реклама
Бургер менюБургер меню

Сельма Лагерлёф – Nilsin vəhşi qazlarla səyahəti (страница 3)

18

Pişik dərhal ona cavab vermədi. O tənbəl-tənbəl oturdu, quyruğunu gətirib pəncələrinin altına qoydu. Bu sinəsində ağ ləkə olan böyük qara bir pişik idi. Onun yumşaq, məxməri, parıldayan tükləri vardı. Caynaqları böyüyüb içəri doğru əyilmişdi, dar gözlərində tənbəl bir baxış vardı. Pişik başdan-ayağa xoşxasiyyət və dostcasına görsənirdi.

– Hə, mən cırtdanın harada yaşamasını çox yaxşı bilirəm. O asta-asta, demək olar ki, səssiz cavab verdi. Amma bu o demək deyil ki, mən bunu sənə deməyə hazırlaşıram.

– Əziz məstan. Sən mənə onun yerini deməlisən. Mütləq deməlisən. Oğlan yalvarmağa başladı. Görmürsən, o mənə necə cadu edib?!

Pişik gözlərini geniş açdı, bu zaman yaşıl rəngli gözlərdə zalım baxış aşkar oxundu. O cavab verməzdən öncə öz yerində bir dövrə vurdu və mırıldadı.

–Niyə cavab verməliyəm ki, sənə? Bəlkə ona görə ki, tez-tez mənim quyruğumdan tutub məni incidirdin?

Onda oğlan əsəbdən dəliyə döndü və necə balaca, köməksiz olduğunu unutdu. Off. Məni əsəbləşdirmə, indi yenə durub sənin quyrğunu çəkərəm haa! Edə bilmərəm? Bilərəm əlbəttə ki! Belə deyib pişiyə doğru qaçdı.

Növbəti anda heyvan elə dəyişdi ki, oğlan onun hər zamankı heyvan olmasına inana bilmədi. Onun bədənindəki hər bir tük biz-biz dayanmışdı. O belini donqar edib, qabaq pəncələrini hücuma hazır vəziyyətə gətirdi. Caynaqları ilə yeri eşdi, quyruğu isə qıvrılıb dik vəziyyət aldı, qulaqları arxaya doğru gərildi, ağzı köpükləndi, gözləri isə geniş açılıb alov saçar kimi parıldadadı.

Oğlan istəmirdi ki, pişik onu qorxutsun, bu səbəbdən də o bir addım irəli atdı. Pişik isə bir sıçrayışla gəlib düz oğlanın qarşısında dayandı, oğlanı yerı yıxıb başının üstündə dayandı. Qabaq pəncələrini gətirib onun sinəsinə qoydu, ağzını isə geniş açıb onun boğazına dirədi.

Oğlan pişiyin iti caynaqlarının köynəyini deşib sinəsini incitməyini hiss edirdi, onun dişləri isə az qala bu dəqiqə boğazına batacaqdı. O əmin idi ki, bu artıq onun sonundur. Sonra isə o pişiyin caynaqlarını sinəsindən götürməyini, dişlərini isə boğazından uzaqlaşdırdığını hiss etdi.

–Bax, bu sənə dərs olsun. Gördün? Bu dəfə səni öz sahibəmin xətri üçün buraxıram. Bircə istədim biləsən ki, indi bizlərdən hansımız daha güclüyük. Sənə dərs vermək üçün.

Pişik bu sözləri dedi və getdi. O sakit idi və ilk dəfə idi özünəəmin görünürdü. Oğlan o qədər məyus və çaşqın olmuşdu ki, nə deyəcəyini belə bilmirdi. O yalnız gedib cırtdanı tapmaq üçün mal tövləsinə tərəf tələsdi.

İçəridə üç inək vardı. Amma oğlan içəri girəndə tövlədə elə mooultu səsi elə böyürmə səsi gəldi ki, sanki tövlədə həmin anda 30 inək vardı.

Mööö....Mööö …Mayros böyürməyə başladı. -Demək ki, dünyada ədalətli deyilən bir şey hələ də qalıb.

Mööö…Möööö. Üç inək birlikdə böyürməyə başladılar. O inəklərin nə demək istədiyini başa düşə bilmədi. Çünki onlar sanki bəhsə girmişdilər, hər biri digər ikisinin səsini batırmağa çalışırdı.

Oğlan istədi onlardan cırtdanın yerini soruşsun, amma o nə qədər etsə də, eşidilə bilmədi çünki inəklər hələ də var gücləri ilə bağırmağda idi. O bəzən onların üzərinə yad iti gətirib qısqırdırdı. İndi onlar həmin andakı kimi möhkəmdən böyürürdülər. Onlar böyürür, boyunlarını irəli uzadır və buynuzları ilə sanki məsafəni yoxlayırdılar.

– Bura, gəl görüm. Mayroz dedi. İndi sənə elə bir təpik vuracıq ki, sən onu ömrün boyu unutmayacaqsan.

– Bura gəl görüm. Qızılı Lili dedi. Gəl indi səni buynuzlarımın üzərində rəqs etdirəcəm.

– Gəl bura, sənə göstərəcəm mənim üzərimə taxta ayaqqabı atmaq necə olur. Yadında keçən yay mənə ayaqqabı atmışdın.

– Gəl bura mən sənə göstərəcəm adamın qulağına eşşəkarası yapışdırmaq necə olur. Qızılı Lili dedi.

Mayroz onların arasında həm ən yaşlısı həm də ən ağıllısı idi. O həm də ən dəlisov inək idi.– Bura gəl. O dedi. Gəl və mən səndən əvəzimi çıxım. Yadında sən neçə dəfə ananın məndən sağdığı inək vedrəsinə təpik vurub kənara atmışdın. Yadında anana necə əziyyət verirdin südü dağıdanda, yazıq arvad nə hallara düşürdü, necə gəlib ağlayırdı sənin etdikərinə görə!

Oğlan istəyirdi onlara qarşı belə nəzakətsiz və qaba rəftarına görə necə peşman olmasını söyləsin. O istəyirdi desin ki, bu gündən sonra heç zaman, bir də heç zaman pis əməl tutmayacaq. Bircə ona cırtdanın yerini söyləsinlər. Amma inəklər ona qulaq asmırdılar. Onlar elə dartınır, elə möhkəm böyürürdülər ki, oğlan onların bu dəqiqə buxovlarını sındaracaqlarından çəkinirdi. Beləcə o düşündü ki, yaxşısı budur elə sakitcə tövlədən çıxıb getsin.

O tövlədən çıxanda ürəyi əməlli sınmışdı. Anladı ki, yer üzündə heç kəs ona cırtdanı tapmağa kömək etməyi istəmir. Həm də çox güman ki, cırtdan tapılsaydı da heç nə dəyişməyəcəkdi. O fermanın hasarına dırmaşdı. Bura çoxdan mamır, şibyələrlə örtülmüşdü. Orada oturub başına gələnləri, bundan sonra olacaqları götür-qoy etməyə başladı. O bir də heç zaman qayıdıb insan olmayacaqdımı? Ata və ana kilsədən qayıdıb gələndə onları böyük bir surpriz gözləyirdi. Bəli, məhz surpriz! Özü də təkcə ata ilə ana üçün deyil, bütün eşidənlər üçün. Şərqi Vemmenhöqdan, Torpdan, Skerupdan insanlar axışıb gələcəkdilər. Bütün Vemmenhöq camaatı gəlib onun tamaşasına dayancaqdı.

Bəlkə də ata-anası onu Kivikdəki şəhər meydanına aparıb oradıkı mərkəzi bazarda nümayiş etdirəcəkdilər.

Yox! Bu barədə düşünmək belə dəhşətli idi! Ondansa onu bir daha heç bir insan övladı görməsə daha yaxşı olar.

Onun bədbəxtliyi sadəcə olaraq qorxunc idi. Dünyada heç kəs onun qədər bədbəxt deyildi. O daha bir insan deyildi, o əcayib bir varlıq idi.

Yavaş-yavaş o insan olmamanın nə anlam verdiyini dərk etməyə başlayırdı. O indi hər şeydən ayrılmışdı: o daha başqa oğlanlarla oynaya bilmirdi, valideyinləri harasa gedərkən fermaya göz qoya bilməyəcəkdi və əlbəttə ki, daha heç bir qız onunla evlənməyin xəyallarını qurmayacaqdı.

O oturub evə baxırdı. Bu balaca, taxtadan düzəlmə bir ev idi. Ev o qədər mayili idi ki, adam qorxurdu bu dəqiqə tavanı sökülüb yerə töküləcək. Evin həyəti də balaca idi. Yerə metlax döşənmişdi, elə dar idi ki bir at oradan güclə keçib dönürdü. Amma bu yer hər nə qədər kasıb və balaca olsa da indi onun üçün çox böyük görsənirdi. İndi isə o tövlənin döşəməsinin altında bir oyuqda yerləşən evdən daha yaxşısına ümid edə bilməzdi.

Hava möhtəşəm idi. Sözlə ifadə edilə bilinməyən gözəl hava vardı. Quşlar cəh-cəh vurur, cırcıramalar öz nəğməsini oxuyur, sular şırıltı ilə axırdı. Amma oğlan içində böyük bir kədər əyləşmişdi. Onu bir daha heç nə xöşbəxt edə bilməyəcək. O daha xöşbəxt ola bilməz.

O səmanı heç zaman bugünki kimi aydın görməmişdi. Bir dəstə quş səmada qanad çalıb onun başının üzərindən uçdu. Onlar başqa ölkələrdən uçub gəlmidilər. yolüstü Baltik dənizini, Smyahuku keçmişdilər və indi şimal istiqamətində gedirdilər. Bu dəstənin içində çox müxtəlif çeşidli quşlar vardı. Ona yalnız vəhşi qazlar tanış gəldi, onlar iki uzun xətt boyu uçurdular. Xətlər cərgənin ləp önündə qarşılaşırdı.

Artıq bir neçə vəhşi qaz dəstəsi onun başının üzərindən uçub getmişdi onlar çox hündürdən uçsalar da oğlan onların çığırtılarını aşağıdan eşidə bilirdi: təpələrə doğru, biz indi təpələrə doğru uçacayıq!

Vəhşi qazlar aşağıda, fermada gəzişən ev qazlarını görəndə bir az alçaqdan uçaraq onlara qışqırdılar: Gəlin siz də. Gəlin siz də! Biz təpələrə doğru uçuruq.

Ev qazları şirnikləndilər və başlarını qaldırıb vəhşi qazları dinlədilər. Sonra isə çox böyük həssaslıqa cavab verdilər: Bizə burada da kifayət qədər xoşdur. Bizə burada da kifayət qədər xoşdur!

Qeyd edildiyi kimi elə təmiz və sağlıqlı hava vardı ki, bu havada süzərək səmada uçmaq bir başqa zövqlü məşğuliyyət olmalı idi. Həqiqətən də qeyri-adi dərəcədə gözəl bir gün idi. Və başlarının üzərindən uçub gedən hər bir yeni qaz dəstəsi yerdəki ev qazlarını daha da həvəsləndirir, həyəcana gətirirdi. Hətta bir neçə dəfə fikrilərini dəyişib qanad çalmağa da cəhd elədilər. Amma bu uğursuz cəhdlərdən sonra hər zaman ana qaz yaxınlaşıb onlara deyərdi: Yaxşı, yaxşı axmaqlamayın. Nə var orada? O yazıqlar həm aclıqdan, həm də soyuqdan əziyyət çəkəcəklər.

Orada məcərapərəst cavan erkək bir qaz vardı. O bu dəfə israrla dedi: əgər bir dənə də vəhşi qaz dəstəsi gəlib keçsə mən onlara qoşulub uçub gedəcəm.

Və budur, başqa bir qaz dəstəsi daha öncəkilər kimi onları qışqır-bağırla səsləyərək uçub gedirdilər. bu zaman cavan erkək qaz qışqırdı: Bir dəqiqə gözləyin. Bir dəqiqə gözləyin, mən də gəlirəm.

O qanadlarını pərvazlandırıb havaya atılmağa hazır bir vəziyyət aldı. Amma uçmağa heç öyrəncəli olmadığından elə həmin anda yerə yıxıldı.

Hər bir halda, vəhşi qazlar onun sözünü artıq eşitmişdilər. Çünki hazırda onlar bütün dəstə ilə geri qayıdıb ona tərəf uçurdular. Qazlar yerdəki qazın həqiqətən onlara qoşulub-qoşulmayacağını dəqiqləşdirmək istəyirdilər.

–Uçmayın, gözləyin. Uçmayın, gözləyin. O belə deyib növbəti cəhdini elədi.

Oğlan hasarda oturmuşdu və bütün bunları eşidirdi. Əgər bu iri, cavan, erkək qaz qoşulub onlara getsə bu çox pis olacaq. o öz-özünə düşündü. Atamla anam kilsədən qayıdıb onu yerində görməsələr bu onlar üçün böyük bir itki olacaq.

O burada düşünərkən yenidən tamamilə köməksiz və bambalaca olduğunu unutdu. O tullanıb yerə düşdü və erkək qaza yaxınlaşıb əllərini onun uzun boynuna doladı və dedi : Yox, cənab bu dəfə uçub getməyin! Oğlan bunu deyib ağladı.