реклама
Бургер менюБургер меню

Abdulla Şaiq – Tıq-tıq xanım (страница 15)

18

BAHAR BAYRAMI

Ey səməni, saxla məni, Hər il göyərdərəm səni. Ayaq basdın ölkəmizə, Bol-bol şənlik gətir bizə. Çatır-çatır yansın ocaq, Şadlıq etsin oğul-uşaq. Sünbül saçlı tarla, əkin Parıldasın qızıl təkin. Bağlar bəzək vursun yenə, Quşlar məclis qursun yenə. Budaqlarda axşam, səhər Şəfəq saçsın şux meyvələr. Sevincimiz başdan aşsın, Bahar, günəş qucaqlaşsın.

ZƏFƏR NƏĞMƏSİ

Sevin, sevin, ana Vətən! Təslim oldu zalım düşmən. Zəfər ilə döndü ordu, Artıq oldun şəndən də şən. Xoşbəxt elin coşur, daşır, Nümayişlərdə qaynaşır. Hər bucaqda toy, bayramdır, Şənlik, sevinc başdan aşır. Sən bu xalqın sevincisən, Gözəllikdə birincisən, Təbiətin saf qoynunda, Ən dəyərli bir incisən. Sevin, sevin, ana Vətən, Artıq oldun şəndən də şən!

QIŞIN NƏĞMƏSİ

Saqqalı ağ, saçı ağ, Əlində zorba çomaq Gəldi qocalmış baba, Şaxta baba, qış baba. Gurladı boğnuq səsi, Uğuldadı nəğməsi: “Ay uşaqlar, mən qışam, Burda mənzil salmışam. Mən gələndə yağar qar, Onu sevər uşaqlar. Qardan adam yaparaq, Oynarlar qar-topalaq. Soyuq qış axşamında İsti ocaq başında Nağıl deyir nənələr, Qulaq asır nəvələr”. Çöldə ayaz, boran, qar, Qışın da bir zövqü var…

BAHAR

Uğur olsun, gözəl bahar! Səni ellər çox arzular. Ayaq basdın ölkəmizə, Şənlik, sağlıq gətir bizə. Qoy sel kimi yağsın yağış, İnəyini sağsın yağış. Sellər axsın, çaylar daşsın, Sevincimiz başdan aşsın. Çatır-çatır yansın ocaq, Qoy şənlənsin oğul, uşaq. Çöllər, sünbül saçlı əkin Parıldasın qızıl təkin. Dağlar bəzək vursun yenə, Quşlar məclis qursun yenə. Dağda, bağda axşam, səhər,