18+
реклама
18+
Бургер менюБургер меню

Mirzə Ələkbər Sabir – Hophopnamə (страница 8)

18
Bundan sora qıl tövbə dəxi, məktəbə getmə, Bircə usan, oğlum! Ta baxma müəllim sözünə, ta əməl etmə, Axır utan, oğlum! Çıx dağa, daşa, yol kəsibən qarətə başla, Axırda qaçaq ol; Sal bir beşatan boynuna, bu adətə başla;      Həmmali-yaraq ol,      Xəlqə dadanaq ol,      Hər işdə sayaq ol,      Var cana ziyanı –      Qeyrətdən uzaq ol!..

[AH EYLƏDİYİM NƏŞ’EYİ-QƏLYANIN ÜÇÜNDÜR]

Ah eylədiyim nəş’eyi-qəlyanın üçündür, Qan ağladığım qəhveyi-fincanın üçündür. Və’z eylədiyim hədyəvü ehsandan ancaq, Ümdə qərəzim kisəvü həmyanın üçündür. Sərgəştəliyim xərməni-buğdalar ucundan, Aşüftəliyim sərvətü samanın üçündür. Fərş eylədiyim sinəmi hər gün qədəmində, - Kəskin təməim süfrədəki nanın üçündür. Bimar tənim küftəvü bozbaş ələmindən, Xunin ciyərim dolma-badımcanın üçündür. Ağzım dolusu ne’məti-firdovs dedikdə, Boşqabda qara gözlü fisincanın üçündür Vəsf eylədiyim zövqlə ənhari-behişti Kövsər məzəli şərbəti-reyhanın üçündür. Gördüm ki, plov bişmədədir, aclığa dözdüm, Bildim bu tədarük şəbi-ehsanın üçündür. Ax, bircə görəydim səni, ey sevgili varis, Meylim sən ilə dəsti-zərəfşanın üçündür. Mün’imlərə can ver, könül, uyma füqərayə, Sinəmdə səni bəslədiyim anın üçündür. Ahın şərəri etməz əsər bir kəsə, Hop-hop, Bu od sənin ancaq alışan canın üçündür… Yan, dinmə, sən Allah! Qan, dinmə, sən Allah! Həq söyləmiş olsan, Dan, dinmə, sən Allah!..

“HƏYAT”IN “GOP-GOP”UNA CAVAB

Bu tifl ki, nuri-bəsərü şireyi-candır, Tabi-tənü arami-dilü ruhi-rəvandır, Min zəhmət ilə bəslədiyin tazə cəvandır, Göndərmə bunu məktəbə, rəhm eylə, amandır! Qoy kuçədə naz ilə xuram eyləsin oğlun! Öz xoşladığı əmrə qiyam eyləsin oğlun! Bu bülbüli-şuridə ki, pakizə nəfəsdir, Aludeyi-qəm etməyə mail behəvəsdir, Bunca ki, gedib məktəbə, bildikləri bəsdir, Məktəbdir adı, leyk həqiqətdə qəfəsdir; Qoyma o dağılmışda məqam eyləsin oğlun! Sübhün belə viranədə şam eyləsin oğlun! Məktəbdə gedib dərs oxuyanları görürsən, Nitqi çəkilən tazə cəvanları görürsən, Qət’ən quruyub cismdə qanları, görürsən, Arifsən, özün yaxşı-yamanları görürsən, Qıyma ki, gedib fikrini xam eyləsin oğlun! Ömrün qəmi-elm ilə təmam eyləsin oğlun! Bavər edəməm elmdən olsun fərəh aid, Elm artıq olursa, həm olur qəm mütəzaid, İstərsən əgər oğlun edə kəsb fəvaid, Həm sərvəti zaid ola, həm miknəti zaid, Tərğib elə ta kəsbi-həram eyləsin oğlun! Bir ad çıxarıb şöhrəti-tam eyləsin oğlun! Biçarə kişi, qanmağa başın hələ keydir,