Сергей Довлатов – Güclü olmaq istəyirəm (страница 2)
– Heç nəyin, – mən dedim. – Sadəcə, uçurlar. Elə belə. Bu, normal haldır.
– Niyə uçurlar ki? – redaktor candərdi soruşdu. – Hansı səbəbdən? Hansı bədii mənanı gücləndirmək-dən ötrü?
– Uçurlar, vəssalam, – mən pıçıldadım, – adi hal-dır…
– Tutaq ki, elədir. O zaman deyin görüm bu quş-lar hansı mənəvi dəyəri simvolizə edirlər? Xronosu, yoxsa Demosu?
Dəhşətdən ayaq barmaqlarımı tərpətməyə başla-dım.
– Bir sual da verim. Siz torağaysınız, ya bayquş?
Mən çığırdım, redaktorun saqqalını ütdüm və qa-pıya sarı yönəldim.
Arxamca səs gəldi:
– Bir dəqiqə. İstəyirsiniz, sizə cəfəngiyatdan bir məsləhət verim?
– Cəfəngiyatdan?!
– Əşşi, daha doğrusu, fənərdən.
– Fənərdən?!
– Necə deyərlərsə, saç altından.
– Saç altından?!
– Bir sözlə, klassikləri təkrar-təkrar oxuyun. Puş-kini, Lermontovu, Qoqol, Dostoyevskini, Tolstoyu. Əsas Tolstoyu. Dərindən düşünsək, bu qrafa qədər ədəbiyyatımızda heç əsl kişi olmayıb…
Ədəbiyyatla işim bitdi.
Günlərim cansıxıcı keçirdi. Yuxu, qatıq, iş, tənha-lıq. İş yoldaşlarım mənim bu vəziyyətimi görüb əl-ayağa düşdülər. Məni xeyli inkişaf etmiş bir qız – Fri-da Şteynlə tanış etdilər.
Biz restoranda iki saat vaxt keçirdik. Musiqi səslə-nirdi. Frida menyunu oxuyurdu, Tövrat kimi – sağ-dan sola. Biz blinçiklərlə kofe sifariş etdik.
Frida dedi:
– Biz hamımız müəyyən çevrənin adamlarıyıq.
Mən başımla təsdiqlədim.
– Ümidvaram ki, siz də hansısa çevrəyə mənsub adamsınız.
– Bəli, – cavab verdim.
– Məhz hansına?
– Dördüncüyə, – dedim. – Əgər cəhənnəmin çev-rələrin nəzərdə tutursunuzsa.
– Əhsən! – qız dedi. Mən o dəqiqə şampan sifariş etdim.
– Nədən danışaq? – Frida soruşdu. – Coysdan? Hitlerdən? Pşebışevski haqqında? Qara teryerlərdən? Struktur dilçilikdən? Neofreydizmdən? Dizzi Gillespi-dən? Ya bəlkə, Yaspers, ya da Kafka haqqında?
– Kafka haqqında, – mən dedim.
Və ona başıma gəlmiş bir əhvalatı danışdım.
“Deməli, işə gəlirəm. İş yoldaşım Barabanov məni saxlayır.
– Dünən, – deyir, – Kafkanı təkrar vərəqləyirdim. Bəs siz Kafkanı oxumusunuz?
– Təəssüf ki, yox, – mən deyirəm.
– Siz Kafkanı oxumamısınız?
– Boynuma alıram ki, yox.
Barabanov mənə bütün günü çəpəki baxdı. Nahar fasiləsində isə laborant Nina yanıb gəlib soruşur:
– Deyirlər ki, siz Kafkanı oxumamısınız. Bu həqi-qətdir? Ancaq düzünü deyin. Öz aramızda qalacaq.
– Oxumamışam, – deyirəm.
Nina diksindi və Barabanovla birlikdə nahara get-di…
İşdən qayıdanda mən yolda geoloq Tişenko ilə rastlaşdım. Onun yanında, həmişəki kimi, yaraşıqsız bir qız vardı.
– Xantı-Mansiyskdə Kafka satılır! – o, uzaqdan qışqırdı.
– Əla, – heç geri çevrilmədən dedim və yoluma davam etdim.
– Hara gedirsən? – geoloq incik səslə soruşdu.
– Xantı-Mansiyskə, – dedim. Bir dəqiqə sonra isə artıq evdə idim. Dəhlizdə qonşum – bağçaya gedən Roma üstümə düşdü. Ayağımın birini qucaqlayıb de-di:
– Biz isə nənəmlə birlikdə Kafkanı oxumuşuq!
Mən qıyya çəkib qaçmaq istədim. Amma Roma ayağımdan möhkəm yapışmışdı.
– Xoşuna gəldi bəs? – mən soruşdum.
– Belə də, – Roma dilləndi.
– Dostum, bəlkə, nəyisə səhv salırsan?
Onda bağça uşağı evdən iri sınıq-salxaq bir kitab gətirib içindəki kaska şəklini göstərdi:
– Kafka!
– Sən ağıllı oğlansan, – mən dedim. – Amma bir az pəltəksən. Bəlkə, sənə tüfəng hədiyyə edim?
Elə də etdim.”
– Əhsən! – Frida Şteyn dedi. Mən yenə şampan si-fariş etdim.
– Mən bilirəm ki, – Frida dedi, – siz novellalar ya-zırsınız. Onları oxuya bilərəmmi? Yanınızda var indi?
– İndi yanımda yalnız hələ mövcud olmayanlardır, – mən dedim.
– Əhsən! – dedi Frida.
Yenə şampan sifariş etdim…
Gecə biz təmiz bir blokda dayanmışdıq. Bir istə-dim Fridanı öpüm. Daha doğrusu, ona sarı hiss oluna-caq dərəcədə büdrədim.
– Əhsən, – Frida dedi. – Siz lap donuz kimi sər-xoşsunuz!
O vaxtdan Frida mənə daha zəng etmədi.
Pəncərənin arxasındakı sərçələrə bənzəyən günlər – boz və bir-birindən seçilməyən – ard-arda ötüb ge-dirdilər. Yuxu, qatıq, iş, Zolyanın əsərləri. Xəstələn-dim, sonra da sağaldım. Bir televizor aldım kreditə.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.