Абдурагим-бек Ахвердов – Ac həriflər (страница 11)
Abbas bəy. Bilirsən, Səfərəli, nə var? Niyə biz ölürük? Qoy şah ölsün. İranda yetimlərin, dul övrətlərin fəryadı ki, çıxıb göyə! Qoy bir nəfs ölsün, bəlkə, neçə min nəfs dirilə.
Səfərəli. Abbas bəy! And olsun Allaha, sən mənim ürəyimdən xəbər verdin. Şah gərək ölsün! Özü də bu xəncərlə öləcək. Qoy onun öz başı, təmiri fikrində olduğu minarənin bünövrəsinə qoyulsun və minarəni də xudavəndi-aləmin yədi89-qüdrəti tiksin.
Abbas bəy. Onda şah yatmışkən girək içəri, fürsət əldən getməsin.
Hər ikisi qəmələrini çəkib girirlər şah yatan otağa. Abbas bəy qabaqca yeriyib pərdəni yığışdırır əlinə. Qıçları tutulub, pərdə əlində qalır. Şah qədim xırda şüşəli pəncərənin yanında yatıb. Pəncərəyə ayın işığı düşüb. Taxtın ayağının altında piysuz yanır. Abbas bəy və Səfərəli bir qədər vaxt bir-birinin üzünə baxırlar. Axır Səfərəli cəld şahın üstünə gedib, qəməni sancır onun ürəyinə. Abbas bəy və Səfərəli qaçırlar. Ağa Məhəmməd şah Qacar hövlnak yerindən qalxıb, onların dalınca, əli ürəyində, qapıyadək yüyürür, sonra qayıdıb otağın ortasında yıxılır.
Ağa Məhəmməd şah Qacar. Ey xanəxərab, İranra virankərdi!90
YEYƏRSƏN QAZ ƏTİNİ, GÖRƏRSƏN LƏZZƏTİNİ
Hacı Mehdi – Osmanlı davasında bir qədər qazanıb, 50 yaşında
Ələsgər – onun qardaşı, 45 yaşında
Sənəm – Hacı Mehdinin əvvəlinci arvadı, 30 yaşında
Güllü – Hacı Mehdinin ikinci arvadı, 25 yaşında
Nəbi – qəssab, Güllünün atası, 50 yaşında
Mirzə Heydər – cadugər, 40 yaşında
Məşədi İman – sövdəgər, 40 yaşında
Gülpəri – qoca arvad, elçi, 50 yaşında
Qiyas – Hacı Mehdinin ev nökəri, 18 yaşında
Əhvalat vaqe olur Qarabağ vilayətində. İkinci məclis ilə üçüncü məclisin arasından 4 il keçir.
Əvvəlinci məclis
Hacı Mehdinin otağı nümayan91 olur. Yaxşı döşənmiş otağın iki tərəfində qabaq-qabağa iki döşək püşti92 ilə salınmış. Otağın bir qapısı sağ tərəfdə, bir qapısı sol tərəfdə və iki qapı müqabildə.
Hacı Mehdi əyləşib döşəklərin birinin üstə, Şiraz qəlyanı damağında. Bir azdan sonra başını qalxızıb üzünü tutur qapıya, nökəri çağırır.
Hacı Mehdi. Ay gədə, Qiyas!
Nökər
Hacı Mehdi. Mirzə Heydəri gedib gördünmü? Necə cavab gətirdin?
Nökər. Ağa, Mirzə Heydər neçə vaxtdır gəlib, buradadır. Əgər istəyirsən, bu saat çağırım, gəlsin.
Hacı Mehdi. Ay namərbud, neçə vaxtdır, gəlib, niyə mənə xəbər verməyibsən? Nə qayırırdın? Hansı cəhənnəmə getmişdin?
Nökər. Ağa, dəxi niyə acığın tutur, aşpaz övrət göndərmişdi bazara, dolmadan ötrü kələm almağa.
Hacı Mehdi. Yaxşı, bazara getməmişdən gəlib mənə deyə bilməzdin, heyvan? Kişi iki saatdır, gəlib müntəzirdir. İtil gözümün qabağından!
Nökər
Hacı Mehdi. Dodağının altında danışma. Çağır, gəlsin!
Mirzə Heydər
Hacı Mehdi. Ələykəssalam, Mirzə! Buyur, buyur, əyləş.
Mirzə Heydər. Bəndə, nə vaxt buyursanız, qulluğunuzda hazıram.
Hacı Mehdi. Gərək mirzə, bağışlayasan, nökər səni incidib. Çoxdan gəlibsən, mənə heç xəbər etməyib.
Mirzə Heydər. Xeyr, hacı. Bu nə sözdür, buyurursunuz? Bəndə həmişə sizin müxlisiniz93 varam. Mənim üçün belə zəhmətlər çox rahatlıqdır.
Hacı Mehdi. Çox razıyam. Amma gərək genə bağışlayasan, zəhmət vermişəm.
Mirzə Heydər. Allah bağışlasın, bu nə sözdür, hacı, buyurursunuz?
Hacı Mehdi. Bilirsən, mirzə, sənə nə üçün zəhmət vermişəm?
Mirzə Heydər. Xeyr, hacı ağa, buyurun görək.
Hacı Mehdi. Bir təvəqqem var, mirzə, qorxuram, əmələ gətirə bilməyəsən.
Mirzə Heydər. Hacı, belə sözləri buyurmayın. Bəndəni ölümə də göndərsəniz, boyun qaçırmaram. Siz ki məni ölümə göndərməyəcəksiniz?
Hacı Mehdi. Di onda qulaq as, deyim.
Mirzə Heydər. Bəli, buyurun, hacı ağa.
Hacı Mehdi. Bax, mirzə, mən dünən hamamdan qayıdan vaxt bir arvad tayfasına rast gəldim. Hava da bir az külək idi. İttifaqən külək arvadın başından çadırşəbini atdı, arvadın üzünü açdı. O vaxt mənim halətim dəyişdi və özümü bilmərrə itirdim. Guya ki, məni qalxızıb ikiəlli vurdular yerə. Bu çanacan əqlim başıma gəlməyib. Vallahi heç bilməyirəm, evə necə gəldim, çıxdım. İndi mənim də səni çağırmağımın səbəbi budur ki, gərək mənə bu işdə bir çarə tapasan ki, mən o övrəti alım.
Mirzə Heydər. Xub, hacı. Əvvəl gərək bilmək o, qızdır, ya yox? Və bir də kimin qızıdır? Bəlkə, ərdədir?
Hacı Mehdi. Mən gəldim evə yarımcan. O saat adam göndərdim, Gülpəri qarını çağırdım və övrətin bir para nişanələrini ona dedim. Deyən kimi bildi və dedi ki, o qız qəssab Nəbinin qızıdır. Adı da Güllü və özü də qızdır. Bax, mirzə, imdi aman günüdür, mənə bir əlac eylə. Əlindən gələni müzayiqə eləmə. Sənə bir yaxşı xələt verrəm.
Mirzə Heydər
Hacı Mehdi
Mirzə Heydər. Hacı, bunun bir fikri yoxdur. Çox asan işdir. Amma bir zad var ki!
Hacı Mehdi. Nədir o zad, de görüm.
Mirzə Heydər. Hacı, bağışlayınız, sizin Allaha şükür, bir parça yeməyə çörəyiniz var, övrətiniz var, dörd nəfər, Allah saxlasın, uşaqlarınız var. İndi sizin iki arvad nəyinizə lazımdır?
Hacı Mehdi. Ay mirzə, mən səni buraya vəz verməyə çağırmamışam. Əgər bu işə əl qoya bilərsən, qoy. Yox, qoymayacaqsan, onu de. Dəxi mənə vəz vermək lazım deyil.
Mirzə Heydər. Ay hacı, dəxi nə üçün acığınız tutur? Bir söz idi, dedim, hər nə buyurursunuz, yerinə yetirrəm.
Hacı Mehdi. Dəxi mən bir zad bilmirəm, ancaq bu işdə hər nə kələyin var, işlət.
Gülpəri
Hacı Mehdi. Gəl otur, indi görərsən, nə qulluğum var. Qulluğum çoxdur.
Mirzə Heydər
Hacı Mehdi. Ay rəhmətliyin oğlu, dəxi artıq söz lazım deyil, işini gör.
Mirzə Heydər
Gülpəri. Ay başına dönüm, qəssab Nəbinin arvadı bir lovğa şeydir, o heç indiyə kimi gözəl-göyçək cavan oğlanları bəyənməyib, onlara qız verməyib. İndi mən ora getsəm, vallahi məni it ilən qovarlar. Deyərlər ki: “Ay kaftar, bizim qızımız qırmızı saqqallı, qoca kişinin tayıdır?!” Hərçənd hacı dövlətlidir, amma genə qəssabın arvadı günü üstünə qız verməz.
Mirzə Heydər. Bəs mən nəçiyəm? Mən elə iş görərəm ki, heç bir söz deməzlər.
Gülpəri. De görüm, nə eylərsən, əlinə ağac alıb gedib onlar ilə dava edəcəksən?
Mirzə Heydər. Sən ağzına gələni söyləmə, sözümə qulaq as. Mən indi üç dua yazaram: birini qoyarsan dilinin altına, onda sən hamısına şirin görünərsən. Heç kəs sənə yaman söz deməz və bir də bir dua yazaram onu it tükü ilə, ancaq qara it olsun və pişik tükü ilə bir yerdə qəssabın qapısından girəndə basdırarsan və üçüncü duanı qoyarsan suya, bir gecə qalar suyun içində. Sübh, gün çıxmamış bir almanı üç dəfə salıb çıxardarsan o suyun içinə və qalan su ilə üzünü yuyarsan və almanın da bir parçasını bir tövr qəssabın qızına, bir parçasını da anasına verərsən, sonra iş düzələr, gedər. Di imdi səbir elə, duaları yazım.
Gülpəri. Yaxşı, yaz görək, necə olar.
Hacı Mehdi. A Gülpəri, bu işi düzəltsən, məni özünə borclu elərsən. Sənə elə bir xələt verərəm ki, heç misli olmasın və hansı çitdən özün bəyənsən, tuman alaram. Ala, qabaqca də sənə bir az xərclik verim. Allah qoysa, iş ki düzəldi, səni razı edərəm, necə ki, xahişin.
Gülpəri
Hacı Mehdi. Nədir, de görüm?