18+
реклама
18+
Бургер менюБургер меню

Лазарь Лагин – Qoca Xəttabıç (страница 5)

18

– Sən özün də belə idin, Alyoşa, nə tez unutmusan? İmtahan verdiyin günün ertəsi səni sübh tezdən oyatdıqda acıqlanardın.

– Yaxşı, qoy yatsın! – ata bu dəfə də nənə ilə razılaşdı.

Axşam yemək yemədən yatdığı üçün Volkanın heyi qalmamışdı. Lakin o, yataqdan qalxmaq istəmir və elə hey dünən baş verənlər barədə fikirləşir, bundan sonra nələr olacağı haqqında düşünürdü. Beləcə, oğlan atası işə, anası isə bazara gedənə qədər yataqdan qalxmadı. Bundan sonra o belə qərara gəldi ki, hər şeyi nənəyə açıb danışsın: "Bəlkə, birlikdə nəsə düşünüb taparıq". Fikrindən daşınmamaq üçün dərhal qışqırdı:

– Nənə, ay nənə!

– Axır ki, oyandın, – bayaqdan bəri təklikdən darıxan nənə sevincək dilləndi. – Gəlirəm, gəlirəm, ay gözümün işığı!

Çox keçmədi ki, nənənin yüngül addım səsləri olduqca yaxından eşidildi, bu vaxt öz akvariumuna laqeydcəsinə baxan Volka birdən cəld qapıya tərəf qaçıb qapını açarla bağladı. Sonra da:

– Nənə, əynimi geyinib indi özüm yemək otağına gələcəyəm, – dedi və nədənsə çox həyəcanlanmış halda akvariuma sarı qaçdı. Bu, adi, kiçik bir akvarium idi, lakin orada qorxmalı heç nə yox idi, di gəl, Volka boş yerə həyəcanlanmamışdı. Məsələ orasındadır ki, dünənlə müqayisədə akvariumda ciddi dəyişikliklər baş vermişdi. Bu hər hansı elmin heç bir şəkildə izah edə bilməyəcəyi ecazkar dəyişiklik idi: akvariumdakı balıqların sayı bir gecədə artmışdı. Dünən orada dörd balıq var idi, bu gün isə beş! Yeni peyda olan kök qızıl balığın qeyri-adi dərəcədə parlaq rəngli üzgəcləri vardı və dayanmadan sağa-sola üzürdü.

Heyrətlənmiş Volka akvariumun qalın şüşəsinə yaxınlaşıb baxanda ona elə gəldi ki, balıq bir neçə dəfə ona vurdu.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.