Джеймс Роллинс – Qiyamət günü açarı (страница 2)
yun qalaqlarının çopurluğu ilə ala-bəzək olmuşdu. Həmçinin kəndin yaxınlığında ölümə yaxalanmış batıq gözlü donuz və
keçi cəsədləri də yerə sərələnmişdi. Tarlada əvvəlki kimi kotana qoşulmuş bir cüt zorba öküz sərilmişdi.
Araba ağacların yaşıllığında gizlənmiş kəndə çatdı. Ətrafa tam səssizlik çökmüşdü. Səyyahları nə itlərin hürməyi, nə to-yuqların qaqqıltısı, nə də ulağın qışqırığı qarşılamadı. Kilsə
zəngi çalınmadı, kəndə gələn yadları heç kim səsləmədi. Səssizlik sıxıcı idi.
Sonra aşkar oldu ki, ölmüş sakinlərin çoxunun cəsədi öz evində idi. Onlar ölümdən qabaq çölə çıxmaq üçün çox zəif halda idilər. Amma malikanənin daş pilləkənlərinin qa-bağın-9
da bir cəsəd otun üstündə soyumuşdu. Kişinin meyiti üzüstə
elə yıxıldığı yerdəcə uzanırdı. Ehtimal ki, o pil-ləkənlərdən yıxılıb boynunu sındırmışdı. Martin hələ ara-badan sümükləri örtmüş solğun dəriyə, dərin batmış gözlərə, qeyri-təbii arıqlığa fikir verdi.
Tarladakı heyvanlarda da həmin arıqlıq müşahidə olunurdu. Adama elə gəlirdi ki, bütün kənd uzun müddət mühasirədə olub və burdakı bütün canlılar aclıqdan məhv olub.
Yaxınlaşan at dırnaqlarının səsi eşidildi. Recinald atını arabanın yanında saxladı.
– Bütün taxıl anbarları doludur, – o, əllərini şalvarına silərək dedi. – Bir də orada siçan və siçovullar var.
Martin sual dolu baxışlarla Fransanın şimalından kral Vil-helmlə birlikdə gəlmiş, hündür, çoxlu çapıqları olan bu adama baxdı.
– Ölüdürlər… ətrafdakı hər şey kimi… Eynilə o lənətləmiş
adadakı kimi.
– İndi isə taun bizim sahillərə kimi gəlib. – Martin donquldandı. – Bizim torpaqlara gəlib.
Buna görə onları bura göndəriblər, buna görə kəndə gələn yol bağlanmışdı, buna görə hamısı susmağa and içmişdilər.
– Jirar sizin üçün yaxşı meyit tapıb, – Recinald davam edirdi, – O birilərindən daha təzə. Oğlandır. Jirar onu dəmirçixanaya sürüdü.
O, daş bacası olan taxta anbarı göstərdi.
Martin başıyla işarə edərək arabadan düşdü. O, tam əmin olmalı idi, bunun üçünsə ancaq bir yol mövcud idi. Kral müstəntiqi kimi onun borcu ölülərdən həqiqəti öyrənmək idi.
Martin işin ən qanlı hissəsini fransız qəssabına saxlamağı qərara aldı.
10
O, dəmirçixananın açıq qapısından içəri addım atdı. Jirar artıq onu orada, kürənin qabağında əyilib gözləyirdi. O, kral Vilhelmin ordusunda çalışır və döyüşçülərin şikəst qalmış
bədən üzvlərini kəsərək onların həyatını xilas edirdi.
Jirar dəmirçixananın ortasındakı masanı boşaltdı. O, artıq meyitin paltarlarını çıxarmış və onu masaya bağlamışdı. Martin solğun, cılız meyitə nəzər saldı. Onun öz oğlu təxminən bu yaşda idi. Dəhşətli ölüm bədbəxt oğlanı qocaltmış, qırış-dırmışdı… 8-9 yaşında, bu belə olmamalı idi.
Jirar bıçaqları hazırlayana qədər Martin meyitin bədəninə
diqqətlə baxdı. Dərini çimdikləyib piy qatının olmadığını gördü. Sonra çatlamış dodaqları, başında salamat qalmış saç-ları, şişmiş topuqları və dabanlarını incələdi. Daha böyük diqqəti isə qabarıq sümüklərə ayırdı. Əllərini sümüklərin üstü ilə elə
aparırdı ki, sanki xəritəni oxumağa çalışırdı: qabırğalar, almacıq sümükləri, göz yuvaları, çanaq.
Burda nə baş verib?
Martin başa düşürdü ki, cavab heç də yaxında deyil.
Jirar əlində uzun gümüşü ülgücü sıxaraq masaya yaxınlaşdı.
– Cənab, işə başlayaq?
Martin təsdiq mənasında başını tərpətdi.
On beş dəqiqədən sonra oğlanın bədəni içalatı çıxarılmış
donuz cəmdəyinə oxşayırdı. Qasıqdan boğaza qədər yarılmış, dərisi soyulmuş və masaya yapışdırılmışdı.
Jirar yarılmış qarına yaxınlaşdı. Onun əlləri soyuq dərin-liklərdə itdi.
Kənarda duran Martin əli ilə oğlanın alnına toxundu və
bu nəzakətsiz müdaxiləyə görə ölünün onları bağışlaması üçün dua edərək, səssizcə dodaqlarını tərpətdi. Əlbəttə, oğlan-11
dan əfv gözləmək üçün artıq çox gec idi. Lakin onun ölü bədəni son xidməti göstərə − son əndişəni təsdiqləyə bilərdi.
Jirar rəhmətliyin içindən tünd qırmızı dalaq sallanan elastik və bəyaz mədəsini çıxartdı. Bıçağın bir neçə dəfə ba-carıqla hərəkət etdirən Jirar bağırsaqların hörüyünü yardı və ayrılmış
mədəni masanın üstünə atdı. Daha bir cəld kəsik – və mədə
ikiyə ayrıldı. Elə o saat dəmirçixanaya kəskin, üfu-nətli qoxu yayıldı. Martin əli ilə ağzını və burnunu tutdu – üfu-nətdən yox, həqiqətdən qorunaraq.
– Oğlan aclıqdan ölüb; bu, açıq-aşkar görünür, – Jirar de-di. – Lakin o aclıqdan dolu mədə ilə ölüb.
Martin daxilində hər şeyin buzlaşdığını hiss edərək, geri çəkildi. Budur, təkzibedilməz sübut. Əlbəttə, tam əmin olmaq üçün digər meyitləri də öyrənmək lazım gələcək. Görünür, burda da ölümün səbəbi “Müşahidə kitabı”nda adı “viran edilmiş” göstərilən adadakı ilə eynidir.
Martin içalatı çıxarılmış uşaq cəsədindən gözünü çəkə bilmirdi.
Ardınca onların gizli missiyalarının həqiqətən nədən ibarət olduğu indi aydın idi. Doğma torpaqlara zərbə vuran mə-rəzi tapmaq və yayılmamışdan qabaq onu məhv etmək. Kənd sakinlərinin ölüm səbəbi tənha adadakı ilə eyni idi. Qə-ribə
mərəzə yoluxan insanlar elə hey yeyirdilər və yeyirdilər, lakin nəticədə qidalandırıcı maddə qəbul almadan tükənərək, aclıqdan ölürdülər.
Masadan uzaqlaşan Martin dəmirçixananın qaranlığından gün işığına çıxdı və acgözlüklə təmiz hava uddu. Nəzərini uzağa – bol yaşıllıqla örtülü olan təpələr silsiləsinə saldı. Əsən külək arpa, yulaf, buğda və çovdar sahələrini tərpətdi. Martin okeanın ortasında salda üzən, susuzluqdan yanan, hər tərəfdən içməli olmayan su ilə əhatələnmiş adamı təsəvvür etdi.
12
Burda da həmin vəziyyət idi.
Martin bahar günəşinin solğun şüaları altında titrəyərək büzüşdü. O bacardığı qədər bu vadidən uzaqda olmaq is-təyərdi… Bu vaxt onun diqqətini sağdan – kəndin əks tərəfindən gələn qışqırıq çəkdi. Açıq qapının qabağında qaraya bürünmüş bir fiqur dururdu. Martin bir anlığa qorxdu, bu fiquru ölümün özü sandı. Lakin fiqur əlini tərpədərək yaratdığı obrazı dağıtdı. Bu, kiçik dəstənin sonuncu üzvü, Kelt abbatlığının İrlandiyadakı baş keşişi abbat Orren idi. Kənd kilsəsinin girişində durmuşdu.
– Gəlin, buna baxın! – abbat qışqırdı.
Martin ona tərəf tələsdi.
Gənc müstəntiq dəmirçixanaya qayıtmaq istəmirdi. Oğlanı fransız qəssabının ixtiyarına buraxmışdı. Kənddən keçəndə Martin pilləkənləri qalxdı və katolik rahibinə qoşuldu.
– Nə məsələdir, abbat Orren?
Rahib dönərək, kilsənin içərisinə doğru irəlilədi.
– Bu, əsl kafirlikdir! – irland abbat dedi. – Baxın görün, bu insanlar müqəddəs yeri necə təhqir ediblər! Təəccüblü deyil ki, onlar hamısı Allahın bəlasına düçar olublar!
Martin abbatın ardınca tələsdi. Əyninə böyük olan isti plaşında skelet kimi arıq rahib xəyalətə bənzəyirdi. Yalnız o, İrlandiya sahilindəki ölü adaya ayaq basmış və oradakı viranlığın şahidi olmuşdu.
– Müqəddəs ata, siz axtardığınızı tapdınız? – Martin maraqlandı. Cavab vermək yerinə rahib kilsə zalının içinə doğru irəlilədi. Martinin onun ardınca getməkdən başqa yolu yox idi.
Onun daxilində qəmgin qaranlıq hökm sürürdü. Torpaq döşəməni saman qatı örtürdü. Skamyalar yox idi, sıx çatıların arxasında alçaq dam görünürdü. Yeganə işıq uzaqdakı ensiz, hündür pəncərələrdən mehrabın – sadə daş lövhənin üstünə dü-13
şürdü. Ehtimal ki, çılpaq daşı əvvəllər mehrab parçası örtürdü, lakin indi o dağıılıb ətrafa atılmışdı. Görünür bunu axtarış aparan rahib etmişdi.
Mehraba yaxınlaşan abbat Orren əsən əli ilə iri daş parçasını göstərdi. O qəzəbindən əsirdi.
– Bu əsl kafirlikdir! – o təkrarladı, – Allahın evində bütpərəst simvollarından naxış çəkmək!
Martin yaxın gəldi və mehrabın qarşısında diz çökdü.
Lövhənin üzündə çox güman ki, bütpərəstlərə aid yayılan şüalar ilə günəş diskləri və dolaşıq spirallar, dairələr və qəribə
naxışlar əks olunmuşdu.
– Niyə möminlər belə bir günah işləyiblər?