18+
реклама
18+
Бургер менюБургер меню

İsa Muğanna – Kollu koxa (страница 2)

18

üzgün olsam da, eşitməyə bilməzdim. Çünki bu, Qılınc Qurbanın səsi idi:

– Ölənlərinizin ehsanına, sərin sudan, atlamadan nəyi-niz var.

Məndən savayı kanal boyunda daha bir neçə nəfər başını qaldırıb maşına tərəf baxdı. Faraların işığından xeyli kənarda, əllərini belinə qoyub dayanmış xırdaca qaraltını görən kimi sağ-solumda pıçıldaşdılar:

– Qılınc Qurbandı. Axır ki, gəldi!

– Xeyir ola, gecənin bu vaxtı niyə?..

– Su istəyir. Tez olun!

– Tək deyil, deyəsən. Böyük qabda apar.

– Atlama istəyir!

Qaranlıqda əlimi yan-yörəmə atıb, bir ucunu daş parça-sının altına qoyduğum kəndiri tapdım. Kəndirin o biri ucunu Suğranın axşamdan uşaqlar üçün hazırladığı qatıq atla-ması ilə dolu bitonun qulpuna bağlayıb, kanala sallamışdım.

İpi dartıb bidonu çıxartdım. Sonra kibrit çəkib, palazın künc-bucağında dəmir dolçanı axtardım.

Şofer yalxı maykada başını rulun üstünə əyib hərəkətsiz qalmışdı. Arxada oturan adam da qurşaqdan yuxarı so-yunduğuna baxmayaraq, deyəsən, lap taqətsizləşib başını yana söykəmişdi. Qurban kişi isə boğazının altında yalnız bir-iki düyməsi açılmış boz kiteldə, dimdik dayanıb, yanına gələnlərə bircə-bircə əl verirdi. Kanal boyundan yeni-yeni adamlar qalxıb görüşməyə tələsirdilər.

Bu hörmət, əlbəttə, səbəbsiz deyildi. Qılınc Qurbana əl vermək özü də şərəf sayılırdı.

Rayonda hara ayaq basırdısa, Qılınc Qurbanı hər yerdə, o cümlədən raykomda, icraiyyə komitəsində və başqa rəsmi yerlərdə də ehtiramla qarşılayırdılar. Hər rayonun öz şöh-8

rətli adamları olduğu kimi, bizimkilər də vardı. Qurban kişi isə həmin adamlar içərisində birinci idi. Rayon mərkəzinin ən səfalı yerində, bağ-bağat içində ev vermişdilər ona. Qurban kişi hər ay təqaüdünü alıb, bu səfalı evdə rahat oturub ömrünün sonunu yaşamalı idi. Əmma onu rahat qoymur-dular. Bakıdan, qonşu rayonlardan qonaqlar gələndə, Qılınc Qurbanı geyindirib-kecindirib, rayonun fəxri sayılan köhnə

bolşevik kimi, məclisin başında oturdurdular. Sağlığına içir-dilər. Onun da nə isə bir söz deməsini, dünyagörmuş, təcrü-bəli qoca kimi, nəsihətini-filanını gözləyirdilər. Bayram günlərində ordenlərini, medallarını taxıb zəhmətkeşlərin rəsmi keçidini qəbul etmək üçün tribunaya qalxmasını gözləyirdilər. Bütün bunların nəticəsində, hansı bir jurnalist isə maraq-lanıb, bu kişini geniş miqyasda şöhrətləndirməyi özünə borc bilib, onun haqqında “Qılınc Qurban” adında bir kitabça yazmışdı. Mən bu kitabçanı oxumamışdım. “Bələd olanlar bilirlər ki, işə az-çox can yandıran kolxoz sədrinin çox vaxt gündəlik qəzetə baxmağa vaxtı qalmır. Əmma eşitmişdim ki, həmin kitabçada Qurban kişinin vaxtilə, cavanlığında “Gəncə qiyamı” deyilən üsyanın1 yatırılmasında iştirakı, qaçaq-larla vuruşmaları, sonra öz kəndində sovet sədri vəzifəsində

gördüyü işlər barədə danışılırdı. Bu kitabça çap olunub ya-yılandan sonra Qurban kişini hamı “rayonumuzun fəxri” ad-landırırdı, əmma mən qəti bilirdim ki, o, təmtəraq xoşlayan adam deyildi. Öz şəxsiyyətinin qiymətini başa düşüb, lazım olanda bu qiymətə münasib, mötəbər görünsə də, axır vaxtlar təriflərdən bezikmişdi, eşidəndə dərhal üz-gözünü tur-şudurdu. Dərin, sıx qırışlarla çalın-çarpaz doğranmış bir əlcə

qara sifəti elə bil daha da qaralırdı, hətta iri, işıqlı gözləri də

1 1920-ci ildə Sovet hakimiyyətinə qarşı üsyan.

9

kölgələnən kimi olurdu: “Öldük! Canımız çıxdı mədhiyyə

eşitməkdən! Bəs deyilmi, ay cəmaat?!” – Qurban kişi belə deyəndə, mən görmüşdüm ki, bəziləri bir-birinə göz vurub be-lə güman edirdilər ki, “mədhiyyələrin” əleyhinə danışmaqla qoca özünü dartıb bir az yuxarıkı pilləyə qoyur.

Səhv edirdilər.

Bir dəfə kolxoz sədrlərinin, kənd soveti sədrlərinin və

ilk partiya təşkilatı katiblərinin birgə rayon müşavirəsində

tənəffüs vaxtı Qurban kişi sərin limonad istədi. Ona qulluq göstərmək istəyən kolxoz sədrlərindən azı beş-altı adam hamısı birdən bufetə cumub, hamısı da əli butulkalı qayıdanda Qurban kişi əvvəlcə qəhqəhə çəkdi, sonra isə birdən qapqara qaraldı, dediyim kimi, elə bil hətta gözlərinin içi də kölgələndi. Bircə kəlmə: “Bezmişəm!” – dedi. Sonra adəti üzrə deyinməyə başladı: “Stalini tərifləyib göylərə qaldırdınız, sonra da “kultliçnostun zərərləri” deyib yerə vurdunuz! Heykəlləri heç, şəkli də qalmadı! İndi də mən təki bədbəxtləri qaldırır-sınız ki, bizi də yerə vurasınız?!” Bu deyintidəki dərdi, faci-əni görməmək mümkün deyildi: kişi əzab çəkirdi.

Bufetdən limonad gətirənlər içərisində mən də vardım.

Həmin deyintidən sonra, ömründə birinci dəfə elədiyim can-fəşanlığımdan qızarıb bir kənarda qalmışdım. Qurban kişi, yəqin ki, mənim əhvalımı duyub gülümsündü: “Gətir, sə-ninkini içəcəm”, – dedi.

Bəzi sırtıq-sürtük sədrlər zarafata, məsxərəyə salıb, hərəsi öz butulkasını irəli soxmağa çalışdısa da, Qurban kişi tək mənim gətirdiyim limonaddan içdi, sonra milçək qovur-muş kimi, əlini yellədi, həmin sırtıq-sürtükləri başından qo-vub, məni yanında oturtdu.

– Təmiz adama oxşayırsan. Səndən xoşum gəldi, Cavanşir, – deyib orda ilk dəfə mənimlə xeyli söhbət elədi. Mən 10

bir daha inandım ki, bütün ömrünü kəndlərdə at belində ke-çirmiş bu kişini indiki həyatı doğrudan da darıxdırır. – Ələl-xüsus da ki, bu yaltaqlıq! Dad bu yaltaqlıq əlindən, Cavanşir! – dedi. – Əvvəllər nə kənddə-kəsəkdə, nə də bu şəhərdə

belə sırtıqlıq yoxdu. Lap zibili çıxıb bu vəzifəli adam deyilə-nin! Pis qırdı bu yaltaqlıq, yapışdımı, daha qopartmaq olmur! – dedi. – Gedəcəm! Əvvəl-axır gedib dədəmin o uçuq komasında oturacam! – dedi.

Mənim gətirdiyim limonadı son damlasına qədər içən-dən sonra, Qurban kişi “bu zəhrimarın” adamı daha da yan-dırdığından şikayətlənib, vaxtilə kənddə sovet sədri olanda yayın istisində yaylağa atlı göndərib qarlı dağlardan xur-cunda, saman içində buz gətirtdiyi dəmləri xatırladı. Bunu elə yanıqlı danışdı ki, mən mütəəssir oldum, bu saat ona buz tapmağa söz verdim. Raykomun bufetinə, oradan da su dü-kanlarına yüyürdüm. Son vaxtlar rayonda işlənən süni buz qalaqları arasında, nəhayət, bir parça əsl buz tapdım, pivə

dolçasının içində müşavirə gedə-gedə rəyasət heyətinə aparıb Qurban kişiyə verdim.

– Pah! Pah! Sağ ol, bala, sağ ol! – dedi və cibindən iri bıçaq çıxarıb açıb, müşavirəni-filanı saymadan, elə o pivə dolçasının içində şaqqaşaq doğrayıb, xırdalayıb, dişinə salıb xartaxart yedi.

Müşavirənin axırında hamı xahiş etdi ki, “rayonumuzun fəxri” də danışsın. Qurban kişi başını buladı. Sağ-solunda oturan raykom katiblərinə şikayət tərzində nə isə deyib, nəhayət, ayağa qalxanda isə, cəmi beş-on kəlmə danışdı.

Mən orda öyrəndim ki, rayonda çağrılan bütün iclaslarda, müşavirələrdə, bayram şənliklərində, qonaqlıqlarda iştirak etdiyinə baxmayaraq, Qurban kişini üstəlik də məhkəməyə

xalq iclasçısı seçiblər. Çıxışında o, bütün bu həngamənin 11

əvəzində ürəyinə yatan “atüstü bir qulluq” istədi. Rəyasət heyəti də, zalda oturanlar da hamı “rayonun fəxrinin” mü-şavirədə haqqında söhbət gedən təsərrüfat məsələlərindən, pambıqdan, üzümdən, suvarma işlərinin çətinliyindən da-nışmasını gözləyirdilər. O isə “atüstü bir qulluq”, yəni “adı, ünvanı olan bir vəzifə” istəyib oturdu.

Və yenə deyinməyə başladı:

– Yığışırıq, elə danışırıq! Danışırıq! İclas! İclas!.. Mos-kvada hər gün iclas, Bakıda hər gün iclas, rayonda hər gün iclas! Nədi bu belə?! Niyə işləyən yoxdu, ay bala?!

Rəyasət heyətində də, zalda da pıçıldaşma gəzirdi. Ha-mı birtəhər, məyus olmuşdu.

Qurban kişi o yan-bu yana baxdı. Deyəsən, nə isə fikirləşib yenə ayağa qalxdı. Zalı göstərib:

– Buna baxın! Səhər saat doqquzdan indiyə qədər bu bir orduluq adam boş-bekara oturub burda! Buydumu biz bol-şeviklərin qurmaq istədiyimz dövlət?! Deyirdik: “Hərəyə öz zəhmətinə görə…” Zəhmət çəkənlər çöllərdə günün altında ac-yalavac, biz burda belə! Limonad dartırıq! Buz xırtdadı-rıq! Deyirəm genə kəndə göndərin məni! Hamınız gedin! İclas nədi?! İşləmək lazımdı, bala! Kolxozlara, sovxozlara sahib olun! Hər vəzifəli adam bir kolxozu podrata götürsün, hamilik eləsin, xeyir versin! Yoxsa, bu nədi?!

Mənim ürəyim çırpınırdı. Ağlıma bir fikir gəlmişdi, əm-ma dillənməyə cəsarət etmirdim. Qorxurdum münasib düş-məsin.

Qurban kişi pivə dolçasını götürüb buzun suyundan bir qurtum içib: “Oxay!” – dedi. Gördüm yenə buz sındırmaq istəyir. Yerimdən necə atıldığımı, cibimdəki qaşıqlı-çəngəlli bıçağı necə işlətdiyimi bilmədim. Sonra isə, beynimdəki fikir-dən sehirlənmiş kimi, dayanıb, indi yadıma gələndə ətimi tö-12

kən, axmaq bir təbəssümlə gözlərimi onun üzünə zillədim.

Əzabla düşünürdüm ki, necə edim, bir az əvvəl dediyi “ha-mi”lik məsələsini necə xatırladım?

İxtisasca aqronomluğuma baxmayaraq mən partiya tarixi ilə də çox maraqlanırdım. Tribunaya qalxmadan, bıçaq əlimdə, başladım ki:

– Rusiyada inqilab illərində təsərrüfat yerli-dibli dağı-landa Lenin neyləmişdi, yadınıza salın. İyirmi beş min fəh-ləni səfərbər eləyib kəndlərə göndərmişdi ki, təsərrüfatı qal-dırsınlar. “Dvadsatipyatitısyaçniki” – “İyirmibeşminçilər”

adlandırılan o vətənpərvər adamlar Rusiyanı aclıqdan xilas etdilər!

Qılınc Qurbana elə bil dünyanı bağışladım. Dolçadan bir qurtum da içib, ucadan:

– Afərin! – dedi. – Afərin, Cavanşir Ocaqov! Sənin kol-xozunu şəxsən podrata götürürəm! Hamilik deyirlər, şefliyə

götürmək deyirlər. Mən bax o iyirmibeşminçilər təki kəndlərə çağırıram bütün bu vəzifəli, savadlı adamları! Gedək qaldıraq təsərrüfatımızı! Yoxsa, bu nədi, a yoldaşlar?! Kolxozlar dağılır, əmbə biz elə iclas eləyirik!