Пола Хокинс – Qatardakı qız (страница 2)
qatar həmin işığa çatanda dayanırdısa – adətən daya-nardı – yolun kənarındakı on beş nömrəli sevimli evimə doyunca tamaşa edə bilirdim.
On beş nömrəli ev yolun kənarında yerləşən digər evlərə çox oxşayırdı: yarı viktorian üslublu, ikimərtə-bəli bu evin arxası dəmir yoluna qədər davam edən, bir neçə metrlik sahibsiz torpağı dəmir hasara kimi 20
futa1 qədər uzanan, dar, baxımlı bir bağçaya baxırdı.
Artıq bu evin hər daşını əzbərləmişdim. Hər kərpicinin yerini, ikinci mərtəbədəki yataq otağının pərdələrinin rəngini (krem rəngi, üst tərəfi tünd mavi naxışlı), ha-mamdakı nəfəsliyin boyasının soyulduğunu və damın sağ tərəfində 4 kirəmitin əskik olduğunu bilirdim.
Bilirdim ki, isti yay günlərində evin sakinləri Ceyson və Cess arabir siyirmə pəncərədən çıxaraq mətbəxin üzərindəki dərmə-çatma eyvana qalxırlar. Mükəmməl cütlük idilər. Kişi tünd saçlı, əzələli, güclü, himayədar və nəzakətli idi. Möhtəşəm gülüşü vardı. Qadın isə incə, gözəl, ağdərili idi, sarı saçları qısa kəsilmişdi.
Mütənasib bədən quruluşu, çillərlə bəzənmiş sivri yanaqları, gözəl çənəsi vardı.
Qırmızı işıqda gözləyərkən həmişə gözlərim onları axtarırdı. Cess səhərlər, xüsusən də yay günlərində
qəhvəsini həyətdə içərdi. Bəzən onu görəndə mənə elə
gələrdi ki, o da mənə baxır; ona əl yelləmək istəyərdim. Çox utancaq idim. Ceysonu isə nadir hallarda gö-rərdim, işlədiyinə görə adətən evdə olmurdu. Evdə ol-masalar da nəylə məşğul olduqlarını təsəvvür etməyə
çalışardım. Bəlkə də bu gün ikisi də icazəli idi və səhər Cess hələ də çarpayıda olanda Ceyson da səhər yeməyi 1 1 fut = 30,48 sm
1
hazırlayırdı, ya da bir yerdə qaçmağa getmişdilər, çünki qaçmağı çox sevirdilər. (Tomla mən də bazar günləri qaçmağa gedərdik, adət etdiyim sürəti bir az artırar, Tom isə özününkünü yarıya qədər azaldardı, beləcə
yan-yana qaça bilirdik). Bəlkə də Cess yuxarı mərtəbədəki ehtiyat otaqda rəsm çəkir, ya da birlikdə çimir-dilər. Cessin əlləri kafellərdə, Ceysonunkular isə Cessin ombasında idi.
Axşam
Arxamı vaqondakılara çevirib yüngülcə pəncərəyə
tərəf dönərək Yustondakı “Vistleşop”dan aldığım kiçik
“Cenin Blank” şüşələrindən birini açdım. Soyuq olmasa da, eybi yoxdu. Plastik stəkana bir qədər süzəndən sonra qapağını bağlayıb şüşəni çantama qoydum. Bazar ertələri qatarda içmək – əgər kiminləsə birlikdə iç-mirdinsə – mən adətən belə etmirdim – elə də xoş qar-şılanmırdı.
Bu qatarlarda tanış, hər həftə gördüyüm, harasa gedən və ya qayıdan üzlər olurdu. Güman ki, mənim onları tanıdığım kimi onlar da məni tanıyırdılar. Bununla belə yenə də əslində kim olduğumu görüb-görmədiklərini bilmirdim.
Qeyri-adi bir axşam idi, isti olsa da boğanaq deyildi. Günəş tənbəl-tənbəl batmaqda, kölgələr böyümək-də, işıq ağacları qızılı rəngə bürüməkdə idi. Qatar taqqıltıyla irəliləyirdi. Evlərin önündən sürətlə keçərkən Ceyson və Cess axşam günəşinin solğun şüaları altında itib yox oldular. Tez-tez olmasa da bəzən onları yolun bu tərəfində görmək olurdu. Əks tərəfə gedən qatar 1
yox idisə və qatarımız nisbətən yavaş gedirdisə, bir anlıq da olsa onları eyvanda görə bilirdim. Əgər bugün-kü kimi görə bilmirdimsə, xəyalımda canlandırmağa çalışırdım. Cess əlində bir qədəh şərab, ayaqlarını masaya qoyaraq eyvanda uzanıb, Ceyson da əlini Cessin çiyinlərinə qoyaraq başının üstündə dayanıb. Əllərinin toxunuşunun, ağırlığının sakitləşdirici və himayədar təsirini təsəvvür edə bilirdim. Bəzən özümü qucaqlamaq və əllə görüşmək də daxil olmaqla axırıncı dəfə nə zaman kiminləsə fiziki təmas qurduğumu yada salmağa çalışdığımı anlayır, ürəyim sıxılırdı.
Səhər
Keçən həftə gördüyüm paltar yığını hələ də orda idi və bir neçə gün əvvələ nisbətən daha tozlu, daha pərişan vəziyyətdə görünürdü. Hardasa oxumuşdum ki, qatar vurduğu zaman paltarlarımız da cırıla bilərmiş. Qatar vurmasıyla ölüm elə də qeyri-adi hadisə
deyildi. Deyilənə görə, ildə iki yüz, ya üç yüz nəfər bu cür ölürdü. Yəni ən az iki gündən bir. Bunların nə qə-dərinin qəza olduğunu bilmirdim. Qatar asta sürətlə
irəliləyərkən paltarlarda qan ləkəsi olub-olmadığına diqqətlə baxdım, amma heç nə görə bilmədim.
Qatar həmişəki kimi işığa çatanda durdu. Cessin iki qanadlı qapının önündəki eyvanda dayandığını gö-rə bilirdim. Əynində parlaq, naxışlı paltar vardı, ayaqları yalın idi. Başını yüngülcə arxaya ataraq evə tamaşa 1
edirdi, yəqin ki, səhər yeməyi hazırlayan Ceysonla danışırdı. Qatar hərəkətə başlayanda gözümü Cessdən və evindən ayırmadım. O biri evləri görmək istəmirdim, xüsusən də dörd ev o yanda yerləşən və mənim əvvəllər yaşadığım evi…
Beş il ərzində Blenheym küçəsindəki iyirmi üç nömrəli evdə olduqca xoşbəxt və başdan ayağa səfalət içində yaşamışdım. İndi ona baxmaq belə istəmirdim.
Ora mənim ilk evim idi. Ailəm, ya da başqa tələbələrlə
paylaşdığım ev deyil, mənim ilk evim. Baxmağa dözə
bilmirdim. Yəni baxa bilərdim, baxardım, baxmaq istəyərdim, istəməzdim, baxmamağa çalışardım. Hər gün özümü baxmamalı olduğuma inandırmağa çalışar, am-ma hər gün də baxardım. Orda görmək istədiyim heç bir şey olmasa belə, gördüyüm hər şey məni incitsə be-lə, özümlə bacara bilmirdim.
Bir dəfə başımı qaldırıb baxarkən yuxarıdakı yataq otağının krem rəngli kətan pərdələrinin yumşaq, açıq çəhrayı bir şeylə əvəz edildiyini görəndə özümü necə
hiss etdiyimi, Annanın böyümüş qarnına qədər uzanan geniş köynəkdə çəpərin dibindəki gülləri suladı-ğını görəndə duyduğum kədəri olduqca aydın xatırlayıram. Geyilməkdən genişlənmiş köynəyi qarnına qədər sallanmışdı. Dodağımı elə möhkəm dişləmişdim ki, qanamışdı.
Gözlərimi bərk-bərk yumdum və ona, on beşə, iyirmiyə qədər saydım. Və budur, nəhayət, keçib getmişdik, görməli heç nə yox idi. Uitni stansiyasına girib çıxdıq. Yaşayış massivi Şimali Londonun çirkinə qarı-şıb əriyəndə, geniş eyvanlı evləri qrafitdən tikilmiş
körpülər və qırıq pəncərəli boş binalar əvəz edəndə
1
qatar sürətini artırdı. Yustona yaxınlaşdıqca narahatlığım artır, özümü gərgin hiss edirdim: bu gün necə keçəcəkdi? Yustona girməyə təxminən beş yüz metr qalmış, vaqonun sağ tərəfindən görünən çirkin, alçaq, beton bir bina vardı. Kimsə üstündə boyalarla: “HƏYAT
BİR PARAQRAF DEYİL” – yazmışdı. Yolun kənarındakı paltar yığınını düşündüm və elə bildim ki boğuluram. Həyat bir paraqraf, ölüm də mötərizə içi deyil.
Axşam
Axşam mindiyim 17:59 qatarı sabahkı qatara nisbətən asta hərəkət edirdi. Bir saat bir dəqiqəlik yolumuz vardı. Yəni əlavə olaraq hansısa stansiyada da-yanmasaydı, səhərkinə nisbətən yeddi dəqiqə daha uzun olacaqdı. Mənimçün elə də fərq etmirdi, çünki səhər Londona getməyə tələsmədiyim kimi axşam da Eşburiyə qayıtmaq üçün can atmırdım. 1960-cı ildə qu-rulan və Bekingemşirin mərkəzində xərçəng kimi şaxə-lənmiş Eşburi nə qədər pis yer olsa da, səbəbi bu deyildi. Buraya bənzəyən, mərkəzi kafelər, mobil telefon mağazaları, “JD Sports” filialları ilə dolub daşan, yaşayış massivi ilə əhatə olunmuş və arxasında çoxmərtə-bəli kinoteatr və qəsəbədənkənar Tesko əyaləti olan onlarla başqa qəsəbədən daha pis, ya da daha yaxşı deyildi. Ticarət mərkəzlərinin qəsəbənin ətəklərinə yayıl-mağa başladığı ərazidə salınan yaxşı(ca) tikilmiş, yeni-
(cə) bir binada yaşayırdım, amma bura mənim evim deyildi. Mənim evim qismən sahibi olduğum, yol kənarında yerləşən yarı viktorian üslublu ev idi. Eşburidə ev sahibi deyildim, hətta kirayənişin belə deyil-1
dim. Bir müddətlik Ketinin sakit və gözəgörünməz dubleksinin ikinci yataq otağında, onun mərhəmətinin və lütfkarlığının göstəricisi olaraq yaşayırdım.
Keti ilə universitetdən bəri dost idik. Yoldaş demək daha düzgün olardı, çünki heç vaxt bir elə yaxın olmamışdıq. Birinci kursda dəhlizin üzbəüz otaqların-da qalırdıq və ikimiz də eyni dərsləri keçdiyimizə gö-rə, gözümüzü qorxudan ilk həftələrdəncə bir-birimizə
yaxınlaşdıq. Sonralar ortaq cəhətimiz olan daha çox insanla tanış olduq. İlk il və istisna hallar olan toyları çıxarsaq, universiteti bitirdikdən sonra bir-birimizlə elə
də görüşməmişdik. Amma mənə lazım olduğu zaman onun evində boş bir otağın olduğunu bildim və orada qalmaq mənə məntiqli gəldi. Cəmi bir neçə ay, maksi-mum, altı ay qalacağıma əmin idim və başqa nə edə
biləcəyimi də təsəvvür etmirdim. Heç vaxt tək yaşa-mamışdım, ailəmdən sonra ev yoldaşları ilə, sonra da Tomla qalırdım. Tək yaşamaq fikri darıxdırıcı gəldiyinə görə onunla yaşamağa razılıq verdim. O vaxtdan demək olar ki, iki il keçib.
Qorxulu deyildi. Keti sözün əsl mənasında yaxşı adam idi. Bu cəhətini dərhal gözə çarpdırırdı. Yaxşı olduğu ortada idi, hətta bu onun ən əsas xüsusiyyəti olduğundan bunun demək olar ki, hər gün gözə görün-məsini istəyirdi. Bu da insanı çox yorurdu. Amma ye-nə də pis deyildi, ev yoldaşında bundan daha pis xü-susiyyətlərin olması mümkündür. Yox, bu yeni həyatımın (üstündən iki il keçməsinə baxmayaraq, hələ də
yeni təsiri bağışlayır) usandırıcı tərəfi Keti, hətta Eşburi də deyildi. Özümə nəzarəti itirməyim idi. Ketinin evində, onun nəzakətli olmasına baxmayaraq, daim 1
özümü qonaq kimi hiss edirdim. Bunu mətbəxdə axşam yeməyi hazırlarkən bir-birimizi itələyəndə hiss edirdim. Divanda onun arxasında oturarkən əlindəki pultdan möhkəm-möhkəm yapışdığında hiss edirdim.
Özümə aid olduğunu hiss etdiyim yeganə yer kiçik yataq otağım idi. İçinə zorla dürtülmüş çarpayı ilə stolun arasından güclə keçirdim. Kifayət qədər rahat olsa da, insanın arzuladığı kimi bir yer deyildi. Bu-na görə də qonaq otağında, ya da mətbəx masasında narahatlıq və yorğun şəkildə qurcalanırdım. Hər şeyə, hətta ağlıma belə nəzarəti itirmişdim.