18+
реклама
18+
Бургер менюБургер меню

Шамиль Садиг – Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər (страница 2)

18

Cavid şəxsiyyətinin yaşam tərzini obrazları ilə

müqayisə etsək, Şeyx Sənan kimi daima haqqa doğru gedən, inandığı və bulduğu həqiqətdən bir anda olsun yayınmayan, Arif kimi İblislə, şərlə mübarizəyə

qalxan, “Peyğəmbər” kimi tökülən qanların qarşısını 8

almaq istəyən, Elxan kimi ədalət məhkəməsi qurub dünyanı ədalətsizlikdən xilas etmək arzusunda olan, Səyavuş və Azər kimi odla suyun qovuşduğu torpaq-dan doğulub odla saflaşan, Xəyyam kimi şərlənməsi-nə, ləkələnməsinə baxmayaraq öz paklığı və idrakı ilə

mübarizə aparan olduğunu görmüş olarıq. Cavid, sanki, yaradıcılığında da öz taleyini yazmışdır.

Bu qədər böyük bir şəxsiyyətin nə qədər sadə və

səmimi olduğunu öyrənmək üçün həyat yoldaşı Müşkinaz xanım və qızı Turan xanımın xatirələrinə göz gəzdirmək lazımdır. Dünyaya xoşbəxtlik arzu edən və cəmiyyətin firavan həyat tərzi sürməsini arzulayan şairin faciəli və qürurverici bir həyat tərzini, Cavidin yanında olanların bir gündən sonra yoxa çıxmasını, ailəsinin şanlı, şöhrətli tituldan vətən xaini damğasına qədər əzablı bir yol keçməsini, Cavidli və Cavidsiz günlərini yaşayan Cavidlər ailəsinin keşməkeşli həyat tərzini oxuculara bir daha çatdırmaq üçün Müşkinaz xanımın 1973-cü ildə qələmə aldığı “Cavid haqqında xatirimdə qalanlar” və Cavid sevdalı, Turan aşiqi Azər Turanın böyük Hüseyn Cavidin qızı Turan xanımla 9 yаnvаr 2004-cü ildə etdiyi xatirə söhbətini yenidən nəşr etdirməyi düşündük.

Cavid haqqında xatirələr, nəinki gəncliyimiz, hər kəs üçün daima sanballı, gərəkli bir konsepsiyadır. İstər Müşkinaz xanımın, istərsə də, Turan xanımın xatirələrini oxuduqda bu ailənin böyüklüyünü bir daha görmüş oluruq. Çünki nə qədər ikiüzlü insanlar gör-mələrinə baxmayaraq, Cavid soyunun nümayəndələri heç bir ad çəkmir, konkret olaraq kimlərisə günahlan-dırmırlar.

9

Hədəf Nəşrlərinin “Xatirə ədəbiyyatı” silsiləsinin VIII kitabı olaraq çap ediləcək bu xatirələrin kitabse-vərlərin, cavidsevərlərin ürəyincə olacağına da əmi-nik.

10

Filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün Müdafiə Şurasındakı çıxış

25 may 2007-ci il

Hörmətli sədr! Hörmətli müdafiə şurasının üzvlə-ri! Hörmətli xanımlar və cənablar, əvvəla, sizin hamı-nızı salamlayıram.

Bizim milli şüurumuza özümüzü dərk etmək baxımından təsir edəcək fikirlərin yönləndirilməsinin, bu mövqedən yazılan əsərlərin gizlədilməsinin, tarixlərin təhrif edilməsinin zamanı keçmişdir. Bu gün faktlara obyektiv yanaşma, ideoloji yönləndirməni üs-tələməkdədir. Məhz belə bir şəraitdə Cavid kimi sənətkarların yaradıcılığının tədqiqi bir daha aktuallaş-maqdadır.

Müasir ədəbiyyatşünaslığımızın bir çox problem-lərinin həlli baxımından Cavid yaradıcılığına müxtəlif istiqamətlərdən müraciət etmək olar ki, bunların biri də Cavidin qəhrəman konsepsiyasıdır.

Şairin romantik qəhrəmanları bəşəriyyətin əbədi problemlərinə dövrün problemləri işığında cavab axtarır. Elə buna görə də Cavidin qəhrəmanları sahib olduqları xarakterik keyfiyyətlərə görə Sovet ədəbiyyat-şünaslığında çox vaxt mübahisə mənbəyinə çevrilmiş

və ədib bir çox qəhrəmanlarına (Afət, Elxan, Topal Teymur, Peyğəmbər və s.) görə nüfuzlu ədəbiyyatşünaslar tərəfindən belə, yanlış mövqedən təhlil olunaraq qınağa məruz qalmışdır.

11

Qəhrəman konsepsiyasını araşdırdığımız H.Cavidin yaradıcılığında türkçülüyə böyük bir konsepsiya kimi baxılmışdır. Təsadüfi deyil ki, ideoloji ateizmin təsirində olan bir çox tənqidçilər və ədəbiyyatşünaslar Cavidi ateist adlandırsalar da, digər bir qisim tənqidçilər və ədəbiyyatşünaslar birmənalı olaraq Cavidi panislamizmdə, pantürkistlikdə günahlandırmışlar.

Qətiyyətlə deyə bilərik ki, qəhrəman konsepsiyasının əsasında ittihadçılıq, tərəqqi, bəşəri problemlər daya-nan şair daima şovinist ideyalardan uzaq, sadəcə mil-lətinə böyük sevgi bəsləyən, güclü milli duyğulara sahib olan bir şəxs idi.

Göstərdiyimiz cəhətlər və müəllifin ideya-sənətkarlıq xüsusiyyətlərinin üzə çıxarılmasında qəhrəmanın müstəsna rolu mövzumuzun müasir ədəbi-nəzəri fikir üçün nə qədər aktual olduğunu göstərir.

“Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası” mövzusunda müzakirənizə təqdim olunan dissertasiya giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahı-sından ibarətdir. Onu da nəzərinizə çatdırıram ki, bu iş Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində yerinə yetirilmişdir.

Dissertasiya işinin girişində mövzunun elmi aktu-allığından, məqsəd və vəzifələrindən, elmi yeniliyin-dən, təhlil metodlarından və s. bəhs edilmişdir.

İşin “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında romantizm cərəyanı və romantik qəhrəman”

adlanan birinci fəslində Azərbaycan romantizminin inkişaf tarixindən, problemlərindən, özünəməxsusluqlarından, həmin dövrün ictimai-siyasi şəraitindən, romantiklərin yaratdığı bədii qəhrəman tiplərindən 12

və onlarda ifadə olunan ideallarından, ideyalarından söz açılaraq qəhrəmanların təsnifatı prinsipləri müəy-yənləşdirilmişdir. Bunun davamı olaraq növbəti ya-rımbaşlıqda Cavid qəhrəmanlarının təsnifatı verilmişdir.

XX əsr Azərbaycan romantizminin qəhrəman tiplərini müxtəlif cür təsnif etmək olar: müxtəlif millət-ləri, təbəqələri, zamanları və məkanları təmsil edən, mücərrədliyi, mövhumiliyi və gerçəkliyi ilə fərqlənən qəhrəmanlar. Lakin biz dissertasiyamızda XX əsr Azərbaycan romantizminin banilərindən olan H.Cavidin romantik qəhrəman tiplərini aşağıdakı kimi təsnif etməyi qərara aldıq: romantik qəhrəman ailə-məişət kontekstində (Səlma, Afət, Cəlal, Maral); romantik qəhrəman inqilab və müharibə kontekstində; (Knyaz, Azər, Topal Teymur, Şeyda, Arif, İblis, Səyavuş); romantik qəhrəman dini-fəlsəfi kontekstdə (Şeyx Sənan, Peyğəmbər, Xəyyam). Dissertasiyanın növbəti fəsilləri bu təsnifat əsasında müəyyənləşdirilir.

Dissertasiya işinin ikinci fəsli “H.Cavidin romantik qəhrəmanı ailə-məişət kontekstində” adlanır.

“Şərq müdrikliyi və ana” adlanan birinci bölmədə

Anaya dərin ehtiram və məhəbbətlə yanaşan H.Cavid dramaturgiyasının ilk romantik qəhrəmanı, “Ana”

pyesindəki Səlma anadan və “Qadın”, “Öksüz Ənvər”, “İlk bahar”, “Qız məktəbində”, “Çiçək sevgisi”,

“Şərq qadını” kimi şeirlərində, “Azər” dastanındakı

“Azad əsirlər”, “Vəhşi qadın”, “Səlmanın səsi” kimi parçalarda anaya olan dərin hörmətdən söhbət açıl-mışdır.

13

Cavid “Ana” pyesində ananı Şərq müdrikliyinin təmsilçisi kimi göstərməklə, Şərq, eyni zamanda türk mentalitetində qadının tutduğu uca yeri göstərir.

Şərq müdrikliyinin əsasında Tanrı sifətlərini mə-nimsəyərək kamilləşmək, ilahi iradəyə uyğunlaşmaq başlıca yer tutduğu kimi, ananın da xarakter və dav-ranışında bu cəhət əsasdır. O, çox çətin bir məqamla –

oğlunun qatilini bağışlamaq və ona sığınacaq ver-məklə sınağa çəkilsə də, ilahi iradədən uzaq düşmür.

İkinci fəslin ikinci bölməsi “Qadın azadlığı problemi və qadın qəhrəmanlar” adlanır. Bu bölmədə H.Cavidin ailə-məişət mövzusunda yaratdığı “Maral”,

“Uçurum” və “Afət” əsərləri tədqiqata cəlb edilmişdir.

Şairin ailə və məişət mövzusunda yazılan “Maral”, “Uçurum” və “Afət” faciələri öz məzmunları və

daşıdıqları ideya yükü ilə bir-biriləri ilə üzvi surətdə

bağlı olan bir silsilə təsiri bağışlayır, elə buna görə də

bu əsərlər ardıcıl tədqiqata cəlb edilmiş, hər bir obraza diqqət yetirilmişdir. Bədii qəhrəman ənənəsində

onlardan başlanan yeniliklər və

Qadın! Ey sevgili, şəfqətli mələk!

Bu qədər səbrü-təhəmmül nə demək?

O lətafət, o nəcabətlə sana

Bu əsarət, bu həqarət nə rəva!?

Sən nəsin?.. Kəndini bil, zəfi bıraq!

Həp nəsibinmi sənin sillə-dayaq?!

14

– deyən Cavid romantizmində qadın azadlığı prob-leminin necə böyük önəm daşıdığı müəyyənləşdiril-mişdir.

Elmi işimin üçüncü fəsli “H.Cavidin romantik qəhrəmanları inqilab və müharibə kontekstində” adlanır. “İnqilabın qəhrəmanların taleyi ilə açılan fəlsəfi mahiyyəti” adlı birinci bölmədə H.Cavidin inqilaba münasibəti araşdırılmışdır.

Sovet dövründə H.Cavid yaradıcılığına, xüsusilə

də inqilabi mövzuda yazdığı əsərlərinə obyektiv ger-çəklikdən kənar münasibət bəslənilmişdir. Bu qəbildən olan tənqidçiləri iki qrupa bölmək olar; birincisi, vəzifə hərisləri, “ölüm qədər zəhərli” həyatda yaşamağı üstün tutanlar, Cavidi proletar inqilabının mahiyyətini anlamamaqda günahlandıranlar, ikincisi isə

H.Cavidi sevənlər, qorumaq üçün, yaşatmaq üçün sü-ni şəkildə Cavid yaradıcılığında Sovet ideologiyasını təbliğ edən, onu alqışlayan ünsürlər taparaq Cavidin də bu dövrün adamı olduğunu demək istəyənlər. Bu fəsildə Cavidin inqilab və müharibə kontekstində təqdim etdiyi qəhrəmanlar ədəbiyyatşünaslıqda rastlaşdığımız yanlış təhlillərlə polemikada tədqiq olunur.

XX əsrin əvvəllərindəki istər dünyadakı, istər Ru-siyadakı, istərsə də Azərbaycandakı inqilabi proseslə-ri diqqətlə izləyən Cavid inqilab mövzusuna da biganə qalmamış, dahiyanə fikirlərini “Şeyda”, “Knyaz”

pyesləri və “Azər” poeması ilə ortalığa qoymuşdur.

Yüksək siyasi təfəkkürə malik Cavid yaratdığı heç bir əsərdə tələskənliyə yol verməmiş, xeyli düşünüb-da-şındıqdan sonra ortalığa çıxarmışdır. Apardığımız tədqiqat göstərir ki, sovet tənqidçilərinin söylədikləri 15

“Cavid proletar inqilabının mahiyyətini anlamır” ki-mi fikirlər kökündən yanlışdır. Bu öz əksini istər xalqın zəhmətkeş təbəqəsinin ağır güzəranını, acınacaqlı vəziyyətini görərək müasir və aktual mövzuda qələmə aldığı “Şeyda” faciəsində, istərsə də proletar inqilabının qələbəsi nəticəsində bir sinif kimi əzilən, məhv olan “knyazlar” dünyasının faciəli həyatını əks etdirən “Knyaz” faciəsində daha qabarıq şəkildə gös-tərmişdir.