Робин Шарма – Titulsuz lider (страница 4)
Bu, qapıçıdan baş direktora qədər hamıya aiddir. Hamının liderlik keyfiyyətlərini göstərməsi və şirkətin uğuru üçün məsuliyyəti üzərinə götürməsi lazımdır. Özü də bu, təkcə özəl biznesə deyil, bütün təşkilatlara aiddir. Qeyri-kommersiya təşkilatlarında da, bütün səviyyələrdə, liderlik keyfiyyətlərini həvəsləndirmək zəruridir. Sənaye nəhəngləri üçün də bütün səviyyələrdə liderlik keyfiyyətlərini mükafatlandırmaq zəruridir. Liderlik keyfiyyətlərini mükafatlandırmaq hökumət və qeyri-hökumət təşkilatlarına da lazımdır. Hətta məktəb və universitetlər də belə bir fikri qəbul etməlidirlər ki, adamlardan hər biri etdiyi bütün işlərdə özünü lider kimi göstərə bilər və başgicəlləndirən dəyişikliklər əsrində sağ qalmaq istəyiriksə bu, tamamilə zəruridir.
– Tommi, liderlik haqqında heç vaxt bu səpkidən düşünməmişdim. Mənə həmişə elə gəlirdi ki, liderlər, istər hərbi hissə, istərsə də kommersiya müəssisəsi olsun, yalnız təşkilatlara başçılıq edən adamlardır.
– Bleyk, rütbə və dərəcəmizdən asılı olmayaraq hamımızın liderlik keyfiyyətləri göstərməyimiz zəruridir. İndi «mənim vəzifəm yüksək deyil, deməli bütün müəssisənin işinin nəticələri haqqında düşünməli deyiləm» kimi fikirləşmək bağışlanılmazdır. İndi lider olmaq üçün formal titul lazım deyil, sadəcə baş verənlərdə iştirak etmək istəyi və nəyisə yaxşıya doğru dəyişmək səyi kifayətdir. Tereza ananın dediyi kimi: «
– Beləliklə, hər birimizin özümüzü lider kimi gerçəkləşdirməyimiz üçün ilk növbədə indiki vəzifəmizi qüsursuz yerinə yetirməyimiz lazımdır. Siz bunu nəzərdə tutursunuz?
– Məhz bunu.
Bu yerdə Tommi dolablar arasında duran digər kətilə yanaşdı, onun üstünə qalxdı və əllərini dirijor kimi yelləməyə başladı. Gözlərini yumdu və dodağının altında nəsə oxumağa başladı. Şən adamdır. Qəribə, amma şən.
– Siz nə edirsiniz, Tommi? – gözlərimə güclə inanaraq, qışqırdım. Alıcılardan bir neçəsi maraqla bizə baxmağa başladı. Qoltuğunun altında «Maraqkeş Corc» kitabını tutmuş balaca barmağı ilə Tommini göstərərək gülürdü.
– Musiqiçilərdən heç olmasa birisi xaric və ya səliqəsiz çalırsa simfoniya necə səslənir?
– Anlayıram. Musiqi mənzərəsi pozulur. Bütün orkestrin işi hədər gedir, – mən müəllimimin ifasındakı canlı təsvirdən həqiqi ləzzət alaraq, aşkar olan cavabı verdim.
Tommi kətildən düşmədən çənəsini qaldırdı, səhnədəki aktyor kimi pafosla əlini qabağa uzadıb, Şekspir üslubunu təqlid edərək, yaxşı məşq etdirilmiş səslə dedi:
– Bütün bunlar nəyə lazımdır? – əllərimi sinəmdə çarpazlayıb, başımı süni etimadsızlıqla yelləyərək soruşdum.
– Teatrda deyirlər: «
Hamı özünü belə aparsa, təşkilat nəinki dəyişən şəraitə yaxşı uyğunlaşar, həm də öz sahəsində liderlik edər.
– Beləliklə siz deyirsiniz ki, daha bizim şirkətə vəzifələr və rütbələr lazım deyil? Bilirsinizmi, Tommi sizin təbliğ etdiyiniz inqilabi liderlik fəlsəfəsindən direksiyamızın xoşu gələcəyinə heç əmin deyiləm, – soyumuş qəhvəmdən bir qurtum alaraq səmimi etiraf etdim.
Lakin mən təkid edirəm ki, bu coşqun zamanda istənilən müəssisənin çiçəklənməsi üçün bizim hər birimiz öz işinin nəticəsinə görə şəxsi məsuliyyətini qəbul etməli, özü özünün direktoruna və səlahiyyətləri çərçivəsində liderə çevrilməlidir.
Bizim hər birimizin öz yerimizdə liderə çevrilməyimiz zəruridir – tam gücümüzlə parlamalıyıq.
Özünün təsir dairəsində liderlik etməyə başlayanda aldığın ən fövqəladə nəticə ondan ibarətdir ki, bunu nə qədər çox edirsənsə, təsir dairən də o qədər böyüyür.
Əsas ideya bax bundadır, Bleyk. Formal titulların oldu-olmadı, özünü cari rolda necə göstərəcəyin birinci növbədə məhz özündən asılıdır. Bizim hamımıza xas olan insani qabiliyyətlərin ən yüksəyi ətraf mühitə reaksiya göstərmək bacarığıdır. Hər bir işçi maksimal səmərəliliklə işləməyi və öz işində lider olmağı seçirsə, bütün müəssisə, tamamilə təbii yolla, bütün dünyada ən qabaqcıl mövqelərə çıxır.
– Bəs TLE nə deməkdir? – təkidlə soruşdum.
– Birinci növbədə bu,
Hər birimizin içərisində daxili lider var və o, özünü göstərməyə çalışır. Hər insanın titulu, yaşı və yaşayış yeri ilə bağlılığı olmayan anadangəlmə liderlik qabiliyyəti var. Tezliklə tanış olacağın metod vasitəsilə Los-Ancelesdən olan multimilli şirkətin iyirmi səkkiz yaşlı ticarət nümayəndəsi öz daxili liderinə yetişmək qabiliyyətindədir və bu andan onu tamamilə başqa bir gerçəklik, tamamilə fərqli iş nəticələri və müqayisə edilməz dərəcədə daha yüksək əmək haqqı gözləyir. Bostondan olan on altı yaşlı məktəbli daxili liderini aşkar edə bilər və bunun nəticəsində təhsildə parlaq uğurlar, hobbisində müvəffəqiyyət və məktəbli həmyaşıdları arasında böyük hörmət qazana bilər. Gün işığına çıxmaq üçün yanıb-yaxılan daxili lider San-Fransiskodan olan otuz dörd yaşlı menecerdə də, Solt-Leyk-Sitidən olan qırx iki yaşlı biznesmen qadında da yaşayır.
– İndi mən bunu daha yaxşı anlayıram, Tommi. İstənilən adam dünyanın istənilən nöqtəsində irəli addım ata, nəyisə daha da yaxşı etmək üçün üzərinə məsuliyyət götürə, işində kamilliyə nail ola və liderə çevrilə bilər. Bu növ qərarı peşəsindən asılı olmayaraq hər kəs – Vaşinqtondan olan əsgər də, Tokiodan olan müəllimə də, Perudan olan təyyarəçi də qəbul edə bilər. Hər birimizin daxilində bu liderlik potensialı var. Yalnız onu dərk etmək və istifadə etməyi öyrənmək lazımdır.
– Elədir. Mən də məhz bu haqda danışıram, dostum, – Tommi təqdirlə dedi. – Öz daxili liderini gerçəkləşdirmək üçün bircə dəfə oyansan, liderliyini daim göstərəcəksən. Axı sən bu gücdən nə qədər çox istifadə edirsənsə, onunla daha yaxından tanış olursan. Özü də bu vaxt o artır. Və daha bir şey, Bleyk.
– Dinləyirəm.
– Mən hələlik TLE-nin açılışını sənə deyə bilməyəcəyəm – o, yenidən medalyonunu sığallayaraq, baxışlarında şıltaq bir parıltı ilə bildirdi. – Bu hərflərin mənasını izah etmək icazəsi yalnız bu fəlsəfəni mənə öyrətmiş dörd müəllimə verilib. Onlar isə bunu yalnız müəyyən şərtlər daxilində edirlər.
– Tommi, xahiş edirəm, deyin, – mən az qala yalvardım.
– Edə bilmərəm. Ən azı bu gün mümkün deyil. Bəlkə də yaxın günlərdə bu barədə sənə danışmaq icazəsi ala biləcəyəm… Niyə menecer deyiləm məsələsinə qayıtsaq, bunu mənə çoxdan təklif edirlər. Məni dəfələrlə şirkətin vitse-prezidenti vəzifəsinə də dəvət ediblər: xidməti avtomobil, nümayəndəlik xərcləri üçün pul, nəhəng kabinet… Amma bu hələ məni özünə çəkmir. Bilmək istəyirsənsə, əsl liderlik bundan ibarət deyildir.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.