реклама
Бургер менюБургер меню
Elçin Hacı
Последние
Джордж Оруэлл - Kataloniyanı xatırlayarkən
Джордж Оруэлл - Kataloniyanı xatırlayarkən
XX əsr İngilis ədəbiyyatının öndə gələn şəxsiyyətlərindən biri olan Corc Oruell əsərlərində yer alan dəqiqlik, zəka, ictimai ədalətsizliyə qarşı maarifləndirmə və totalitarizmə qarşı mübarizə aparan yazıçı kimi tanınıb. Siyasi baxışları 1936-cı ilin dekabrında Corc Oruelli Frankoya qarşı savaşan ispan respublikaçılarının sıralarına gətirmişdir. Oruell Marksist fəhlə partiyasının hərbi dəstələrində vuruşurdu. Bu savaş onun həyatında silinməz iz qoyur. Oruell 1937-ci ilin iyununda bu ölkəni tərk edir. İspaniyadakı gərgin, həyəcanlı günlərdən sonra yarım il Mərakeşdə yaşayan yazıçı burada bir tərəfdən aldığı yaradan müalicə olunmuş, digər tərəfdənsə ispan faşizminə qarşı beynəlmiləl mübarizəni əks etdirən «„Kataloniyaya məhəbbətlə“» kitabını qələmə almışdır.Bu sənədli povest İspaniyada vətəndaş müharibəsini nəinki öz gözləriylə görmüş, hətta onun bilavasitə iştirakçısı olmuş qələm sahibinin sanballı əsərlərindəndir. Müharibə bütün ziddiyyətləri və pislikləriylə, ondan bəhrələnmək istəyənlərin oyun və yalanlarıyla, habelə uğrunda vuruşduğuna inananların fədakarlıqlarıyla qələmə alınıb. Həm də bu kitab o vaxt bəzi siyasətçilər üçün çox “narahatlıq” yaradıb, ona görə də ciddi “əl gəzdirilərək” buraxılıb.
İlqar Fəhmi - Sən kimsən, Səfəvi
İlqar Fəhmi - Sən kimsən, Səfəvi
Səfəviliyin estetik fəlsəfəsi haqqında bədii-publisistik əsərdən qısa fraqmentlər:Niyə Səfi?Tarixlə maraqlanmaq bütün ziyalı insanların xüsusiyyətidir. Ələlxüsus da öz xalqının tarixiylə, keçmişiylə. Bu prosesi uşaqlıqdan, yeniyetməlikdən başlayaraq hamımız keçmişik. İstər tarix kitablarımızdan, istər tarixi romanlardan, istər tarixi film və tamaşalardan öyrənmişik keçmişimizi, tarixi şəxsiyyətlərimizi tanımışıq və bir çoxlarını sevmişik.Son sözə diqqət edək – «Sevmişik.»Sevgini yaradan sadəcə şəxsiyyətin tarixi olmağı, yaxud hansısa tarixi xidmətləri, fəaliyyəti deyil. Bunları bilmək ona yalnız rəğbət hissi yarada bilər. Rasional düşüncənin məhsulu olan rəğbət və hörmət…Sevgi, eşq isə tamam başqa bir məfhumdur. Burda hansısa qeyri-müəyyən mistik cazibə var ki, bəzən bunun yaranmasını hansısa dəqiq faktlarla əsaslandırmaq olur, bəzən də olmur. Çünki eşq olan yerdə ağıl çox vaxt aciz olur.Azərbaycanın orta əsrlər tarixi barədə də analiz aparanda məlum olur ki, həmin dövrlər tarixi şəxsiyyətləri arasında bir fiqur var ki, bütün azərbaycanlılar tərəfindən daha çox sevilir, daha çox bütləşdirilir, daha çox düşündürür…Kimdi bu şəxsiyyət?Əlbəttə ki, Şah İsmayıl Xətai.Dünya siyasət tarixində – Böyük Səfəvi hökmdarı Şah İsmayıl Səfi…Döyüş meydanında – Qızılbaş sərkərdəsi İskəndərşan İsmayıl Bahadur.Mənəvi və Ruhani istiqamətdə – Səfəviyyə təriqinin Piri-Mürşidi Dərviş İsmayıl.Minillik poeziyamızın tarixində – Azərbaycanın ən zərif, həzin klassik şairi Xətai.Folklorda, Xalq dastanlarında, ümumxalq yaddaşında – Ədalətli hökmdar, Şeyx oğlu Şah.Və nəhayət, Mədəniyyət müstəvisində – o dövrün bütün incəsənət ustalarının, rəssamların, xəttatların, nəqqaşların, xalçaçıların, şair və aşıqların, memarların və sair sənətkarların ən ali himayədarı, bütün dünyada tanınan çoxşaxəli «„Səfəvi mədəniyyəti“»nin yaradıcısı, təəssübkeş mesenat İsmayıl Mirzə…Hətta müasir dövrümüzdə – ətrafında ən çox mübahisələr gedən, möhtəşəm şəxsiyyəti və zəngin fəaliyyəti ilə, beş yüz il sonra da daim bizim ictimaiyyətin diqqət mərkəzində olan bir tarixi obraz…
Oşo - Yaxınlıq
Oşo - Yaxınlıq
Əgər sən yaxın olmağa hazırsansa, qarşındakının da yaxın olmasına yol aça bilərsən.Sənin açıqlığın onun açıq olmağını asanlaşdırar.Sənin təbiiliyin, onun təbiiliyinə, məsumluğuna, güvəninə, sevgisinə, açıqlığına izn verir.Sən olmasan, bu bəşəriyyətin şeirində, gözəlliyində bir şey əskik qalar.Bir musiqi, bir not əskik qalar, bir boşluq olar; heç kim bunu sənə söyləmədiKitabın adı oxucunu çaşdıra bilər. Ancaq bu, yalnız qadınlar üçün nəzərdə tutulan kitab deyil. İstənilən oxucu əsərdə özünü, dünyasını, onu maraqlandıran sualların cavabını tapa bilər. Bu kitab böyük hind filosofu Oshonun mühazirələri əsasında hazırlanıb. Cinslərarası münasibətlərin – məi­şətdən siyasətə qədər, bütün çalarlarını fundamental şəkildə izah edərək problemdən çıxış yollarını göstərib.Osho çap olunan kitablarının heç birini özü yazmayıb. O, yalnız sağlığında yüzlərlə insanın axışıb gəldiyi təlimlərində çıxışlar edib və bu çıxışlar toplanaraq zaman-zaman müxtəlif mövzularda Oshonun zəngin və maraqlı fikirlərindən, verdiyi örnəklərdən, elmi və mədəni biliklərindən ibarət, tamamilə yeni bir fəlsəfi ki­tabların üzə çıxmasına səbəb olub.“Qadınların kitabı” insanlar və cinslərarası münasibətləri dünya siyasəti səviyyəsində çözür və elmi uğurların üstünlüyünü insanlığı aparıb çıxardığı böhrana qədər təhlil edərək, bu mövzuda detallı şəkildə oxucuya informasiya və düşünmək üçün imkanlar verir.
Лев Толстой - Hacı Murad
Лев Толстой - Hacı Murad
""Hacı Murad"" – Lev Tolstoy tərəfindən 1896-1904-cü illərdə dram janrında yazılmış qısa romandır. İlk dəfə 1912-ci ildə, Tolstoyun ölümündən iki il sonra nəşr edilib, kitab şəklində isə 1917-ci ildə oxuculara təqdim olunub. Tolstoyun axırıncı romanıdır. Kitab baş qəhrəman avar Hacı Muradın şəxsi ədavətinə görə hər zaman döyüşdüyü ruslarla əlbirlik etməyindən bəhs edir.Qardaşı Serqeyə yazdığı məktublardan aydın olur ki, Tolstoy ilk dəfə Hacı Murad haqqında Qafqazda xidmət edərkən eşidib. Romanın əvvəlində təsvir olunan qanqal əslində Tolstoyun qaldığı yerin yanında yetişir və Tolstoy bunu görərkən Hacı Muradı xatırlayır və onun haqqında yazmağı fikirləşir. Romanı yazarkən Tolstoyun yaşlı illəri olduğundan sağlığı xeyli zəifləmişdi. Məktublarında da bunu qeyd edirdi. Roman üzərində işləyərkən isə bir qədər özünü canlı hiss etdiyini vurğulayırdı və sadəcə onu tamamlamaq haqqında düşünürdü, nəşr etdirmək fikri isə yox idi.Tolstoyun romanı 19-cu əsrin ortalarında Qafqazı əhatə edir. İmperiyanın işğalı zamanında Çeçen və Rus militantları arasında qarşıdurmalar baş verir. Rus qüvvələrinin ən böyük məqsədi o idir ki, imperiyalarının ərazisini böyütsünlər. Hacı Murad haqqında yazdığı romanda Tolstoy əsgərlikdə olan vaxtında gördüklərini təsvir edir, hətta 1851-ci ildə qardaşına yazdığı məktubda deyirdi: «„Əgər xəbərlərlə lovğalanmaq istəyirsənsə, o zaman bil ki, Hacı Murad bir neçə gün öncə Rusiya Hökumətinə təslim oldu. Onda əsl şeytan cəsarəti var və o, bütün çeçenlərin qəhrəmanıdır, lakin pis əməlləri eləməyə məcbur edilmişdir.“»Romanın hadisələrin baş verməsindən təxminən əlli il sonra yazılmasına baxmayaraq, Tolstoy Rusiya sivilizasiyasnını həmin dönəmlərini təsvir edir və tənəzzülə uğrayan bürokratiya ilə sağlam bir dağlının həyatını göstərir.
Жан-Жак Руссо - İctimai müqavilə
Жан-Жак Руссо - İctimai müqavilə
İsveçrə filosofu Jan-Jak Russonun (1712–1778) əsərləri Avropanın ictimai şüuruna böyük təsir göstərmişdir. Əgər Con Lokk Amerika inqilabının ilhamvericisi sayılırsa, Russonu haqlı olaraq Böyük Fransa inqilabının (1789) və hətta Rusiya bolşevik inqilabı-nın (1917) intellektual atası hesab etmək olar. Russo Cenevrədə saatsaz ailəsində doğulub və anasının vəfatından sonra atası onu tərbiyə etmişdir. O, sistemli şəkildə təhsil almamış, lakin özü klassik və müasir fəlsəfə ilə ciddi məşğul olmuşdur. Oymaçı emalatxanasında işə düzələn Russo 1728-ci ildə Cenevrəni tərk edir və madam Varensin yanında məskunlaşaraq onunla dostluq edir; onun köməyi ilə şəxsi qaydada öz təhsili ilə ciddi məşğul olmaq imkanı qazanır. 1742-ci ildə Russo Parisə – o vaxtkı dünyanın intellektual mərkəzinə köçür. O burada Dalamber və digər fransız filosof ensiklopediyaçıları ilə tanış olur. 1750-ci ildə Russonun İncəsənət və elm haqqında düşüncələr essesi Dijon şəhəri akademi-yasının keçirdiyi müsabiqədə qalib gəlir. Onun sonrakı əsərləri, xüsusilə də İctimai müqavilə haqqında şah əsəri müəllifinə Ümumavropa şöhrəti gətirir, eyni zamanda həm Fransa, həm də İsveçrə hakimiyyətlərinin qəzəbinə səbəb olur. Russo-nun əsərləri yasaqlanır, o, Parisi tərk etməli olur və buraya bir də 1770-ci ildə qayıda bilir.
Эли Амир - Günah keçisi
Эли Амир - Günah keçisi
…Karmelə doğru dırmanan avtobus, yolun yarısında ilişdi, özünü topladı və bir təkanla irəli atıldı. Bir ot dənizinin ortasında üzə çıxmış adalar kimi görünən, başdan-ayağa çiçəklərə bürünmüş birmərtəbəli evlər, qıvrılaraq gedən yolun kənarını naxış kimi bəzəyirdi. Eynilə Bağdadda olanda baxdığım, üzərində İsrail təsvir olunmuş rəsmlərdəki kimi idi. Evlər seyrəldikcə, şam ağacları sıxlaşırdı. Hamısı yenicə boy atmış və yamyaşıl idilər, bəzən isə daha solğunu və qocaları rast gəlirdi. Ətrafda xəfif bir yaz küləyi, tərtəmiz hava, meşənin səssizliyi və möhtəşəm sirri hökm sürürdü. Motorun xırıltısı dayanmadan bu səssizliyi yarıb keçirdi. Günəş yolun eniş-yoxuşlarına uyğun olaraq gah görünür, gah gözdən itir, qızılı şüalardan yaranmış bir gül kimi, sanki şam ağacları ilə oynayırdı. Xeyli uzaqlarda üfüq və masmavi dəniz gözə çarpırdı. Tikanlı tellər arasında həbs olunmuş yüzlərlə yamaqlı və uçuq-sökük, torpaq rəngli çadırlardan ibarət “Youth Aliya” (Youth Aliya – 1933-cü ildə yaradılmış, yəhudi uşaqları və gəncləri Üçüncü Reyx nasistlərindən qorumağı qarşısına məqsəd qoyan sionist təşkilat – red.) qaçqın qəbulu düşərgəsi, həyatdan usanmış halda qumsala sərilmiş məğlub əsgərlər ordusuna bənzəyirdi… Əli Amirin «„Günah Keçisi“» adlı romanı dünyanın bir çox dillərinə tərcümə edilmiş və ekranlaşdırılmışdır. Son dərəcə maraqlı avtobioqrafik “Günah Keçisi” romanının qəhrəmanı Nurinin başına gələn hadisələr əslində müəllifin öz həyatının epizodlarıdır. Patriarxal, qatı dindar ailənin yetirməsi olan Nuri kibutzda yeni dünyanın insanlarıyla qarşılaşır, şərq və qərb dünyagörüşünün kəsişmə nöqtəsində ziddiyyətli günlər yaşayır. Savaşlar, ölümlər ve köçlərlə parçalanmış ailələr… Vətənsiz qalmış insanlar…Ailələrini tərk edib kibutzlarda daha yaxşı bir həyat arayan qızlı, oğlanlı uşaqlar.Yəni bir həyat tərzi, yeni bir dil, yeni inanclar, yeni bir kültür arayanlar.Kibutzları quranların hər kəsə yuxarıdan aşağı baxan gözəl geyimli və təhsilli uşaqlarla qarşıdurmalar və uyğunsuzluqlar. Sosializmlə və Marksizmlə tanışlıq…Əli Amirin ustalıqla dilə gətirdiyi bu hekayənin qəhrəmanları, ailələrindən qopmaqda zorlanan uşaqlar. Demək olar ki, hamısı əlləri ilə onlara vəd edilən daha yaxşı bir həyatı dayandırır və sonu qəflət və yoxsulluq olsa belə, ailələrinə qayıtmaq istəyirlər.
Народное творчество (Фольклор) - Min bir gecə 3-cü cild
Народное творчество (Фольклор) - Min bir gecə 3-cü cild
“1001 gecə” nağılları Şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir. Bu nağıllar xalqın “şirin xəyalların cazibəsinə” uymaq arzularının, Şərq xalqlarının – ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun sərbəst söz oyunu ilə son dərəcə mükəmməl ifadəsidir. Sözlərdən toxunan bu abidə çox qədimdə yaranmışdır. Onun rəngarəng ipək sapları dünyaya uzanaraq öz əsrarəngiz söz xalısını bütün Yer kürəsinin üzərinə sərmişdir.“1001 gecə” nağılları böyük dairələr fəth edərək, əsrlər boyu Yaxın və Orta Şərq xalqlarının ruhunu fəth etmiş, ağızdan-ağıza, dildən-dilə keçə-keçə öz rəngarəngliyini artıraraq bir çox əsərlərin yaranmasına bir mənbə olmuşdur.Əsərin məzmununa gəldikdə, onu cavahiratla dolu olan bir sandığa bənzətmişlər ki, üzərinə rizə daşlar tökülmüş və onların arasında həmin inciləri tapmaq çətinləşmişdir. Artıq bu gün elm aləmində belə qəbul edilmişdir ki, “1001 gecə” nağılları qonşu Şərq xalqları ilə yanaşı, əsasən, ərəb xalqlarının yaratdığı misilsiz bir abidədir ki, o bizi orta əsr Şərqin şəhər həyatı, o zamankı xalqların yaşayış tərzi və əxlaq normaları ilə heyrətamiz bir şəkildə tanış edir. “1001 gecə” hekayələrini, bəzən Bağdad, Misir, İran və hind hekayələri, bəzən də sənətkarlar, tacirlər, div, əcinnə, pəri əfsanələri adı altında qruplaşdırırlar.“1001 gecə” və yaxud “Şəhrizadın nağılları” heyrətamiz kamilliklə əməkçi xalqın arzu və istəklərini, şirin və məzəli nağıllarla, hekayət və təmsillərlə gözəl ifadə etmişdir.
Теодор Драйзер - Dahi
Теодор Драйзер - Dahi
Əsərdə sadə bir rəssam olan Yucin Vitlanın həyat tərzi, yaradıcılığı, uğurları, çətinliklərin öhdəsindən gələrək yüksəlib dahi rəssama çevrilməsi və eyni zamanda da onun necə ehtiras, gözəllik, qadın düşkünü olduğu əks etdirilib. Əsər başdan ayağa onun tanış olduğu qadınlar və onlarla necə rəftar etməsi ilə təsvir olunub. Bu qadınların içərisində isə onu başqalarından daha çox sevən Ancelanın ağrılı, acılı sevgisi və əsl qurbana çevrilməsi əks olunub. Bu əsərdə eyni zamanda insanın yüksələ bilməsi və ehtirasların onu həyatın qaranlıq bir quyuya ataraq məhv etməsini yazıçı çox gözəl göstərmişdir. Dahi Yucin. Dahi, lakin bədbəxt Yucinin həyat hekayəsi. Yucin Vitla xüsusi istedada malik, gözəllik düşkünü olan bir rəssamdır. Gördüyü hər gözəl qadına eşq elan edir, onlarla eşq macərası yaşamağa can atır, çox vaxt özü də hisslərindən baş açmayan dahi bir rəssam… Rubi, Miriem, Norma, Kristina, Stella, Suzanna… – bunlar Yucinin müxtəlif vaxtlarda birlikdə olduğu qadınlardır. Amma o, Ancela adlı dindar bir kənd qızı ilə evlənir və onunla enişli-yoxuşlu, acılı-şirinli bir ömür sürür.Yazıçı həyatının müxtəlif dövrlərində müxtəlif çətinliklərlə üz-üzə qalan rəssamın həyatını elə o rəssamın özü kimi incəliklə işləyir. Sonradan pul ehtirası, kapitalizmin eybəcərlikləri rəssamı sənətindən uzaq salır…
Джалил Мамедкулизаде - Ölülər
Джалил Мамедкулизаде - Ölülər
C.Məmmədquluzadə yaradıcılığında “ölülər” mühüm mövqe tutan dramlardan biridir.Tragikomediyanın yazılması 1909 cu ilə təsadüf edir. Əsərin 1916 cı ildə Bakıda uğurla səhnəyə qoyulması isə onun ədəbi şöhrətini daha da artırmışdı.Bu dram vasitəsilə yazıçı movcud cəmiyyətə qarşı öz etirazını bildirir. Bu etirazıni yazıcı İskəndər obrazı vasitəsilə edir. İnsanların cox acınacaqlı bir mühitdə yaşaması İskəndər obrazina cox böyük təsir edir. Ancaq mövcud cəmiyyətə etiraz etsə də insanlar tərəfindən bu etiraza dəli adı verilir. İnsanların öz dəyərlərini cox asaqı səviyyəyə salıb bundan bir şüar, bir qayda qanun kimi istifadə etmələri onu da özünə məxsus etiraz etməyə vadar edir. Bunları görən İskəndər şərab icib kefli gəzməyə baslayır və buna gorə də Kefli İskəndər adlanır. Mövcud cəmiyyəti əks elətdirən ən boyük obraz Şeyx Nəsrullah obrazıdır. Şeyx Nəsrullahın olu diriltmək bacarığına inanıb burda da insanlar ozlərinə lazim olan insanları diriltmək istəyirlər. Bütün bunlara görə İskəndər həmin mühitidəki insanları məhz “ölülüər” adlandırır.Şeyx Nəsrullaha inanan insanların hamısı öz qohum əqrabasının siyahısını tutur və Şeyxə müraciət edirlər bundan əlavə öz qizlarını ona övrət olmağı təklif edirlər. Guya həmin qizlar o zaman cənnətə duşəcəklər.Əsərin sonunda ustalıqla aradan çıxan Nəsrullahın fırıldaqçı olması insanlara məlum olur və Kefli İskəndərin Ölülərə manoloqu ilə əsər başa catır.Əbədilik arzusu və ölüm qorxusu! Ta qədimlərdən insan düşüncəsini məşğul edən əsas problem! Ölümsüzlük arzusu insanı sehrli alma, dirilik suyu haqqında nağıllar, əfsanələr düzüb-qoşmağa vadar edib, kimyagərlər minillər boyu insana əbədiyyət bəxş edən iksir axtarıb, lakin bütün bunlar bir xülya olaraq qalıb.Cəlil Məmmədquluzadənin yüz il öncə yazdığı ölməz “Ölülər”i də məhz bu axtarışların absurdluğuna bir işarədir. Amma “Ölülər”də əsas problem ölülərin dirilməsi yox, dirilərin “ölümüdür”. Burda ölməz olan bircə şey var – “ölülüyün” ölməzliyi! Nadanlığın, cəhalətin, şarlatanlığın əbədiyyəti! Bu, Makedoniyalı İskəndər zamanında da beləydi, Kefli İskəndər vaxtında da! Makedoniya şahının içə bilmədiyi dirilik suyu ilə Danabaş ziyalısının vurduğu arağın arasında isə mahiyyətcə elə bir fərq yoxdur. Hər ikisində fiasko! Makedoniyalı İskəndər dirilik suyuna çata bilmədiyi kimi, Kefli İskəndərin arağı da onun dərdinə dərman ola bilmir.