реклама
Бургер менюБургер меню
Sərdar Rüstəm
Последние
Альбер Камю - Hekayə və esselər
Альбер Камю - Hekayə və esselər
Görkəmli fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Alber Kamyunun (1913 – 1960) yaradıcılığı bütün dünyada maraq doğurur. “Yad” povestiylə tanınan yazıçıya “Taun”, “Çöküş”, “Yabançı” və s. roman, povest və hekayələri, fəlsəfi esseləri böyük şöhrət qazandırmışdır. Bu kitabda “Qonaq” hekayəsi və“Szif haqqında mif” essesi və “Nobel nitqi” yer almışdır. Kamü ideya yazıçısı idi, onun hekayə və esseləri ədəbi kəşfi olan metaforalardan ibarət idi. Yaradıcılığında fəlsəfi esselərə daha böyük ağırlıq verən Kamü əsərlərində insan azadlıqlarını və ləyaqətini məhdudlaşdıran diktator rejimlərini, totalitarizmin müxtəlif formalarını və saxta xristian əxlaqını kəskin tənqid etmişdi. Əsərlərində başlıca fikir ""ağ yalandan qaçmaq və zülmə qarşı mübarizə aparmaq"" olub. «„Sizif əfsanəsi“» adlı fəlsəfi essesində Alber Kamü insan mövcudluğunu bütün ömrünü hədər işə həsr etmiş Sizifin əməyi ilə müqayisə edirdi. Müəllif eyni zamanda o biri dünyada vəd olunan rahatlıq haqqında xristian ideyasına qarşı çıxaraq həyatın mənasını Sizif əməyində – gündəlik işdə, bitib-tükənmək bilməyən mübarizədə, daimi fəaliyyətdə görür… Nobel mükafatı alanda Alber Kamünün 44 yaşı vardı. O, yazıçı üçün yetkinlik dövrü sayılan yaşa yenicə qədəm qoymuşdu. Apardığı qeydlərdən və dostlarının xatirələrindən də göründüyü kimi, böyük planlarla yaşayırdı. Lakin bu planları həyata keçirmək qismətində deyilmiş. Alber Kamü Nobel mükafatı alandan üç il sonra Fransanın cənubunda, avtomobil qəzasında həlak oldu.
Mixail Naim - Mirdadın kitabı
Mixail Naim - Mirdadın kitabı
Livan ədəbiyyatının klassiki Mixail Naymaya məxsus Mirdadın kitabı sığınacaq axtaranlar üçün bir limandır. Çox sayda oxucunun qəlbinə toxunan bu möhtəşəm hekayə, yeni nəsillərə bir insanın şüurunu genişləndirmək və içində olanları ortaya qoymağın necə mümkün olduğunu göstərir. Kitab əsasən Mirdad və onun tələbələri arasında dialoqlardan ibarətdir. İyirminci əsrin aydınlarından olan Oşo bu kitab haqqında belə deyir: «„Mirdadın kitabı“» mənim ən sevimli kitablarımdandır. Bu əbədiyaşar kitablar sırasına daxildir. Əgər mən ən dəyərli kitabların siyahısı tərtib edəsi olsam, o zaman bu kitabı siyahıda birinci qeyd edərəm"". «„Mirdadın kitabı“» 1948-ci ildə Livanda çap olunub. Kitab Nuh peyğəmbərin gəmisinin seldən sonra gəlib çatdığı quru ərazisində tikib yaratdığı məbəd və bu məbədə qonaq gələn əsrarəngiz ustad haqqındadır. Mahiyyət etibariylə kitab insanın Allahla olan ruhi əlaqələrindən bəhs edir. Oşo deyir: «„Bu kitaba kim ki həyat bəxş edib, sözlərimə diqqətlə fikir verin, mən demirəm ki, kim ki yazıb, adi insan deyil, heç kimdi. Bunu edən şəxs sadə yazıçı deyil. Bircə bu kitab nəhəng təcrübələrdən ibarətdir. Həmin insanın adı Mikayıl Naymadır.“»Mirdadın kitabı insanın ruhi yola başlamasının təsviri ilə başlayır. Mərhələ-mərhələ aşılan cismani maneələrdən sonra müdriklik yolu başlayır. Bu müdriklik yolu Nuh peyğəmbərin məbədə çevrilmiş gəmisinə gətirib çıxarır. Burada rahiblər və bu rahiblərə unudulmuşları xatırlatmağa gəlmiş böyük ustadı görürük. Onların fikirləri və bir-birilərinə olan münasibəti bizə bəşəri problemləri bircə-bircə təqdim edib izah edir.
Александр Беляев - Professor Douelin başı
Александр Беляев - Professor Douelin başı
Aleksandr Belyaevin ən çox tanınmış əsərlərindən olan «Professor Douelin başı» illərdir ki, gələcəyin elm dünyasına elmi əxlaq dərsi keçir. İllər keçsə də aktuallığını itirmir. Baş ayrılıqda bədənsiz öz mövcudluğunu təmin edə bilərmi? Professor Douel üçün bu sadəcə elmi məqsəd daşıyır, amma professor Kern üçün isə şöhrətpərəstlik xəstəliyi öz sözünü deyir. Yazıçı mümkünsüzü mümkün edib onun nəticələrini dəyərləndirməyə çağırır. Birnəfəsə oxunan «Professor Douelin başı» bəzi məqamlarda qorxulu, bəzi məqamlarda mehriban və səmimi, bəzi məqamlarda isə gülməli xüsusiyyətləri ilə dünya ədəbiyyatında öz yerini tutmuş əsər hesab olunur. Ən əsası isə bu o əsərlərdən biridir ki, oxumağa başladıqdan sonra yalnız son səhifələrdə real həyata qayıda bilirsən və əsərin yaratdığı xoş təəssüratlar uzun müddət öz təsirini göstərir. Müxtəlif insanların baş və bədənlərinin yer dəyişməsi, oxucuya yeni və inanılmaz düşüncə üfüqləri bəxş edir. Yazıçı bunu yaxşı təsvir edir və oxucunu düşündürməyə çalışır. Elm adamlarının hansı məqsədlər üçün çalışdıqlarının, hansı sosial təbəqələrin «baş» formasındakı həyatlarının necə olacağı (bir növ düşüncə tərzlərinin), xəstəlik və çətinliklərlə mübarizə yolları, ölümə qalib gəlmək kimi nüanslar çox böyük maraq kəsb edir. Həyəcanverici süjet, elmi nəaliyyətlər və onların elmi və əxlaqi nəticələri, satqınlıq, səmimilik, vicdan kimi elementlər romanı izah etməyə kifayət edir.
Xaqani Şirvani - Xaqani Şirvaninin ərəbcə şerləri
Xaqani Şirvani - Xaqani Şirvaninin ərəbcə şerləri
Xaqani Şirvani – klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Həmçinin o qədim dövr ədəbiyyatının yaradıcılarından biridir.Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanı, «Töhfətul-İraqeyn» poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə «„Şiniyyə“» və «Mədain xərabələri» qəsidələri, «Həbsiyyə» şeirləri və «Töhfətul-İraqeyn» poeması daxildir. Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir.İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir.Layihənin rəhbəri Səlim Babullaoğlu kitabla bağlı deyir: "Klassiklərə yeni və təkrar-təkrar müraciətlər çağdaş sənət mühitləri üçün əvəzolunmaz xidmət göstərir, olduqca əhəmiyyətlidir. Xaqani kimi olduqca ciddi, "Ümumşərq ədəbi-mədəni hadisəsi”ndən söz gedəndə isə bu əhəmiyyət birə beş artır. Çünki təkcə estetik planda deyil, bəlkə də, daha çox etik planda biz öz keçmişimizlə görüşür, ona baxmaq və keçmişin o cür ""qənirsiz güzgüsü”ndə bu günümüzü qiymətləndirmək imkanı qazanırıq, unudulmuş mənəvi xəzinələrə yenidən qovuşuruq…”
Mirzə Ələkbər Sabir - Hophopnamə 2-ci cild
Mirzə Ələkbər Sabir - Hophopnamə 2-ci cild
Bu gün Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim və müəllim, Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı il dönümüdür. Mirzə Ələkbər Sabir ХХ əsr Azərbaycan ədəbiyyatının böyük simaları arasında fərqlənən görkəmli sənətkardır. O, həqiqi хalq şairi, yeni Azərbaycan şerinin yaradıcısıdır. Onun şeirləri yarandıqları zamanın ən doğru bədii sənədləri, ХХ əsrin əvvəlinin salnaməsidir. Əsrin nəfəsi ilə nəfəs alan şair şüurları, vicdanları hərəkətə gətirən qələmiylə həyatın ictimai təzadlarını açıb göstərən etirazlı, təəssübkeş bir ədəbiyyatın gözəl nümunələrini yaratmışdır. Vətəndaş şair yolunu insanlara məhəbbəti naminə seçmiş Sabirin əsərləri insan ləyaqətini alçaldan hər bir şeyə qarşı mübarizədə ovхarlanmış silah idi və indi də öz kəsərini itirməmişdir. Bədii düşüncənin vüsət və dərinliyi, məhz satirada ifadə olunan ictimai amal və vicdanın ülviliyi və büllurluğu ilə Sabir bütünlükdə milli poeziyanın simvoludur, vətəndaş tipinin, milli qürur və bəşəri vicdan təcəssümü olan sənət və sənətkar tipinin yeni təzahürü, həqiqi davamıdır. Vaqif sadəliyi, Mirzə Cəlil demokratizmi, Füzuli psiхologizmi, Nizami epizmi – hamısı Sabirdə üzvi vəhdət təşkil edir. Böyük şairin bütün əsərlərini əhatə edən bu ikicildliyin ikinci cildində 1911-ci ildə yazdığı satirik şeirlərlə yanaşı, müəllifin ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, qəzəlləri, məktəb uşaqları üçün qələmə alınmış şərqi, mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və felyetonları, ədəbi-publisist məqalələri, müхbir yazıları və məktubları toplanmışdır.
Əfsaləddin Xaqani - Fəxriyyələr, məthiyyələr
Əfsaləddin Xaqani - Fəxriyyələr, məthiyyələr
Çoxəsrlik və zəngin ədəbi ənənəyə malik olan Azərbaycan xalqı dünya şöhrəti qazanmış bir çox söz ustadları yetirmişdir. Onların sırasında «„Divan“» və «„Külliyyat“» müəllifi Əfzələddin Xaqani Şirvaninin özünəməxsus yeri var. Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanından, «„Töhfətul-İraqeyn“» poemasından, epistolyar nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Təbiidir ki, bunlar Xaqani irsinin hamısı deyildir. Özünün də dönə-dönə xatırladığı kimi, şairin yaradıcılığı bütün Şərq ədəbiyyatı üçün yeni hadisə idi. Yenilikçi, orijinal sənətkar olan Xaqaninin yaradıcılığının əsasını dərin və güclü hümanizm təşkil edir. Xaqaninin dərin humanizmlə aşılanmış, bir-birindən gözəl əsərləri Yaxın və Orta Şərq xalqlarının böyük marağına səbəb olmuş, onun son dərəcə poetik və fəlsəfi məzmunlu şeirlərinə şairlər çoxlu nəzirələr, bənzətmələr yazmışlar.Xaqani yaradıcılığı Azərbaycan və dünya poeziyasının qiymətli hadisələrindən biridir. Oxuculara təqdim olunan bu kitabda qüdrətli şairin ölməz ədəbi irsinin bir hissəsi – ruhu oxşayan lirik qəzəlləri, fəxriyyə, mədhiyyə və fəlsəfi qəsidələri, zəmanə və zəmanə əhlindən şikayətləri, qitə və rübailəri, özü və əsil-nəsəbi haqda yazdığı şeirlər toplanmışdır.
Стефан Цвейг - Kazanova
Стефан Цвейг - Kazanova
"Kazanova" adlı bioqrafik hekayə Sveyqin «Öz nəğməsini oxuyanlar» kitabındakı üç hekayədən biridir. Kitabdakı digər hekayələr Stendal və Tolstoy haqqındadır. Məşhur avantürist və arvadbaz Cakomo Kazanova ilə bəşəriyyətin mənəviyyat sərhədlərini genişləndirmiş Stendal və Tolstoyu birləşdirən ümumi bir cəhət var: hər üçü özləri haqqında amansız etirafların müəllifidir. Bütün həyatını eyş-işrətə xərcləyən yaraşıqlı bir kişi olan Cakomo Kazanova yaşlandıqdan, zahiri göstəricilərini itirdikdən sonra lazımsız əşya kimi bir kənara atılır, əvvəlki şöhrətini itirməyə başlayır, qadınlar və dostları ondan üz döndərir, bir neçə ölkədən qovulur. Nəhayət öz vətəni İtaliyada bir qrafın himayəsi altında sığınacaq tapır və burada son illərini yaşayır. Yalnız ömrünün sonunda bu qeyri-adi insan elə bir iş görür ki, özü öz əli ilə adını tarixə, əbədiyyətə yazmış olur. Kazanova iradə və cəsarət nümunəsi göstərərək başına gələn bütün əhvalatları tam çılpaqlığı ilə qələmə alır. 12 cilddən ibarət «Xatirələrim» adlı kitab yazır. Özünü tarixin qaranlıqları içərisində unudulmaqdan beləcə xilas etmiş olur. Cakomo Kazanovanın həyatı neçə-neçə əsərə mövzu olub, haqqında filmlər çəkilib. Stefan Sveyqin «Kazanova»sı bu insanın xarakterini dərindən tanımaq üçün ən yaxşı qaynaq hesab olunur.