реклама
Бургер менюБургер меню

Отто Вейнингер – Cins və xarakter (страница 8)

18

Düşünürəm ki, oxucu bir az məşq etməklə tez bir vaxtda həmin mükəmməlliyi əldə edə bilər. Burada təq-dim olunan ideyalara maraq göstərən elmi çevrəmdəki yaxın dostlardan bəziləri qısa bir müddətdə buna nail ol-muşlar. Əlbəttə, bunun üçün cinsi cazibənin digər qanun-larını da bilmək arzu olunandır. Ayrı-ayrı sabit kəmiyyət-lərin çoxluğu cinsi əlavələr arasında əlaqə olduğunu gös-tərir. Zarafatla iki sevənin saçlarının uzunluqları cəminin sabit kəmiyyət olması haqda təbiət qanununu ifadə etmək olar. Bundan başqa, artıq ikinci fəsildə tapılmış əsaslardan alınır ki, bu heç də həmişə belə olmur, çünki eyni bir insan varlığının heç də bütün orqanları eyni ölçüdə kişixislət yaxud qadınxislət deyillər. Bundan başqa bu qaydalar tez-liklə arta və bunun ardınca da müstəvi itilik dərəcəsinə enə bilər, ona görə də mən burada onları xatırlamaqdan əl çək-mək istəyirəm.

Mən bunu özümdən gizləmək istəmirəm ki, burada bu qanunu kəşf üsulum bir qədər ehkamçıdır və dəqiq əsas-landırmalar yoxdursa, bu onun üçün xüsusilə pisdir. Lakin burada da məni ən az maraqlandıran onlara nail olmaq üsulunu göstərmək yox, hazır nəticələrlə çıxış etməkdir. Üstəlik göstərilmiş prinsipi təbii-elmi metodla dəqiq yox-lamaq üçün əlimdə olan vasitələr çox məhdud idi. Beləlik-lə, təfərrüatlarda çoxlu qeyri-müəyyənlik qalıbsa, o zaman mən indiyə qədər müşahidə olunmamış qəribə analogiya-ları göstərməklə hər halda gələcəkdə öz aramızda elm binasının dirəklərini bərkitməyə ümid edirəm: bu “əks tə-sirli istehkamlar” olmadan, çox güman ki, hətta analitik mexanika prinsipləri də ötüşə bilməz.

Kəşf olunmuş qanun bitkilər aləmindən götürülmüş, bu zamana qədər tamamilə əlahiddə baxılan və buna görə də xüsusilə nadir bir şey hesab olunan faktlar sayəsində nəzərə çarpan təsdiqini tapır.

Hər bir botanik başa düşür ki, mən Personun kəşf et-diyi, ilk dəfə Darvinin təsvir etdiyi və Gilderbrandın müx-təlif pestiklik və heterostiliya adlandırdığı hallardan bəhs edirəm. Onun mahiyyəti belədir: ikiləpəli (və bəzi birləpə-li) bitkilərin əksər növləri, məsələn, primulaceae, gerania-ceae, xüsusilə də rubiaceae növlərinin çoxu çiçəklərində həm çiçək tozunun, həm də lüləyin (dişicik ağzının), ancaq yalnız başqa çiçəklərin məhsulları üçün işlədiyi bitkilərdir. Deməli, onlar morfoloji anlamda androgin (hermafrodit), fizioloji anlamda isə birləpəlidirlər. Onların hamısında be-lə bir xüsusiyyət var ki, lüləkləri və tozluqları müxtəlif fərdlərdə müxtəlif yüksəkliyə qədər inkişaf edir. Bir nüsxə-də yalnız uzun dişicikli, yüksək lüləkli və alçaq tozluqlu çiçəklər əmələ gəlir. Mənim fikrimcə bu qadın nüsxəsidir. Digəri isə, əksinə yalnız alçaq lüləkli və yüksək tozcuqlu (uzun erkəkcik telləri sayəsində) çiçəklər əmələ gətirir; bu kişi nüsxəsidir. Bu “dimorf” növlərlə yanaşı bir də “tri-morflar” var. Məsələn, müxtəlif uzunluqda üç cinsiyyət or-qanı olan Lythrum salicaria. Uzun və qısa dişicikli çiçəklə-rə malik formalardan başqa, burada bir də “lizostil”, yəni orta dişicikli çiçəklərə rast gəlinir. Lakin çox böyük rənga-rənglik olmasına baxmayaraq, adətən, dərsliklərdə yalnız dimorf və trimorf heterostillər yerləşdirilir. Darvin qeyd edir ki, “əgər ən kiçik fərqləri diqqətə alsaq, onda kişi or-qanlarının beş müxtəlif vəziyyətini fərqləndirməliyik”. Burada da, şübhəsiz, mövcud olan fasiləsizlik, kişilik və qadınlığın müxtəlif dərəcələrinin ayrı-ayrı mərtəbələrə bö-lünməsi ümumi qayda deyildir, amma bu hallarda da biz aralıq cinsi formaların haradasa tədrici keçidlərini görü-rük. Digər tərəfdən, heyvanlar aləminin az tədqiq olunmuş bu sahəsində hadisələrin heyrət doğuran eyniliyinin şahidi oluruq. Həmçinin, bu hallar da dağınıq şəklə salınaraq heterostillik nəzərə alınmadığı üçün xüsusilə qəribə sayıl-mışdır. Əksər həşərat cinslərində, məhz forficulidae (qula-ğagirən) və lameliicorniaelər (lucanus cervus – maral bö-cəkdə, dynastes hercules – Herkules böcəyində və xylotru-pes gideon – döyüşkən böcəkdə) içərisində onları erkək-lərdən açıq-aşkar fərqləndirən ikinci dərəcəli cinsi əlaməti – müəyyən uzunluğa malik buynuzları olan dişilərə rast gəlmək olur, dişilərin başlıca qrupunda isə buynuzlar nis-bətən az inkişaf etmişdir. Bu halların geniş təsvirini vermiş Betson “high males” və “law males” tiplərini bir-birindən fərqləndirmişdir. Doğrudur, bu iki tip fasiləsiz keçidlərlə bir-birilə əlaqədədir, amma onların aralıq pillələri çox az-dır və əksər nüsxələr bu və ya digər cinsi həddə yaxınlaşır. Təəssüf ki, Betson hər iki qrupun dişilərə qarşı cinsi müna-sibəti məsələsi ilə məşğul olmamışdır, çünki o bu halları fasiləsizliyin yox olduğu variyasiyalara örnək olaraq gös-tərir. Buna görə də dişilər arasında da müxtəlif formalı dişilərlə müxtəlif cinsiyyət yaxınlığı olan oxşar iki qrupun olub-olmadığı aydın olmur. Bu səbəbdən də göstərilmiş müşahidələr cinsi cazibə qanunu üçün fizioloji dəlil kimi deyil, yalnız cinsi cazibə qanununun təsdiqi üçün, həqiqə-tən, çox dəyərli olan heteroziqotluğun morfoloji paralelləri kimi tətbiq oluna bilər.

Axı, ola bilər ki, heteroziqot bitkilər göstərilmiş for-mulun bütün canlı varlıqlar üçün ümumi dəyərliliyi haq-qında fikrin tam təsdiqidir. Darvin işarə etmiş, bundan sonra əksər tədqiqatçılar elə oxşar tərzdə təsdiq etmişlər ki, heteroziqot bitkilərdə mayalanma yalnız o zaman baş tut-ma ehtimallı, bəzən isə ümumiyyətlə, mümkündür ki, makroziqot, yəni alçaq tozluqlu çiçəyin mayalandıran toz-cuqları uzun erkəkcik telli digər fərdin mikroziqot lüləyi-nin üzərinə köçürülmüş olsun və ya mikroziqot çiçəyin uca tozluqlarından çıxan tozcuqlar digər bitkinin qısa erkəkcik telləri olan mikroziqot lüləyinin üzərinə düşmüş olsun. Beləliklə, çiçəyin dişiciyi nə qədər uzundursa, yəni onun qadın orqanı nə qədər yaxşı inkişaf etmişsə, mayalanma-nın baş tutmalı olduğu digər çiçəkdəki kişi orqanı, yəni erkəkcik bir o qədər də uzun və dişicik bir o qədər qısa ol-malıdır, onun uzunluğu qadınlıq dərəcəsini göstərir. Dişi-ciklər üçqat ölçülüdürsə, orada mayalanma elə həmin qay-da ilə o halda ən yaxşı gedə bilər ki, çiçək tozcuqları hün-dürlüyü digər çiçəyin tozluğuna uyğun gələn lüləyin üzə-rinə köçürülmüş olsun. Əgər bu qaydaya riayət etməyib uyğun gəlməyən tozcuqla süni mayalanma aparsaq, onda belə prosedura, ümumiyyətlə, hər hansı bir nəticə verərsə, demək olar ki, həmişə xəstə, zəif, cırtdan və müxtəlif növ hibridlərə bənzəyən fövqəladə dölsüz törəmələr alınır.

Heteroziqotluq haqqında yazmış müəlliflər, hər yer-də göründüyü kimi, mayalanmadakı rəngarəng müna-sibətlərin adi izahı ilə kifayətlənmirlər. Bu açıqlama gös-tərir ki, bitkiləri dolanan həşəratlar eyni yüksəklikdə da-yanan cinsiyyət orqanlarına bədənlərinin eyni hissələri ilə toxunaraq bu qəribə effekti yaradırlar. Lakin Darvin özü etiraf etmişdir ki, arılar öz üzərlərində bədənin hər bir his-səsinin üzərindəki tozcuqları daşıyırlar. Beləliklə, iki ya-xud üç nəsil tozcuqlarla mayalanma zamanı qadın or-qanlarının təsir üsulu əvvəllər olduğu kimi anlaşılmamış qalır. Buna bənzər izahlar nə qədər cəlbedici, nə qədər se-hirli olsalar da hər halda bir az səthidirlər, çünki onlarla hər şey izah olunursa onda nə üçün uyğun olmayan toz-cuqla süni mayalanma, başqa deyimlə, “qeyri-qanuni ma-yalanma” belə pis nəticələrə gətirib çıxarır? Deməli, yalnız “qanuni” tozcuqla müstəsna təmas lüləkdə yalnız bu toz-cuğu qəbul etmək vərdişi yaratmalı idi, ancaq mən Darvi-nin özünü şahid gətirə bilərəm ki, başqa cinsdən olan toz-cuqla təmas etməmək sırf illüziyadır, belə ki, bu zaman sanki nikah vasitəçisi kimi xidmət göstərən həşəratlar ger-çəkdə fərq qoymadan cütləşməyə yardım edirlər.

Buna görə də bu xüsusi seçici xüsusiyyətin əsasının daha dərində – çiçəklərin özündə olması barədə fərziyyə daha inandırıcı görünür. Burada məsələ, bəlkə də, insan-da olduğunun eynidir, yəni cinsi cazibə o hallarda daha güclüdür ki, bir fərddə olan K, digər fərddə olan Q qədər-dir, bu da yenə də yalnız əvvəlki formulun başqa bir ifa-dəsidir. Belə bir açıqlamanın mümkünlüyü ehtimalı onun-la xüsusilə artır ki, erkəkciyi yüksək, dişicikləri isə qısa kişi çiçəklərdə çiçək tozcuqları uzun dişicikli daha qadın çiçə-yin homoloji hissələrində olduğundan daha iri, lülək əm-zikləri daha kiçik olur.

Buradan görünür ki, burada məsələ kişilik və qadınlı-ğın müxtəlif dərəcələrindən başqa bir şey də deyildir. Bu-rada ortaya qoyulmuş cinsi yaxınlıq qanunu bu fərziyyə ilə daha parlaq şəkildə təsdiq olunur, çünki məhz heyvanlar və bitkilər aləmində mayalanma o halda daha uğurlu olur ki, valideynlər bir-birilə daha böyük cinsi qohumluğa ma-lik olsunlar (buna az sonra bir də qayıdacağıq).

Heyvanlar aləmində bu qanunun çox böyük bir əhə-miyyətə malik olmasının yüksək ehtimalı “əks cinsi mey-lin” tədqiqi zamanı göstəriləcəkdir. Burada mən diqqəti ona cəlb etmək istəyirəm ki, xırda, zülalla zəngin və o qə-dər də tənbəl olmayan yumurtaların daha yavaş hərəkət edən və həcmli zoospermaları cəlb etməsi ilə yanaşı bö-yük, az hərəkətli yumurta hüceyrələrin daha canlı və zərif spermatozoidlərə daha güclü cəlbedici təsir göstərməsi-nin tədqiq olunması nə qədər maraqlı olardı. Cinsiyyəti təyin edən amillər haqqındakı kiçik tədqiqində L.Veyl gü-man edir ki, bəlkə də, burada əslində onyuqasiya edən iki hüceyrənin hərəkət, yaxud kinetik enerjilərinin qiymətləri arasındakı nisbət özünü büruzə verir. Doğrudur, bunu müəyyən etmək çox çətindir, bu vaxta qədər bir dəfə də olsun müəyyən edilməmişdir ki, birləşən hər iki hüceyrə maye mühitdə sürtünmə və axının göstərdiyi təsiri çıx-maqla bir-birinə hərəkəti sürətləndirən təsir göstərir ya-xud əvvəlki sürətlə hərəkət edirlər? Burada bəzi digər su-allar da qoymaq lazım idi.