реклама
Бургер менюБургер меню
Vüsalə Məmmədzadə
Последние
Герберт Джордж Уэллс - Görünməz adam
Герберт Джордж Уэллс - Görünməz adam
İngilis yazıçısı və alimi Herbert Corc Uells uşaq yaşlarından elmə və ədəbiyyata böyük maraq göstərmişdir. 17 yaşında ikən Kral Elmi Cəmiyyətinin kollecində təhsil alan Herbert 25 il sonra bu cəmiyyətin prezidenti seçilmişdir.Biologiya və fiziologiya doktoru Herbert Uells yazdığı bədii əsərlərdə öz elmi biliklərindən məharətlə istifadə etmişdir. Onun qələmə aldığı «„Görünməz adam“», dünya elmi-fantastik ədəbiyyatının şah əsərlərindən sayılır.“Görünməz adam” 1897-ci ildə Həftəlik Pirsonunda ardıcıllıq şəklinə salındı və həmin ildə roman kimi nəşr edildi. Əsərdə alim görünməz olmaq üçün öz üzərində təcrübə aparır və bu prosesi müvəffəqiyyətlə yerinə yetirir, ancaq hadisələrin gedişində müvəffəqiyyətsizliyə uğrayır.İngilis kəndinin yaxınlığındakı mehmanxanada hər zaman uzunqollu paltoda və əlcəklərdə naməlum adam yaşayır. O həddindən artıq tərki-dünyadır, tündməzacdır və qaraqabaqdır. O bir sıra kimyəvi preparatlar ilə işləyir və onun otağında müxtəlif aparatlar var. Qrifon adlanan bu adamın pulu tükənmişdir və o pansiona borcunu ödəmək üçün yollar axtarırdı. Kənddə sirli oğurluq hadisəsi baş verir. Pansionun sahibəsi pul tələb edəndə, o onun hesabını ödəyir və binanı tərk edir, o ona düşmənçiliyin baş qaldırılmasında onun Naməlumu qabaqcadan hiss etmək üçün cəhd alt-üst edilir, nə vaxt o onun görünməzliyindən öz xeyrinə istifadə etmək (aldatmaq) üçün, onun iddialı kaperlərini qaytarmaq üçün soyunur və təpələrə qaçır.Görünməz adamın görünməzliyindəki kiçik fəqət həqiqətə zidd ən önəmli nöqtə gözləridir. Görünməz adam görülməməlidir, amma o ətrafını görməlidir. Baxdığı şeyi görməsi, təsvirin gözünün retinası üzərində meydana gələ bilməsi üçün işığın göz təbəqələrindən sınaraq da olsa keçməsi, retinaya çatması vacibdir.Onda da görünməz adamın, gələn işığın bir qismini udan, bir qismini isə əks etdirən gözləri görünər. Meşədə qaranlıqda gizlənən və görülməsi mümkün olmayan bir heyvanı da elə parıldayan gözləri ələ verər. Tam bir görünməzliyin olması üçün gözlər olmamalıdır.
Сабит Рахман - Əliqulu evlənir
Сабит Рахман - Əliqulu evlənir
Sabit Rəhmanın “Əliqulu evlənir” komediyasında yeni və müstəqil bir sosial-əxlaqi məsələ – “yalan” problemi öz əksini tapır. Bu isə Sabit Rəhmanın, həm də dövrün komediyaya marağında, tamamilə, təbii bir mərhələ idi: uzun bir müddət həqiqətə yox, illüziyaya xidmət edən satiranı bir mövzu kimi yalan maraqlandırmaya bilməzdi.“Əliqulu evlənir”də yalan, bir problem kimi, yenə də hələ vəzifə ehtirasının materiallarında təhlil edilir. Komediyada vəzifə xəstəliyi, kabinet, telefon, kağız, protokol azarı: bürokratiya ilə ehkam, eqoizm və yaltaqlıq arasında daxili vəhdət klassik realist səviyyədə tapıla və həll oluna bilər.Əliqulu sanki yuxudan ayılır və birdən xəbər tutur ki, vəzifə əldən gedir, stol əldən gedir. Klassik faciənin “nə etməli?”, “necə etməli?” sualı onun qarşısında “stolu necə saxlamalı?” şəklində durur. O, “ya stol, ya da heç nə” qətiyyəti ilə hərəkət etməyə qərar verir. Xilas üçün yüksək rütbəli bir şəxslə qohum olmaqdan başqa ayrı çarə tapmır. Komik sujetin əsasında da əldən gedən stolu zorla saxlamaq üçün Əliqulunun göstərdiyi səylər durur.Əliqulunun komizmi həmişə telefon və stol dalında rahat yuva tapan tüfeylinin və nadanın komizmidir. Məhz vəzifə təşnəliyi komediyada Əliqulunun şakəri, vərdişi, azarı kimi klassik səviyyədə işlənmişdir.
Ramiz Rövşən - Hamı oğul böyütmüşdü
Ramiz Rövşən - Hamı oğul böyütmüşdü
Azərbaycanın xalq şairi Ramiz Rövşənin bu kitabında şairin nəsr yaradıcılığı – povestləri, hekayələri və esseləri yer almışdır. Ramiz Rövşən nəsri də poeziyası kimi mövzu rəngarəngliyi və fəlsəfi tutumu ilə zəngindir. “Belə-belə işlər”, “Hamı oğul böyütmüşdü”, “Ağrı”, “Yağışlı bir günün günortasında” və s hekayələrində şairin həm də bir yazıçı kimi özünəməxsus bədiiliyi oxucunu (dinləyicini) özünə cəlb edir. “Belə-belə işlər” hekayəsində müharibə illərindən danışılır. Qəhrəman Həsən kişidir. Kəndin kişiləri müharibəyə yola düşəndə Həsən kişini fiziki qüsuruna görə aparmırlar. O, yeganə canlı varlığı olan, dostu qədər sevdiyi, balası qədər əzizlədiyi kəhər atı göndərir müharibəyə. O, atından məktub gələcəyini ümidlə gözləyir. “Həsən kişi ha gözlədi kəhər atdan məktub gəlmədi”. “Hamı oğul böyütmüşdü” hekayəsi də elə o illərdəndi. Burada da kənd camaatı döyüşə oğul yola salır, oğul yolu gözləyir. Lakin bu hekayədə bir fərqli tərəf var; “Belə-belə işlər” hekayəsində Həsən kişi döyüşə atını yola salır, “Hamı oğul böyütmüşdü”də isə kimi-kimsəsi olmayan Yetim Qulu döyüşdən oğul məktubu gözləyir: “Yetim Qulu bütün kəndin gözünün qabağında həsrətlə oğlunun yolunu gözləyirdi və bu boyda kənddə bir adamın da ağlına gəlmirdi ki, yaxşı, bu Qulu hansı oğlunun yolunu gözləyir?.. Bu Qulunun oğlu nə gəzir?!” “Ağrı” hekayəsi də əslində o illəri qamçılayan bir əsərdi. Burada yaralanandan sonra döyüşdən geri qaytarılan bir nəfərin fiziki ağrıları bir yana, mənəvi ağrılarından söz açılır. İsgəndər döyüşdə canını qoydu, illərlə övlad həsrəti çəkdiyi halda, geri dönəndə övladını bağrına basmağa cürəti çatmadı. Həmkəndliləri onun fərari olduğunu düşünərək raykoma (rayon icra nümayəndəliyinə) zəng etdilər. Əslində isə, o, fərari deyil, sadəcə başından zərbə alan əsgər həkimlərin verdiyi xəstəlik sənədini itirmişdi… “Yağışlı bir günün günortasında” hekayəsi ilə müəllif müharibəyə, siyasətə olan nifrəti və insanlığa olan sevgisini göstərir. “Daş” povestinin mövzusu da həyatın özündən götürülüb. Burada da oxucu qəhrəmanları tanımağa çox da çətinlik çəkmir. Povest qəhrəmanları ilə sanki hekayələrin davamıdır…
Амос Оз - Mənim Mixaelim
Амос Оз - Mənim Mixaelim
Romanda hadisələr 1950-ci illərdə – İsrail dövlətinin qurulduğu illərdə cərəyan edir. Əsər Hanna Qonenin dilindən danışılır və onun Mixaellə tanışlığından başlanır.Hanna universitet tələbəsi olduğu illərdə Mixaaellə – geologiya fakültəsinin aspirantıyla tanış olur və onlar evlənirlər. Hanna gecələr gec saatlaradək elmi işləriylə məşğul olan bu soyuq təbiətli insanla illərini paylaşır, öz karyerasını qurban verir, uşaq tərbiyə edir, xəstəliklə mübarizə aparır. Amos Oz yaşayıb-yaşamayacağı bəlli olmayan bir nikahın tarixçəsini yazır. Müstəqilliyi sual altında olan ölkənin taleyi ilə əvvəldən-axıra paralel təşkil edən süjetdə oxucu Hannanı öz müstəqilliyindən ötrü mübarizə aparan görür, zahirən məişət səviyyəsində görünən hadisələr tarixi kontekst qazanır.Büsbütün depressiyaya uğramış olan Hanna get-gedə daha səbatsız olur. Hannanın nikahı və sağlam düşüncəsi zəiflədikcə, müəllifin simvolları daha dərin mənalar qazanır və universallıq kəsb edir.Hanna faciə qəhrəmanıdır, qrotesk varlqıdır, ustalıqla yaradılmış qadın xarakteridir. O, zəhmətkeş insan olan, ailəsinə dəyər verən və öz sahəsində önəmli uğurlar qazanan ərini qiymətləndirə bilmir. Maykldan fərqli olaraq, Hanna uşaq doğduqdan sonra təhsilini yarımçıq saxlayır, davam etmək haqqında heç düşünmür də. Gününü şirin xəyallarda keçirməklə məşğul olur, özünü kraliça kimi təsəvvür edir…
Аббас-Кули-ага Бакиханов - Gülüstani irəm
Аббас-Кули-ага Бакиханов - Gülüstani irəm
Gülüstani-İrəm – Abbasqulu ağa Bakıxanovun Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixinə həsr etdiyi əsəri. «Gülüstani-İrəm»ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf edilmir. A.Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla «Gülüstani-İrəm» əsərini yazmışdır.A. Bakıxanov «Gülüstani – İrəm» əsərini yazarkən təqribən yüzdən artıq mənbədən istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn-Hövqəl, İbnələsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Pəfi Şirvani, Katib Cələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır.A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, dövrünün tələbinə görə arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də istifadə etmişdir. Onun tətbiq etdiyi bu üsul Azərbaycan xalqının zəngin tarixini göstərməkdə birinci addım olmuşdur.«Gülüstani-İrəm»in mətnindən anlaşılır ki, A. Bakıxanov yuxarıda adları çəkilən məhbələrdən başqa qədim, orta və yeni dövrlərə aid daha bir çox məxəzlərdən geniş surətdə istifadə etmişdir. Lakin bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna görə, «Gülüstani-İrəm »in bizə gəlib çatmayan bu mənbələrə əsasən yazılmış müəyyən hissələri indi əsas məxəz şəklini almış olur.«Gülüstani-İrəm» əsərində A. Bakıxanov Azərbaycan xalqının, xüsusilə Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixini qədim dövrlərdən başlayaraq 1813-cü il «Gülüstan müahidəsi»nə qədər təsvir edir. Bu əsər, əsas etibarilə, müqəddəmə, beş fəsil və nəticədən ibarətdir.Abbasqulu ağa Bakıxanov 1841-ci ildə farsca yazdığı bu əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoymuşdur.[2]Bu əsəri də Abbasqulu ağa Bakıxanov müqəddimə ilə başlayır. Müəllif yığcam, lakin dolğun məzmunlu bu müqəddimədə tarix elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə müasir elmin tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Hal-hazırdakı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən istifadə etməyi lazım bilir.“Gülüstani-İrəm”in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən də əsərini 5 fəslə bölmüşdür:İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr.Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına qədər.Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr.Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər.Nadir şahın vəfatından “Gülüstan” adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər.Əsərin birinci fəslində “Tarixi-Təbəri”, “Tarixi-güzidə”, “Nizamüt-təvarix”, “Kitabi-məsalikül-məmalik”, “Xəritətül-əcaib” kimi qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verilir. Bu fəsil müqəddiməyə və əsərin sonrakı fəsillərinə nisbətən zəif işləmişdir.Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan ölkələrinin ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya göndərdiyi hakimlər, ərəblərin xəzərlərlə vuruşmaları, xarici işğalçıların istilasına qarşı Babəkin mübarizəsi, onun Bağdadda əziyyətlə öldürülməsi və s. haqqında məlumat vardır. Lakin məşhur Babək üsyanı haqqında verilən məlumat həm müxtəsər, həm də çox ruhsuz və sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı qarşı amasızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə öldürülən bu cəsur xalq qəhrəmanının fəaliyyəti tarixini qətiyyən işıqlandıra bilmir. Bunun səbəbi müəllifin tarixi hadisələrə xalq azadlıq hərəkatı nöqteyi-nəzərindən yanaşa bilməməsidir.Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm”də məşhur Azərbaycan coğrafiyaşünası Zeynalabdın Şirvaninin “Riyazüs-səyahə” əsərinə əsaslanaraq, Azərbaycan sözünü Babəkin adı ilə əlaqələndirir.Üçüncü fəsil hülakülərin və teymurilərin hakimiyyəti dövrünü işıqlandırır və Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu fəsildə Ağqoyunlular və Qaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin Tusi haqqında da məlumat vardır.Əsərin ən böyük bir hissəsini təşkil edən dördüncü fəsil Səfəvi padşahlarının və onların süqutundan sonra İran taxtına oturan Nair şah Əfşarın hakimiyyəti tarixinə həsr olunur.“Fütuhati-Əmini”, “Tarixi-aləm-arayi-Abbasi”, qolikovun “Böyük Pyotrun fəaliyyəti”, Ustryalovun “I Pyotrun səltənət tarixi” və s. rus, fars və osmanlı mənbələrindən istifadə edilərək, fəsildə I Şah İsmayıl, I Şah Abbas və Nadir şahın hərbi səfərləri, Rusiya və Türkiyə qoşunlarının Dağıstan və Azərbaycan ölkələrinə hücumları, Sultan Səlim Yavuzun qoşunları ilə I Şah İsmayılın qoşunları arasında Təbrizin yaxınlığında gedən məşhur “Çaldıran” döyüşü, bəhs olunan dövrdə yerli əmir və hakimlərin fəaliyyəti haqqında zəngin məlumat toplanılmışdır.“Gülüstani-İrəm”in beşinci və son fəsli Nadir şahın ölümündən (1747) ta 1813-cü ildə Rusiya və İran dövlətləri arasında bağlanan “Gülüstan” sülh müqaviləsinə qədər 60 ildən artıq bir dövrü əhatə edir. Beşinci fəsil “Gülüstani-İrəm”in ən orijinal hissəsidir. Xanlıqlar dövrünün işıqlandırılması nöqtəyi-nəzərindən beşinci fəslin böyük elmi əhəmiyyəti vardır. “Gülüstani-İrəm” “Nəticə” adı ilə gedən sonluqla bitir. Lakin bu “Nəticə” əsərdə verilən məlumatın yekunu və ya xülasəsindən ibarət deyildir. Bu əsərdə sadəcə bir əlavədir. əlavədə Azərbaycanın məşhur alimi, yazıçı və şairləri haqqında qısa məlumat verilir.Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir.
Чарльз Диккенс - Oliver Tvistin macəraları
Чарльз Диккенс - Oliver Tvistin macəraları
Oliver Tvistin macəraları – Çarlz Dikkensin ikinci romanı. Oxuculara təqdim olunan «„Oliver Tvist“» romanı məşhur ingilis yazıçısı Çarlz Dikkens yaradıcılığından Azərbaycan dilinə tərcümə edilən ilk əsərdir. Bu roman Dikkensin yaradıcılığında xüsusi yer tutur və öz dərin ictimai məzmunu, həyat həqiqətini düzgün göstərməsi və bədii vüsəti etibarı ilə bütün dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır. Öz zəmanəsinin ictimai mənzərəsini geniş əks etdirən, kapitalist-burjua şəraitində yoxsulların ağır vəziyyətini, xüsusən səfillərin və kiçik yaşlı uşaqların ehtiyac üzündən çəkdiyi müsibətləri inandırıcı bir qələmlə təsvir edən bu roman XIX əsrin ingilis ədəbiyyatında tənqidi realizmin ən gözəl nümunələrindən biri sayılır və yarandığı vaxtdan indiyə qədər öz bədii təsir gücünü, idrak əhəmiyyətini itirməyən sənət əsəri kimi diqqəti cəlb edir, dünya xalqlarının dilinə tərcümə olunur.Oliver dünyaya gələndə anası onun üzünü cəmi bircə dəfə görmüş və dünyadan köçmüşdü. Onun 9 yaşı olana qədər heç kim onun valideynlərinin kim olduğunu bilməmişdi. Hələ uşaqlıq illərində o bircə dəfə nə xoş bir söz, nə xoş bir baxış görməmiş, həmişə aclıq və sıxıntı ilə yaşamışdır. Bir dəfə o, yurdsuzlar evindən bir tabut düzəldənin yanına şagird vəzifəsinə göndərilir. Burda o ondan böyük və güclü olan Noe Kleypol ilə tanış olur. Noe həmişə onu təhqir edib ələ salsa da, Oliver heç vaxt ona fikir vermir. Lakin bir gün Noe Oliverin anası haqqında nalayiq sözlər deyir, Oliver bundan bərk qəzəblənib ona zərbə endirir. Noe ona şər atıb, hamıya deyir ki, guya onu öldürəcəkdi. Onlar Oliveri bərk cəzalandırıb döyürlər. Oliver isə buna dözməyib oradan qaçır. Londona gedən yol işarəsini görüb ora qaçmaq niyyətinə düşür. Küçələrdə yatır, günlərlə ac qalır. Nəhayət yeddinci gün öz yaşıdı olan Cek Daukins adlı oğru ilə tanış olur. Cek onu yedizdirib, doydurur və söz verir ki, ona Londona getməyə kömək edəcək və Oliveri ogruların başçısı olan yəhudi Fecin ilə tanış edir. Fecin ona söz verir ki, ona iş verəcək. Bir gün o Cek Daukins və Beytslə birlikdə işə gedirlər. Oliver onları kənardan müşahidə edib görür ki, onlar qoca bir kişinin cibindən (mister Braunlou) oğurluq edirlər. Kişi bunu hiss edir. Bundan həyəcanlanan Oliver qaçmağa başlayır. Hamı elə bilir ki, oğurluğu o etmişdir. Onu tutub döyürlər və həbsxanaya aparırlar. Mister Braunlounun isə balacaya yazığı gəlir və onu azad etdirib öz evində saxlayır. Oliver xeyli müddət xəstə yatır. Ona orda missis Beduin qulluq edir və həmişə orda divardan asılan bir portretdəki qadınla onların bir bir-birinə nə qədər oxşamasına məəttəl qalır. Fecin isə qorxur ki, Oliver onları ələ versin. Ona görə də onu oğurlayıb öz yanında saxlayır. Bu zaman onlar yeni bir oğurluq planı hazırlayırlar. Türmədən yeni çıxmış Billi Sayksa isə Oliver kimi oğlan uşağı lazım olur. Belə ki, onlar bir yerdə həmin evə gedirlər. Oliveri pəncərədən içəri salırlar ki,qapını açıb onları içəri buraxsın. Lakin Oliver qəti qərara alır ki,içəridə qışqırıb hamını oyatsın. Elə bu zaman evin gözətçiləri güllə atmağa başlayırlar. Oliver isə bu zaman yaralanır.Sayks onu götürüb qaçır. Lakin sonra isə tab gətirə bilməyib,onu qanovda yerə atır. Oliver oyandıqda çox halsız olur. Həmin evə geri qayıdıb kömək istəyir. Orda onu missis Meyli və Roz xoş qaşılayırlar və onu polisə verməkdən imtina edirlər. Bu vaxt Oliverin böyüdüyü yurdsuzlar evində onun anasına qulluq etmiş və öləndə yanında olmuş qoca qadın can verir. O nəzarətçi missis Kornini yanına çagırtdırıb deyir ki, o Oliverin anasının verdiyi əmanəti oğurlamışdır. (Bəlkə də bu əmanəti kimsə bilsəydi o vaxt həmin uşağa qarşı yaxşı rəftar edilərdi.). Qoca Salli sözünü axıra qədər deyə bilməyib ölür. Ovucundakı qəbzi isə ona verir. Oliverin taleyindən xəbərsiz və narahat olan Fecin Sayksın rəfiqəsi olan Nensinin yanında qışqırıb, Oliverin böyük pullara dəydiyini söyləyir. Nensi özünü sərxoş göstərib Fecinin arxasınca düşüb, naməlum bir şəxslə gizlin söhbətinə qulaq asır. Məlum olur ki,Fecin bu naməlumun tapşırığı ilə Oliveri oğruya çevirmək niyyətində olur və söz verir ki, buna nail olacaq.
Camal Zeynaloğlu - Gecikmiş sevgi
Camal Zeynaloğlu - Gecikmiş sevgi
Camal Zeynaloğlu zamanın nəbzini tutan, yazıçı-publisist, tərcüməçi-psixoloq kimi öz əsərləri ilə ədəbiyyatımıza yeniliklər gətirən yazarlardandır. O, nə yazırsa yazsın bütün əsərlərində bugünkü həyatın reallıqlarını əks etdirdiyinə görə oxucu onu sevə-sevə oxuyur. Çünki onun qələmə aldığı hekayə və povestlərdə haqsızlığa qarşı mübarizə, qanunun aliliyini qoruyub saxlayan, ona hörmətlə yanaşan bəzi hüquq müdafiəçilərinin hələ də cəmiyyətdə var olmaları, insan ləyaqətini, şərəfini hər şeydən uca tutan qəhrəmanların mövcudluğu və onların cəmiyyətdə tör-töküntülərinə qarşı mübarizə aparması oxucularda istər-istəməz sabaha ümid və inamla baxmasına stimul verir. Kitabda toplanmış “Ziyarət”, “Paxıllıq”, “İftira”, “Qızıl külqabı”, “Quru çörək”, “Qonşu tikəsi”, “Nərəy dərəsində qanlı döyüş”, “Ölüm düşərgəsindən qaçış” adlı hekayələrində hər bir oxucunu düşündürən, onu narahat edən, onun psixologiyasına təsir göstərən, iç dünyasını titrədən və ibrət götürüləsi çox şeylər var. O cümlədən “Əlim yetmədi sənə”, “Yuxularına gələcəyəm”, “Sənsizəm”, “Həsrət”, “Sən gedəni”, “Şəhid anası”, “Kaş biləydin ki…”, “Həsrətə dözmür ürək”, “Mənimçün heç qocalmadın ki…”, “Başqasına dəyişdin məni”, “Mənə dözüm ver, İlahi!” kimi esselər də yazıçının dərin psixoloji dünyasının güzgüsü kimi daxili duyum hissini, düşüncələrini özündə əks etdirə bilmişdir.