Мои книги
Войти
реклама
Жанры
Новинки
Популярные
Подборки
Главная
Жанры
Классика
Аудиокниги в жанре «Классика»
Последние
Каталог аудиокниг в жанре «Классика»
Классика
0
Народное творчество (Фольклор) - Qaçaq Nəbi
Azərbaycanda milli-azadlıq hərakatının özünəməxsus mərhələsi olan qaçaqçılıq hərakatının tanınmış nümayəndələrindən biri də Qaçaq Nəbidir. Xalq onun qoçaqlığını böyük məhəbbətlə vəsf etmiş, şəninə qəhrəmanlıq nəğmələri qoşmuş, haqqında dolğun məzmunlu rəvayətlər yaratmışdır. Bu kitaba Qaçaq Nəbi haqqında xalqın qoşduğu bədii dastan parçaları daxil edilmişdir.
Классика
0
Юсиф Везир Чеменземинли - İki od arasında
Qarabağ, onun timsalında bütöv Vətən, doğma diyarın azadlığı böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığından qırmızı xəttlə keçir. Ədibin 1937-ci ildə qələmə aldığı və ilk dəfə 1964-cü ildə «Qan içində» adı ilə işıq üzü görən «iki od arasında» romanı da məhz bu mövzudadır. Vətəni dərin məhebbətlə sevən Y.V.Çəmənzəminli Qarabağ xanlığının tarixindən bəhs edən əsərini təsadüfən «iki od arasında» adlandırmamışdır, Bununla o, xalqını iki böyük qonşu dövlətlərin – Rusiya ilə iranın məngənəsində qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə etmişdir.Romanın əsas qəhrəmanlarından biri böyük söz ustadı M.P.Vaqifdir. Lakin müəllif M.P.Vaqifi yalnız gözellikdən ilham alan şair kimi səciyyələndirməmiş, həm də onun eşikağası vəzifəsində xanlıqda mühüm mövqe tutan mahir bir siyasətçi, diplomat obrazını yaratmışdır.
Классика
0
Seymur Baycan - 18,6 sm.
Kitabın hər bir fəsli ulduz falı ilə açılır. Astroloq qismində isə tanıdığımız və tanımadığımız adamlar çıxış edir. Özü də fərqi yoxdur, onlar astroloqdur, ya yox. Məsələn, Səbuhi Rəhimli, İlham Mirzəyev və Firudin Qurbansoy astroloqdur, amma jurnalist Sevda Sultanova yox.. Müəllif romanın janrını skelet-memuar adlandırır. İndiyə qədər böyük adamların, məşhurların memuarlarını oxumağa vərdiş edən oxucu, bu dəfə Azərbaycan, Gürcüstan, Ermənistanda yaşayan yaradıcı adamların, siyasətçilərin, xırda adamların uğursuz taleyi haqqında (dinləyəcək) oxumalı olacaq . Bu romanda nə saray çevrilişləri, nə böyük eşq hekayətləri yoxdur. Amma əvəzində başqa kiçik ölçülü faciələr var. Qəhrəmanları isə real həyatımızdan yaxşı tanıyırıq. Allahşükür Paşazadə, Əli İsa Cabbarov, İsa Qəmbər, yazıçı Anar, Füzuli rayonunun keçmiş icra başçısı Nofəl Qasımov, Nuridə Atəşi, Fazil Qəzənfəroğlu və s. Sonuncunu müəllif əsərində hətta öldürür də. Romanda Fazil Həcc ziyarətində olarkən vəfat edir, müəllif isə onun yas yerindən bir fəsillik reportaj yazıb. Ümumiyyətlə, romanda hər bir fəsil məşhur bir əsərin adıyla adlanıb: «Yas yerindən reportaj», «Albalı bağı», «Qar», «Brest qalası» və s. Ümumiyyətlə, əsərin ana fəlsəfəsi budur: «Xoşbəxtlik quşu yalnız batırmaq üçün başımıza qonur».
Классика
0
Rasim Qaraca - On bir gecə
İlk sevgi haqqında 10 hekayə. Qarabağ müharibəsi veteranı Kamil Dadaşovun gündəlikləri əsasında 2013-cü ildə qələmə alınıb. Vətən yolunda canını vermiş bütün oğul və qızlarımızın xatirəsinə həsr olunur.İndi onların heç biri həyatda yoxdur. Yalnız mən sağ qalmışam, əlil arabasına məhkum bir həyat yaşayıram. Qanlı döyüşə girəcəyimiz günə qədər, döyüş dostlarımın danışdığı hekayətləri yaddaşımda canlandırıb yazmağı qərara almışam. Nəyə görəsə bu hekayətlərin silinib getməsini istəmirəm. Bu əhvalatlar yaşadıqca dostlarım da yaşayacaq, mənə belə gəlir…Arxa cəbhəylə əlaqəmiz kəsilmişdi. 10 nəfər əsgər Tərtər rayonunun G. kəndində düşmənin mühasirəsində qalmışdıq. Sursatımız qurtarmaq üzrəydi, ərzağımız isə demək olar ki qalmamışdı, lakin geri çəkilə bilməzdik. Qərargahın bizdən xəbəri vardı və köməyə gələcəklərindən şübhə etmirdik. Günlərdir yağmaqda olan leysan yağış uşaqların əhvalını daha da pisləşdirirdi. Sığındığımız komanın hər yerindən içəriyə su sızırdı. Gecənin qaranlığı ümidsizlik doğururdu. Deyəsən elə buna görə takım komandiri Çingiz maraqlı bir təklif etdi: hər kəs ilk sevgisindən və ya qadınla ilk əlaqəsindən danışacaqdı. Göz-gözü görmürdü, buna görə də utanmağın yeri yox idi…Birinci özü başladı. Tabeçiliyində olan əsgərlərin ruh yüksəkliyini saxlamaq üçün belə etdiyini başa düşürdük. Diqqətlə ona qulaq asmağa başladıq. Qaranlıqda siqaretinin közü havada cizgilər çəkirdi. Çingizin səsi qup-quru idi, arada uzun-uzadı fasilə verərək danışırdı, hiss olunurdu ki, həyatının intim təfərrüatlarını danışmağa onun özü də tərəddüd edir.Sabah, on birinci gecənin tamamında, hava işıqlanmadan mühasirəni yarmaqdan ötrü döyüşə atılacaqdıq. Qərarımız beləydi; ya ölüm, ya qalım. O gecə heç birimizin gözünə yuxu getmədi.Rasim Qaraca: “On bir gecə”nin yazılma ideyası beynimdə çoxdan var idi. Qarabağ savaşında həlak olmuş gənclərin ilk sevgi əhvalatlarını yazmalıydım, məqsədim savaşda həlak olmuş 20 000 gənc vətəndaşımızın qaniçən savaşçılar deyil, ilk sevgilərini belə doyunca yaşamamış dünənki uşaqlar olduğunu çatdırmaq idi. Nəhayət 2013-cü illərin əvvəllərində yazmağa başladım. Kiçik həcmli olsa da tam bir il ərzində yaza bildim bu kitabı. İdeya var idi, amma 10 hekayənin yalnız 2-3-ü haqqında xəyali təsəvvür vardı. Bir əhvalatı yazıb bitirdikdən sonra növbəti hekayə haqqında düşünür və yazmağa başlayırdım. Hər əhvalatın yazılması təqribən bir ay vaxtımı alırdı. Eyni zamanda tanıdığım Qarabağ döyüşçülərilə görüşüb intervülər edir, material toplayırdım.
Классика
0
Курбан Саид - Əli və Nino
Əli və Nino – ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 42 dilinə tərcümə edilən məhəbbət romanıdır.Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu. Lakin amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi. Azərbaycan Yazıçılar Birliyi isə 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y.V.Çəmənzəminli olduğunu təsdiq etdi.Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə «„tərəqqi etmiş“» Qərb və «„geridə qalmış“» Şərqin qovuşduğu Bakıdır.Əli xan Şirvanşir rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Ailəsinin tamamilə şərq-müsəlman adət-ənənələrinə sadiq olmasına baxmayaraq, Əli oxuduğu məktəb və Qərb-xristian dünyasına məxsus olan gürcü qızı Ninoya bəslədiyi məhəbbətinin təsirindən Avropa təsirinə məruz qalmışdır. Lakin bununla belə Nissembaum öz əcdadlarının adət-ənələrinə ömrü boyu sadiq qalacaq, Azərbaycanın müstəqilliyi uğründa həyatını qurban verəcək əsl azərbaycanlı vətənpərvər gənc Əli obrazını yaradır.Əsərdə Əlinin Ninoya məhəbbəti və Əli xan Şirvanşirin Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətlərindən söhbət açılır. Məktəbi bitirdikdən sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası qadınlara, xüsusən başqa dinə məxsus qadına qarşı mühafizəkar fikirlərinə baxmayaraq nigahı dəstəkləyir. Ninonun atası isə əvvəlcə tərəddüd edir, lakin erməni əsilli dostunun məsələyə müdaxiləsi ilə sonda mövqeyini yumşaldır.Hadisələr həmin erməninin Ninoya aşiq olması və hiyləgərliklə onu qaçırmasından sonra dramatik xarakter alır. Əli dininin qaydalarına uyğun olaraq xain ermənini öldürür, lakin Ninoya əl qaldırmağa cürət etmir. Əli erməninin yaxın qohumlarının gözlənilən intiqamından yaxa qurtarmaq üçün Bakını tərk etməli olur.Aylar sonra Nino Əlini ucqar kəndlərin birində yoxsulluq və səfalət içində tapır və dərhal onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədilə Azərbaycana yürüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə İrana yollanır. Nino İranda ev dustağına çevrilməsi səbəbindən özünü tamamilə yalqız və bədbəxt hiss edir. Azərbaycanda ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli və Nino yenidən Bakıya qayıdır və yenicə qurulmuş dövlətin mədəni həyatında fəal iştirak edirlər. Sonradan Əliyə Azərbaycanın Fransada səfiri vəzifəsi təklif olunur və təklifi Nino da müsbət qarşılayır, lakin Əli imtina edir. O Ninonun özünün İranda necə bədbəxt hiss etdiyin xatırlayır və eyni aqibət ilə qarşılaşmaqdan çəkinir.Əlinin gənc ömrü rusların 1920-ci ildə bir daha Azərbaycana yönəlmısi ilə başa çatır. Nino isə yenicə dünyaya gəlmiş körpələri ilə Gürcüstana qaçır. Əli xan Şirvanşir Gəncənin bolşeviklərdən müdafiəsi döyüşlərində şəhid olur.
Классика
0
Михаил Булгаков - Master və Marqarita
Master və Marqarita (rus. Ма́стер и Маргари́та) – Mixail Bulqakov tərəfindən yazılmış, iblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən roman. Bir çox tədqiqatçılar əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər.M. A. Bulqakov XX əsrin əvvəllərində «„Caynaqlı mühəndis“» adlı roman yazmağı düşünsə də, həmin əsəri az sonra «„Master və Marqarita“» adlandırır. Bu roman Bulqakovun sonuncu kitabı olur."Master və Marqarita" əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və «„roman içində roman“» prinsipinin gözlənildiyi bu əsərdə mif (əslində, din tarixindən götürülmüş hadisə) süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. «„Master və Marqarita“»da simvolik obrazlardan olan fırtına motivi bütünlüklə romanı əhatə edir və getdikcə artaraq qarşıdakı dünya dəhşətindən xəbər verir.Bulqakov romanı 1928–ci ildə yazmağa başlamışdır. Belə bir mövzuda əsərin SSRİ–də uğur qazanmasının mümkünsüzlüyünü anlayan və uğurlu gələcəyə ümid etməyən yazıçı romanın ilk əlyazmasını 1930–cu ildə yandırmışdır.[1] 1931–ci ildə isə yenidən həmin mövzu üzərində işləməyə başlamışdır. 1935–ci ildə Bulqakov ABŞ–ın SSRİ–dəki səfirinin iqamətgahı olan «„Spaso Evi“»nə getmiş və səfir Uilyam Byulit yazıçını roman üzərində işlərini tamamlamağa həvəsləndirmişdir.[2] Əsərin son versiyasının bütün xəttlərini özündə birləşdirən ikinci layihə 1936–cı ildə tamamlanmışdır. Üçüncü layihə isə 1937–ci ildə yekunlaşdırılmışdır.
Классика
0
Иван Тургенев - Atalar və oğullar
İvan Sergeyeviç Turgenevin (1818-1883) “Atalar və oğullar” romanı – XIX əsrin 60-cı illərində yazılmış və o dövr üçün çox məşhur olmuş əsərin baş qəhrəmanı Yevgeni Bazarov gənclərin təqlid nümunəsi olmuşdur. Kompomistizlik, nüfuzlar və köhnə həqiqətlər önündə əyilməmə, faydalı olan şeyin gözəl olan üzərində üstünlüyü kimi ideallar həmin dövrün adamları tərəfindən dərk edilmiş və Bazarovun dünyagörüşündə əks olunmuşdur.“Atalar və oğullar” romanında, o dövr rus ədəbiyyatının ən xarakterik xüsusiyyətlərindən biri – ədəbiyyatın ictimai əhval-ruhiyyəsinin real axını ilə sıx əlaqəsi daha tam şəkildə öz ifadəsini tapmışdır.“Russkoe slovo” jurnalı D.İ.Pisaverin şəxsində, hətta radikal əhval-ruhiyyəli Bazarovu öz idealı hesab edir. Eyni zamanda, əgər Bazarov surətinə tarixi nöqteyi-nəzərdən yanaşılsa, yəni ona XIX əsrin 60-cı illərinin əhval-ruhiyyəsini əks etdirən bir tip kimi baxılsa, onda deyə bilərik ki, bu surət tamamilə açıqlanmamışdır. Belə ki, o dövrdə ictimai-siyasi radikalizm kifayət qədər güclü olmuşdur və romanda buna demək olar ki, toxunulmamışdır.
Классика
0
Ильяс Эфендиев - Geriyə baxma qoca
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-da Füzuli rayonunun Saracıq kəndində tanınmış və hörmətli tacir ailəsində anadan olub. Bu gün İlyas Əfəndiyevin 108 illiyidir.Avtobioqrafiq əsər hesab olunan «„Geriyə baxma qoca“» romanı İlyas Əfəndiyevin altıncı, sonuncu romanıdır. Yazıçı bu romanı 1980-ci ildə altmış altı yaşında yazıb bitirib. Romanda hadisələr XX əsrin əvvəllərində, xüsusən, Qarabağda baş verən dövrü hadisələrlə zəngindir. Yazıçı öz nəsil şəcərəsini çözələyərək ordan xeyli bitkin və zəngin məlumatlar araşdırıb üzə çıxarmışdır.Axıcı dil ilə yazılmış əsər birinci şəxsin – Muradın dilindən nəql olunur. Əslində isə Murad elə yazıçının prototipidir. Artıq cümlələrin olmadığı, bayağılıqdan və şişirtmədən uzaq olan bu gözəl nəsr nümunəsi oxucuda müsbət hisslər yaradır. Onu keçmişini, əcdadlarını, onların dünənini araşdırmağa vadar edir. Əsər Qarabağın dillərə dastan təbiətini, güzəranını, arandan yaylağa, yaylaqdan arana köç edən həyatını göz önünə gətirir. Müəllif o dövrdəki bəylərin, xanların, onların ailə üzvlərinin yaşayışını heç nədən çəkinmədən pisiylə, yaxşısıyla qələmə alıb.Əsərdə anası bəy, atası isə tacir nəslindən olan Muradın uşaqlıq illəri yaxşı, varlı güzərana düşmüşdür. Lakin buna baxmayaraq, o, heç vaxt varlı həyat tərzinə, kübar yaşayışa can atmır. Murad o dövrdə bir çox haqsızlıqların şahidi olur. Babasının rəhmətə getmiş qardaşı uşaqlarını qapısında nökər işlətməkdən tutmuş, onların dul qalmış analarının gecəylə bir çobana qoşulub qaçmasına qədər nəql edən əsər çox kövrək və kədərli sətirlərlə zəngindir.Məhz bu səbəbdəndir ki, yazıçı ahıl yaşında qələmə aldığı əsərə «„Geriyə baxma qoca“» adını verib.Kitabın ilk səhifələrində müəllif bu adın səbəbini belə açıqlayır: ""Hətta indi, yəni yaşlı vaxtımda dönüb keçmişə baxmaq istəyəndə elə bil ki, içəridən bir səs təşvişlə mənə deyir: «„Geriyə baxma, qoca!“». Lakin mən baxmaq istəyirəm. Mən bu keçmişin çox əzablı, çox kədərli olduğunu bilirəm, ancaq yenə də ona təkrar-təkrar tamaşa etmək, nəyi isə anlamaq istəyirəm. ""İnsan isə elə bir varlıqdır ki, keçmişdə nə qədər ağrı-acı ilə üzləşə belə həmişə geriyə boylanmağa can atır. Çünki hər bir insanın keçmişi onun özünəməxsusdur. Gələcəyinizi yaxşı görə bilmək üçün isə tez-tez keçmişinizə boylanın. Lap qoca olsanız da. Necə ki, İlyas Əfəndiyev altmış altı yaşında bunu bacarmışdı.
Детские стихи/проза/литература
0
Чарльз Диккенс - Oliver Tvistin macəraları
Oliver Tvistin macəraları – Çarlz Dikkensin ikinci romanı. Oxuculara təqdim olunan «„Oliver Tvist“» romanı məşhur ingilis yazıçısı Çarlz Dikkens yaradıcılığından Azərbaycan dilinə tərcümə edilən ilk əsərdir. Bu roman Dikkensin yaradıcılığında xüsusi yer tutur və öz dərin ictimai məzmunu, həyat həqiqətini düzgün göstərməsi və bədii vüsəti etibarı ilə bütün dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır. Öz zəmanəsinin ictimai mənzərəsini geniş əks etdirən, kapitalist-burjua şəraitində yoxsulların ağır vəziyyətini, xüsusən səfillərin və kiçik yaşlı uşaqların ehtiyac üzündən çəkdiyi müsibətləri inandırıcı bir qələmlə təsvir edən bu roman XIX əsrin ingilis ədəbiyyatında tənqidi realizmin ən gözəl nümunələrindən biri sayılır və yarandığı vaxtdan indiyə qədər öz bədii təsir gücünü, idrak əhəmiyyətini itirməyən sənət əsəri kimi diqqəti cəlb edir, dünya xalqlarının dilinə tərcümə olunur.Oliver dünyaya gələndə anası onun üzünü cəmi bircə dəfə görmüş və dünyadan köçmüşdü. Onun 9 yaşı olana qədər heç kim onun valideynlərinin kim olduğunu bilməmişdi. Hələ uşaqlıq illərində o bircə dəfə nə xoş bir söz, nə xoş bir baxış görməmiş, həmişə aclıq və sıxıntı ilə yaşamışdır. Bir dəfə o, yurdsuzlar evindən bir tabut düzəldənin yanına şagird vəzifəsinə göndərilir. Burda o ondan böyük və güclü olan Noe Kleypol ilə tanış olur. Noe həmişə onu təhqir edib ələ salsa da, Oliver heç vaxt ona fikir vermir. Lakin bir gün Noe Oliverin anası haqqında nalayiq sözlər deyir, Oliver bundan bərk qəzəblənib ona zərbə endirir. Noe ona şər atıb, hamıya deyir ki, guya onu öldürəcəkdi. Onlar Oliveri bərk cəzalandırıb döyürlər. Oliver isə buna dözməyib oradan qaçır. Londona gedən yol işarəsini görüb ora qaçmaq niyyətinə düşür. Küçələrdə yatır, günlərlə ac qalır. Nəhayət yeddinci gün öz yaşıdı olan Cek Daukins adlı oğru ilə tanış olur. Cek onu yedizdirib, doydurur və söz verir ki, ona Londona getməyə kömək edəcək və Oliveri ogruların başçısı olan yəhudi Fecin ilə tanış edir. Fecin ona söz verir ki, ona iş verəcək. Bir gün o Cek Daukins və Beytslə birlikdə işə gedirlər. Oliver onları kənardan müşahidə edib görür ki, onlar qoca bir kişinin cibindən (mister Braunlou) oğurluq edirlər. Kişi bunu hiss edir. Bundan həyəcanlanan Oliver qaçmağa başlayır. Hamı elə bilir ki, oğurluğu o etmişdir. Onu tutub döyürlər və həbsxanaya aparırlar. Mister Braunlounun isə balacaya yazığı gəlir və onu azad etdirib öz evində saxlayır. Oliver xeyli müddət xəstə yatır. Ona orda missis Beduin qulluq edir və həmişə orda divardan asılan bir portretdəki qadınla onların bir bir-birinə nə qədər oxşamasına məəttəl qalır. Fecin isə qorxur ki, Oliver onları ələ versin. Ona görə də onu oğurlayıb öz yanında saxlayır. Bu zaman onlar yeni bir oğurluq planı hazırlayırlar. Türmədən yeni çıxmış Billi Sayksa isə Oliver kimi oğlan uşağı lazım olur. Belə ki, onlar bir yerdə həmin evə gedirlər. Oliveri pəncərədən içəri salırlar ki,qapını açıb onları içəri buraxsın. Lakin Oliver qəti qərara alır ki,içəridə qışqırıb hamını oyatsın. Elə bu zaman evin gözətçiləri güllə atmağa başlayırlar. Oliver isə bu zaman yaralanır.Sayks onu götürüb qaçır. Lakin sonra isə tab gətirə bilməyib,onu qanovda yerə atır. Oliver oyandıqda çox halsız olur. Həmin evə geri qayıdıb kömək istəyir. Orda onu missis Meyli və Roz xoş qaşılayırlar və onu polisə verməkdən imtina edirlər. Bu vaxt Oliverin böyüdüyü yurdsuzlar evində onun anasına qulluq etmiş və öləndə yanında olmuş qoca qadın can verir. O nəzarətçi missis Kornini yanına çagırtdırıb deyir ki, o Oliverin anasının verdiyi əmanəti oğurlamışdır. (Bəlkə də bu əmanəti kimsə bilsəydi o vaxt həmin uşağa qarşı yaxşı rəftar edilərdi.). Qoca Salli sözünü axıra qədər deyə bilməyib ölür. Ovucundakı qəbzi isə ona verir. Oliverin taleyindən xəbərsiz və narahat olan Fecin Sayksın rəfiqəsi olan Nensinin yanında qışqırıb, Oliverin böyük pullara dəydiyini söyləyir. Nensi özünü sərxoş göstərib Fecinin arxasınca düşüb, naməlum bir şəxslə gizlin söhbətinə qulaq asır. Məlum olur ki,Fecin bu naməlumun tapşırığı ilə Oliveri oğruya çevirmək niyyətində olur və söz verir ki, buna nail olacaq.
Классика
0
Джордж Оруэлл - Heyvanıstan
“Heyvanıstan” ( ing. Animal Farm ) əsəri solçu şəxsiyyəti ilə tanınan ingilis yazıçı Corc Oruellin ( əsil adı Erik Artur Bler ) gəlmiş-keşmiş ən yaxşı əsərlərindən biri hesa olunur. Müəllif tərəfindən siyasət üzərinə yaxşı bir qara mizah qatılaraq oxuculara təqdim olunan əsər, həqiqətən də hər bir oxucunun kitab rəfində öz yerini tutmağa layiqdir.Corc Oruellin “Heyvanıstan“ əsərini qələmə almaqda məqsədi siyasətin həqiqi üzünü sevimli heyvanlar üzərindən, hər kəsin başa düşəcəyi bir dildə başa salmaqdır. Bir çox ölkələrdə qadağan olunmuş, İngiltərə və Amerikada isə qadağan olunmağa çalışılmış, bəzən isə mövzusu dəyişdirilərək oxuculara çatdırılmışdır. Bütün bunlara baxmayaraq əsər öz həqiqi mövzusunu qoruyub saxlaya bilmiş və bir çox insanın siyasətçilərə olan münasibətini dəyişdirməyi bacarmışdır.“Heyvanıstan” həqiqətən də qüsursuz işlənmiş bir hekayəni özündə əks etdirir. Xüsusi ilə heyvanların seçimi Corc Oruellin incə zəkasının mükəmməl bir nümunəsidir. Hər bir oxucu əsəri oxuduqca hansı heyvanın niyə seçildiyini daha yaxşı başa düşür.Kitabın yazılmasında digər bir məqsəd isə Stalinin hakimiyyətinə bir mesaj kimi göndərmək olmuşdur. Bu səbəbdən əsərdə olan heyvan xarakterləri, müəllif tərəfindən Stalinin dövründəki şəxslərə bənzədilmişdir.Fermada yaşayan heyvanların tək istəkləri yaxşı davranış görməkdir. Lkin borc batağında həyat sürən heyvanların sahibi alkaqola aludə olmuş və bu səbəblə də heyvanlara qarşı yaxşı davranış sərgiləməz, dahası tez-tez içərək onlara yemək veməyi belə unudar. Bundan sonra üsyan etməyə qərar verən heyvanlar Qoca Rəis ləqəbli donuzun vasitəsi ilə üsyan çıxarmağı bacarırlar. Lakin planları həyata keçməmiş yaşlı donuz dünyasını dəyişir və heyvanlar lidersiz qalırlar.Bir gün yenə ac qaldıqlarında daha səbr göstərmirlər və yenə üsyan qaldırırlar. Fermadaki bütün insanlara hücum edərək onların qorxub qaçmaqlarına səbəb olurlar. Beləcə fermadaki hakimiyyəti ələ keçirən heyvanlar lider olaraq qoca donuzun yaxını olan Napaleon ləqəbli donuzu seçirlər. İlk olaraq yaşlı donuzun vəsiyyətinə uyğun olaraq özlərinə yeni bir qanunvericilik yaradırlar. Əsla insanlar kimi olmayacaqlarına və başqa bir heyvan öldürməyəcəklərinə, insanların yaşadıqları yerlərdə yaşamayacaqlarına və onlar kimi geyinməyəcəklərinə qərar veririlər.İlk əvvəllər hər şey öz qaydasında gedir və aralarında böldükləri bərabər iş bölgüsü ilə fermanı mükəmməl bir şəkildə idarə edirlər. Snowball donuz oxumağı öyrənir və bu bacarığı digər eyvanlara da öyrədir. Napaleon heyvanların içində düşünən birisinin olduğunu görərək liderliyini itirməkdən qorxur və getdikcə öz kinini azaldır. Gücünü qorumaq üçün bala itləri polis kimi böyüdərək himayəsi altına alır. Gücü əlinə keçiridiyi zaman isə ilk olaraq Snowballu xain elan edərək fermadan kənarlaşdırır.Napaleon, başçı olmağın rahatlığını sona kimi yaşamaq istəyərək bir zamanlar fermadan qorxudub qovduqları insanlar ilə razılığa gəlir və fermadan istədiyi məhsulları onlara sataraq liderliyini davam etdirir.Fermada işlər kifayət qədər pisə gedir və artıq heyvanlar bu vəziyyətdən narahat olurlar. Fermada qalmaq istəməyən bir qrup heyvan qaçaraq canlarını qurtarırlar. Pis idarəçilik nəticəsində ferma artıq iflasa uğrayır.Fermanın sahibləri dəyişdikdən sonra isə qaçan heyvanlar ümidlə geri dönməyə başlayırlar. Tək istəkləri isə fermaya sahiblənən insanların onlarla yaxşı davranmasıdır.
Классика
0
Иван Тургенев - Bədbəxt qız
Bu kitaba İ.S.Turgenevin üç əsəri daxil edilmişdir. “Saat”, “Bədbəxt qız”, “Taqqıldayır”. “Saat” povestində gənc qəhrəman Davıdın güclü xarakterindən bəhs olunur. O, kasıbların, təhqir olunanların havadarıdır. Özünə bəslənən etimadı doğruldan Davıd məşhur Borodino döyüşü zamanı bir qəhrəman kimi həlak olur.“Bədbəxt qız” əsərində öz atalığından sonsuz zülmlər görən bir qızın acınacaqlı həyatı, “Taqqıldayır” povestində isə rus kəndlisinin səciyyəvi sifətləri təsvir olunur.
Классика
0
Gülnarə Mehri - 37 güllə
Классика
0
Qərib Mehdiyev - Rast
Классика
0
Чингиз Айтматов - Gün var əsrə bərabər
Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Çingiz Aytmatov üçün ədəbiyyatda bir “böyük mövzu” – insan mövzusu var.Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının baş qəhrəmanı Yedigey də bu böyük mövzunun bir parçasıdır, vicdanlı, yorulmaq bilməyən zəhmətkeş, öz yüksək mənəvi borcuna sadiq bir insandır. Müəllif qəhrəmanın taleyini müasir dövrün bir sıra problemləri və bütün bəşəriyyətin sabahkı günü ilə müqayisə edib, dünyada əmin-amanlığın, xeyirxahlığın və humanizmin təntənəsini ən böyük qələbə kimi səciyyələndirir. El-obada Boranlı Yedigey kimi tanınan Yedigey Cangəldin sözün əsl mənasında zəhmət adamıdır. Yedigey, dünyanın yükünü çiynində saxlayan adamlardandır. O, öz dövrünün adamıdır, öz dövrünə qırılmaz tellərlə bağlıdır. Onun qiyməti də məhz elə bundadır ki, öz dövrünün oğludur.Əsərdə zəngin həyat bircə gün ərzində baş vermiş hadisənin işığında göstərilir. Ədəbiyyatın geniş, planetar miqyasda düşünməli olduğunu nəsrinin əsas yaradıcılıq prinsipinə çevirən Çingiz Aytmatovun bu romanda təsvir etdiyi manqurt mövzusu tarixi yaddaşa münasibətlə əlaqəlidir. Manqurt yaddaşsızlığın obrazı və rəmzidir.Çingiz Aytmatov romanda qarşıya qoyulan problemlərə bu keçmiş cəbhəçi, hazırda dəmiryol fəhləsi olan şəxsin taleyinin prizmasından baxmağa, bu problemləri onun anlayışı, onun gözü ilə həll etməyə çalışmışdır. Yazıçı bu əsərdə, əvvəllər olduğu kimi, yenə də həyatın, yaşayış tərzinin təcrübəsi kimi qiymətləndirilən keçmiş nəsillərdən bir miras qalmış miflərə, əfsanələrə isnad etmişdir.
Классика
0
Народное творчество (Фольклор) - Azərbaycan xalq dastanları 2-ci hissə
Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən incə psixoloji çalarları açılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, çayların, bulaqların sərinliyi, çöllərin, düzlərin genişliyi canlandırır. Bu dastanlarda xalqın duyğu və düşüncələri, istək və arzuları bütün əlvan yönləriylə tərənnüm olunur. Genişyayılan bu xalq dastanlarımızda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər.Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Şah İsmayıl”, “Aşıq Qərib” və s. dastanlar bu qəbildəndir. Qədim ənənəyə uyğun olaraq həkimanə-ustadnamələrlə başlayıb, duvaqqapmalarla bitən bu dastanların qəhrəmanları sevməyi bacardıqları kimi qılınc, qalxanla vuruşmağı da bacarırlar. Bununla belə hər nə qədər igid, qəhrəman olsalar da onlar əsasən öz sevgiləri – butaları uğrunda çarpışırlar. Ona görə də həmin dastanlar bir növ qəhrəmanlıq dastanları ilə məhəbbət dastanlarının hüdudunda dayanır, onların birindən digərinə keçid mərhələsi təsiri bağışlayır.
Классика
0
Fəridə Məmmədova - Pinqvinlər uçur, Mari
Şeirlərilə tanınan gənc yazar Fəridə Məmmədovanın "Pinqvinlər uçur, Mari” ilk romanıdır. Roman psixoloji dram janrında yazılıb. Əsər yolla başlayır və oxucu ilk səhifədən yola çıxır. Romanın sonlarına qədər qəhrəmanı izləyir və onun düşüncələrinə əsasən qəhrəmanı tanıyır. Əsəri bir cümləylə bu cür ifadə etmək olar: Hər kəsin beyni öz cəhənnəmidir.
Классика
0
Франц Холер - Qapı döyülür
Azərbaycan oxucusu ilə ilk dəfə görüşə gələn Frans Hohler İsveçrənin ən məşhur çağdaş yazıçılarından biridir, çoxsaylı romanların, pyeslərin və hekayələrin müəllifidir. 1943-cü ildə İsveçrənin Bern kantonuna bağlı Bile şəhərində doğulub, hal-hazırda Sürixdə yaşayır. Franz Hohler bir çox ədəbiyyat mükafatlarını qazanıb. Əsərlərindəki qrotesk üslubuna görə 2002-ci ildə Kassel mükafatına layiq görülüb, 2005-ci ildə Sürix şəhər müküfatını alıb. Uzun illər boyunca əsərləri Luchterhand Yayınevində basılıb. “Qapı döyülür” adlı bu romanda müasir İsveçrə ailə həyatının psixoloji qatları öz əksini tapıb.
Классика
0
Народное творчество (Фольклор) - Şəki lətifələri
Bu kitabda Şəki şəhəri üçün xarakterik olan, mayası səmimi yumorla yoğrulmuş folklor örnəkləri toplanmışıdr. Burada dadlı-duzlu lətifələrlə, məzəli deyimlərlə, ayama-ləqəblərlə, hərəsi xırdaca bir tarix olan məhəllə və bulaq adlarıyla tanış olacaqsınız. Həm də görəcəksiniz ki, şəkililər istədiklərini necə alqışlayır, istəmədiklərini necə qarğayırlar.
Классика
0
Akutaqava Rünoske - Novella və hekayələr
Akutaqava Rünoske 1892-ci ilin iyulunda Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. Yapon ədəbiyyatının son klassiklərindən hesab olunan Akutaqava Rünoskenin yaradıcılığının əsas mövzusu insanın mənəvi aləmində-psixologiyasında baş verən təbədüllatlar olmuşdur. İnsan şüurunun dərin qatlarına enmək, onun müxtəlif affekt hallarında keçirdiyi hisləri araşdırmaq bu yazıçının əsas yaradıcılıq istiqamətidir. Bundan başqa, Akutaqavanın yaradıcılığında o dövr yapon cəmiyyətinin mövcud problemləri, siyasi və dini mahiyyəti öz əksini tapmışdır. 1920-1923-cü illərdə «Magiya möcüzələri», «Bisey necə inanırdı», «Bir qisasın tarixçəsi», «Susanoo-no-mikoto», «Sussanoo-no-mikoto ahıl çağlarında», «Tanrı Aqni», «Qəribə hekayət», «Xanım Rokunomiya», 1924-1927-ci illərdə «Sanemonun cinayəti», «Məktub parçası», «Momotaro», «At ayaqları», «Ölümündən sonra», «Karmen», «Suadamları ölkəsində», «Tanekonun kədəri», «Yuxu» və s. əsərlərini yazmışdır. Akutaqava Rünoske 1927-ci il iyul ayının 24-də yüksək dozalı yuxu dərmanı içərək özünə qəsd etmişdir. Kitabda Akutaqava Rünoskenin “Qara paltarlı Madonna”, “Ata”, “Başın vurulması haqqında”, “Cəngəllikdə”, “Dişli çarx”, “Qarşılıqsız məhəbbət”, “Qəribə ada”, “Qəribə hadisə” və s novella və hekayələri yer almışdır.
Классика
0
Суад Дервиш - Fosforlu Cevriyyə
Görkəmli türk yazıçısı Suat Dərvişin “Fosforlu Cevriyə” romanında Türkiyə həyatının 30 – 50-ci illər üçün səciyyəvi olan ən yarıtmaz cəhətləri böyük sənətkarlıqla açılıb göstərilmiş, yoxsulluq, səfillik və cinayətkarlığı doğuran səbəblər bədii boyalarla təsvir edilmişdir. Suat Dərvişin qəhrəmanları səfil həyatı keçirsələr də mənəviyyatlarını itirməmiş, səmimi və həqiqətpərəst adamlardır. Romanda insanın çətinliyə sinə gərməsi, onun mənəvi təkamülü problemi qoyulur. Bu romanda təsvir olunan hadisələr yalnız bir ölkəyə, bir xalqa, bir millətə aid olmadığı üçün bir məmləkət çərçivəsindən kənara çıxır və bəşəri əhəmiyyət kəsb edir.
Стр. 1
Стр. 686