Мои книги
Войти
реклама
Жанры
Новинки
Популярные
Подборки
Главная
Жанры
Классика
Аудиокниги в жанре «Классика»
Последние
Каталог аудиокниг в жанре «Классика»
Классика
0
Səfurə Çərkəzqızı - Hekayələr
Kitabda müəllifin hekayələri və müxtəlif illərdə “Həyat hekayələri” adı altında dövri mətbuatda dərc olunmuş yazıları toplanıb. Bu yazılarda dövrün ictimai münasibətləri, xarakterləri cəm olunmuşdur.
Классика
0
Пауло Коэльо - Kimyagər
Əsərdə Santyaqo adlı gəncin simasında insanın seçdiyi yol, heç bir çətinliyə baxmadan bu yolla getməyin yaranışın qayəsi olması əks olunub.Əsərdə, Şərq fəlsəfi fikrində qırmızı xətlə keçən “vəhdəti-vücud” dünyagörüşünün bədii təcəssümü kimi, insanın təbiətin bir parçası olduğu canlı boyalarla işlənilib. Heç nəyin təsadüf olmaması, hər hadisənin, sözün, uğur və uğursuzluğun bir əlamət olması romanın qayəsini təşkil edir. İnsan bu əlamətləri anlayarsa və Öz Yolunu davam etdirərsə kainatın ona məqsədinə çatmaqda yardım etməsi əminliyi İslam fəlsəfəsinin “nə baş verirsə, insanın xeyrinədir” tezisi ilə üst-üstə düşür.Ümumiyyətlə, inam və inadla həqiqətə çatmağın mümkünlüyünü ifadə edən “Kimyagər”də Şərq dünyagörüşü və həyata yanaşması işlənilib.Müəllif böyük həqiqətləri bədii və canlı obrazların içində verdiyindən, roman çox oxunaqlıdır: geniş oxucu auditoriyasına hesablanan bu kiçik həcmli əsəri qızıl axtarışına çıxan Santyaqonun başına gələn macəralar, misi qızıla çevirməyi bacaran kimyagərlərin böyük elmi haqda bilgi, fövqəlqüvvələrin insan həyatında oynadığı rolu görmək kimi də, böyük fəlsəfi fikirlərin ifadəsi, insanın təbiət hadisəsinə çevrilməsinə qədər mükəmməlləşməsi, əsl sevgi romanı və s. kimi də oxumaq olur.Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər."İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır…"
Классика
0
İbrahim Bəy Musabəyov - Hekayələr
Maarifçi yazıçılardan biri olan İbrahim bəy Musabəyov Şəki qəzasının Qutqaşen kəndində anadan olmuş, Qori müəllimlər seminariyasını bitirdikdən sonra Şəki, Qutqaşen və Göyçayda on il müəllimlik etmişdir. Sonra Bakıya gələrək, burada pedaqoji, ədəbi və ictimai fəaliyyətini davam etdirmişdir. İ.Musabəyov 1921-1936-cı illərdə Krımda yaşamış və müxtəlif işlərdə çalışmışdır. 1942-ci ildə Karakanda şəhərində vəfat etmişdir. İbrahim bəy də bir çox həmkarları kimi dərs verməklə, məktəb divarları arasındakı fəaliyyəti ilə kifayətlənməmişdir. O öz biliyi və istedadı sayəsində qələm sahəsində çalışmağa başlamışdır. Onun ilk hekayələri 1913-1914-cü illərdə «Məktəb» jurnalında çap olunmuşdur («Rzanın qutusu», «Rəhimdil arvad», «Kor və onun yoldaşı» və s.). Müəllif bu hekayələrində mülayim bir üslub və sadə dil ilə uşaqlar üçün maraqlı, ibrətli əhvalatlar danışır, onları elmə, biliyə, zəhmətə çağırır. İbrahim bəy bir nasir olaraq sonrakı kitabları ilə şöhrət qazanmışdır. Onun «Cəhalət fədailəri», «Xoşbəxtlər», «Gözəllərin vəfası» kimi povestləri və nəhayət, «Neft və milyonlar səltənətində» adlı romanı bitkin və kamil əsərlər kimi zamanının maraqlı və səciyyəvi məsələlərini təsvir edir.
Классика
0
Эдгар Аллан По - Hekayələr
Классика
0
Дэн Браун - Cəhənnəm
Harvard Universitetinin simvolistika üzrə professoru Robert Lenqdon oyanarkən başından yara aldığını və son günlərdə nə baş verdiyini xatırlamadığını görür. O, sonuncu dəfə Harvard Universitetində olduğunu xatırlasa da, tezliklə Florensiyada olduğunu anlayır. Ona xidmət edən həkimlərdən biri olan Sienna Bruks bildirir ki, professor xəstəxanaya gətirilərkən huşu özündə olmayıb və başından güllə yarası almış olub. Bu zaman Roberti təqib edən qadın qatil Vayenta xəstəxanaya girərək onu öldürməyə cəhd edir, lakin, həkim Sienna Bruksun köməkliyi ilə Robert Lenqdon xəstəxanadan qaça bilir.Siennanın xəstəxanada baş verənləri söyləməsindən sonra Robert pencəyinin gizli cibində üzərində biotəhlükə işarəsi olan naməlum silindr tapır və ABŞ konsulluğuna zəng etmək qərarına gəlir. Konsulluqdan bildirirlər ki, onlar professoru axtarırlar və yerini bildirməsini xahiş edirlər. Robert yerləşdiyi Siennanın evinin ünvanını söyləyir və qısa zaman sonra silahlı Vayentanın həmin əraziyə gəldiyini görür və qərara gəlir ki, konsulluq onun ölümünü istəyir. Robert qərara gəlir ki, silindri açsın və həmin əşyanın içindən kiçik bir projektor tapır. Projektoru yandırdıqda divarda Botiçellinin “Cəhənnəmin xəritəsi” canlanır. Təsvirin aşağısında yazılıb: “Həqiqəti yalnız ölümün gözlərindən görmək mümkündür.” Bu zaman silahlı əsgərlər Siennanın evi yerləşən binaya doluşurlar və Sienna ilə Robert təcili evi tərk edirlər…
Классика
0
Джеймс Фенимор Купер - Ləpirçi
Amerika yazıçısı Ceyms Fenimor Kuper hinduların həyatını, məişətini və adətlərini təsvir edən ilk və ən məşhur romantik yazarlardandır. Onun əsas qəhrəmanları Yeni Dünyanı fəth edən cəsur avropalılar və Avropa sivilizasiyası qarşısında davam gətirməyib fiziki və mənəvi qətliama düçar olan yerli hindulardır. Ceyms Fenimor Kuperin 1840-cı ildə yazdığı “Ləpirçi” romanı dünya ədəbiyyatı xəzinəsində özünəməxsus yer tutur. Əsərdəki hadisələr XVIII əsrin 50-ci illərində baş verir. Romanın mövzusu fransızlar və ingilislər arasında on illərlə davam edən qanlı müharibədən götürülmüşdür.
Классика
0
Антон Чехов - Hekayələr
Dünya ədəbiyyatında görkəmli yerlərdən birini tutan böyük rus yazıçısı Anton Çexov öz əsərlərində yaşadığı dövrün real səhnələrini, ictimai həyatın səciyyəvi tərəflərini əks etdirmişdir. Hekayə sahəsindəki fəaliyyəti ilə bütün dünya ədəbiyyatında diqqəti cəlb etmiş Anton Çexov üçün bir novator yazıçı kimi təmkinli, lakonik təhkiyə üslubu xarakterikdir. Əsas diqqəti qəhrəmanın daxili aləminə yönəldən müəllifin əsərlərində, adətən, gərgin sujet, konflikt yoxdur. Həmin əsərlərdəki özünəməxsus yumor bu mənada lirik təbəssümü, ciddi istehza və satiranı özündə birləşdirən tragikomik gülüşdür. Təqdim olunan bu kitabda müəllifin yığcam bədii novellanın klassik nümunələri sayılan hekayələri toplanmışdır.
Классика
0
Народное творчество (Фольклор) - Koroğlu
Koroğlu – Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində və xalq əhvalatlarında iştirak edən qəhrəman . Əsl adı Rövşən olmuşdur.Eposun meydana gəlmə amillərindən ilk dəfə əsaslı şəkildə bəhs açan türkmən alimi B. A. Karrıyevin gətirdiyi dəlillər bizdə və başqa ölkələrdə irəli sürülən qənaətlərin özəyini təşkil edir. Daha doğrusu, Eliyas Muşeq, Arakel Təbrizi, Övliya Çələbi, İvan Şopen, A. Xodzko, S. S. Penn, İ. Petruşevski, H. Samuelyanın və başqalarının Koroğlu haqqında söylədiklərinə onun tədqiqatında daha geniş şərh verilmiş, bu səbəbdən də tarixi məxəzlərdən gətirdiyi sitatlar sonralar dərslikləri bəzəmişdir.
Классика
0
Народное творчество (Фольклор) - Dədə Qorqud
"Kitabi Dədə Qorqud" («Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan» (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı – Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir (XI-XII əsrlər).Ənənəyə görə, «Kitabi Dədə Qorqud» da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir.
Классика
0
Seymur Baycan - Gecikmiş hekayələr
“Gecikmiş Hekayələr""ə Seymur Baycanın son bir ildə yazdığı 44 hekayə daxil edilib. Hekayələr keçən əsrlərdən tutmuş müasir zamanlara qədər ki, dövrlərin hadisələrini əhatə edir. Rasim Qaraca: “Seymur Baycanın yeni çapdan çıxmış “Gecikmiş hekayələr” kitabını oxuyub tamamladım. Kitaba yeni başlayanda müəllif, hekayələri başdan sona doğru, ardıcıl oxumağımı tövsiyə etmişdi. Adətim üzrə, ortalardan, sonlardan bir neçə hekayə oxumağıma baxmayaraq vaxtında edilmiş bu xəbərdarlığa əməl etdim və toplam 44 hekayəni ardıcıllıqla oxumağa başladım. Oxuyub bitirənə yaxın mənzərə ortaya çıxdı, sanki 44 parçadan oluşan pazl vahid bir tablonu əks etdirirdi. Ayrı-ayrı zamanlarda və məkanlarda, tamamən ayrı-ayrı personajların iştirak etdiyi hekayələr birləşərək bir roman təsiri bağışladı, əslində isə “Gecikmiş Hekayələr”i ready-made (hazır mətn) üslubunda yazılmış gözəl bir roman da adlandırmaq olar. İlk baxışdan sadə, bəzən də bəsit görünən bu əhvalatları yazarın nə üçün qələmə aldığını anlaya bilmirsən, lakin get-gedə, hekayədən-hekayəyə boyalar tündləşir, uşaqcasına saf duyğularla və sadə dillə başlayan təsvirlər sonda xəstə bir qocanın söyüşlə dolu acı deyinmələrinə bənzəyir. Kitabı oxuduqca Azərbaycan ədəbiyyatında nadir rast gəlinən konseptual bir mətnlə qarşı-qarşıya olduğunu dərk edirsən – zahirən rabitəsiz görünən hekayələr ayrı-ayrılıqda maraqlı olmaqla bərabər, ümumən 100 ilə yaxın bir dövrü əhatə edir və bir mənada bugünkü Azərbaycan insanının təşəkkül prosesini canlandırır.Hadisələr Oktyabr inqilabından əvvəlin bəylik dönəmindən başlayaraq ta bu günümüzədək davam edir, inqilabın ilk illəri, sovet quruculuğu dönəmi, müharibə öncəsi və sonrası, 60, 70, 80-ci illər və s. – dolayısıyla yüzillik tarixin bütün mərhələlərini əks elətdirən hekayələr biri-birini izləyir.Əsərin qəhrəmanı ümumiləşdirilmiş azərbaycanlı obrazıdır, belə demək olarsa, hadisələr bir nəfərin – azərbaycanlı sovet insanının başına gəlir. Düzdür, bu insanın uşaqlığı sovetlərdən öncəyə, yaşlılıq dönəmi sovetlərdən sonraya təsadüf edir, lakin özəlliklə sovet insanının eybəcər portreti hekayələrin mərkəz mövzusudur. Bu coğrafiyadakı insanların cəmi yüz il ərzində necə simasızlaşdığı, mənəvi deqradsiyaya uğradığı, əxlaqi keyfiyyətlərini itirdiyi xronoloji ardıcıllıqla oxuculara təqdim olunmaqdadır.Hekayələrdə – romanda bədii dillə “biz kimik?” sualına dolayı yolla cavab verilir. Əsəri oxuyan insan bu günə qədər cavabsız və anlaşılmaz görünən bir çox sualların cavabını fəhm edəcəkdir. Əslində, bədii ədəbiyyatın vəzifəsi də, hansı janrda və üslubda yazılmasından asılı olmayaraq, içində olduğumuz zamanın anlaşılmaz kimi görünən suallarına cavab tapmaqdır və ya buna yardımçı olmaqdır.
Классика
0
Роберт Льюис Стивенсон - Dəfinələr adası
Dəfinələr adasıMüəllif: Robert StevensonJanr: macəraOrijinal nəşr olunub: 1883Dəfinələr adası – Şotlandiyalı yazıçı Robert Louis Stevensonun məşhur macəra romanıdır.Bütün romanların bəlkə də ən çox müzakirə olunanıdır. Tropik adalar, X işarəli xəzinə xəritələri ilə tək gözü kor, bir əli qancalı, çiynində tutuquşu ilə yaddaşımızda canlandırdığımız dəniz döyüşçüsü anlayışları Dəfinələr Adası romanının böyük təsiri olmuşdur.Kitabda İngiltərədə bir işçinin oğlu olan Jim Hawkins'in əlinə keçən bir xəzinə xəritəsi üzərinə çıxdığı xəzinə axtarışı mövzu edilir.Müəllif, əsəri 30 yaşında olarkən yazmağa başlamış və romançı kimi ilk müvəffəqiyyətini bu kitabla əldə etmişdir. İlk on beş bölüm 1881 də, müəllifin həyat yoldaşı və ögey oğlu ilə birlikdə yaşadığı Şotlandiya yaylaqlarından biri olan Braemar'da yazıldı. Kitabı yazıçıya ögey oğlu sifariş etmişdi.Ayrı bir kitab olaraq 1883-ci ildə çıxan bu əsər, daha əvvəl 1881-1882 illərdə bir uşaq jurnalında seriallar halında nəşr olunmuşdur.
Классика
0
Roald Amundsen - Mənim həyatım
Arktika çöllərinin yorulmaz norveç araşdırmaçısı və Şimal qütbünün fatehi Roald Amundsen öz kitabında necə qütb araşdırmaçısı olması barədə ətraflı danışır. Oxucuların gözü önündə onun uşaqlıq illəri, ilk yürüşləri canlanır, Amundsenin həyatının dəfələrlə ölümcül təhlükələrə məruz qaldığı bütün gözəl səyahətlərinin maraqlı təsviri verilir.Kitab həm də onunla maraqlı və faydalıdır ki, qütbçünün müvəffəqiyyətinin kökünü açır, öz zamanının texniki imkanlarını, digər alimlərin təcrübəsini və nəzərdə tutulan yerin təbii xüsusiyyətlərini göz önünə alaraq, Amundsenin hər səyahətinə necə düşünərək hazırlaşdığını göstərir. “Mənim həyatım“ kitabının oxucusu görəcək ki, gözəl təşkilatçı və tədbirli olması onun hər ekspedisiyasını fərqləndirir, ona ən çətin vəziyyətlərdən üzüağ çıxmağa kömək edər.
Классика
0
Нариман Нариманов - Nadir şah
N.Nərimanov dramaturgiyasının ən kamil və yetkin əsəri, şübhəsiz kı, onun «Nadir şah» faciəsidir. Bu əsər Azərbaycarı ədəbiyyatında tarixi faciənin ilk nümunəsidır. Əsərin mövzusu XVIII əsrin birinci yarısında İranda hökmdarlıq etmiş Nadir şah Əfşarın həyatından götürülmüşdür. Yazıçı bu əsərlə Şərq dövlət quruluşunun xalq mənafeyinə zidd olan mahiyyətini açıb göstərmək istəmiş, tarixi hadisələri müasır vəzifələr nöqteyi-nəzərindən mənalandırmağa çalışmışdır.Faciənin mərkəzi surəti Nadir şahdır. Nadir şah sülaləsindən çıxan, taxt-tacı bir varis kimi qəbul edən şahlardan deyildir. O, eşq içərisindən gələn, quldurluqda ad çıxaran bir adamdır. Əsrin əvvəlində biz Nadiri məhz bir quldur kimi, bir qaçaq kimi görürük. Lakin onda mərd sifətlər də az deyildir və Nadirin həqiqi siması dayısı Cavadla söhbətindən sonra üzə çıxır. O, dayısı ilə söhbətindən sonra dövlət və vətən uğrunda vuruşa başlayaraq qəhrəmanlıqları olan şah bir xalq sərkərdəsinə çevrilir. Sərkərdələr dövründə Nadir xalqı və vətəni düşmənlərdən qoruyur, xalqın və qoşunun böyük məhəbbətini qazanır. Nadirin bu nüfuzundan qorxuya düşən Təhmas şah onu aradan götürmək istəyir, lakin Nadir daha ağıllı və qoçaq tərpənərək Təhmas şahı məğlub edərək hakimiyyəti əlinə alır.Hakimiyyət başına keçdikdən sonra Nadir şah dövlətin mənafeyi, çiçəklənməsi və siyasi nüfuzunun artması naminə işlərə başlayır. O, hər şeydən əvvəl, iki düşməni – sünni və şiə məzhəblərini barışdırmaq, ölkə daxilindəki müxtəlif əqidəli tayfaları birləşdirmək, «qeyri tayfanın dinini bilmək və onunla dininə müvafiq rəftar» etmək üçün onlann müqəddəs dini kitabı olan İncili öz dillərinə tərcümə etdirmək istəyir.Onun həyata keçirmək istədiyi islahatlardan biri yoxsulluq və səfalətin aradan qaldırılması ilə bağlıdır. Nadir şah deyir: «Bir dövlətin ki, fəqiri, saili çox oldu, o dövlətin tez puç olmasına ehtimal var…»Nadir şahın xalqın xeyrinə həyata keçirmək istədiyi fikirlər çoxdur. Lakin sarayda xain və yalançı vəzirlər, yaltaq və ikiüzlü saray məmurları onu hər tərəfdən əhatə edərək xalqla əlaqəsini kəsir və kütlədən uzaqlaşdırırlar. Həmişə dövlətin və xalqın xeyrinə çalışan, dövlətin daxili və xarici qüdrətinin yüksəlməsi uğrunda yorulmadan çalışan Nadir şah nəticədə saray xainlərinə inanır, özü də bilmədən onların mənfur niyyətlərinin həyata keçirilməsinə köməklik göstərir. O, ədalətli dövlət başçısı olmaq istərkən ədalətsiz bir hökmdara və əzazil bir adama çevrilir.Ədalətli bir hökmdar kimi Nadir şah despotizmi aradan götürmək istəyir, ancaq özü ən böyük despot olur. Əsərin əvvəlində «qanlı yaşlar tökənlər məndən cavab gözləsinlər» deyən, yalnız vətən və millət yolunda qılınc çalacağına, xalqa xoşbəxtlik gətirəcəyinə and içən Nadir şahlıq taxtına çıxandan sonra öz ailəsini də xoşbəxt edə bilmir. O, dövlət və xalq mənafeyini əldə əsas tutaraq öz yeganə övladını da məqsədi yolunda qurban verir. Lakin özü də bilmədən alətə çevrilən Nadir şah nümunəvi hökmdar və nümunəvi vətəndaş səviyyəsinə yüksələ bilmir.Nadir şahın əsl faciəsi aldandığını başa düşdükdən, oğlunun gözlərini nahaqdan çıxartdırdığını biləndən sonra başlayır və bu mənəvi faciə onun cismani ölümü ilə sona çatır. Nərimanov Nadir şahın faciəsini mütləq monarxiya quruluşunda ixtiyar sahibinin faciəsi kimi şərtləndirir, bu faciəni feodal-ictimai münasibətlərin doğurduğu bir fəlakət kimi qiymətləndirir.«Nadir şah» faciəsi özünün yüksək ideya dəyərinə və sənətkarlıq xüsusiyyətlərinə görə kamil bir sənət əsəri kimi diqqəti cəlb edir. Bu əsər uzun müddət Azərbaycan teatrının repertuarında mühüm yer tutmuş, oxucu kütləsinin diqqət mərkəzində olmuşdur. «Nadir şah» mütləqiyyət quruluşunu ifşa edən, siyasi problemləri maarifçilik mövqeyindən həll edən bir əsər kimi bu gün də aktuallığını saxlayır və oxucular tərəfindən maraqla qarşılanır.
Классика
0
Мигель де Сервантес Сааведра - Don Kixot
Классика
0
Жан-Поль Сартр - Seçilmiş əsərləri
XX əsr fransız filosofu Jan-Pol Sartr ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biridir. “Zəmanəmizə mühüm təsir göstərən zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə” Nobel mükafatına layiq görülmüşdür. Yazıçının “Seçilmiş əsərləri”nə “Sözlər”, “Sahibin uşaqlığı” povestləri və müxtəlif hekayələri – “Diva”, “Herostrad”, “Otaq”, “İntim”, “Madrid markası” daxil edilmişdir. Jan-Pol Sartr tarixdə insan azadlığı problemini kəskin və geniş şəkildə qoymuş və onun elmi şərhini verməyə çalışmışdır. Müasir dünya ədəbiyyatı seriyasına daxil olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Классика
0
Исмаил Шихлы - Dəli Kür
Əsərdə Azərbaycan xalqının milli oyanış dövrü hadisələri təsvir edilir və milli tarixi roman janrı nümunələrindən sayılır. Bununla belə, ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı əsəri qələmə almağa 1957-ci ildə, ilk romanı olan «„Ayrılan yollar“» əsərinin nəşr olunmasının ardından başlamış və onu 1967-ci ildə tamamlamışdır.Hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətlə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir, kiçik oğlu Əşrəf isə atasının etirazlarına baxmayaraq, Qori Müəllimlər Seminariyasına oxumaq üçün gizlincə yola düşür. Cahandar ağa sonda kazakların əlinə keçməmək üçün Kürdə boğulmağa razı olur.
Классика
0
Гасан Мехти Сеидбейли - Cəbhədən cəbhəyə
Классика
0
Эйваз Махмуд Зейналов - Alın yazısı
Yazıçı Eyvaz Zeynalov yaşadığı 65 ildə nadir rast gəlinən macəralı həyat yaşayıb, həyatdakı missiyasını yaradıcılıqda, yazaçılıq sənətində görməsinə baxmayaraq, talenin tərs oyunları onu keşməkeşli yollardan keçirib, yaşamaq, ayağa durmaq, ləyaqətini qorumaq uğrunda hər zaman mübarizə aparıb. Gənc yaşlarında arzu etdiyi əsərləri yazmaq fürsəti olmasa da, əvəzində onlarca romana bəs edəcək zəngin həyat təcrübəsi qazanıb. Oxuculara təqdim olunan “Alın Yazısı” romanı əsla bir fantaziya məhsulu olmayıb, müəllifin şəxsən iştirakçısı olduğu hadisələrin xronikasıdır.“Alın yazısı”nın baş qəhrəmanı olan Edik yazıçı olmaq istəyir, amma həyat onu Rusiyanın, Ukraynanın müxtəlif şəhərlərinə aparıb çıxarır, düşdüyü mühit onu az qala, qadın düşkününə çevirir. Dörd dəftərdən ibarət olan bu əlyazma təyyarə qəzasında həlak olmuş bir gənc tərəfindən yazılıb və Fövqəladə Hallar Nazirliyinin bir zabiti onları qəzaya uğramış təyyarənin sərnişinlərinin əşyaları arasından tapıb. Bu naməlum gənc qısa ömründə elə yazıçının özü kimi, nadir rast gəlinən macəra dolu keşməkeşli bir həyat yaşayıb. İlk baxışda inanılmaz görünən əhvalatlar inandırıcı şəkildə qələmə alınıb. Ali təhsil alsa da uzaq ölkələrdə fəhləlik edən Edik zəngin həyat təcrübəsi qazanır. Həyatındakı saysız-hesabsız qızlardan birini ölümdən xilas edir və az sonra qürbətdəki işini atıb öz doğma rayonuna qayıdır. Həmin qız isə uzun axtarışlardan sonra Azərbaycana gəlib Ediki tapır. Bundan sonrakı hadisələrdən bizim xəbərimiz olmur. Çünki əlyazmanın son səhifələri yanıb. Yazıçı əsərin sonluğunu tamamlamağı oxucunun ixtiyarına buraxır. Romanda çoxlu intim səhnələr yer alır, amma bu intim səhnələrin hər biri həyatın özü qədər təbiidir.
Классика
0
Эрнест Миллер Хемингуэй - Əcəl zəngi
"Əcəl zəngi" (ingiliscə «For Whom the Bell Tolls») – Ernest Heminqueyin 1940-cı ildə nəşr olunmuş əsəridir. Romanda cavan amerikan, ispan dili müəllimi, İnternasional briqadalarının döyüşçüsü olan Robert Cordanın İspaniya vətəndaş müharibəsində partizan dəstələrinə kömək etməsindən danışılır. Partladıcı-ekspert kimi ona körpünü partlatmaq tapşırılır. Bu çətin tapşırıqda ona kömək edənlər də olacaq, mane olanlar da. Burda o sevgisini tapacaq da, itirəcək də.Heminquey romandakı Mariyanı təsvir edərkən İnqrid Berqmanı təsəvvür etdiyini deyirmiş. Üç ildən sonra İnqrid Berqman eyniadlı filmdə Mariya obrazını canlandırmışdı.Romanın adı əsərin əvvəlində epiqraf kimi verilmiş XVII əsr keşişi, ingilis şairi Con Donnun moizəsindən götürülüb.
Классика
0
Джек Лондон - Həyat eşqi
Onlar axsaya-axsaya çaya tərəf endilər. Qabaqda gedənin ayağı çay qırağına səpələnmiş daşlara dəyib büdrədi və o səndələdi. Hər ikisi bərk yorulmuş və taqətdən düşmüşdülər. Üzlərindəki ifadədən hiss olunurdu ki, uzun müddət çətinliklərlə üzləşmiş, hər cür mərhumiyyətlərə məruz qalmışdılar. Çiyinlərindəki qayış kəmərlə çəkilib asılmış , maral dərisindən olan kisədəki yüklər onlara əziyyət verirdi. İkisinin də tüfəngi var idi. Hər ikisi başlarını aşağı sallayıb belləri bükülmüş halda hərəkət edirdi. – Eh… O gizlətdiyimiz patronlardan ikicəciyi burda olsaydı, yaman olardı – deyə onlardan biri cılız səsi ilə dilləndi. Onun səsi əlini hər şeydən üzmüş adamın səsini xatırladırdı.Daşların üzərindən köpüklənə-köpüklənə axan, sanki südə oxşayan çaya yenicə girmiş yoldaşı ona cavab vermədi. İknci yolçu da çaya girdi.İkisi də ayaqqabılarını çıxarmamışdı.Su buz kimi soyuq idi. Suyun soyuqluğundan ikisinin də ayaqları, ayaq barmaqları keyimişdi. Çayın bəzi yerlərində su dizə qədər qalxırdı və onlar müvazinətlərini saxlaya bilməyib səndələdilər.
Стр. 1
Стр. 686