18+
реклама
18+
Бургер менюБургер меню

Эрнест Миллер Хемингуэй – Qoca və dəniz (страница 5)

18

Al-əlvan qovuqcuqlar çox cəlbedici idi. Ancaq bu bərli-bəzəkli məxluqlar dənizin ən hiyləgər, ən amansız sakinləriydi.

Qoca balıqçı onlara yaxşı bələd idi; onu da bilirdi ki, iri dəniz tısbağaları bu qovuqcuqları iştahla, ləzzət ala-ala yeyir. Hər dəfə bu mənzərəni görəndə dayanıb həvəslə tamaşa edərdi. Bağalar gözlərini yumub – gözlərinə ziyan dəyə bilərdi – yemə girişərdi. Onlar qovuqcuqları qol-budağı qarışıq içəri ötürürdülər. Qoca balıqçı bu tamaşadan xoşlanırdı. Fırtına vaxtı ləpələr sahilə çoxlu fiziliya tullayırdı. Tufan yatandan sonra qoca onları tapdalaya-tapdalaya gəzirdi. Yeridikcə qovuqlar onun qabarlı ayaqları altında qalıb partlayırdı, bu da ona ləzzət edirdi.

Qoca yaşıl tısbağaları yaman sevirdi, çünki onlar çox baha qiymətə satılırdı. Həm də çox incə, cəld idilər.

Tısbağaların portuqal fiziliyalarını hərisliklə yeməsi qocanın onlara məhəbbətini daha da artırırdı. Tısbağalar cinsi əlaqə məsələsində çox qəribə, şıltaq idilər. Bu canlıların yekə başı, yöndəmsiz sarı zirehi balıqçının o qədər də xoşuna gəlmirdi.

Çanaqlı bağa haqqında olan qorxulu əfsanələrə qoca inanmırdı; uzun illər xüsusi gəmilərdə bağa tutmağa getmişdi. Onun bağalara yazığı gəlmirdi, istər xırda, istər iri, istərsə lap bir ton ağırlığında olsun. Çoxlarının bağadan acığı gəlirdi, çünki onu kəsib doğrayandan bir saat sonra da ürəyi işləyir.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.