18+
реклама
18+
Бургер менюБургер меню

Mirzə Ələkbər Sabir – Hophopnamə (страница 11)

18
Öldür nerədə olsa müsəlmanını görcək. Qoy börkünü kəc qaşının üstündə, fırılda, Kəndin kimi bir lotiyi-meydanını görcək. Məst ol gecə-gündüz, nə bilim, yat nerələrdə, Yum gözlərini xaneyi-viranını görcək. Əmrədlər ilə keyfini çək bağda, çəməndə, Bir baxma da ətfali-ciyərqanını görcək. Gəh “iskoroxod” çəkmə, gəhi gey “lakeronni”, Vellən gecə-gündüzdə xuramanını görcək. Var-yoxunu sərf eylə barışnalara, ancaq Söy həmsəri-məzlumeyi-nalanını görcək.      Gül, gül ki, cəvansən,      Əyyaşi-cəhansən,      Sərxoşlara cansən,      Hala güləcəksən.      Vəqta ki, qocaldın,      Rişi döşə saldın,      Pis günlərə qaldın,      Onda biləcəksən!..

[ADƏTİMİZ DAŞ İDİ DƏ’VA GÜNÜ]

Adətimiz daş idi də’va günü, Tullarıdıq əldə sapan qıjhaqıj! Hər kəsə dəysəydi edərdi haman Bir neçə gün ahü fəğan, ufhauf! Mərhəm olurdu, sağalırdı yara, Əldə qalırdı yenə can sapbasağ. İmdi revolverdi, dönüm başına, Nagəh olur gülləfəşan partapart! Onda görürsən yıxılıb yanbayan Bir neçə növrəstə cəvan laybalay! Tüf belə dövranə ki, bədtər olur Seyri-fələk, dövri-zəman ilbəil! Milləti-islam qırır bir-birin, Allah, aman, bu nə yaman qırhaqır! Qardaşa bax, qardaşını öldürür, Vəhşi olub əhli-cəhan sərbəsər! Milləti gördükcə belə hərcü mərc Könlüm olur dopdolu qan qatbaqat. Böylə gedərsə, Bakı əldən gedər, Qalmaz o mə’vadə aman hiç, hiç! Bari, xudaya, özün islah qıl, Ta edələr pirü cəvan sülh, sülh!

KÜPƏGİRƏN QARININ QIZLARA NƏSİHƏTİ

Qarı nənənin sözlərini sanma çərəndir, Canım, gözüm ay qız! Hər kəlməsi min lə’li-Yəmən, dürri-Ədəndir, Anla sözüm, ay qız! Çox ömr eləyib, çox da hünər etmişəm isbat Bu dari-cəhanda. Min hiylələri qatlamışam sinəmə qat-qat Bu xeyli zəmanda. Min il sənə nəqlin eləsəm məkri-nisani, Qurtarmaz, azalmaz. Doldursam əgər məkrlə ətrafi-cəhani, Bir boş yeri qalmaz. Cadu da əlimdən bacarıb cin də qutarmaz, Əfsunuma bah-bah!.. Mən eylədiyim məkri şəyatin də bacarmaz, Vallah və billah! Xoştaleimişsən ki, bu gün feyzi-hüzurum Oldu sənə qismət. Qan sözlərimi, indi sən, ey gözdəki nurum, Qoyma keçə fürsət. Əvvəl bu qədər bil ki, vəfadar ər olmaz, - Aqil olur olsun;