Коллектив авторов - Ədəbiyyat dərsliyi. 7-ci sinif

Əziz şagirdlər !Siz artıq xeyli bədii əsərlə – əfsanə, nağıl, dastan, hekayə və s. ilə tanışsınız. Bu əsərlər insanın həyatı, onun arzu və düşüncələri, hisləri, eləcə də, təbiət, heyvanlar, quşlar aləmi barədə təsəvvürlərinizi daha da zənginləşdirib. Həmin əsərləri oxuduqca doğma vətənimiz haqqında, xalqımızın taleyi və mənəvi dəyərləri barədə məlumatınız genişlənib.Aşağı siniflərdə, həmçinin bədii əsərlərin oxusu, təhlili, qiymətləndirilməsi ilə bağlı bacarıqlara yiyələnmişsiniz. Siz bədii əsərləri müxtəlif formalarda oxumağı öyrənmişsiniz. Onların məzmununu yığcam, geniş və yaradıcı nağıl etməkdə çətinlik çəkmirsiniz. Bu və ya digər əsərin janrını, mövzusunu, ondakı başlıca fikri – ideyanı, qəhrəmanların xarakterində ki mühüm cəhətləri, epitet, bənzətmə, mübaliğə, bədii sual kimi təsvir və ifadə vasitələrini müstəqil müəyyənləşdirmək bacarığına da yiyələnmişsiniz. Müxtəlif mövzularda yığcam inşa, esse yazmaq da artıq sizin üçün çətin deyildir. Bu bacarıqlarınızı VII sinifdə daha da dərinləşdirəcək, bədii əsərin təhlili, ondakı mühüm problemin aydınlaşdırılması və s. bağlı yeni bacarıqlara yiyələnəcəksiniz. Eləcə də yeni janrlar, bədii təsvir və ifadə vasitələri il tanış olacaq, onların dəyərləndirilməsi üzrə zəruri bacarıqlar qazanacaqsınız.Bunun üçün əvvəlki siniflərdə olduğu kimi, bədii ədəbiyyatın mühüm mövzuları üzrə yazılmış əsərləri oxuyacaq, araşdıracaq, onlara münasibət bildirəcəksiniz. Vətən, təbiət, xalqımıza xas olan mənəvi dəyərlər, yaşıdlarınızın həyatı, taleyi və s. mövzularda olan bu əsərlər əvvəl öyrəndiklərinizdən məzmunca fərqlənir. İndi digər sənətkarların həmin mövzulara necə münasibət bəslədiklərini aydınlaşdıracaq, öyrəndikləriniz barədə öz fikir və mülahizələrinizi bildirəcəksiniz. Səməd Vurğun, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev və digər qüdrətli sənətkarların bədii fikir və düşüncələri ilə tanış olacaq, onların həmsöhbətinə çevriləcəksiniz.
реклама
реклама
Аудиокниги Коллектив авторов
Космос. От Солнца до границ неизвестного
Музыкальные сказки. Выпуск 2
Музыкальные сказки. Выпуск 4
Classical Mosaic. English Stories. Part 2.
25 знаменитых сказок
Великие бизнесмены или как делались деньги в ХХ веке
В такой же озвучке
Emil Zolya – Jerminal
Adamlar və talelər
Cüzamlı əllər və donuz sümüyü
Bu gün səbr elə
37 güllə
Cəsur Joananın qəribə macəraları
Похожие книги
Как Зайка и Мишка ловили счастье в банку
Хайди
Федорино горе
Торты
Приключения Незнайки в ЛЕГО-парке и динозавры
Красная Шапочка








