18+
реклама
18+
Бургер менюБургер меню

Джеймс Роллинс – Qiyamət günü açarı (страница 3)

18

– Mən fikirləşmirəm ki, Hayqlen sakinlərinin əməlidir, –

Martin etiraz etdi.

O, əlini mehrabın üstü ilə apardı. Onun barmaqları ya-rısilinmiş şəkillərin qədimliyini hiss etdi. Şübhəsiz onlar çox qədim idilər. Martin arabaçının bu yerlərin lənətlənmiş, qədim keltlər üçün isə müqəddəs olduğu və onların nəhəng daşlarını əvvəlkitək təpələrin başındakı dumanlı meşələrdə tapmağın mümkünlüyü haqqında dediyi sözləri xatırladı. Martin qamətini düzəltdi. Görünür, bu daşlardan birini Hayqlenə gətirib, kilsənin mehrab daşına çeviriblər.

– Əgər bu kənd sakinlərinin işi deyilsə, bəs bunu kim edib? – abbat soruşdu.

O, mehrabın arxasındakı daşa yaxınlaşıb əli ilə onun üzərindəki böyük şəkli göstərdi. Xaçla dörd yerə ayrılmış dairəni təsvir edirdi.

Martin buna bənzər rəsimləri qədim başdaşılarda və xarabalıqlarda əvvəllər də görmüşdü. Kelt kahinləri bu şəkilləri müqəddəs sayırdılar.

– Bütpərəst xaçı, – Martin mızıldandı.

14

– Bunun eynisini biz həmin adada tapdıq. Bütün qapıların üzərində qeyd olunmuşdu.

– Bəs bunun mənası nədir?

Abbat boynunda asılan gümüş xaça toxundu.

– Hər şey kralın qorxduğu kimi oldu. İrlandiyada qayna-şan, müqəddəs Patrik tərəfindən adadan qovulan ilanlar bizim sahillərə keçiblər.

Martin başa düşdü ki, rahib gerçək meşə ilanlarını yox, ilanabənzər – druidləri, qədim keltlərin başçılarına bənzər əyilmiş əsa gəzdirən, bütpərəst kahinləri nəzərdə tuturdu.

Müqəddəs Patrik bütpərəstləri imana gətirdi və ya İrlandiyadan qovdu.

Bu, altı əsr əvvəl baş vermişdi.

Martin dönərək kilsənin açıq qapısından ölü kəndə baxdı.

Onun beynində Jirarın sözləri canlandı: “Oğlan dolu mədə ilə

aclıqdan tələf olub”.

Bunda heç bir məna yox idi.

– Bütün bunları yandırmaq lazımdır, – abbat arxada donquldandı. – Torpağı isə günəş yandırar.

Martin sakitcə başını tərpətdi. Ancaq onun içində həyəcan artırdı. Burda yaradılmış hər şeyi alov yox edə bilərdi? O

bu suala cavab tapa bilmirdi, ancaq bir şeydən əmin idi: Sona hələ çox var.

15

Müasir zaman

8 oktyabr, 23:55

Vatikan

Marko Covanni ata qaranlıq daşlıq meşədə gizlənirdi.

Müqəddəs Pyotr kilsəsinin tavanını saxlayan ağır mərmər sütunlar döşəməni ayrı-ayrı kapellalara, zallara, taxçalara bö-lürdü. Müqəddəs məkanı böyük ustadların əl işləri bəzəyirdi: Mikelancelonun “İsanın yasını tutmaq”, Bernininin “Müqəddəs Pyotr taxtda” adlı tunc heykəli.

Marko bilirdi ki, bu daşlıq meşədə tək deyil. Hardasa buralarda, təxminən kilsənin dərinliyində uyğun məqam gözləyən ovçu gizlənib.

Üç saat əvvəl Covanni ata Romanın Qriqoryan Universitetində təhsil alarkən keçmiş rəhbəri və həmçinin kilsə xadimi olan həmkarı – arxeoloqdan məktub almışdı. O adam Markonu gecəyarısı burada görüşməyə dəvət edirdi.

Lakin məlum oldu ki, bu, tələ imiş.

Marko sütuna söykənib qanaxmanı bir-təhər saxlamağa çalışaraq sağ əli ilə sol böyrünü sıxırdı. Yumşaq toxumalar qa-bırğalaracan kəsilmişdi. Qaynar, yapışqan maye barmaqlarının arasından axırdı. Keşiş sol əlində ona çox lazım olan sübutu – ölçücə pul kisəsindən böyük olmayan qədim dəri kisəciyi tuturdu. O, bu kisəciyi elə sıxırdı ki, sanki bütün həyatı ondan asılı idi.

Marko ehtiyatla sütunun arxasından nefi nəzərdən keçirmək üçün azca yan tərəfə çəkildi və qanaxma gücləndi.

Ağır damcılar mərmər döşəməyə töküldü. Gözləmək olmazdı, yoxsa, o, daha da zəifləyəcəkdi. Ürəyində dua oxuyub sütun-16

dan aralandı və papanın mehrabına doğru qaçdı. Hər uğultulu addım böyründə kəskin ağrı ilə nəticələnirdi. Bu yara bıçaq yarası deyildi. Markonun böyrünü dələn ox taxta skamyanın söykənəcəyinə batmışdı. O qısa, qalın, qara idi və arbaletdən atılmışdı. Sütunun arxasında gizlənərkən Covanni ata oxu diqqətlə öyrənmişdi. Onun sonunda qaranlıqda alovlu gözə bənzəyən qırmızı işıqlı diod parlayırdı.

Nə etməli olduğunu bilməyən Marko sadəcə əyilərək qaçırdı. O, böyük ehtimalla öləcəyini başa düşürdü, lakin öyrəndiyi sirr onun həyatından daha vacib idi. Lap az döz-mək, uzaq çıxışa çatmaq, növbətçi olan isveçrəli qvardiyaçılardan birini tapıb xəbəri Papaya çatdırmaq lazım idi.

Marko ağrıya və dəhşətə fikir vermədən qaçırdı.

Papanın mehrabı tam qarşıda idi. Onun üzərində burulmuş sütunlarda Bernininin əl işi olan tunc taxt-rəvan quraşdırılmışdı. Köndələn nefə 1 düşməyə çalışan Marko bir qədər sola keçdi. O, VII Aleksandrın əzəmətli heykəlini və

altındakı gizli qapını gördü.

Bu qapı Santa-Marta meydanına açılır.

Əgər…

Qarnına dəyən zərbə Markonu son ümidindən məhrum etdi. O, geriyə atılıb baxışını yerə dikdi. Bu zərbə yumruqla endirilməmişdi. Köynəkdən ucu plastmas lələkli qısa polad mil sallanırdı. Ağrı növbəti nəfəslə içəriyə yayıldı. Bu ox da birincisi kimi alovlu gözlə işıqlanırdı. Diod oxun özəyindəki dördbucaqlı qalın yerdə yerləşirdi.

Marko qətiyyətsiz addımlarla geri hərəkət etdi…

Qapının yanında tərpənən kölgə İsveçrə qvardiyaçılarının ala-bəzək mundirində olan fiqur idi. Əlbəttə ki, bu maska-1 Kilsə arxitekturasında apsidaya dik və ya parallel şəkildə olan, bir-birindən sütun və ya lise mimarisinde apsise dik yada paralel olarak yer alan ve birbirlerinden sütun yada paye dizileriyle ayrılan uzunlamasına mekanlara verilen ad.

17

lanma idi. Qatil arbaleti aşağı salaraq, gizlənib qurbanını izlədiyi yerdən – qapı oyuğundan çıxdı.

Marko mehraba tərəf çəkilərək geriyə − nefin dərinliyinə

qaçmağa hazırlaşdı. Sonra o, İsveçrə qvardiyaçısı mundirində

daha bir adam gördü. İkinci qatil skamyaya tərəf əyilərək, ağaca batmış oxu çıxartdı.

Gördüyü dəhşətdən Marko qarnındakı ağrını unutdu. O

sağa – digər köndələn nefə tərəf döndü. Lakin gördü ki, burda da onu qabaqlayıblar. Qaranlıq yerdə yerləşən tövbə hüc-rəsindən əlində arbalet üçüncü fiqur çıxdı.

Covanni tələyə düşdüyünü anladı.

Kilsə xaç formasında idi, üç ucu qatillərlə tutulmuşdu.

Qaçmağa yalnız bir tərəf qalırdı – xaçın yuxarısı, apsida .

Lakin bu, dalan idi.

Bununla belə Marko apsidaya tələsdi.

İrəlidə müqəddəslərin və mələklərin fiqurları ilə

bəzənmiş, içində Müqəddəs Pyotr kafedrası saxlanılan böyük zərli tikili – Müqəddəs Pyotr mehrabı ucalırdı. Onun üzərində

isə Müqəddəs Ruhun göyərçin görkəmində təsviri çəkilən ağappaq oval pəncərə vardı.

Lakin orada da heç bir ümid yox idi.

Arxasını pəncərəyə çevirən Marko ətrafa göz gəzdirdi.

Ondan solda papa VIII Urbanın sərdabəsi ucalırdı.

Bütün insanların qaçılmaz aqibətindən və yəqin ki, Markonun özünün də axırından xəbər verən Ölümün skelet formalı heykəli mərmər sarkofaqı bəzəyirdi.

Lilium et rosa, − Marko pıçıldadı.