реклама
Бургер менюБургер меню

Отто Вейнингер – Cins və xarakter (страница 2)

18

B İ R İ N C İ H İ S S Ə

CİNSİ RƏNGARƏNGLİK

GİRİŞ

Hər cür düşüncə orta ümumilikdə anlayışlardan yola çıxaraq iki istiqamət üzrə inkişaf edir. Düşüncə bir tərəf-dən daha çox şeyləri öz içinə alan və bunun sayəsində get-gedə daha geniş fəaliyyət sahəsi tutan daha ali mücər-rədlikdə anlayışlara can atır, digər tərəfdən isə o anlayış-ların kəsildiyi nöqtəyə – konkret vahid kompleksə, fərdə yönəlir. Bu elə bir nöqtədir ki, ona biz düşüncə sferamız-da yalnız sonsuz sayda məhdudlaşdırıcı təriflər yolu ilə, daha yüksək, daha ümumi “şeylərə”, yaxud hansısa son-suz sayda spesifik fərqli anlara qovuşmaq yolu ilə çata bi-lərik.

Məməlilərdən, quşlardan, soxulcanlardan fərqlənən balıqlar sinfinin mövcudluğu faktı balıqların qığırdaqlı və sümüklü olması faktından daha əvvəl hamıya məlum idi. Digər tərəfdən bütün balıqları quşlar və məməlilərlə onur-ğalılar anlayışı ilə birləşdirmək və soxulcanları bu yolla alınmış daha mürəkkəb vahid hadisələr kompleksi ilə qar-şılaşdırmaq fikrinə isə çox sonralar gəlinmişdir.

İnsanlar ruhun gerçəklik sferasındakı sonsuz oxşarlıq və fərqliliklərlə gözə çarpan bu özünütəsdiqini heyvanlar aləmindəki yaşayış uğrunda mübarizə ilə müqayisə edir-dilər. Anlayışların köməyi ilə biz özümüzü dünyadan qo-ruyuruq.

Zorla özündən çıxarılmış adamı içində olduğu o məh-dud sfera üçün zərəsizləşdirməkdən ötrü tutub əl-ayağını bağladığımız kimi onlarla da (anlayışlarla) biz yavaş-yavaş və tədricən bütün dünyanı sarırıq. Bunu edib əsas təhlükə-ni sovuşdurduqdan sonra biz ayrı-ayrı əzablara girişirik və o zaman bütün işi tamamlamış oluruq.

Ən qədimlərə aid iki anlayış var ki, insanlıq öz mənə-vi həyatının lap başlanğıcından onlarla qarşılaşmalı ol-muşdur. Doğrudur tez-tez onlara əhəmiyyətsiz düzəlişlər edilmiş, onlar təmirə göndərilmiş, lakin tam yaxud qis-mən təmir edilməli olduğu halda yalnız yamaq vurulmuş, onlardan nə isə çıxarılıb atılmış və yenidən əlavə edilmiş-dir. Beləcə insanlar onların məzmununu gah məhdudlaş-dırmış, gah da yenidən genişləndirmişlər. Misal üçün dar seçki qanunu yeni ehtiyacların təzyiqi ilə buxovlarını bir-birinin ardınca açmağa məcbur olmuşdur. Lakin hər hal-da ümumən və bütövlükdə götürüldükdə düpbədüz keç-mişdə olduğu kimi biz hələ bu günə qədər onlarla kifa-yətlənirik. Mən burada kişi və qadın anlayışlarından bəhs edirəm.

Doğrudur, biz arıq, incə, yastı, əzələli, enerjili, dahi “qadınlardan”, qısa saçlı və bəm səsli “qadınlardan” bəhs edirik həmçinin, saqqalsız, naqqal “kişilərdən” də danışı-rıq. Biz həmçinin “qadına bənzəməyən qadınların”, “kişi-sayaq qadınların” və “kişiyə bənzəməyən kişilərin”, “qa-dınsayaq kişilərin“ olduğunu da etiraf edirik. İnsanın hələ doğuşdan bu və ya digər cinsə mənsubiyyətini müəyyən edən yalnız bir xüsusiyyəti diqqətə almaqla anlayışlara hətta onları inkar edən təriflər verməyə can atırıq. Lakin belə vəziyyət heç bir məntiqə sığmır.

Dostlar arasında, ya da salonda, elmi və ictimai top-lantıda “kişilər və qadınlar” barədə, “qadının azad olma-sı” barədə qızğın mübahisələri eşitməyən yaxud özü belə mübahisələri salmayan varmı? Bunlar elə söhbətlər və mübahisələrdir ki, “kişilər” və “qadınlar” sonu olmayan bir mütəmadiliklə bir rəng hüdudunda hər cür fərqlərdən məhrum edilmiş ağ və qırmızı kürələr kimi bir-birinə qar-şı qoyulur!

Mübahisəli məqamları onların hər birinin fərdi yara-nışı baxımından araşdırmaq cəhdi isə heç vaxt olmamış-dır, belə ki, hər birinin fərdi təcrübəsi olduğundan müxtə-lif şeylərin bir sözlə adlandırıldığı, dil və anlayışın bir-bi-rilə uzlaşmadığı bütün hallarda olduğu kimi burada da hər cür razılaşma ağlasığmaz görünür. Doğrudanmı, ta-mamilə iki müxtəlif qrup olan “qadınlar” və “kişilər” hər qrupun daxilində bu qrupun digər nümayəndələri ilə bü-tün maddələr üzrə üzləşən yekrəng bir şey kimi gözə çar-pır? Cinslər arası fərqlər barədəki mühakimələr çox hal-larda şüursuzca və getdikcə daha qətiyyətli olaraq buna söykənir. Təbiətdə heç yerdə belə kəskin fərqlilik müşahi-də olunmur. Məsələn, biz metallardan qeyri-metallara, qatışıqlardan kimyəvi birləşmələrə tədrici keçidləri görür, heyvanlarla bitkilər, məməlilərlə quşlar arasındakı aralıq formalara rast gəlirik. Yalnız ümumi praktiki ehtiyaclar baxımından aləmi seyr nöqtəsi tapmaq üçün biz hadisə-ləri qruplaşdırır, onların arasına dəqiq sərhədlər çəkir, tə-biiliyin sonsuz melodiyasından ayrı-ayrı ariyaları çəkib qoparırıq. Lakin ağlabatan, mənasız yaxşılıq əzab olur. Bu eyni vaxtda həm təfəkkür anlayışlarına, həm də miras qalmış ifadə qanunlarına aiddir. Qeyd olunmuş analogi-yalardan çıxış etsək, biz bu halda da təbiətin bir tərəfdən kişi cinsindən, digər tərəfdən isə qadın cinsindən olan bü-tün varlıqlar arasında kəskin sərhəd qoymadığı fikrini heç cürə qəbul edə bilmirik. Buna görə də hər hansı bir varlığı bu uçurumun sırf bu və ya digər tərəfinə aid etmək müm-kün deyil. Bu qətilik hətta qrammatikaya da yaddır. Dəfə-lərlə elə olub ki, qadın məsələsi barədə bitməz mübahisə-lərə ali hakim olaraq anatom cəlb olunub.

Onun qarşısında vəzifə qoyulub ki, kişi və qadının ruhani təbiətinin anadangəlmə və buna görə də dəyişməz xüsusiyyətləri ilə qazanılmış xüsusiyyətləri arasındakı fərqlilikdən doğan mübahisəni həll etsin (kişi və qadın dühası barədə məsələni anatomik nəticələrdən asılı etmək çox qəribədir. Əgər burada, həqiqətən də, insan həyatının digər hər hansı bir sahəsindən götürülmüş təcrübənin kö-məyi ilə onlar arasında heç bir bir fərq müəyyən etmək mümkün olmursa, onda necə ola bilər ki, bir tərəfdə on iki kub santimetrdən bir az artıq beyin tədqiqatın ümumi nəticəsini təkzib etsin). Beyindən yaxud başqa bir bədən əzamızdan bəhs olunmasından asılı olmayaraq qəti me-yarlar haqqında suala daha dərin düşünən anatomlar bü-tün hallarda aşağıdakı cavabı verirlər. Bütün kişilər və qadınlar arasında ümumi cinsi fərqlər göstərmək qeyri-mümkündür. Doğrudur, kişilərin çoxunda əlin skeleti qadınların çoxunda olan əl skeletindən tamamilə fərqlənir, lakin nəinki təkcə sümüklərə görə, hətta ayrı-ayrı əzalar əzələlərlə, bağlarla, oynaqlarla, dəri ilə, arteriya və sinir-lərlə saxlanmış olduğu halda da, tam əminliklə cinsiyyəti təyin etmək mümkün deyildir. Həmin şey döş qəfəsinə də, xaç sümüyə də, kəlləyə də aiddir. Bəs onda skeletin cinslər arasındakı kəskin fərqi, xüsusilə aydın nəzərə çarpdıran hissəsi haqqında, çanaq haqqında nə demək olar? Axı ümumi fikir belədir ki, çanaq bəzi hallarda doğuş aktı üçün uyğundur, bəzi hallarda da isə yox. Buna baxmayaraq, ça-naq da etibarlı meyar deyildir. Küçədəki insanları müşahi-də edən hər bir kəs asanlıqla bunu görə bilər ki, qadınlar-dakı kimi geniş çanaqlı çoxlu “kişi” olduğu kimi, dar kişi çanaqlı çoxlu “qadın” da vardır. Beləliklə, doğrudanmı, hər hansı cinsiyyət fərqləri mövcud deyildir? O halda kişi-lər və qadınlar arasında, ümumiyyətlə, heç bir fərq qoyma-maq daha məsləhət deyilmi?

Bu çətinlikdən necə qurtarmaq olar. Köhnə görüş öm-rünü başa vurub və daha bizi qane etmir, ancaq biz onsuz heç cür ötüşə bilmirik. Miras qalmış anlayışlar məsələnin qənaətbəxş izahını verə bilmədiyi üçün onları daha dərin-dən araşdırmağı sınamalıyıq.

I FƏSİL

“KİŞİLƏR”

VƏ “QADINLAR”

Əksər canlı varlıqların ən ümumi təsnifatı, onların er-kəklərə və dişilərə, kişilərə və qadınlara bölünməsi gerçək faktları araşdırmağa heç cür imkan vermir. Çoxları bu an-layışların işə yaramadığını bu və ya digər ölçüdə aydın dərk edirlər. Bu məsələ ilə bağlı müəyyən bir aydınlıq əldə etmək bu əsərimin ən əsas hədəfidir.

Araşdırdığım mövzu ilə bağlı hadisələri ən yeni dövr-də nəzərdən keçirmiş tədqiqatçılara tamamilə qoşulmaqla yanaşı, bunu qeyd etməyi özümə borc bilirəm ki, bu tədqi-qatın çıxış nöqtəsi kimi inkişaf tarixi (embriologiya) ilə mü-əyyən edilmiş insanın, bitkilərin və heyvanların ilkin emb-rional quruluşunda cinsiyyət fərqinin olmadığı faktını gö-türmüşəm. Belə ki, beş həftəlik insan rüşeymində onun sonra əldə edəcəyi cinsiyyətin əlamətlərini görmək hələ heç cür mümkün deyildir. Yalnız beş həftədən sonra bura-da başlayan proseslər hamiləliyin üçüncü ayının sonunda ilkin olaraq hər iki cins üçün ümumi quruluşun birtərəfli inkişafı ilə başa çatır. Özünün daha sonrakı gedişində isə bu proses hansısa müəyyən seksual istiqamətdə fərdiyyə-tin qazanılmasına gətirib çıxarır. Burada mən bu proses-lərin ayrı-ayrı detalları üzərində dayanmayacağam. Digər cinsiyyətin əlamətlərinin, heç olmasa hətta tamamilə tək cinsiyyətli bitki, heyvan və insan fərdlərində həmişə sax-lanması və heç vaxt tamamilə yoxa çıxmaması faktı, hətta ali orqanizmlər kateqoriyasına mənsub hər rüşeymin bu biseksual quruluşu ilə izah olunur. Cinsiyyətcə fərqlənmə heç vaxt tamamilə başa çatmır. Kişi cinsinin bütün xüsu-siyyətləri zəif, güclə seçiləcək halda olmuş olsa belə, qa-dınlarda da rast gəlinir; əksinə qadına məxsus əlamətlər çox formalaşmış şəkildə olmasa da, bütövlükdə kişidə də vardır. Belə hallarda, adətən, deyilir ki, onlar “rudimentar” haldadır.

Fikrimizi təsdiqləmək üçün misal olaraq irəlidə də müstəsna maraq dairəmizdə olacaq insanı götürək. Əsl qadının da kişilərdə saqqalın çıxdığı oxşar yerlərində “la-nugo” adlandırılan piqmentlənməmiş yumşaq tüklər olur. Buna oxşar olaraq əsl kişinin də məmələrinin altında süd vəziləri kompleksləri – inkişafdan qalmış komplekslər olur. Cinsiyyət orqanları və onların ifrazat yollarının yer-ləşdiyi tractus urogenitalis (sidik yolları) adlanan sahədə bu hadisələr xüsusi diqqətlə tədqiq olunmuşdur. Bütün bunlar birmənalı şəkildə hər iki cinsiyyətin əlamətləri ara-sında rudimentar halda tam bir paralellik olduğunu göstə-rir. Bu embrioloji tapıntılar bəzi digər məlumatlarla qarşı-laşdırılaraq sistematik əlaqə şəklinə Hekkellə razılaşaraq cinslərə bölünməni “honoxorizm” adlandırsaq, o zaman canlı varlıqların müxtəlif sinif və növlərində bu honoxo-rizmin müxtəlif dərəcələrini aşkar etmiş olacağıq. Nəinki bitkilərin, eləcə də heyvanların müxtəlif növləri gələcəkdə qazanacağı cinsiyyətin əlamətlərinə hansı ölçüdə malik ol-masından asılı olaraq öz aralarında bir-birilərindən fərqlə-nəcəklər. Cinsi dimorfizm – bu daha geniş nöqteyi-nəzər-dən baxdıqda cinsi fərqliliyin ən yüksək dərəcəsi, deməli, ən güclü honoxorizmdir. Məsələn, “asellus aquaticus”un (su ulağı) bəzi növlərində belə bir xüsusiyyət müşahidə olunur: eyni bir növün erkək və dişiləri xarici görünüşcə bir-birindən iki tamamilə müxtəlif ailəyə və cinsə aid fərd-lərdən az fərqlənmirlər, hətta bəzən daha kəskin fərqlənir-lər. Onurğalılarda heç vaxt belə kəskin honoxorizm müşa-hidə olunmur, nəinki xərçəngkimilərdə yaxud həşəratlar-da. Onlarda erkəklə dişi arasında cinsi dimorfizm halında olduğu kimi kəskin fərqlənmə müşahidə olunmur. Burada daha çox sonsuz sayda qarışıq cinsi formalara, o cümlədən, “hemafroditizm”ə rast gəlinir. Balıqlarda isə hətta müs-təsna ikicinsiyyətli, normal hemofroditizmli bütöv ailələrə rast gəlirik. Ancaq qabaqcadan bunu qəbul etmək lazımdır ki, ən əhəmiyyətsiz qadınlıq qalıqlarına malik kəskin er-kəklər və tamamilə nəzərə çarpmayan kişiliyə malik kəs-kin dişilər və bu iki tipin arasında mərkəzdə bir cür he-mafrodit forma olmaqla bahəm bu üç nöqtə arasında heç dolmamış boşluq yoxdur. Bizi xüsusi olaraq insan maraq-landırır. Lakin ona tətbiq oluna bilən hər şey bəzi dəyişik-liklərlə cinsi yolla çoxalmaq qabiliyyətinə malik əksər canlı varlıqlar üçün də keçərlidir. İnsan haqqında isə tərəddüd-süz aşağıdakıları demək olar: kişi və qadın arasında sonsuz sayda “aralıq cinsi formalar” adlandırılan keçid dərəcələri vardır. Fizikada Boyl-Gey-Lüssak qanununa tabe olan (hə-qiqətdə isə heç bir qaz bu qanuna tabe olmur) ideal qazlar-dan danışılır ki, bu qanuna əsaslanaraq götürülmüş kon-kret halda ondan mümkün ola bilən bütün kənarlaşmalar müəyyən olunsun. Beləcə, biz də həqiqətdə mövcud olma-yan tipik cinsi formalar olaraq ideal kişi (K) və ideal qadını (Q) qəbul edə bilərik. Bu tipləri qəbul etmək nəinki müm-kün, həm də zəruridir. Nəinki hər bir “incəsənət obyekti”, həm də “elm obyekti” Platonun dediyi mənada tipdir, ide-yadır.