18+
реклама
18+
Бургер менюБургер меню

Фритьоф Ведель-Ярлсберг Нансен – Qafqazlardan Volqaya (страница 6)

18

Çətin həyat şəraitini nəzərə alaraq çox övlad sahibi olmağı arzulamırlar və abort, deyilənə görə, adət halını alıb. Evliliyin dörd ili keçməmiş övlad sahibi olmaq elə də adi deyil, ikinci uşaq üç il sonra gələ bilər və üç uşaq kifayət edir. Amma qız uşağı olanda sevinmirlər, onları istəmirlər. Hərçənd bəzi tayfalar keçmiş günlərdə qız olanda öldürürmüş körpəni. Onlar paltarlarını cır-cındırdan, yundan və qoyun dərisindən düzəldirlər. Qadınların alt paltarı çox zaman daha kobud və daha ağır olur, kişilər üçün isə ən yaxşı, ən yumşaq yundan istifadə edilir.

Osetinlər, əsasən, bizim şimala olan yolumuzun qərbində yerləşən Osetiyada yaşayan, sayları təxminən 225 min olan xalqdır. Araşdırmaçılar onlar haqqında çoxlu tədqiqatlar aparmış, çoxlu yazılar yazmışlar. Onlar, ümumiyyətlə, Hind-Avropa qoluna məxsus alanların törəmələri hesab edilir. Eyni zamanda ola bilər Heredot tərəfindən adları çəkilən massagetlərin nəslidir. Bundan əlavə, onları sarmatlarla da əlaqələndirənlər var. Ptolomey onları osilianlar, ərəb və orta əsr yazarları isə onları Assanlar və ya Alanlar adlandırıblar. Rusiya xronikalarında 12-ci əsrin başlanğıcında onlar Yasselər və ya Yossilər kimi tanınıb. Onları özlərini İronianlar adlandırır, bu isə Aryonla eyni deməkdir. Aryon isə Alanla eyni etnik mənsubiyyətdir. Amma başqaları İronianları sonrada İran adlanan ölkənin ilkin əhalisi hesab edir. Onların dili Hind-Avropa ailəsinin İran budağına məxsus olmaqla şimali və cənubi Qafqaz xalqlarının danışdıqları dillərdən tamamilə fərqlənir. Onlar yəqin ki Qafqaza şimaldan gəlib, sonra eramızın 1-ci əsrindən başlayaraq cənubi Rusiya ərazilərində, sonra da yaşamağa başladıqları Don çayının cənub ətəklərində geniş yayılıblar. Onların adı Osetin dilində su deməkdir. Biz bu ada Qafqaz dağlarının şimal ətəklərində axan bir çox çaylarda və çay qollarında da rast gəlirik. Məsələn, Ar-don və başqaları kimi (baş su deməkdir tər). Osetinlərin şərq sahillərində məskunlaşdığı Azov dənizi də çox güman adını onlardan alıb. Xalqların köçünün başlanğıcında alanların, yaxud osetinlərin böyük bir hissəsi qotlar və hunlarla bərabər qərbə tərəf yönəlib Dunay çayının sahillərində məskunlaşdılar. Çay adını onlardan alıb. Onlar çox güman Moldovadakı Yassi (Yaşi kimi tələffüz edilir) şəhərinin də əsasını qoyublar. 7-ci əsrdən 13-cü əsrə kimi birinci xəzərlər, sonra isə monqollar osetinləri Don çayı sahillərindən cənuba, Kuban və Terek çaylarına doğru sıxışdırıb qovdular. Onlar, əslində, çox güclü süvarilərə sahib xalq olublar və 14-cü əsrdə Krımdan gələn kabardinlər onları dağlara, hazırda yaşadıqları dağlıq ərazilərə qovdular. Onların lap qədimdən dağları yaxşı tanıması, dağlıq ərazilərdə məskunlaşmasını onların kox (dağ) sözünün yunan dilindəki (Kavkaaos) sözün ilk hərfi ilə eyni olması bir çox mətləbdən xəbər verir. Başqa insanlarla, xüsusən də, Şərqi Qafqaz xalqları ilə müqayisədə osetinlər kifayət qədər uzunsov başa sahibdir (kişilərdə baş ölçüsünün indeksi: 81).

Gözləri çox zaman mavi, yaxud boz, saçları və saqqalları ümumən sarışın, açıq-qəhvəyi rəngdə, yaxud qırmızımtıl olur. Üzləri çox zaman geniş, burunları böyük və düz, dodaqları nazik, üzləri sarışın, yanaqları sağlam-qırmızımtıl olur. Orta boylu, atletik bədən quruluşuna sahib – həm kişilər, həm qadınlar – olurlar. Ola bilsin, tarixən osetinlər Nordik irqinin nümayəndəsi olub, yaxud şimaldan çox güclü axın elementləri olub. Dilləri isə daha çox İranda danışılan dillərlə qohumluq əlaqələrindədir. Başın ölçüsündəki fərqlər, qara saçla qəhvəyi gözlərin qarışımı bu insanların tarixin sonrakı dövrlərində qonşuluqdakı tayfa və qəbilələrlə qaynayıb-qarışdığına siqnal edir.

Bizlər, şimal insanları üçün bu insanların adlarının qədim Nors dilindəki Allah adları ilə bağlılığının olması diqqətçəkəndir. Snorre Sturlason özünün “İnqlinqa saqa” əsərində yazır ki, Asiyada Tanvisl (Tanais=Don) çayından şərqdə A…saland, yaxud A…saheim adlı ölkə yerləşib və bu ölkənin paytaxtı A…sgard olub. Və Odin buraların hakimi olub. Hərçənd Sturlason A…ss-ı Asiya ilə əlaqələndirməyə çalışıb, amma, bununla belə, biz don çayından yaxud Tanvisldan şərqdə yerləşən osetinlər haqqında düşünə bilərik. A…saland sonradan çevrilib olur Osetinlərin ölkəsi. Snorrenin bizə həmçinin Odinin bir nəhəng dağ silsiləsinin (Qafqaz dağları nəzərdə tutulur, osetinlərin bəziləri hazırda orada yaşayır) cənubunda böyük torpaqlara sahib olması haqqında dedikləri diqqətçəkici məqamdır. Yazır ki, həmin ərəfədə Roma imperatorları bütün dünyanı fəth etmək yolunu tutmuşdu və xeyli insanı qula çevirmişdi. O zaman “uzaqgörən” Odin uzaqlara pənah gətirmiş, özü ilə birgə bütün allahlarını, bir çox başqa insanı da götürmüşdür. İlk gəliş məntəqəsi Qardarike (Rusiya) sonra isə cənuba doğru (Almaniya) yön alıb, sonra şimala istiqamətlənib.

Osetinlərin əksəri nominal olaraq hazırda xristiandır. Dörddə biri, demək olar, müsəlmandır. Amma xevsurlar kimi onların əksəri hələ də az, ya çox dərəcədə kafirdir, onlar öz qədim allahlarına və ruhlarına ibadət edir. Bəzilərinə “müqəddəs” adların verilməsi onların kafirliyini heç də azaltmayıb. Beləliklə, şimşəyin və ildırımın sonu Samt Elias adlanır, amma bizim ildırım Allahı Tora bənzəyir. Kimisə burada ildırım vuranda deyirlər, o Samt Eliasforu acıqlandırıb, o da onu vurub. Ölmüş adamı ya öldüyü yerdə, ya da meyiti hara sürüyüb gətiriblərsə, orada basdırırlar. Meyiti iki qoça qoşulmuş ikitəkərli arabaya yükləyirlər, qəbirin yanında qara qoç qurban olaraq kəsilir, dərisi isə orada bir sütundan asılır. Meyitin harada basdırılacağına qərar verən bu iki qoç Eliasın – ildırım Allahı – qoçları ilə eyniləşdirilə bilər. Bəlkə elə iki təkərli, iki qoç qoşulmuş araba da Allah Torun karetasıdır? Müqəddəs Elias həmçinin dünyanı kor doğulan, başqa dünyada yaşayan əjdaha Ruimondan qoruyur. Həmin əjdaha nərildəməklə yer üzərinə xəstəlik və ölüm gətirir. O, zəncirlə onu bağlayır və onu yuxarıdakı sahələrə dartır, orada göylərin ruhları onun tikələrini, ətlərini qoparır. Ruhlar onları bişirib yeyir və cavanlaşır. Bu əhvalatın Tor və dünyadan kənarda olan dünya ilanları ilə bağlılığı var. Tor Allahı Yutenhaymda onları qarmağa keçirdərək yuxarılara dartmışdı. Osetinlərdə həmçinin həyatın müxtəlif sahələrinə nəzarət edən çoxsaylı allahlar var. Həm zülm üçün, həm yaxşılıq üçün Ali Allah var. Cənnətdən cəhənnəmə gedən yolda ölüm hökmünü verən Allah var, günəşin oğlu var, ayın oğlu var, tarlaların Allahı var, məhsulun, mal-qaranın, oyunların, suyun, balıqların, sağlamlığın, soyğunçulara nəzarət edən və başqa bir çox işə baxan Allah var. Zülm Allahına evin sahibi çərşənbə günü axşam, evin qarşısında bir quzu qurban kəsir. Bu Miladla Yeni il bayramının ortasında bir gün baş verir. Allaha yemək-içmək verilir, dualar edilir ki, O nə bu ev-eşiyə, nə də buradakı mal-qaraya bir pislik etməsin. Gecə məclis qurulur, amma bütün əyləncə ərzində həmin Allahın adı çəkilməlidir. Bizdəki kimidir, Şeytanla dost olmaq istəyən adam gərək Allahın adını çəkməsin, çünki onda o dərhal yoxa çıxar.

Önəmli ruhlardan biri ağsaqqalların, bir də evin özünün ruhudur, bu adam ocaq gözətçisi olur və onunla hər zaman xüsusi diqqət-qayğı ilə davranılır. Onun üçün müəyyən zamanlarda quzu qurban kəsilir, onun qanı torpağa basdırılır, onun üçün vaxtaşırı yemək gətirilir. Yemək, eyni zamanda meşənin bəlli yerlərində ölülər üçün də aparılır. Bu düşüncələr qədim zamanlardan gəlir və bir çox insanda onları müşahidə etmək olar. Onların yaxşı və pis adamlarla bağlı düşüncələri böyük ölçüdə bizimkinə yaxındır. Ailənin Ağsaqqalı ailənin böyüyü, əsasını qoyan sayılır və bütün ölmüş ağsaqqallara görə də ona hörmət edilir. Və biz də onun üçün, eyni zamanda ölmüş adamlar üçün Miladda ağacların altına hansısa hədiyyələr qoyuruq, eyni zamanda onun üçün ocağa içki atmaq halları da olur.

Meşəlik ərazidə müqəddəs ağacların əhatəsində toy mərasimləri də keçirilir. Müqəddəs meşədə yalnız bura məxsus olan keşişlər pivə bişirməkdə iştirak edə bilər. Bir adam bir ağac kəssə, bir adam bircə budaq sındırsa, buradan Allahı ona ciddi bir xəstəlik, yaxud ölüm göndərər. Trusso dərəsində, Abankon yaxınlığındakı Trusso müqəddəs meşəsində kor Samt İlya yenidən görə bilmək üçün zalımla mübarizə aparır. Görə bilmək üçün öküzü qurban verməlidir.

Müqəddəs ağaclar və meşəliklər bir çox xalqlarda mövcuddur. Bizdə də şimal ərazilərimizdə – Uppsala – belə bir şey mövcuddur. Bortada (Mo, Telemark) bir meşəlik ərazi elə müqəddəs saxlanılırdı ki, oradakı otu belə kəsmək, mal-qaraya otartmaq olmazdı. Yoxsa, deyirdilər ki, həmin adama böyük fəlakət üz verər.

Osetinlərin müqəddəs meşələrində müəyyən müqəddəs ağacların altında budaqlar qalaqlanır. Bu maraqlı mənzərədir. Buralardan keçən hər kəs əyilib bir odun parçası, bir çırpını həmin qalağın üzərinə bu yerin Allahına nəzir olaraq atmalıdır. Norveçdə də eyni adətin mövcud olduğu bir neçə yer var. Bizdə də bir çox yerdə insanlar səbəbini bilmədən ağacların altına budaq, çır-çırpı qalaqlayırlar, bu qədim adətə görə edilir. Bəzi yerlərdə nəzir kimi kiçik daşlar qoyulur ağac altına. Qədim zamanlarda osetinlər qəbirlərin üzərinə 3 metrə yaxın uzunluqda cilalanmamış daşlar qoyardı. Bu bizdəki qədim qəbir sinə daşları ilə eyni ola bilər.