18+
реклама
18+
Бургер менюБургер меню

Исмаил – Seçilmiş əsərləri (страница 5)

18
Ey pəri ru, tanrı içün ancaq ilzam et mana.

«Nitqi-ənfasi-Məsihin dəmbədəm candır mana…»

Nitqi-ənfasi-Məsihin dəmbədəm candır mana, Çünki mən Xızram, dodağın abi-heyvandır mana. Bilməzəm aləmdə, yarəb, gərdişi-əyyami-ğəm. Lütfü ehsanınmıdır, ya cövri-hicrandır mana? Vermişəm imanimi zənciri-zülfin küfrinə, Bəndi-zülfin küfrini gördüm, nə imandır mana. Dün rəqibi-kafiri-gümrahilə eybində kim, Hər hekayətlər ki, qıldın cümlə pünhandır mana. Bu Xətayi birlə solmuş bir dəxi, ey şahi-hüsn, Ta dəhanın xatəmi-möhri-Süleymandır mana.

«Ya ilahi, istərəm səndən bu ənami mana…»

Ya ilahi, istərəm səndən bu ənami mana, Edəsən həmdəm kim ol sərvi-güləndami mana. Şol büti-namehriban hərgiz məni yad etmədi, Bir məhəbbət qılmadı axır sərəncami mana. Cövri-hicran çəkdigimdən qalmayıbdır taqətim, Ya nəsib etsən noleydi səbrü arami mana. Könlüm aldın bitəkəllüf, canımı almaqdadur, Güldürür eşqində daim xas ilən ami mana. Keçdi ömrün, ey Xətayi, uş bu zaye dünyada, Şol vəfasız ləbləridən vermədi kami mana.

«Dust yolunda halal olsun, dila, qeyrət sana…»

Dust yolunda halal olsun, dila, qeyrət sana. Qeyridən bir zərrə minnət çəkmədin, rəhmət sana. Ol sənəm əzmi-səfər etdi, könül, əylənmə kim, Bir nəfəs didar gər kim, qalmaya həsrət sana. El dilü din, siz çıxın evdən ki, dildarım gəlür, Sən də, ey can, durma kim, biz vermişiz rüxsət sana. Çareyi-behbudimi sordum müalicədən, dedi: – Dərd dərdi-eşq isə, mümkün degil səhhət sana. Ey Xətayi, sən şəhidi-ğəmzeyi-dildarsən, Həşrdə rəşk aparar yetmiş iki millət sana.

«Rövşən yüzün ki, zülfin olubdur niqab ana…»

Rövşən yüzün ki, zülfin olubdur niqab ana, Nisbətdir əbr içində məhü afitab ana. Eşqin sənin ki, məxzəni-gənci-ilahidir, Andandurur ki, məskən olubdur xərab ana. Eşqin nədir cahanda sənin, ey pəri sifət, Heyrandurur fələkdə gəzən mahtab ana. Uyxudə gözlərim necə görsün cəmalını, Eşqində çünki gəlmədi bir zərrə xab ana. Aşiqdurur yanağına zülfin Xətayi tək, Andan düşər bir vəchilə bu piçü tab ana.

«Eylədim bünyad əvvəl bəndə əz nami-xuda…»

Eylədim bünyad əvvəl bəndə əz nami-xuda, Ol yaratmış sərvəri-mərdan Əliyyül-Mürtəza. Aciz olma, ey könül, münkir gərəkməz əhli-dil, Həqtəala buyruğudur mur əlində əjdəha. Eylə sultandır ki, yoxdur mislü həm həmta ona, Buyruğundan kim, onun çıxmaz şəhü mirü gəda. Kim ki, həqqə münkir oldu, qoy cəzasıdır onun, Zərrəcə rəhm etməgil sən ta kim, ol halın duya. İt rəqiblər tənə edərsə, Xətayi, həqqə sal, Olma qəmgin kim, sana qıldığını həqdən tapa.

«Canü dilmi qoymuşam yolunda mən, ey dilrüba…»

Canü dilmi qoymuşam yolunda mən, ey dilrüba, Taki uyxuda görərmən sən təki bir məhluqa. Taki eşqinin bəlası canıma kar eylədi, Ey təbibim, bilməzəm kim, varmı bu dərdə dəva? Daneyi xalinə ta kim, mürği-can qıldı təmə, Dami-zülfin həlqəsinə oldu canım mübtəla. Ey mürüvvət mədəni, məndən kərəm qılma diriğ, Qənbərinəm mən sənin, şahim, beeşqi-Mürtəza.