реклама
Бургер менюБургер меню

Сельма Лагерлёф – Nilsin vəhşi qazlarla səyahəti (страница 12)

18

Qazlar monastrın üzərindən səhərin erkən saatlarında uçduqlarından orada bir insan gözə dəymirdi. Onlar bundan tam əmin olduqdan sonra ehtiyatla it daxmasının qarşısında yerə enib qışqırdılar:

– Bu necə balaca bir daxmadır? Bu necə balaca bir daxmadır?

Bir göz qırpımında içəridə yatan it hiddətlə bayıra çıxdı, əsəbi şəkildə bir-iki ağız havaya hürdü.

– Siz buna daxma deyirsiz? Ay axmaqlar. Görmürsüz ki, bu möhtəşəm böyük bir qəsrdir? O gözəl terrasları, bu qədər zövqlə seçilmiş pəncərələri, qapıları görmürsüz? Mənim sizə daha sözüm yoxdur! Hav hav hav.

Kanservatoriyaları, yerə döşənmiş daşları, bu bağı görmürsüz? Mərmərdən hazırlanmış heykəlləri görmürsüz? Siz buranı daxma adlandırdınız, hə? Daxmaların fıstıq, qoz, palıd ağaclarından bağları olur? Yoxsa daxmanın şərab üçün üzum bağları olur? Daxmalarda ov üçün ərazi olur? Hav hav hav!

Siz bunu daxma adlandırdınız? Belə daxma görmüsünüz siz? Ətrafındakı tikililəri, işçilərin yaşadıqları evləri də nəzərə alsaq az qala bir kəndə bənzəyir. Yəqin öz himayədarları və öz kilsəsi olan çox daxma tanıyırsız. Daxmanın yiyəsi qonşu kəndləri, insanları idarə edir özü də. Elə? Hav hav hav. Siz buranı daxma adlandırdınız? Bu daxma Skonedəki ən varlı mülklərdən sayılır ay dilənçilər! Bildinizmi? Siz qanad çalıb havada uçarkən bu daxmadan gələn əmrlərlə idarə edilməyən bir qarış torpaq belə görə bilmərsiniz bu ərazilərdə. Hav hav hav!

Vəhşi qazlar irəli-geri uçduğu müddətcə bütün bu sözləri it havya hürərək onlara ünvanlamışdı. Onlar it sakitləşənə kimi onu dinlədilər. Amma sonra qazlar qışqırıb soruşdular:

– Niyə birdən belə dəliyə döndün ki? Biz bu qəsrə demədik ki ay axmaq it! Biz sənin yaşadığın yerə daxma dedik!

Bu zarafatı eşidən oğlan güldü, sonra isə ağlına nə gəldisə ciddi bir sima aldı.-bir düşün! Sən bu vəhşi qazlara qoşulub bütün ölkə boyu səyahət etsən nə qədər əyləncəli əhvalat eşidə bilərsən, düz Laplandiyaya kimi! O öz-özünə dedi. Və elə bu anda, işlərinin yaxşı getmədiyi, bəxtinin gətirmədiyi dövrdə bu əyləncəli səyahət lap yerinə düşərdi.

Qazlar malikanənin şərqində yerləşən geniş sahənin üzərindən uçurdular. Onlar ot kökləri yemək üçün endilər, burada bir neçə saat keçirdilər. Bu arada isə oğlan sahələrlə sərhəd olan böyük parkı gəzintiyə çıxdı. O fıstıq ağacını daşladı sonra bir neçə yerə düşmüş fıstıq yedi. Parkı gəzdikcə qazlarla bu uzun səyahət ona çox şirnikləndirici gəlirdi. O qazlarla ölkə üzərindən səyahətini gözləri önündə canlandırmağa başladı:

bu necə də möhtəşəm bir səyahət olardı. Vəhşi qazlara qoşulmaq, onlar kimi donmaq, ac qalmaq. O əvvəllər işləmək üçün həm donmağa həm də də ac qalmağa hazır idi. Bunu ata-anasına da bir neçə dəfə demişdi.

Oğlan parkda gəzişərkən boz rəhbər qaz ona yaxınlaşdı və yeməli bir şey tapıb-tapmadığını soruşdu. Oğlan cavab verdi ki, xeyr hələ yeməli bir şey tapmayıb. Bu zaman rəhbər qaz ona kömək etdi. O qoz tapa bilmədi, xeyr, amma əvəzində itburnu kolunda ilişib qalmış bir neçə qurumuş çiçək tapdı. Oğlan onları böyük iştaha ilə yedi. Amma birdən anası oğlunun çiy balıq və qışdan qalma qurumuş çiçəklərlə qidalandığını bilsəydi… görəsən o buna necə reaksiya verərdi?

Qazlar yeyib doyandan sonra yenidən gölə doğru istiqamət aldılar. Orada isə onlar demək olar ki, axşam yeməyinə kimi oyunlar oynadılar, əyləndilər.

Vəhşi qazlar ağ ev qazı Morteni müxtəlif cür idman yarışlarında gücünü sınamağa məcbur edirdilər. Onlar üzgüçülük, qaçış və uçma yarışlarında onun gücünü sınadılar. Düzdür, ağ ev qazı elə də pis nəticələr göstərmirdi, özünə görə güclü idi, amma hiyləgər vəhşi qazlar onu bütün yarışlarda məğlub etməyi bacardılar. Bütün bu zaman kəsiyində isə oğlan ağ ev qazının belində oturub onu ruhlandırırdı. Oğlan bu yarışlarla tamaşa edir, ən azı iştirakçılar qədər əylənirdi. Onlar gülür, qışqırır, qaqqıldaşırdılar. Malikanə sakinlərinin bu səs-küyü eşitməməsi diqqətçəkən idi.

Vəhşi qazlar oyunlardan bezəndən sonra buzun üzərinə uçub istirahət etməyə başladılar. Onlar günortadan sonrakı vaxtlarını səhərki kimi keçirdilər. Əvvəl bir neçə saat yemləndilər, sonra buz qatının yanında, təmiz suda çimib dimdikləri ilə təmizlənməyə başladılar. Sonra qəfildən hamısı bir nəfər kimi, yanaşı düzülüb yatdılar.

– Hə, məncə bu elə əsl mən istəyən həyatdır. Ev qazı Mortenin yumşaq lələklərində uzanan oğlan özlüyündə düşündü. Amma bunlar yəqin ki, sabah məni evə göndərəcəklər.

Yatmamışdan qabaq o bir az düşüncələrə daldı. O düşündü ki, əgər vəhşi qazlarla qoşulub qaçsa tənbəl olduğu üçün üzləşdiyi xəyanətlərdən canını qurtarmış olacaq. O zaman o hər gün istədiyi kimi iş görmədən, dərs çalışmadan yaşaya bilər, yeganə qayğısı isə yemək tapıb yemək olardı. O bu günlər az yeyirdi , həm də vəhşi təbiətdə hər zaman nələrsə tapmaq olardu yemək üçün.

Beləliklə o bütün səhnəni göz önündə canlandıra bildi: məcaralar, səyahətlər və onun bu məcaralarda iştirakı…Hə, bu həqiqətən də evdəki zəhlətökən, gündəlik həyatdan fərqli bir yaşam tərzi olacaqdı. Bircə mən də bu vəhşi qazlara qoşulub uzaq səyahətə çıxa bilərdim. Bu zaman balaca cırtdana çevrilməyimi də özümə dərd etməzdim.

O bu dəqiqə evə göndərilməkdən başqa heç nədən qorxmurdu. Amma qazlar hətta çərşənbə günü də evə getmək barəsində ona bir kəlmə demədilər. Həmin gün də çərşənbə axşamı kimi keçib getdi və oğlan çöl həyatına biraz daha öyrəşib onu sevdi. Oğlan düşündü : burada meşə kimi böyük əraziyə sahib Övid monastır parkına sahibdir. Bütün bu ərazilər ona məxsus idi. O geriyə, boğucu, balaca evlərinə qayıtmaq üçün heç də alışıb yanmırdı.

Çərşənbə günü oğlan artıq yüz faiz əmin oldu ki, qazlar onu göndərməyəcək, özləri ilə saxlayacaqlar. Amma cümə axşamı o yenidən ümidini itirdi.

Cümə axşamı da başqa adi günlər kimi başladı. Qazlar geniş çəmənlikdə yemlənir, oğlan isə nəsə tapıb yemək ümidi ilə parkda gəzirdi. Bu zaman Akka ona yaxınlaşıb yeməyə bir şey tapıb-tapmadığını xəbər aldı. Yox, oğlan hələ ki, heç nə tapa bilməmişdi. Bu zaman rəhbər qaz balaca dənələri toxunulmaz qalmış çörəkotu tapıb onu oğlana göstərdi.

Oğlan yeyib qurtarandan sonra qaz ona irad tutaraq parkda belə kor-koranə gəzib dolaşmağın təhlükəli olduğunu və onun özünü bəzi düşmənlərdən qorumalı olduğunu onun nəzərinə çatdırdı. O axı çox balaca idi! Təbii olaraq belədə düşmənləri də çox idi. Yox, sən demə oğlan bütün bunlar haqqında məlumatsız imiş. Belədə Akka onun düşmənlərini bir-bir saymağa başladı.

Qaz dedi ki, hər dəfə parka girəndə ətrafda tülkü, yaxud sansarın olmadığından əmin olmalıdır. Gölün qırağına gələrəkrən su samurundan ehtiyatlanmalıdır. Daş çəpərin üzərində oturarkən hər dəlmə-deşikdən keçə bilən siçovullardan özünü qorumalı, uzanıb quru otların üzərində yatmaq istəyərkən əmin olmalı idi ki, hörümçəklərin həmin yarpaq yığının altında qış yuxusuna getməmişlər. Açıq əraziyə çıxan kimi bəzgəhlərdən və qartallardan göz qulaq olmalı, səmada süzən şahinlərdən və laçınlardan özünü qorumalı idi. Sağsağanlardan və qarğalardan isə heç danışmağa dəyməz. Onlar hər yerdə olurlar. Bu səbəbdən o özündən bu qədər əmin olmamalı ehtiyatı heç zaman əldən verməməlidir. Qaranlıq düşən zaman isə o qulaqlarını şəkləməli və bayquşun ulamasına diqqət verməlidir. Çünki bəzən onlar elə səssiz-səmirsiz uçub ovuna yaxınlaşırlar ki, şikar nə baş verdiyini anlayanda artıq çox gec olur.

Oğlan təbii düşmənlərinin bu qədər çox olduğunu biləndən sonra qaçmağın onun üçün necə qeyri-mümkün bir plan olmasını dərk etdi. O ölməkdən elə də qorxmurdu, amma diri-diri yeyilə bilmə ehtimalı onu vahiməyə salırdı. O Akkadan bu yırtıcı heyvanlardan qorunmaq üçün məsləhət istədi.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.