar?
Belə zarafatlaşardı. Təbii ki, bu belə deyildi. Sadəcə zarafat edərdi. Bu da qızımın çox xoşuna gələrdi. Həmişə zarafat etdikdə qızım atasının tərəfini saxlayardı.. Mən də deyirdim qızlar anasının tərəfini saxlamaqdan, sən atayla bir olmusan.
Deyirdi : Axi ay ana, ata düz deyirdəəə
Mən həyatımda bu qədər atasına bağlı, atasını çox istəyən bir qıza rast gəlməmişdim.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.