Мои книги
Войти
18+
реклама
18+
Жанры
Новинки
Популярные
Подборки
Главная
Жанры
Родителям и детям
Детские стихи/проза/литература
Аудиокниги в жанре «Детские стихи/проза/литература»
Последние
Каталог аудиокниг в жанре «Детские стихи/проза/литература»
Детские стихи/проза/литература
0
Люси Мод Монтгомери - Yaşıl mezoninlərdən olan Anya
""Yaşıl mezoninlərdən olan Anya"" Kanada yazıçısı Lyusi Montqomerin ilk və ən tanınmış romanıdır. Əsər 1908-ci ildə işıq üzü görmüşdür və ingilis dilli uşaq ədəbiyyatının 20-ci əsrin ortalarına aid ən çox tanınmış yaradıcılıq nümunələrindən olmuşdur.Romandakı hadisələr XIX əsrin sonlarında cərəyan edir. Şahzadə Eduard adasında Avonlee kəndində möcüzəvi adlı «„Yaşıl Mezonin“» evində yaşayan Marilla və Metyu Kasbert adlı, tənha yaşayan, orta yaşlı qardaş və bacı uşaq evində olan oğlanı övladlığa götürmək istəyirlər ki, fermada onlara köməklik etsin.Amma anlaşılmazlıq nəticəsində onlara oğlan deyil, şöhrətpərəst Enn Şirli adlı qız övladlığa verilir.Ağıllı, canlı Enn hamının sevincli olmasını istəyir, o çox söhbətcildir, amma zahiri görkəmində çox şey onu məyus edir (məsələn, onun odlu-kürən saçları).Marilla onun tərbiyəsini ciddi qəbul edilir və Metyunu buna müdaxilə etməməyə çağırır.Qız böyüyür, lakin onda uşaq səmimiliyi və çılğınlıq əvvəlki kimi qalır.
Детские стихи/проза/литература
0
Сулейман Сани Ахундов - Qaraca qız
Süleyman Sani Axundovun “Qaraca qız” əsəri həm sənətkarlıq, həm də məzmun baxımından Azərbaycan uşaq ədəbiyyatının nadir incilərindəndir. Əsər bədii-estetik təsiri ilə yanaşı, məktəb yaşlı uşaqların psixoloji tərbiyəsində mühüm əhəmiyyətə malikdir.Görkəmli yazıçının «Qorxulu nağıllar» silsiləsinə daxil olan əsərlərindən biri də «Qaraca qız» hekayəsidir. Əsərin əsas qəhrəmanı Qaraca qızdır. Yaşının az olmasına baxmayaraq, Qaraca qız çox zirəkdir. Bu qız kiçik yaşlarından bərkə-boşa düşmüş, həyatın hər çətinliyinə dözmüşdür.Valideynlərini itirən Qaraca qız bir qaraçı ailəsinin himayəsində qalır. Burada onun həyatı heç də xoş keçmir, döyülür, incidilir. O, əzab-əziyyətə qatlaşaraq pul qazanır.Sonradan bir təsadüf Qaraca qızı varlı-hallı Hüseynqulu ağa ilə rastlaşdırır. Hüseynqulu ağa onu meşədən öz evinə gətirir. Düşünmək olardı ki, bundan sonra tale bu məsum qızın üzünə güləcək, o daha heç bir çətinliklə üzləşməyəcək. Lakin belə olmur. Kübar cəmiyyətin təmsilçiləri ilə sadə insanların həyat tərzi, mənəvi dünyası arasındakı fərq Qaraca qızın sonrakı həyatında öz əksini tapır, onun faciəsinə səbəb olur.Qaraca qız Hüseynqulu ağanın evinə gəldiyi ilk gündəcə onun qızı Ağca ilə tanış olur. Onun həmyaşıdı, «xanım» deyə çağrılan Ağcanın həyatı bambaşqadır – uşaqlıqdan naz-nemət içində böyümüş, hər cür qayğı ilə əhatə olunmuşdur. Qızların həyat şəraiti kəskin fərqlənsə də, onlar bir-birinə mehribanlıq göstərir, bir yerdə olmağa çalışırlar. Lakin Ağcanın anası Pəricahan xanım Qaraca qıza həqarətlə baxır və qızının onunla dostluq etməsini ailəsinə rəva bilmir. Beləliklə, Qaraca qızı Ağcadan ayırırlar.O vaxtdan Qaraca qız bağban Piri babanın yanında yaşayır. Piri baba kasıb olsa da, cəsarətlidir, heç kimdən qorxmur. O, Qaraca qızı səmimiyyətlə qəbul edir və ona mehribanlıq göstərir. Əsərdə təsvir olunan qara köpək də Piri baba ilə Qaraca qızın dostluğunu tamamlayır. Ağıllı heyvan Piri babadan sonra yalnız Qaraca qızın sözünə itaət edir.Əsərdə Qaraca qız dostluğuna sadiq qalır. O, mehribanlıq göstərdiyi Ağcanı ölümdən qurtarmaq üçün həyatını qurban verməkdən belə çəkinmir. Dostu Ağcanın qanından zəhəri soraraq onu ölümdən qaytaran Qaraca qızın özü həyata gözlərini əbədilik yumur. Qaraca qızın həyatdan erkən getməsi Piri babaya çox ağır gəlir və o, bunu daxmasının səadət quşunun uçmasına bənzədir.
Детские стихи/проза/литература
0
Народное творчество (Фольклор) - Rumın nağılları
Kitaba 7 nağıl daxil edilib. Kitab əsasən 10-16 yaş qrupu olan uşaqlar üçün nəzərdə tutulub.
Детские стихи/проза/литература
0
Ганс Христиан Андерсен - Ellada qəhrəmanları
Kitaba dünya xalqlarına zəngin bir irs qoyub getmiş ellinlərin – qədim yunanların mifologiya qəhrəmanlarından Yazon və Herakl haqqında əsatirlər daxil edilmişdir.Birinci əsatirdə qızıl yun dalınca Kolxidaya yollanan arqonavtlar və onların başçısı Yazondan danışılır…İkinci əsatirdə isə yunan miflərinin ən güclü qəhrəmanlarından olan Heraklın on iki qoçaqlığından bəhs edilir.Hər iki əsatirdə Elladanın qəhrəmanları obrazı ilə qədim dünyanın idealları əks olunmuşdur.
Детские стихи/проза/литература
0
Dərya Qılıc - Latış nağılları
Kitabda sehirli nağıllar seriyasından 9, heyvanlar haqqında nağıllar seriyasından 40 adda nağıl toplanıb.
Детские стихи/проза/литература
0
Фрэнсис Элиза Ходжсон Бёрнетт - Sirli bağ
İlk dəfə 1911-ci ildə nəşr olunmuş bu hekayədə britaniyalı valideynləri ilə birlikdə Hindistanda yaşayan 10 yaşlı dəcəl qız Meri Lennoks haqqında danışılır. Valideynləri ona çox da diqqət yetirmirlər və nəticədə, o, kobud və dikbaş biri olur. Valideynləri yoluxucu xəstəliyə tutulub öldükdən sonra qız İngiltərəyə dayısı -Arçibald Kreyvenin yanına göndərilir. Meri qulluqçularla dost olur və malikanədəki «sirli bağı» kəşf edir. Elə ki, bağa daxil olur, o, daha dərin bir sirrin üstünü açır -dayısının şikəst oğlunu tanıyır, nəcib ünsiyyəti ilə onu həyata qaytarır. Kitabda itki, qorxu və sağalmanın psixoloji aspektləri vurğulanır. Əsər, əsasən, yeniyetmə və gənclər üçün nəzərdə tutulmuş olsa da, hazırda 20-ci əsrin ən yaxşı uşaq kitablarından biri kimi qəbul olunur.
Детские стихи/проза/литература
0
Abdulla Şaiq - Uşaqlara hədiyyə A.Səhhət və A.Şaiqin şeirləri
Bu kitabda Azərbaycan uşaq ədəbiyyatının ilk kamil nümayəndələrindən olan Abdulla Şaiq və Abbas Səhhətin uşaqlara həsr olunmuş şeirləri toplanmaşdır. Abdulla Şaiqin şeirlərinin başlıca mövzusu heyvanlar aləmi idi. Burada birinci növbədə ev quşları və ev heyvanları (“Xoruz”, “Keçi”, “Uşaq və dovşan”, “Yetim cücə”, “Təpəl kəlim”, “Dovşan”, “Bir quş, “Quzu” və b.) şairin qələmində yeni-yeni obrazlara uşaqların əyləncəsinə çevrilirdi. Şairin heyvanlar aləminə tez-tez müraciət etməsi təbii idi. Belə ki, balacalar adətən heyvanların məişətinə daha çox maraq göstərir, onlarla əylənməyi, təmasda olmağı, onları öz oyunlarına cəlb etməyi sevirlər. Kənd məişətinə yaxşı bələd olan Abdulla Şaiq ev heyvanlarının hər birini öz təbiətinə, fərdi davranış və əlamətlərinə görə təsvir etmişdir. A.Səhhətin də yaradıcılığında uşaq əsərləri öz təbiiliyi və səmimiliyi ilə əks olunmuşdur. Lirik şeirləri, mənzum hekayələri, nəğmələri, təmsilləri, pyesləri, Rus və Qərb ədəbiyyatından elədiyi tərcümələr A.Səhhətin uşaq ədəbiyyatına dərin bələd olmasını göstərirdi. “Ata və oğul”, “Ana və bala”, “Ana və uşaq”, “İki uşaq”, “Məktəb şagirdi”, “Tənbəl” şeirlərində A.Səhhət ən əvvəl uşaqları məktəbə, təhsilə, elm və maarifə çağırırdı. Bunu uşaqların təbii həvəsinin nəticəsi kimi ifadə edir.
Детские стихи/проза/литература
0
Yanuş Korçak - Bir də balaca olsaydım
Yanuş Korçak , əslində Henrik Qoldşmit, həmçinin Qoca Həkim və ya Cənab Həkim kimi tanınan – həkim, pedaqoq, yazıçı, publisist, ictimai xadim və Polşa Ordusunun zabiti olmuşdur.Yenilik gətirən pedaqoq, tərbiyənin nəzəriyyə və təcrübəsi haqqında nəşrlərin müəllifidir. Uşaqların hüquqlarına və tam hüquq bərabərliyinə dair fəaliyyətin müjdəçisi idi. Uşaq evinin direktoru olaraq uşaq dostyana məhkəməsini təşkil etdi. Burada uşaqlar özləri tərəfindən irəli sürülmüş məsələləri müzakirə edirdilər. Onların, həmçinin öz tərbiyəçilərini də məhkəmə qarşısına gətirmək imkanları var idi. “Gözəl insan, məşğul olduğu uşaq və gənclərə inanan, intizam, həmçinin böyük məsuliyyət tələb edən ən çətin məsələləri belə onlara etibar edəcək qədər cəsarətli idi” – Korçak tərəfindən təsis və idarə olunan Uşaq Evini tez -tez ziyarət edən məşhur İsveçrə pedaqoqu, Jean Piaget Korçak haqqında deyirdi.Korçak uşaqlar tərəfindən göndərilən materiallar əsasında hazırlanan və əsasən, uşaq oxucusuna yönəldilən ilk “Qısa xülasə” adlı jurnalını yaratmışdır. Uşaq psixologiyası və inkişafı, həmçinin tərbiyə diaqnostikası sahəsində araşdırmalarının təşəbbüsçülərindən biri di.
Детские стихи/проза/литература
0
Янн Мартел - Pi-nin həyatı
Hindistandan Kanadaya gedən yük gəmisi içindəki bütün canlılarla birlikdə batır. Bir xilasetmə qayığı ucsuz-bucaqsız Sakit Okeanın ortasında yalnız qalır. Gəmidən sağ qalanlar bir kaftar, bir zebra, bir oranqutan, Riçard Parker adlı 300 kiloqramlıq bir Benqal pələngi və Pi adlı 16 yaşlı bir uşaq olur. Pi`nin heyvanxana idarə edən ailəsi isə gəmi ilə birlikdə suda batır.Pi yanındakı heyvanlarla birlikdə həyat uğrunda mübarizə aparmağa başlayır. Qayıqda pələnglə tək qaldıqda onunla razılaşmağın və dil tapmağın yollarını axtarmağa başlayır. Qeyri-adi səfər zamanı Pi möcüzəli bir ada ilə də qarşılaşır…
Детские стихи/проза/литература
0
Эрнест Миллер Хемингуэй - Qoca və dəniz
Əgər təbiətin sərt üzü görünərək dəryanı təlatümə gətirərsə, Qocanın taleyi əbədi sularda qərq olar. Bununla da, solğun çıraqların şölələri altında mürgü vuran qəsəbəsi üçün bir neçə yoxsul xatirələr saxlamış olar. Əslində həyatın görünməyən əsrarı da Qocanın bu mühakimə və mülahizələrindədir. Özüylə filosofsayağı ünsiyyət qurması onu göstərir ki, biz bu uzaq səyahəti təkcə Qocanın yaşamaq haqqına bağlamalı deyilik. Təsvirə sığmayan davranışlar və mühakimələr hadisələrin məzmununa dinamiklik və dolğunluq gətirir. Doğrudur, burada yoxsulluq və təbiilik, ülviyyət və yaşamaq əlacsızlığı üz-üzə dayanır. Yaşamaq, mövcud olmaq istəyi insanı əlacsızlaşdırır. O, ali səviyyələrə qalxmaq istəyir, ancaq yaşamaq, yəni cismani həyat onun ayağından tutub dala çəkir. İnsan öz həyati istəklərinin dalınca qoşduqda ülviyyətdən uzaq düşür. əlacsızlıq ucbatından ali duyğularından keçməli olur. Bunu biz balıqçının öz dilindən də eşidirik: «Balıqçı olmağım bir yandan öldürmək üçündürsə, o biri yandan çörək ağacımdır». (Həmin əsərdən).
Детские стихи/проза/литература
0
Марк Твен - Tom Soyerin macəraları
Tom Soyyerin macəraları – Mark Tvenin 1876-cı ildə çıxan romanıdır. Kitabda Tom Soyyer və ən yaxın dostu Heklberri Finn'in Missisipidə başlarına gələn bir-birindən maraqlı macəralardan danışılır. Macəra axtaran uşaqlar kimsəsiz adada tufana düşürlər, geri qayıdanda isə özlərinin dəfn mərasiminə gəlib çıxırlar. Tomla Hekin qəbiristanlıqda təsadüfən şahidi olduqları bir qətl hadisəsi onların sonrakı taleyinə həlledici təsir göstərir. Uşaqlar işin üstünü açmaqla nahaq yerə dar ağacına sürüklənən günahsız insanı xilas edirlər. Bu isə sonradan onların təqib olunmasıyla nəticələnir. Uşaqları izləyən qatil sonda özü qurbana çevrilir. Qatili güdən dostlar qorxunc cinayətlərin qarşısını alırlar.Romana aid bir neçə dəfə film və cizgi filmləri çəkilib.
Детские стихи/проза/литература
0
Народное творчество (Фольклор) - Gül sənavərə neylədi ?
Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın malının, dövlətinin həddi-hesabı yox idi. Amma özündən sonra gorunda çıraq yandıran heç bir uşağı yox idi. Bu fikir padşahı salmışdı dərdə-qəmə. Bir gün bir dərviş gəldi qapıya. Baxdı ki, padşah çox fikirdədi. Dedi:– Padşah sağ olsun, nə olub sənə, de, bəlkə dərdinə çarə elədim.Padşah dedi:– Eh, bütün həkimlər, təbiblər, yığıldı bir çarə eləyə bilmədilər, sən neyləyəcəksən?– Sən de, padşah, mən çarə edərəm.Padşah açıb dərdin dedi. Dərviş ona üç alma verib dedi:– Hərəsinin bir üzün özün ye, bir üzün də hər arvadının birinə ver!Doqquz aydan sonra hər arvaddan bir oğlun olar. Ancaq bu şərtlə ki, oğlanlarının biri mənimdi. Padşah razı oldu. Dərviş ona üç alma verib getdi. Padşah dərvişin tapşırığı kimi hər almanın bir üzünü özü yedi, bir üzünü də arvadlarına verdi. Doqquz ay, doqquz gündən sonra padşahın hər arvaddan bir oğlu oldu. Birinin adın qoydular Məlik Məmməd, birinin adın Məlik Əhməd, üçüncüsünün də adın qoydular Məlik Cümşüd. Bəli, bu uşaqlar böyüdülər. Xoruzlar banladı, səhərlər açıldı, çaqqallar uladı, axşamlar oldu, günlər dolandı, illər keçdi, bu oğlanlar on beş-on altı yaşlarında oldular. Padşah hərdən oğlanlarının boyuna baxıb fəxr eləyirdi. Bunlar belə yaşamaqda olsunlar, günlərin bir günündə dərviş qapını döydü. Bunu ötürdülər padşahın yanına. Padşah bunu görcək vədəsi yadına düşdü. Əhvalı qarışdı. Dərviş oturdu, bir az o yandan, bu yandan söhbət edəndən sonra, gəldi çıxdı mətləbin üstünə ki....
Детские стихи/проза/литература
0
Yanuş Korçak - Kral Birinci Matiuş
Детские стихи/проза/литература
0
Сулейман Сани Ахундов - Nurəddin
Müəllif 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb.Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Səmədin adından söylənilir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə gətirir. “Qorxulu nağıllar” adı təəccüb doğurmamalıdır. Müəllif bu barədə yazıb: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlığın təntənəsini əks etdirirdi”.
Детские стихи/проза/литература
0
Oqtay Hüseynli - I - IV siniflər üçün sinifdənxaric oxu
Bu kitaba daxil edilmiş şeirlər və hekayələr, folklor nümunələri məktəblilərin dünya görüşünün formalaşmasında, biliyinin zənginləşməsində faydalı olacaqdır. Həmçinin məktəblilər Vətənimizin gözəlliyindən, qəhrəmanlarımızın şücaətindən bəhs edən bir çox maraqlı yazılarla tanış olacaqlar.
Детские стихи/проза/литература
0
Льюис Кэрролл - Alisa möcüzələr ölkəsində
Alisa möcüzələr ölkəsində (ing. Alice's Adventures in Wonderland) – Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə «Macmillan Publishers» nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edir. Əsər Absurd janrının ən yaxşı nümunələrindən sayılır və Fentezi janrının formalaşmasında boyük rolu olmuşdur.SüjetYazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.Alisa Ağ Dovşanı izləyərək «Möcüzələr ölkəsi» nə düşür. Hər tərəf bağlı qapılarla bağlı olur. Bağlı qapılardan biri çox balaca olur. Alisa həmin qapıdan gözəl bir bağ görür. Sulu maye içdikdən sonra kiçilərək qapıdan keçir. Lakin boyunun balaca olmasına görə ağlayır. Göbələyin hissələrini yedikdən sonra yenidən öz boyuna qayıdır. Çeşir pişiyindən öyrənir ki, «Ürəklər Kraliçası» kroket oyunu hazırlayıb. Qaydalar isə qəribədir: balaca topun yerinə kirpi, topu vuran taxta isə Flaminqodan olur. Bu müddətdə Valet, konfet oğurluğunda günahkar sayılır. Məhkəmə zamanı Alisa məhkəmə qarşısına çıxarılır. Məhkəmənin kritik vəziyyətində hamı oyun kartlarına dönərək, Alisanın üzərinə atılmağa başlayırlar. Alisa yuxudan duraraq, bunun bir yuxu olduğunu başa düşür.
Детские стихи/проза/литература
0
Ганс Христиан Андерсен - H.X.Andersonun nağılları
Məşhur Danimarka yazıçısı Hans Xristian Andersenin bütün dünyada şöhrət qazanmış ecaskar nağılları, sehrli rəvayətləri və hekayələri indi də uşaqlar tərəfindən çox maraqla oxunur. Andersenin təsvir etdiyi qəhrəmanlar sevilməyə və təqlid edilməyə bütünlüklə layiqdirlər. Oxucu bu surətlərdən çox şey öyrənə bilir. O, bütün əsərlərində qoçaqlığı, cəsarətliliyi, igidliyi təlqin edir, insana bədbəxtlik gətirən bütün şər qüvvələrə qarşı isə dərin nifrət hissi oyadır…
Детские стихи/проза/литература
0
Джек Лондон - Boz qurd, Tonqal, Meksikalı
Детские стихи/проза/литература
0
Джанни Родари - Celsomino yalançılar ölkəsində
Детские стихи/проза/литература
0
Абдурагим-бек Ахвердов - Bomba
Стр. 1
Стр. 862