İsa Muğanna – GurÜn (страница 2)
Nizami:
– Dayan. Düz deyil. Bacarmadın, körpə Məhəmməd.
Cahan Pəhləvan təəccüblə duruxub, sonra qəh-qəhə çəkdi.
– Necə yəni düz deyil, Şeyx?! Necə yəni bacar-madın?! Burada cəmi üç kəlmə var. “Süleyman”, “ixtiyar”, “dehqan”, “Süleyman və ixtiyar əkinçi” deyim?
Nizami:
– “Süleyman” kəlməsi sənin dilində deyil, körpə Məhəmmədim. Hələlik “Süleyman” de. Sonrasını tərcümə et, görək nə əmələ gələcək bu tər-cümədən.
Cahan Pəhləvan maraqla, həvəslə, birnəfəsə tərcümə etdi:
"Günlərin birində Süleyman öz elindən çıxıb dünyanı seyrə getdi. Süleymanın ölkəsi böyük-lükdə təxtinin yelindən sübhün çırağı söndü. Əzəməth təxtini bir səhra ağuşuna aldı”.
Nizami qəribə, cazibəli, məlahətli hiyləgər-liklə güldü.
– Hə, körpə Məhəmməd, indi de görək “Süleyman və qoca əkinçi” nə deməkdir?
Cahan Pəhləvan bir az uzun çənəli, enli, göyümtül sifətini ovuşdurub, Nizamiyə baxdı.
– Sən mənim başıma nə oyun açırsan, Şeyx?!
Nizami:
– Suahma cavab ver!
Cahan Pəhləvan Şeyxin gözlərinin dərinliyində titrəyən bir cüt şama diqqət yetirib, ipək yorğanın üstündəki kitabın qara ipək cildini sığalladı.
– Sən mənə Elmimizin xəzinəsini şərh etdirirsən ki, atamızın dərs dediyi körpə Məhəmmədin yaddaşını qaytarasan. Əmma AtaBəy Məhəmməd Cahan Pəhləvan qayıdıb körpə Məhəmməd ola bilməz, Şeyx. “İt dişi” ni xatırladım. Bu hekayənin adında nə sirr var? Bilmirəm. Süleyman – Süleymandır, “ixtiyar” – qocadır, “dehqan” da əkinçi.
Nizami:
– Kömək edirəm: Elmimizin xəzinəsi “Sirlər xəzinəsi” ndə hər Dəri[5] kəlməsinin altında bir Elm kəlməsi[6] gizlədilib.
“Süleyman və qoca əkinçi” hekayəsində Süleyman da, qoca əkinçi də tamam başqa adamlardır. Xörəyi bişirdim, qaba çəkdim, ye, körpə Məhəmmədim.
Cahan Pəhləvan birdən qəmləndi.
– Atamız mədrəsənin qapısını açar-açmaz deyərdi: “Süleyman nist”. Biz öz dilimizdə qışqırardıq: “Süleyman yoxdur, ƏsƏlMən var!” Xörəyi yedim, Şeyx. Bağ, Atamızın böyük Oğlu Ulu Bağ ƏsƏlMənin Adı – Odu – Həqiqəti zehnimə işıq saçdı!
Nizami:
– Afərin, körpə Məhəmmədim. Afərin!
Cahan Pəhləvan:
– Əcəb sirli gecədir bu gecə, İlyas. İndiyə qədər heç kəs mənlə belə rəftar etməyib. Heç kəs.
Nizami:
– İnanc Xatun da?
Cahan Pəhləvan:
– İlyas!.. Xatunumun mənlə rəftarını kim çatdırıb sənə?!
Nizami dodaqucu gülümsündü.
– Süleyman çatdırıb.
Cahan Pəhləvan da dodaqucu gülümsündü.
– ƏsƏlMən rütbəsi yalnız UluBağa məxsus deyil. Hansı ƏsƏl çatdırıb?
Nizami?
– Səncə hansı çatdıra bilər? Xatırla, körpə Məhəmmədim. Atamızın ƏsƏlMən – “Süleyman” – “Solomon” və Əllər barədə dərsini xatırla. Bu körpə lap hazır xörəkdir.
Cahan Pəhləvan:
– Yedim, bu xörəyi də yedim. BağBağÜn Babamız – EyOdƏr babamızın Əlidir. Bağ Atamız BağBabÜn Babamızın Əlidir. Bağ Atamızın Oğulları Ulu Bağ ƏsƏlMən, ÜnEv, EvƏrim, EySar isə Bağ Atamızın Əlləridir… sənə ƏsƏr verən EySardır. Belə çıxır ki, Xatunumun mənlə rəftarını “Allah”ımız – ƏlAğımız EySar çatdırıb sənə?!
Nizami:
– Bəli, məhz EySar.
Cahan Pəhləvan:
– İnana bilmirəm!
Nizami:
– Atamız çatdırıb desəm, inanarsan?! Atamız öz körpə Məhəmmədinə nə qədər deyib ki, “Əllah” – ƏlAğ EySar insanın beynində zərrələri də görür. Nəinki Xatunuyun sənlə rəftarını, hətta sənin təxtxabda Xatununla rəftarını da görür. EySarla bahəm Nizami də görür. Çünki Nizami EySarın təkrarıdır. Yerdə! “Süleymanın ölkəsi” bu Kürreyi-ərz – dairəvi Yerdir, ey körpə. “Ölkəsi böyüklükdə təxti” Yer bəşəriyyətinin beynidir. “Təxtinin yelindən sübhün çırağı söndü”. Yəni bəşər beyninin hərəkətindən sabahımızın, istiqba-lımızın günəşi söndü. Niyə, AtaBəy? Çünki ƏsƏlMənin “təxtini bir səhra ağuşuna aldı: insan beyni bəhrəsiz səhraya döndü. Bu “qoca əkinçi”, yəni min yüz yetmiş beş yaşlı EySarın təkrarı olan bu otuz dörd yaşh qoca Nizami bəhrəsiz səhraya “dən” səpir. “Dən” OdÜn – Həqiqət Ünü “Dinə”ə çevrilir.
Məğzi budur bu “Süleyman və qoca əkinçi” he-kayəsinin, ey bəhrəsiz səhra! Dayım Xoca Ömər kimi baş əyə bilmərəm mən bəhrəsiz səhra hü-zurunda! Əxiyə əl qaldırma! AğEydir, uca SafAğ İnsandır “Əxi”. Bətnin dəyişər, məhv olarsan Əxi-yə əl qaldırsan, ey məkr-siyasət!..
…Nizami yalnız çadırdan çıxıb, təhlükənin sovuşduğuna əmin olandan sonra gördü ki, müşayiətçilərindən biri Əxi babadır, ikincisi Qutayba Fərruxqızı. Hər ikisi ağ xirqədə, bir-birindən seçilməyən ağ atların cilovlarını tutub, səhərin alatoranında fəxrle, qürurla Nizamiyə baxırdı.
(Şərh: “Əxi Baba” rütbədir, həm də ad. OdƏrcəsi: AğEy BağBağÜn. AğEylərin Beyin Bağı. Bütün Əxilərin beyinlərində fıkirlərdən xəbər tutan və hamını bir-birinə bağlayan Bağ, Saf Ağ Alimi, Saf hökmdar. Dilinizin əzbəri, “qılınc qəhrəmanı”nız Babək də BağBağÜn rütbəsi daşıyırdı, ey “İdeal”ı “Ölüm-dirim” i, “Peyğəmbərin möhürü”nü dərk edə-edə idraksız qalan qeyriadi idraksızlarım. EyƏr – Uca İşıq ikən “Yer”ə dönəniniz BağBağÜnü “Papaqan” a, “Papaq” a, “Babək”ə “Baba” ya, “Papa” ya – Rim Papasına döndərib, siz idraksızlar isə bu barədə düşünmək də istəmirsiniz: “Əşi, nəyimizə gərəkdi?!”
Bəs “Qətibə” dediyiniz “Qutayba” adı hardandır?
– Bilmirsiniz.
ƏlMən ikən “Alman” a, OdEyƏlƏs ikən “Doyhç”ə, ƏrEy ikən “Ariy”ə çevrilmiş çox adlı millətin dili AğOdumu “qut” a çevirib, bu mənasız sözə “yaxşı”, “oldu” mənaları verib. Yeni tarixin dördüncü-beşinci əsrlərində “Roma” – “Rim“ – Ərim (işığım) şəhərində təhrif Xristianları qıran “Ariy'lər, təhrif dillər mühi-tində AğOda – SafAğ İnsan həqiqətinə “qut” deyəndə onlarla birlikdə döyüşən Təriklərim – Türklərim də məcburiyyət qarşısında “qut” deyirdilər. AğOdEyEvAdı o vaxtlar “Qut ay ba” ya çevrilib. Siz isə “Qətibə”yə çevirib, lap düzəltmisiniz.
“Fərrux” – EvƏr ƏrAğdan azıb, Türkümün özünün dilində əvvəlcə FərƏrAğa, sonra Farsın dilində “Fərrux” a çevrilib, “üzün işığı” mənası alıb. (EvƏr – İşıqEvi və ya EvƏrEy – uca İşaq Evi) “Fər” – işıq mənasına, ƏrAğ (SafAğ İşıq) “Üz” – “sifət” mənasına düşməsəydi, Fars “Fərrux” a “üzün işığı” mənası verə bilərdimi, ey təhriflərim?!” “İdeal”da sizə öz dilinizdə deyilib ki, hələ geri sananan tarixdən əvvəlki əlli minillik tarixdə vətəndən tərik düşüb “Türk” adlandığınız vaxtlardan təhrif etmisiniz OdƏr dilini. Bağdayın beş vilayətindən birinin adına – AğÜzə “Oğuz”, hətta“ qrz”demi-siniz.
“Qutayba Fərrux qızı” – AğOdEyEv EvƏr ƏrAğ AğÜz.
Bu adın türkcəsi ilə OdƏrcəsini müqayisə edin, görün dilin təhrifı insanın mənasını-məzmununu necə dəhşətli dərəcədə təhrif edib.
EyEvə – “Həvva”, AğOd EyEvə – “qutayba” deməklə nə itirmisiniz? SafAğ İnsan həqiqətinin uca Evini itirmisiniz. EyEvdə EyOdƏr, BağBağÜn Babalarınızı, Bağ Atanızla oğulları Ulu Bağ ƏsƏlMəni, EySar ÜnEvi, EvƏrimi və məni – EySarınızı – “Əllah”ınızı – ƏlAğınızı – SafAğ İnsan Bağ Atamın Əlini – Oğlunu itirmisiniz. Nə qazanmısınız? Mənasız “Allah” və cəllad “Din”!
“Əxi baba” və “Qutayba Fərrux qızı” adları Dindən gizlənmək üçün idi).
Şərh qurtardı. Din dilinin “hədis” adlandırdığı hadisənin davamını deyirəm. Gün doğanda atlılar Gəncə çayı vadisinin ən səfalı – SafAğlı dərəsində, palıd, ceviz ağaclarının kölgəsində yəhərlərdən enib çayda yuyundular.
Uzaqda “ələm” – Əlim ağacı ucunda sümük əl ağarırdı. Nizami bu gün birinci dəfə o sümük ələ qəzəblə və hətta nifrətlə baxdı.
– Atmaq lazımdır o əli. Qırıb atmaq lazımdır!
Əxi Baba ağ örpək altında sarı-qızılı saçı ipək kimi işıldayan bəstəboy Qutaybaya tamaşa edirdi. Çün-ki Qutayba Nizamiyə vurğun gözlərlə tamaşa edir-di.
Nizami zərif ziyalı görkəmi ilə uyuşmayan kobud hərəkətlə qızın qoluna toxundu.
– Fikrin hardadır? Mənim TəkEyimi Şiə iqamət-gahına çeviriblər. Səhərdən axşama qədər fars zəvvarlarına dönə-dönə moizə oxuyuram ki, İmam Əlinin əli deyil o əl, ƏlEydir – Uca Əldir. “Ələm” ağacı deyil, Əlimdir. Qanan yoxdur. Şiə sayırlar məni. Əxidən ayrı-Şiə!
Əxi Baba:
– Ələm ağacını kəssən, əli qırıb atsan, qorxudan tir-tir əsərsən, ey körpə İlyas.
Nizami bu gözlənilməz “körpə İlyas” sözlərindən tutulub, duruxub qaldı. Əxi Baba dümağ, pəmbə saqqahnı sığallaya-sığallaya gülümsəyirdi.
– Hə, Şeyx Nizami, tap görüm xəzinə hökm-darıniyə “körpə İlyas” oldu?
Nizami: