реклама
Бургер менюБургер меню

Светлана Алексиевич – Müharibə qadın simalı deyil (страница 8)

18

Oh, qızım, mən sözlərdən qorxuram. Sözlər çox qor-xuludurlar. Mən yaxşılıq etdiyimçün xilas ola bildim. Heç kimə pislik arzulamırdım… Hamıya yazığım gəlirdi…”

* * *

“Mən ordu ilə birlikdə Berlinə qədər getmişəm… Öz kəndimə iki şöhrət ordeni və medallarla qayıtdım. Üç gün qaldım, dördüncü gün isə anam məni yatağımdan qaldı-raraq dedi:

– Qızım, səninçün bir bağlama hazırlamışam. Çıx, get… Çıx, get… Səndən sonra iki balaca bacın böyüyür… Onları kim alacaq? Hamı bilir ki, sən dörd il kişilərlə birlikdə cəbhədə olmusan.

Mənim yarama dəyməyin, yaxşısı budur ki, başqaları kimi siz də mənim mükafatlarım haqqında yazın…”

* * *

“Müharibə elə müharibədir. Müharibə sizin üçün te-atr deyil. Çöldə dəstəni sıraya düzdülər, biz dairə şək-lində dayandıq. Ortada isə Mişa K. və Kolya M. – bizim uşaqlar… Mişa cəsur kəşfiyyatçı idi, qarmonda çala bilir-di. Oxumaq məsələsində isə heç kim Kolyadan daha yaxşı ola bilməzdi…

Hökmü uzun-uzadı oxudular: filan kənddə iki şüşə gecə arağı tələb ediblər… gecə isə iki qızı… Filan kənddə isə… Kəndlinin əlindən paltosunu və tikiş maşınını alıb-lar. Sonra da satıb arağa xərcləyiblər. Qonşuları evindəcə. Güllələnməyə məhkum edilirlər…

Kim güllələyəcəkdi? Dəstə susurdu… Kim?! Susur-duq… Hökmü komandirin özü yerinə yetirdi…”

* * *

“Mən pulemyotçu idim. O qədər adam öldürmüş-düm ki…

Müharibədən sonra uzun müddət ana olmaqdan qorxdum. Yalnız bir qədər sakitləşdikdən sonra doğdum. Yeddi il keçdikdən sonra… Amma indiyə kimi də heç bir şeyə görə onları bağışlamamışam. Heç bağışlamayacağam da… Mən əsir düşmüş almanları görəndə sevinirdim. Sevinirdim ki, onlara baxanda insanın yazığı gəlir: ayaq-larında çəkmə əvəzinə ayaq sarığı, başlarında sarğı… Kən-din içi ilə keçirib aparırlar, onlar isə yalvarır: “Ana, çörək ver… Çörək ver…”

Məni heyrətə gətirən o idi ki, kəndli qadınlar öz dax-malarından çıxır, kimisi onlara bir parça çörək, kimisi kar-tof atırdı. Oğlan uşaqları isə əsir dəstəsinin dalınca qaça-raq onları daşa tuturdular. Qadınlar ağlaşırdılar…

Mənə elə gəlir ki, mən iki həyat yaşamışam – biri kişi, digəri isə qadın həyatı…”

* * *

“Müharibədən sonra…

Müharibədən sonra insan həyatının heç bir dəyəri qalmadı. Bir misal çəkim. İşdən sonra avtobusda gedir-dim, birdən haray-qışqırıq qopdu: “Oğrunu tutun! Oğru-nu tutun! Mənim çantam…” Avtobus dayandı. O dəqiqə basabas düşdü. Gənc bir zabit oğlan uşağını küçəyə çıxardı, əllərini öz dizlərinin üstünə qoydu və “bax!” Əllə-rini iki yerə qırdı. Sonra geri qayıtdı. Və biz yolumuza da-vam etdik. Heç kim oğlanı müdafiə etməyə çalışmadı da… Heç milis də çağrılmadı. Həkim çağıran da olmadı. Zabi-tin isə bütün sinəsi medallarla dolu idi. Mən öz dayanaca-ğımda düşmək istədikdə o, tez yerindən qalxdı və mənə əlini uzatdı: “Buyurun, düşün, xanım qız…” Bu dərəcədə nəzakətli.

Eh… Bu o deməkdir ki, hələ müharibədir. Bütün insanlar da müharibə insanlarıdır…”

* * *

“Qızıl Ordu gəldi…

Bizə adamlarımızın basdırıldığı qəbirləri açmağa ica-zə verdilər. Adətə görə, hamımız ağ paltarda olmalı idik – ağ köynəklərdə, ağ yaylıqlarda… Adamlar kənddən baş-dan-ayağa ağ paltarlar içində, ağ döşəkağlarına bürünə-rək çıxdılar. Ağ naxışlı dəsmallarla…

Qazdıq. Kim nə tapırdısa, deyirdi, özü də götürürdü. Kimisi arabada bir əl apardı, kimisi at arabasında kəllə. İnsan uzun müddət torpağın altında bütöv qalmır axı, onların hamısı bir-birinə qarışmışdı… Bir də torpağa…

Bacımı tapa bilmədim, mənə elə gəldi ki, donunun bir parçasını gördüm – bu onun idi, deyəsən, nəsə tanış gəlirdi. Elə həmin parça qalığını da tabuta qoyub dəfn et-dik.

Atamla bağlı “itkin düşmüşdür” yazan kağız aldıq. Başqaları həlak olanlarla bağlı nəsə xəbər alırdılar, anam-la məni isə kənd sovetində qorxutdular: “Sizə heç bir yar-dım düşmür. Bəlkə də, o alman frausu ilə kef içində yaşa-yır. Xalq düşmənidir…”

Mən Xruşşovun vaxtında atamı axtarmağa başladım. Qırx ildən sonra… Qorbaçovun zamanında isə cavab al-dım: “Siyahılarda adı yoxdur…” Amma onun polk yol-daşlarından biri səsimizə hay verdi. Öyrəndim ki, sən de-mə, atam qəhrəmancasına həlak olubmuş. Mogilov yaxın-lıqlarında əlində qranatla tankın altına atılıb…

Heyf ki, bu xəbəri aldığım zamanlara qədər anam yaşaya bilmədi. O, xalq düşməninin arvadı ləkəsi ilə dün-yadan köçdü. Satqın arvadı… Onun kimi olanların sayı çox idi. O vaxta qədər yaşaya bilmədi. Mən məktubla bir-likdə onun məzarının üstünə getdim… Oxudum…”

* * *

“Əksəriyyətimiz inanırdı…

Düşünürdük ki, müharibədən sonra hər şey dəyişə-cək. Stalin öz xalqına inanacaq. Hələ müharibə qurtarma-mışdı, amma eşelonlar artıq Maqadana yol almışdı. Qələ-bə çalanların da olduğu eşelonlar. Əsirlikdə olan, alman düşərgələrində sağ qalmağı bacaran, almanların işləmək üçün apardıqları – onlar Avropanı görmüşdülər – həbs edilmişdilər. Kim xalqa insanların orada necə yaşadığını danışa bilərdi. Kommunistlərsiz. Orada evlər necədir, yol-lar necədir! Orada heç yerdə kolxoz yoxdur…

Qələbədən sonra hər kəs susdu. Susdular və mühari-bədən əvvəl oduğu kimi qorxdular…”

* * *

“Biz gedirik…

Bizdən sonra gələnlər kimdir? Mən – tarix müəllimi-yəm. Səhv etmirəmsə, tarix dərsliklərini üç dəfə yenidən köçürüblər. Mən üç fərqli kitabla öyrətmişəm.

Bizdən sonra nə qalacaq? Nə qədər ki, sağıq, özü-müzdən soruşun. Sonra haqqımızda heç nə uydurmayın. Soruşun…

Bilirsiniz, insan öldürmək nə qədər çətindir?! Mən gizli fəaliyyət göstərirdim. Yarım ildən sonra bir tapşırıq aldım – zabit yeməkxanasına ofisiant kimi işə düzəlmək… Gənc idim, gözəl idim… Götürdülər. Şorba qazanına zə-hər atmalı və elə həmin gün də partizanların yanına qaç-malı idim. Onlara alışmışdım; düşmən idilər, amma hər gün onları görürdüm. “Danke şön… Danke şön…” – deyir-dilər. Bu çətindir. Öldürmək çətindir…

Bütün ömrüm boyu tarix dərsi keçmişəm, amma eyni zamanda da bilirdim ki, heç bir tarixi hadisədə hər şeyi axıra qədər bilmirik. Bütün yaşanmış hissləri, bütün həqi-qəti…”

* * *

“Mən özüm də uzun müddət inana bilmirdim ki, Qələbəmizin iki siması var – biri gözəl, digəri isə qorxulu. Baxmaq mümkün deyil. Dözülməzdir. Mənim öz mühari-bəm var idi…”

XATIRLAMAQ İSTƏMİRƏM

Minsk yaxınlığında köhnə üçotaqlı bina idi. O bina-lardan ki, müharibədən sonra tələm-tələsik və o zamanlar bizim düşündüyümüzə görə, müvəqqəti tikilmişdi. Çox-dan idi ki, yasəmən kolları ilə əhatələnmişdi. Yeddi il, son dərəcə heyrətli və əzab verən yeddi il davam edən ax-tarış prosesi elə ondan başlamışdı. O zaman mən özüm üçün müharibə aləmini – sonuna qədər açılmamış sirləri və mənası olan bir dünyanı kəşf edəcəyimi düşünürdüm. Ağrı, nifrət, həvəs duyacaqdım. Şəfqət və heyrət yaşaya-caqdım. Ölümün qətldən nə ilə fərqləndiyini, insanlıqla qeyri-insanilik arasındakı sərhədi anlamağa çalışacaqdım.

İnsan başqa bir insanı öldürə biləcəyi fikrilə – dəli bir düşüncə ilə necə tək qala bilir? Hətta öldürməyə borclu-dur da. Fərqinə varacaqdım ki, müharibədə ölümdən baş-qa bir çox başqa şeylər də var… Orada bizim adi həyatı-mızda mövcud olan hər şey yaşarıdır. Müharibə – özü də həyatdır.

Saysız-hesabsız insani həqiqətlərlə toqquşacaqdım. Sirlərlə. Əvvəllər mövcud olduğundan xəbərim belə ol-mayan bir çox məsələlər haqqında düşünəcəkdim. Mə-sələn, nə üçün biz yamanlığa təəccüblənmirik, nə üçün bizdə pislik qarşısında heyrət etmək hissi mövcud deyil?

Bu, həddindən artıq uzun yol olacaqdı. Bütün ölkə boyu onlarla səfər, yüzlərlə yazılmış kaset, minlərlə metr maqnitofon lenti… Beş yüz görüş… Sonrasını saymaqdan əl çəkdim, simalar yaddaşımdan silinməyə başladı, yal-nızca səslər qaldı.

Beynimdə xor səsi duyulur. Böyük bir xor, bəzən söz-lər demək olar ki, eşidilmir də, ancaq ağlaşma səsi gəlir. Etiraf edirəm: heç də həmişə inanmırdım ki, bu yolu get-məyə gücüm çatacaq, onu başa vura biləcəyəm. Sona çat-dıracağam. Şübhə və qorxu dolu dəqiqələrim olurdu; da-yanmaq və kənara çəkilmək istəyirdim, amma artıq bacar-mırdım.