18+
реклама
18+
Бургер менюБургер меню

Аудиокниги в жанре «Детские стихи/проза/литература»

Последние

Каталог аудиокниг в жанре «Детские стихи/проза/литература»

Артур Конан Дойл - Artur Konan Doylun hekayələri
Артур Конан Дойл - Artur Konan Doylun hekayələri
Şerlok Holms ingilis yazıçısı Artur Konan Doylun (1859–1930) yaratdığı xəfiyyə obrazıdır; ilk dəfə onun haqqında 1887-ci ildə yazılmış “Al tonlarda etüd” povestində məlumat verilmişdir. Holms Londonda Beyker-strit ünvanında yaşayır və Böyük Britaniya boyu cinayətkarları təqib edir, dolaşıq cinayət işlərinin üstünü açırdı.Şerlok Holms obrazının prototipi tibb məktəbində oxuyarkən Konan Doyla dərs demiş ekssentrik doktor Cozef Bell olmuşdur. Holmsun məşhur deduksiya qabiliyyəti də Bellin xəstələrin diaqnozunu müəyyənləşdirmək üçün istifadə etdiyi qeyri-adi metodlardan yaranıb. Şerlok Holmsun əksər macəraları onun dostu doktor Uotsonun dilindən təsvir edilir. Ümumilikdə Konan Doylun qələmindən 4 belə povest və 56 kiçik hekayə çıxıb ki, onlar da Holmsun 1878–1914-cü illərdəki fəaliyyətini əhatə edir.Şerlok Holms obrazı bütün dövrlərin ən çox ekranlaşdırılmış obrazlarından biri sayılır. Belə ki, Holms haqqında indiyə qədər 200-dən çox film çəkilib. Şerlok Holms obrazının məşhurluğu və oxucu kütləsi üzərində təsiri o qədər böyük idi ki, Konan Doylun ölümündən sonra da müxtəlif yazıçılar Holmsu öz əsərlərinin qəhrəmanı şeçməkdə davam edirdilər. Bunlardan ən əsası isə yazıçının oğlu Adrian Konan Doylun (1910–1970) Con Dikson Karr (1906–1977) ilə birlikdə qələmə aldığı “Şerlok Holms macəraları”dır.Artur Konan Doylun bu kitabında “Alabəzək lent”, “Göy yaqut”, “Boskomb dərəsinin sirri”, “Holmsun son əməliyyatı”, “Boş evin sərgüzəşti” adlı hekayələri yer alıb. Bu hekayələrdə Məşhur xəfiyyə Şerlok Holms və onun dostu Doktor Uatsonun səylə araşdırdığı bir-birindən maraqlı hadisələrin, müəmmalı cinayətlərin üstünün açılması prosesinin şahidinə çevriləcəksiniz.
Коллектив авторов - Ədəbiyyat dərsliyi. 9-cu sinif
Коллектив авторов - Ədəbiyyat dərsliyi. 9-cu sinif
Əziz şagirdlər!Ədəbiyyatımızın tarixən qədim və zəngin olması barədə aşağı siniflərdə, xüsusən səkkizinci sinifdə ətraflı məlumat öyrəndiniz. Artıq bilirsiniz ki, tarixin ağır sınaqlarından çıxan, xalqımızın həyatını, taleyini, arzu və düşüncəsini ləyaqətlə əks etdirən ədəbiyyatımız daim inkişafda olmuş və zənginləşmişdir. Bunu da bilməlisiniz ki, ictimai- siyasi quruluşların bir-birini əvəz etməsi, cəmiyyətdə baş verən dəyişikliklər ədəbiyyatımıza təsirsiz ötüşməmiş, onda dərin iz buraxmışdır. Lakin bütün hallarda bədii ədəbiyyatın əsas təsvir obyekti olan insanın mənəvi aləmi, amalı, mübarizəsi diqqət mərkəzində qalmışdır. İnsanı hərtərəfli təsvir edən, öyrənən ədəbiyyatın məqsədi onu mənəvi cəhətdən zənginləşdirmək və kamilləşdirməkdir. İnsanı təsvir edən ədəbiyyat həm də onun bağlı olduğu konkret tarixi şəraiti, mühiti də əks etdirir. İnsanın qarşılaşdığı problemlər, sosialsiyasi həyatda baş verən ciddi dəyişikliklər və bunun insan taleyinə təsiri bədii ədəbiyyatda geniş əksini tapır. Bütün bunlar ədəbiyyatın mövzu dairəsinin məhdud olması anlamına gəlmir. Bədii ədəbiyyatın mövzusu, təsvir obyekti çoxdur. Təbiətə, heyvanlar aləminə və s. həsr olunmuş yüzlərlə gözəl sənət nümunələri vardır. Lakin bu qəbildən əsərlərdə də insanın təsvir obyektinə münasibəti öz ifadəsini tapmış olur. Buradan aydınlaşır ki, cəmiyyətdə, bütövlükdə həyatda baş verən dəyişiklik, inkişaf ədəbiyyatda insanın xarakteri, taleyi, həyata baxışı əsasında əks etdirilir. Göründüyü kimi, bədii ədəbiyyat mürəkkəb, çətin bir vəzifəni yerinə yetirir. Uğur qazanmaq üçün o daim təzələnməli, yeni məzmun və forma axtarışında olmalı, zənginləşməlidir.
Коллектив авторов - Ədəbiyyat dərsliyi. 7-ci sinif
Коллектив авторов - Ədəbiyyat dərsliyi. 7-ci sinif
Əziz şagirdlər !Siz artıq xeyli bədii əsərlə – əfsanə, nağıl, dastan, hekayə və s. ilə tanışsınız. Bu əsərlər insanın həyatı, onun arzu və düşüncələri, hisləri, eləcə də, təbiət, heyvanlar, quşlar aləmi barədə təsəvvürlərinizi daha da zənginləşdirib. Həmin əsərləri oxuduqca doğma vətənimiz haqqında, xalqımızın taleyi və mənəvi dəyərləri barədə məlumatınız genişlənib.Aşağı siniflərdə, həmçinin bədii əsərlərin oxusu, təhlili, qiymətləndirilməsi ilə bağlı bacarıqlara yiyələnmişsiniz. Siz bədii əsərləri müxtəlif formalarda oxumağı öyrənmişsiniz. Onların məzmununu yığcam, geniş və yaradıcı nağıl etməkdə çətinlik çəkmirsiniz. Bu və ya digər əsərin janrını, mövzusunu, ondakı başlıca fikri – ideyanı, qəhrəmanların xarakterində ki mühüm cəhətləri, epitet, bənzətmə, mübaliğə, bədii sual kimi təsvir və ifadə vasitələrini müstəqil müəyyənləşdirmək bacarığına da yiyələnmişsiniz. Müxtəlif mövzularda yığcam inşa, esse yazmaq da artıq sizin üçün çətin deyildir. Bu bacarıqlarınızı VII sinifdə daha da dərinləşdirəcək, bədii əsərin təhlili, ondakı mühüm problemin aydınlaşdırılması və s. bağlı yeni bacarıqlara yiyələnəcəksiniz. Eləcə də yeni janrlar, bədii təsvir və ifadə vasitələri il tanış olacaq, onların dəyərləndirilməsi üzrə zəruri bacarıqlar qazanacaqsınız.Bunun üçün əvvəlki siniflərdə olduğu kimi, bədii ədəbiyyatın mühüm mövzuları üzrə yazılmış əsərləri oxuyacaq, araşdıracaq, onlara münasibət bildirəcəksiniz. Vətən, təbiət, xalqımıza xas olan mənəvi dəyərlər, yaşıdlarınızın həyatı, taleyi və s. mövzularda olan bu əsərlər əvvəl öyrəndiklərinizdən məzmunca fərqlənir. İndi digər sənətkarların həmin mövzulara necə münasibət bəslədiklərini aydınlaşdıracaq, öyrəndikləriniz barədə öz fikir və mülahizələrinizi bildirəcəksiniz. Səməd Vurğun, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev və digər qüdrətli sənətkarların bədii fikir və düşüncələri ilə tanış olacaq, onların həmsöhbətinə çevriləcəksiniz.
Коллектив авторов - Ədəbiyyat dərsliyi. 10-cu sinif
Коллектив авторов - Ədəbiyyat dərsliyi. 10-cu sinif
Bu sinifdə qədim və zəngin ədəbiyyatımızı tarixi-xronoloji ardıcıllıqla öyrənəcəksiniz. Başqa sözlə, araşdırma aparmaqla söz sənətimizin müxtəlif tarixi dönəmlərdə inkişafı və görkəmli nümayəndələrinin yaradıcılığı barədə yeni bilik və bacarıqlara yiyələnəcəksiniz. Araşdıracağınız problem və suallarla bağlı dərslikdə geniş məlumat verilməmişdir. Bu yığcam məlumatları hər mövzu üzrə göstərilmiş mənbələrdən əldə etdiklərinizlə zənginləşdirəcək və tamamlayacaqsınız. Həmin mənbələrin sırasında göstərilmiş elektron vəsait sizin üçün hazırlanmışdır. Öyrənəcəyiniz mövzularla bağlı oradakı məlumatı mənimsəməyiniz digər mənbələrlə işinizi asanlaşdıracaqdır. Bu mənbələr Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə latın qrafikası ilə nəşr olunaraq ölkəmizin bütün kitabxanalarına yayılmış kitablardan seçilmişdir.Mənbə qismində göstərilən kitabların dili aydın, məzmunu anlaşıqlı olduğu üçün onlardan istifadə edərkən çətinlik çəkməyəcəksiniz. Müxtəlif mənbələrdəki məlumatları öyrənmək, təhlil və müqayisə etmək, ümumiləşdirmə aparmaq müstəqil düşüncənizin dərinləşməsinə, bacarıqlarınızın inkişafına müsbət təsir edəcəkdir. Vəsaitə X sinifdə öyrənilən bədii əsərlər də daxil edilmişdir. Bu, vaxt itkisinin qarşısını alacaq, bütün bədii əsərləri bir mənbədən oxumağınıza imkan yaradacaqdır. Unutmayın ki, bədii əsərlərin hər birini hələ sinifdə öyrənməyə başlamazdan əvvəl müstəqil oxumalısınız. Klassik ədəbiyyatla bağlı lüğətlər, şərh və izahlar oxuda köməyinizə gələcəkdir.
Александр Беляев - Professor Douelin başı
Александр Беляев - Professor Douelin başı
Aleksandr Belyaevin ən çox tanınmış əsərlərindən olan «Professor Douelin başı» illərdir ki, gələcəyin elm dünyasına elmi əxlaq dərsi keçir. İllər keçsə də aktuallığını itirmir. Baş ayrılıqda bədənsiz öz mövcudluğunu təmin edə bilərmi? Professor Douel üçün bu sadəcə elmi məqsəd daşıyır, amma professor Kern üçün isə şöhrətpərəstlik xəstəliyi öz sözünü deyir. Yazıçı mümkünsüzü mümkün edib onun nəticələrini dəyərləndirməyə çağırır. Birnəfəsə oxunan «Professor Douelin başı» bəzi məqamlarda qorxulu, bəzi məqamlarda mehriban və səmimi, bəzi məqamlarda isə gülməli xüsusiyyətləri ilə dünya ədəbiyyatında öz yerini tutmuş əsər hesab olunur. Ən əsası isə bu o əsərlərdən biridir ki, oxumağa başladıqdan sonra yalnız son səhifələrdə real həyata qayıda bilirsən və əsərin yaratdığı xoş təəssüratlar uzun müddət öz təsirini göstərir. Müxtəlif insanların baş və bədənlərinin yer dəyişməsi, oxucuya yeni və inanılmaz düşüncə üfüqləri bəxş edir. Yazıçı bunu yaxşı təsvir edir və oxucunu düşündürməyə çalışır. Elm adamlarının hansı məqsədlər üçün çalışdıqlarının, hansı sosial təbəqələrin «baş» formasındakı həyatlarının necə olacağı (bir növ düşüncə tərzlərinin), xəstəlik və çətinliklərlə mübarizə yolları, ölümə qalib gəlmək kimi nüanslar çox böyük maraq kəsb edir. Həyəcanverici süjet, elmi nəaliyyətlər və onların elmi və əxlaqi nəticələri, satqınlıq, səmimilik, vicdan kimi elementlər romanı izah etməyə kifayət edir.