18+
реклама
18+
Бургер менюБургер меню

Мультатули – Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları (страница 14)

18

– Amma əslində, Havelaar Maksın qoluna girərək sözünə davam etdi. Tijikandidə və Boloqnda onlar bunu xoşlayır, eyni sözləri Lampunun qiyamçıları haqqında da demək olar. İcazə verin özümü sizə yoldaşlıq etmək üçün təklif edim, cənab Verbruc, naib qoca kişidir, onun kürəkəni hələ də rayon hakimidir? Hər şeyi nəzər alsaq, mən onun ləzzət almağa layiq bir adam olduğunu düşünürəm, naibi deyirəm. Burada bu qədər kasıblığın olmasına çox şadam, mən burada uzun müddət qalacağıma ümid edirəm.

Sonra o, Verbrucla əl verdi və sonuncu onunla bərabər komendantın, naibin, madam Havelaarın oturduğu masaya qayıtdı. Nəzarətçi beş dəqiqə öncə bu cənab Havelaarın komendantın düşündüyü kimi axmaq biri olmadığını başa düşmüşdü. Vebruc intellektlə heç də pis təmin edilməmiş-di və Lebak kimi uzaq məsafələrə uzanan və bu regionu az-çox tanıyan hər kəs Havelaarın ilk baxışdan əlaqəsiz görünən sualları arasında bir bağlantı olduğunu, eyni zamanda, heç zaman əyalətdə olmayan komendant köməkçisinin orada nələrin baş verməsindən xəbərdar olduğunu hiss etməyə başlayardı. Doğrudan da Verbruc onun niyə Lebakın kasıblığına sevindiyini başa düşməmişdi. Amma həmin ifadəni səhv anladığını zənn edirdi. Və sonradan Havelaar eyni şeyi tez-tez dediyində həmin sevincin necə gözəl, necə nəcib olduğunu başa düşdü.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.