18+
реклама
18+
Бургер менюБургер меню

Исмаил – Seçilmiş əsərləri (страница 8)

18
Abi-həyat içindəki can bəxş edən şərab. Qül-qül deyər mütariyə, yəni di gəl, di gəl, Baş endirir piyaləyə kim, qılma ictinab. Məşuqi-sərvqamətü məhbubi-simtən, Tavusi-rövzə cilvə qılır, çıxmış əz hicab. İçmiş şərabi-ləl çü sərxoş öpər əyağ, Nəql eyləməkdə canü cigərdən dilər kəbab. Ayineyi-İskəndərü həm cami-Cəm budur, İzhar edər cəhanı, qılur şeyxi çün şəbab. Hər yerdə kim, otura, Xətayi, o xurvəş, Gögdə məlayik oxur: “Ya leytəni turab”.

«Bu aləm hüsninə heyrandır, ey dust…»

Bu aləm hüsninə heyrandır, ey dust, Sana bu qönçə ləb xəndandır, ey dust. Mən ol Yəqub nisbət zar boldum, Cəmalın Yusifi-Kənandır, ey dust. Hilali qaşını ta gördü çeşmim, Bu canım eydinə qurbandır, ey dust. Sana bu künfəkan valeh bolubdur, Ki, hüsnin surəti-rəhmandır, ey dust. Cəmalın səfhəsində xəttü xalın, Yüzündə ayəti-Qurandır, ey dust. Sənin eşqin vücudim şəhdi içrə Bu könlüm təxtinə sultandır, ey dust. Xətayiyə, demişsən, cövr edim çox, Yenə lütfü yenə ehsandır, ey dust.

«Əhli-həyatə söylərəm, ey həyyi-laməmat…»

Əhli-həyatə söylərəm, ey həyyi-laməmat, Fani cəhanda kimsəyə munis degil həyat. Baqidir ol ki, derlər ani vacibəl-vücud, Fərmandır anə mümtənəat ilə mümkinat. Can bəxş edər məmatə ləbin, ey Məsih dəm, İsalərin əcəbmi dəmindən bu möcüzat? Məhdi-zəmin içində ki, tifli-nəbat edər, Ana həmişə dayeyi-lütf əmirdir nəbat. Şətrənci-dəhr içindəki at oynadan xani? Təqdir beydəqi ani bir dəmdə qıldı mat. Çün qul olan qapında görər qədri-səltənət, Bir qulunam ki, vermişəm ol qədr içün bərat. Yetməz, Xətayi, zikr ilahın nüfusinə, Bir zat imiş ki, irməz anə zat ilən sifat.

«Sərxoşi-cami-ələstəm ta əbəd hüşyar məst…»

Sərxoşi-cami-ələstəm ta əbəd hüşyar məst. Məsti-layəqəl gəzərmən şəhr içində ar məst. Sordular məndən ki, neyçün bidil oldun, mən dedim: – Ol səbəbdən bidil oldum, dilbərü dildar məst. Həqqinə aşiq olanlar şirin cana qalmasın, Didara müştaq olanlar qibləsi didar məst. Hər qəmişdən şəkkər olmaz, hər tikəndən tazə gül, Hər keyikin göbəyindən nafeyi-tatar məst. Adəmi oldur ki, anda hüsnü xülqü lütf ola, Adəmi demə anı kim, cübbəvü dəstar məst. Daima istər Xətayi şah cəmalın görməgə, Şol gədayi-alihümmət talibi-didar məst.

«Bu, qəmzə degil, bəladır, ey dust…»

Bu, qəmzə degil, bəladır, ey dust, Bu, xəndə degil, cəfadır, ey dust. Şəkkər ləbin ağzuma söyərsə, Sögmək degil ol, duadır, ey dust. Yer yüzi həvayi-qəddün ilə Cənnət kimi xoş həvadır, ey dust. Dil mürşidinə xəyali-zülfin Həm xirqəvü həm əsadır, ey dust. Aşiq olalı sana Xətayi Balaına mübtəladır, ey dust.