18+
реклама
18+
Бургер менюБургер меню

Исмаил Шихлы – Cəbhə xatirələri (страница 3)

18

Ön xəttə yaxınlaşdıq. Tez-tez işıqlı güllələr qatarlaşıb havada süzürdü. Qırmızı, yaşıl fişənglər orada-burada parıldayır və əyri qövs cızaraq sönürdü. Pulemyot şaqqıltısı, tüfəng və avtomat taqqıltısı bir-birinə qarışmışdı. Sözün düzü, özümüzü itirmişdik. Səngərlərin harada olduğunu təyin edə bilmirdik. Leytenant Karavayev lap qabaqdakı maşında idi. Bizə yol göstərən, komanda verən o idi. Bizim maşını sürən Dobrik familiyalı ucaboy, köhnə bir əsgər idi. Hər yeri duman bürümüşdü. Maşınların boğuq uğultusundan başqa, heç nə eşitmirdik. Xeyli getdik və qəfildən alman səngərinə çıxdıq. Hər tərəfdən atəş başladı. Leytenant Karavayevin qılçalarını güllə dəlik-dəlik etdi. Yoldaşlarımızdan dördü öldü, ikisi yaralandı. Maşının təkərləri deşik-deşik oldu. Lakin bacarıqlı şofer Dobrik özünü itirmədi. Maşının ağzını geri çevirdi. Skatsız təkərlərlə getmək çətin olsa da, bizi atəş altından çıxardı.

Geri qayıtdıq. Piyadaların səngərlərinə gəldik. Yaralıları birtəhər blindaja gətirdik və tibb bacılarına təhvil verdik. Sonra maşınlarından ponton-qayıqları boşaltdıq. Aydın oldu ki, maşınları ön səngərlərdən qabağa sürmək olmazmış. Bir az özümüzə gəldik. Bizim səngərlərin harada, almanların harada olduqlarını, çayın yerini müəyyənləşdirdik və pontonları çiynimizdə daşıdıq. Çox vaxt çiynimizdə qayıq, ağzı üstə sürünə-sürünə irəlilədik. Müəyyən olunmuş yerdə, çaydan bir az aralı qayıqları yerə qoyduq, elə oradaca səngər qazdıq, plaş-çadırlarla səngərlərin üstünü örtdük. Özümüzü birtəhər düşməndən gizlədik. Soyuq iliyimizə işləyirdi, aclıq da bir yandan amanımızı qırmışdı. Dişimiz şaqqıldayırdı. Güllələr dolu kimi yağırdı. (Cəbhədə xüsusən gecələr fasiləsiz güllə atırlar.) Toplar da hərdənbir dillənirdi. Sağ-solumuzda mərmilər partlayırdı. Hər dəqiqə fəlakət gözləyirdik. Elə də oldu. Bizdən on metr aralıdakı səngərə “Ferdinand” mərmisi düşərək altı nəfərimizin tikəsini göyə sovurdu. Bizim səngər ləngər vurdu. Göydən üstümüzə palçıq yağdı. Aşpazımız Zaxarçenko mətbəxi buraxıb yanımıza qaçdı. Atışma bərk qızışdı. Uğultudan qulaq tutuldu. Təxminən bir saatdan sonra ara bir az sakitləşdi. Narahat olan Zaxarçenko mətbəxi yoxlamağa getdi. Yola düşməzdən əvvəl zarafat elədi:

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.