реклама
Бургер менюБургер меню

Аудиокниги в жанре «Классика»

Последние

Каталог аудиокниг в жанре «Классика»

Ильяс Эфендиев - Üçatılan
Ильяс Эфендиев - Üçatılan
“Geriyə baxma, qoca” romanında əks olunan estetik qayə “Üçatılan” povestində daha aydın və sərrast ifadəsini tapır. “Üçatılan”da feodal-patriarxal münasibətlərin hakim olduğu zamanın və sovet hökumətinin ilk illəri yox, sinfi mübarizənin şiddətləndiyi və kollektivləşmə hərəkatının başladığı illər bədii təhlil obyekti kimi götürülür. Bu isə, ictımai-siyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda əhəmiyyətli zaman fərqi deməkdir. “Üçatılan” povestindəki sosial mühit hətta ”Geriyə baxma, qoca”nın əhatə etdiyi son zaman kəsiyindəki mühitdən də fərqlənir. Sovet hökumətinin gəlişini “Geriyə baxma, qoca”da hirs-hikkə ilə qarşılayanlar, ən yaxşı halda gözləmə mövqeyi tutub mütərəddid mövqe nümayiş etdirənlər ”Üçatılan”da artıq baş verənləri gerçək həqiqət kimi qəbul etmək məcburiyyətində qalmışlar. Povestdəki müxtəlif xarakterli və mövqeli obrazların dilində tez-tez səslənən “indi əyyam başqadır” sözləri bu həqiqətin ifadəsi olmaqla, mühit və şəraitin dəyişdiyini göstərir. “Üçatılan” əsəri müəyyən mənada bu dəyişən mühit və şərait haqqında povestdir, dəyişən zamanın həqiqətlərini üzə çıxarmaq məqsədi ilə yazılmışdır.“Üçatılan”da təhkiyənin ahənginə istıqamət verən sosial-siyasi proseslərdir. Povestdə bu proseslərin insanlara psixoloji təsiri izlənilir. Povestdə kollektivləşmə uğrunda mübarizə hərəkatı da sinfi mövqelərin kəskin toqquşması, əks qütblərin ehtiraslı münasibətləri mövqeyindən təsvir olunmur. Kollektiv təsərrüfatın onların mənafeyinə olub-olmayacağı məsələsi obrazların düşüncəsini ardıcıl olaraq məşğul edir. Demək olar ki, böyük əksəriyyət kolxoz məsələsinə ümidverici yox, şübhəli nəzərlə yanaşır. Mümkün qədər gözləmə mövqeyi tutur, bu mümkün olmayanda isə kolxoza daxil olurlar. Bu “daxilolma” prosesinin psixoloji tərəfi povestdə daha çox “tədqiq” obyekti olur.
Джафар Джаббарлы - Sevil
Джафар Джаббарлы - Sevil
"Yeni" ilə «köhnə» – yəni çadranı atmaq və ya çadranı örtmək C.Cabbarlının «Sevil» əsərində ictimai ziddiyyət kimi qarşılaşdırıldığı üçün C.Cabbarlı «Sevil» əsərində bu problemdən çox gözəl istifadə etmişdir.C.Cabbarlı cəmiyyətin əsası olan ailədə bu qarşılaşmanı çox bariz şəkildə verdiyi üçün «Sevil» əsəri bir növ həyatın özü, zamanın səsi idi. C.Cabbarlı hökumətin tədbirlərindən yararlanaraq Azərbaycan qadınının inkişaf perspektivlərini göstərməyə çalışırdı."Sevil" pyesində əsas dramaturji konkflikt zahirən Balaşla Sevil arasında ziddiyyət kimi görünür. Əslində Balaşla Sevil arasındakı ziddiyyət ər-arvad arasında bütün zamanlarda, bütün xalqlarda özünü göstərən şəxsiyyət, xarakter müxtəlifliyindən doğan ailə konflikti deyil, əsrin öz konfliktidir.Cabbarlı Sevilin simasında Azərbaycan qadınının mübarizəsində onun təkamül prosesini göstərməyə çalışdı. Belə ki, əsərin əvvəllərində gördüyümüz Sevil sonrakı şəkillərdəki Sevil deyil. O, artıq günün, əsrin qadınıdır. O, indi eyhamlarla, qəhqəhələrlə danışır. Bu qəhqəhələri, bu eyhamları ilə Balaşdan intiqam alır. Bu intiqamın özü də bir şəxsin bir şəxs üzərindəki qələbəsi, intiqamı deyil, öz haqqını axtarıb tapan qadının qələbəsi və intiqamıdır. Beləliklə, C.Cabbarlı böyük bir dramaturji ustalıqla əsrlər boyu yaranmış təzadları, onun inkişaf yollarını təsvir etməyə çalışmışdır. Bu mənada «Sevil» pyesi həm əxlaqi-tərbiyəvi xüsusiyyətləri, həm də qəhrəmanların tipikləşdirilməsi baxımından əsl sənət nümunəsi oldu.C.Cabbarlı Sevili ideallaşdırır, onu sevdirməyə, onun hər addımını təqdir etməyə çalışırdı.C.Cabbarlının əsərlərinə, bu əsərlərindəki personaclara rəmzi adlar verildiyi bir həqiqətdir. Almaz, Yaşar, Oqtay Eloğlu, Gülüş, Dönüş kimi. Bu, ədəbiyyatda bir yenilik idi. Bu adlar gəlişi gözəl bir mənada deyil, hər personajın və əsərin xarakterinə uyğun olaraq seçilirdi. «Sevil» əsərinin qəhrəmanı Sevil də bu mənada bir rəmz idi. C.Cabbarlıya görə hüququ və azadlığı müəmmalı olan hər bir qadın özünü yetişdirməyi, dəyişməyi, döyüşməyi bacarmalı və bacarığına görə də sevilməli, təqdir olunmalıdır. Əsərin əvvəllərində hüquqsuz, itaətkar, müti, avam bir qadın olan Sevil yavaş-yavaş öz hərəkəti, davranışı, biliyi ilə ətalətdən çıxır, dəyişir, dəyiə-dəyişə də hamı tərəfindən sevilməyə başlayır. Demək, C.Cabbarlı Sevil adını məqsədli yaratmış və əsər boyu öz qəhrəmanını bu məqsədlə inkişafda vermiş, onun sevilməsinin bütün atributlarını verə bilmiş, Sevil adını bir məqsədlə yaratdığını ifadə edə bilmişdir.Sevil daxili-mənəvi bir inkişafla böyüyür, dəyişir və bu müsbət dəyişiklik onu sevdirir. O, sevilməyə, təqdir olunmağa başlayır.Ta şifahi xalq ədəbiyyatından başlamış XX əsrin əvvəllərinə qədər Azərbaycan yazıçı və ictimai xadimlərinin qadın azadlığı haqqında mülahzələri, qadın azadlığı ətrafında XX əsrin əvvəllərində Azərbaycan mətbuatında gedən mübahisələr işığında C.Cabbarlı «Sevil»də qadın azadlığına öz münasibətini şərh etdi. «Sevil» pyesi Azərbaycan qadınının azadlıq tarixinin bir epoxada bədii əksi oldu.Göründüyü kimi, C.Cabbarlını «Sevil» ə gətirən köklər, böyük tarixə malik olan ədəbiyyatımızın öz ənənəsindən gəlib çıxırdı. C.Cabbarlı böyük tərbiyəçi olan sələflərinin əsərlərində dilə gətirdikləri qadına münasibət məsələləsini yeni əsrdə yaranan şəraitə uyğun olaraq bədii əsərə gətirdi, onun reallığının bədii dərkini ifadə edə bildi."Sevil" XXI əsrin astanasında da öz həyatını yaşayır. Bir tərəfdən çadralılar artmağa başlayır, digər tərəfdən açıq-saçıq geyinmiş yarıçılpaqlar."Sevil" in birinci pərdəsində belə bir epizod var. Açıq-saçıq geyinmiş Dilbər (Edilya) bir otaqdan, çadraya bürünmüş Sevil isə başqa otaqdan çıxıb üz-üzə gəlirlər və hər ikisi qışqıraraq geri dönürlər. Bu vahimənin səbəbi odur ki, Dilbər Sevili çadrada görəndə guya vahimələnib qışqırır, Sevil isə Dilbəri açıq-saçıq geyinmiş görərkən heyrətdən və xəcalətdən qışqırır."Sevil" də qaldırılan məsələ bu gün üçün keçilmiş etap kimi görüsə də, bütövlükdə əsər öz aktuallığını itirməmiş, qadına köhnə münasibətin qalıqlarına qarşı bu günlə səsləşir. Qadındakı təkamül, inkişaf, dünyaya baxış, hüququnu və haqqını dərk məsələsini cəmiyyətin mövqeyindən həll etmək baxışından «Sevil» dramı bu gün də ədəbiyyatımızda öz üstün mövqeyini mühafizə etməkdədir. Bu gün də bəşəriyyətin qarşısında duran ən nəcib və şərəfli vəzifələrdən biri qadın, onun cəmiyyətdəki rolu ideyasının tənzimlənməsidir.
Гусейн Джавид - Xəyyam
Гусейн Джавид - Xəyyam
Hüseyn Cavid 1935-ci ildə yenə Şərq klassik poeziyasının dahilərindən birinə müraciət edib. Bu dəfə o, mütəfəkkir fars şairi Ömər Xəyyamın həyatına müraciət edərək “Xəyyam” adlı dramını yazıb. Dram 1935-ci ildə keçirilən pyeslər müsabiqəsində üçüncü mükafata layiq görülüb. Filosof mütəfəkkir Xəyyamın yaradıcılığı və keşməkeşli həyatı Hüseyn Cavidi gənc yaşlarından maraqlandırıb. Dramaturq rübai ustasının on altı müxtəlif poetik nümunəsini farscadan əruzun müxtəlif bəhrlərində dilimizə çevirərək öz əsərinə daxil edib. Əsərdə müəllif ideyanın mahiyyətinə uyğun olaraq, müxtəlif psixoloji hadisələrin təsvirində Xəyyamın poetik nümunələrindən iğtibaslar edib. Həmin iğtibaslar Xəyyamın həyat, insanlıq, məhəbbət, xeyirxahlıq fəlsəfi düşüncələri ilə səsləşir, dramatizjmi gücləndirir. İlk dəfə 1963-cü ildə çap edilmiş dramda Xəyyamla yanaşı, dövrünün böyük diplomatı Xacə Nizam (Nizamülmülk Əbu Əli Həsən ibn Əli), ismaililər hakimiyyətinin banisi Həsən Sabbah, İran Səlcuqlar sülaləsinin ikinci hökmdarı Alp Arslan, Alp Arslanın oğlu, səlcuqların üçüncü hakimi Məlikşah Cəlaləddin, Abbasiyə xilafətinin iyirmi yeddinci xəlifəsi Müqtədbillahın (Abdulla ibn Əhməd) maraqlı bədii surətlərini yaradıb. Eyni zamanda bədii təfəkkürün məhsulu olan Sevdanın (Xəyyamın sevgilisi) canlı xarakterini qələmə alıb.
Лев Толстой - Hacı Murad
Лев Толстой - Hacı Murad
""Hacı Murad"" – Lev Tolstoy tərəfindən 1896-1904-cü illərdə dram janrında yazılmış qısa romandır. İlk dəfə 1912-ci ildə, Tolstoyun ölümündən iki il sonra nəşr edilib, kitab şəklində isə 1917-ci ildə oxuculara təqdim olunub. Tolstoyun axırıncı romanıdır. Kitab baş qəhrəman avar Hacı Muradın şəxsi ədavətinə görə hər zaman döyüşdüyü ruslarla əlbirlik etməyindən bəhs edir.Qardaşı Serqeyə yazdığı məktublardan aydın olur ki, Tolstoy ilk dəfə Hacı Murad haqqında Qafqazda xidmət edərkən eşidib. Romanın əvvəlində təsvir olunan qanqal əslində Tolstoyun qaldığı yerin yanında yetişir və Tolstoy bunu görərkən Hacı Muradı xatırlayır və onun haqqında yazmağı fikirləşir. Romanı yazarkən Tolstoyun yaşlı illəri olduğundan sağlığı xeyli zəifləmişdi. Məktublarında da bunu qeyd edirdi. Roman üzərində işləyərkən isə bir qədər özünü canlı hiss etdiyini vurğulayırdı və sadəcə onu tamamlamaq haqqında düşünürdü, nəşr etdirmək fikri isə yox idi.Tolstoyun romanı 19-cu əsrin ortalarında Qafqazı əhatə edir. İmperiyanın işğalı zamanında Çeçen və Rus militantları arasında qarşıdurmalar baş verir. Rus qüvvələrinin ən böyük məqsədi o idir ki, imperiyalarının ərazisini böyütsünlər. Hacı Murad haqqında yazdığı romanda Tolstoy əsgərlikdə olan vaxtında gördüklərini təsvir edir, hətta 1851-ci ildə qardaşına yazdığı məktubda deyirdi: «„Əgər xəbərlərlə lovğalanmaq istəyirsənsə, o zaman bil ki, Hacı Murad bir neçə gün öncə Rusiya Hökumətinə təslim oldu. Onda əsl şeytan cəsarəti var və o, bütün çeçenlərin qəhrəmanıdır, lakin pis əməlləri eləməyə məcbur edilmişdir.“»Romanın hadisələrin baş verməsindən təxminən əlli il sonra yazılmasına baxmayaraq, Tolstoy Rusiya sivilizasiyasnını həmin dönəmlərini təsvir edir və tənəzzülə uğrayan bürokratiya ilə sağlam bir dağlının həyatını göstərir.
Азиза Джафарзаде - Bakı - 1501
Азиза Джафарзаде - Bakı - 1501
Bakı 1501 – Əzizə Cəfərzadənin Şah İsmayıl Səfəvi və onun Bakıya yürüşu tarixinə həsr olunmuş ilk dəfə 1981-ci ildə nəşr edilmiş roman.Əzizə Cəfərzadənin “Bakı-1501” romanı Şah İsmayıl mövzusunda yazılmış ilk tarixi romandır. Bundan sonra Fərman Kərimzadə “Xudafərin körpüsü” (1987), Əlisa Nicatın “Qızılbaşlar” romanları (1982) Səfəvilərin hakimiyyəti və o dövrdə baş verən tarix hadisələr eləcə də Şah İsmayıl Xətai şəxsiyyəti sərkərdəliyi ön plana çıxıb. Əzizə Cəfərzadə “Bakı-1501” romanı Şah İsmayılın bütün həyatı deyil, əsasən, 1501-ci ilə qədər olan tarixi hadisələr izlənir. Əslində, Şah İsmayıl Xətai mövzusuna dönüşün əsasını Əzizə Cəfərzadə bu əsəri ilə qoyduğunu demək olar. Yazıçı bu əsərində Şah İsmayılın Şirvanşah Fərrux Yassar ilə apardığı mübarizə və Bakını ələ keçirməsihadisəsi üzərində dayanır. Bu tarixi roman çoxfəsilli olmamış cəmi üç fəsildə (Bakı-1501, Qanlı-qadalı illər,hökmdarın şair ürəyi) verilmişdir. Romanın baş qəhrəmanının Şah İsmayıl Xətai olması yazıçıya həmin dövrün hadisələrinə nəzər salmağa imkan verir. Romanda Şah İsmayıl həm bir şah, həm şair, həm də bir səyyah kimi təsvir edilir. Yazıçı Şah İsmayıl obrazını, həm vətəninin mövcud vəziyətini təsvir edir, həm də onu xalqının, vətəninin gələcəyini düşünən sərkərdə və bir şah olaraq təsvir edir. Burada Şah İsmayılın uşaqlığı, taxta çıxması, şair kimi fəaliyyəti təsvir olunmuşdur. Bu romanda Əzizə Cəfərzadə birtərəflilik göstərmir, obrazı təsvir edərkən onun üstün xüsusiyyətləri ilə yanaşı qüsurlarını da göstərir. Həmçinin Şah İsmayılın milli şüurunu, vətənpərvərlik duyğularını da göstərmişdir. Romanda Şah İsmayıl Azərbaycan hökmdarı, Azərbaycan dövlətinin yaradıcısı kimi səciyələndirilir. Romana nəzər saldıqda görürük ki, burada Şah İsmayılın uşaqlığı xatırlanır və uşaqlıq dövründə belə Şah İsmayıl təmkinli, geniş dünyagörüşlü,açıq fikirli, gözüaçıq bir uşaqdır. Uşaqlığından o hökmdar kimi yetişdirilmiş və ona hökmdar şeyx kimi münasibərt göstərilmişdir. Onun yaçı ona olan münasibətə zərrə qədər də təsir göstərə bilmir. Şah İsmayıl səfərə çıxması və Kürü necə mərdliklə keçməsi, qoşunu öz arxası ilə aparması şeirlərinin qoşunda ruh yüksəkliyi yaratması romanda geniş əksini tapmışdır.Romanda Şah İsmayıl obrazı ilə yanaşı hakim Mirzəli, Bəhram qazi, Bibixanım-Sultanım, Aytəkin, Rəhim bəy, İbrahim və başqa surətlər də yaradılmışdır. Əsərdə yazıçı oxucuya belə müraciət edir: “Əziz oxucu, bu böyük mübarizə meydanında sən Bibixanım Sultanım, Aytəkin, İbrahim və o vaxtlar şeyx oğlu şah kimi tanınan Şah İsmayıl Xətai ilə görüşürsən. Bu görüşdə Bibixanım-Sultanım, Aytəkin və İbrahim hərəsi öz anlayışınca şiəlik təriqətinin başçısı,on dörd ildə on dörd əyalət fəth etmiş sərkərdə, hökmdar və ən incə məhəbbət qəzəlləri qoşmuş, “Dəhnamə” müəllifi şair Xətaini dərk etməyə çalışacaq”.Romanın epiloqunda Şah İsmayıl şəxsiyyətinin və mübarizəsinin simvolu kimi dil, qeyrət, və vətən sevgisi göstərilmişdir. Roman bu cümlə ilə bitir. Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, vətənimiz-can sizin can onlar əmanəti. Onu da qeyd edək ki, Şah İsmayılın dilindən deyilən bu sözlər Əzizə Cəfərzadənin məzar daşına da yazılmışdır “Sizə vəsiyyətim: dilimizi, qeyrətimizi, Vətənimizi qoruyun”.[1]Fərman Kərimzadə “Xudafərin körpüsü” romanını yazarkən ilk dəfə idi ki, belə bir mövzu haqqında düşünürdü. Burada Şah İsmayılın uşaqlılq illərini, hakimiyyət başına keçməzdən əvvəlki dövrü təsvir etməklə onun mühitinə nəzər salır. Mövcud ictimai-siyasi mühiti canlandırmağa çalışır. Yazıçı buna nail olur.Burada Şah İsmayıl obrazı tarixi həqiqətə uyöun olaraq işlənib. O bir sərkərdə dövlət adamı olmaqla yanaşı. Həm də bir xalq, el adamıdır.O düşüncə, arzu və istəklərilə yalnız özünü deyil, bütün Azərbaycan xalqını təmsil edir.Ona görə də yazıçı onu daim xalqla birgə təsvir edir. Şah İsmayılın apardığı mübarizə şəxsi mübarizə deyil, xalqın mübarizəsidir.Əlisa Nicatın “Qızılbaşlar” romanında isə Şah İsmayılın ayrı-ayrı döyüş səhnələrindən danışılır və onun vətən, xalq yolunda atdığı addımlardan bəhs edilir.Onun əsas qayəsi Azərbaycanda ağalıq edən yadları burdan çıxarmaq, Azərbaycan torpağında hökmdarın bir azərbaycanlı olmasını təmin etməkdən ibarət olmuşdur. Yazıçı Şah İsmayılı xalqın məhəbbətini, rəğbətini qazanan Azərbaycanın vahidliyini düşünən və bunu həyata keçirən bir qəhrəman sərkərdədir. Bəzən onun vətən haqqında düşüncələri roman qəhrəmanlığından çıxaraq, dramaturgiya qəhrəmanlığına çevrilir (Vətən! Vətən! Vətən, sən nə qədər əziz və gözəlsən. And içirəm nə qədər ki, sağam sənin qızıl torpaqların tapdaq altında qalmayacaq…) Şah İsmayıl obrazı bir neçə yazıçı tərəfindən yaradılmasına baxmayaraq onun mükəmməl obrazının yaradılmasını demək çətindir. Dövr ziddiyyətli və çətin olduğu kimi ona yanaşmalarda müxtəlif və ziddiyyətlidir.
Герберт Джордж Уэллс - Görünməz adam
Герберт Джордж Уэллс - Görünməz adam
İngilis yazıçısı və alimi Herbert Corc Uells uşaq yaşlarından elmə və ədəbiyyata böyük maraq göstərmişdir. 17 yaşında ikən Kral Elmi Cəmiyyətinin kollecində təhsil alan Herbert 25 il sonra bu cəmiyyətin prezidenti seçilmişdir.Biologiya və fiziologiya doktoru Herbert Uells yazdığı bədii əsərlərdə öz elmi biliklərindən məharətlə istifadə etmişdir. Onun qələmə aldığı «„Görünməz adam“», dünya elmi-fantastik ədəbiyyatının şah əsərlərindən sayılır.“Görünməz adam” 1897-ci ildə Həftəlik Pirsonunda ardıcıllıq şəklinə salındı və həmin ildə roman kimi nəşr edildi. Əsərdə alim görünməz olmaq üçün öz üzərində təcrübə aparır və bu prosesi müvəffəqiyyətlə yerinə yetirir, ancaq hadisələrin gedişində müvəffəqiyyətsizliyə uğrayır.İngilis kəndinin yaxınlığındakı mehmanxanada hər zaman uzunqollu paltoda və əlcəklərdə naməlum adam yaşayır. O həddindən artıq tərki-dünyadır, tündməzacdır və qaraqabaqdır. O bir sıra kimyəvi preparatlar ilə işləyir və onun otağında müxtəlif aparatlar var. Qrifon adlanan bu adamın pulu tükənmişdir və o pansiona borcunu ödəmək üçün yollar axtarırdı. Kənddə sirli oğurluq hadisəsi baş verir. Pansionun sahibəsi pul tələb edəndə, o onun hesabını ödəyir və binanı tərk edir, o ona düşmənçiliyin baş qaldırılmasında onun Naməlumu qabaqcadan hiss etmək üçün cəhd alt-üst edilir, nə vaxt o onun görünməzliyindən öz xeyrinə istifadə etmək (aldatmaq) üçün, onun iddialı kaperlərini qaytarmaq üçün soyunur və təpələrə qaçır.Görünməz adamın görünməzliyindəki kiçik fəqət həqiqətə zidd ən önəmli nöqtə gözləridir. Görünməz adam görülməməlidir, amma o ətrafını görməlidir. Baxdığı şeyi görməsi, təsvirin gözünün retinası üzərində meydana gələ bilməsi üçün işığın göz təbəqələrindən sınaraq da olsa keçməsi, retinaya çatması vacibdir.Onda da görünməz adamın, gələn işığın bir qismini udan, bir qismini isə əks etdirən gözləri görünər. Meşədə qaranlıqda gizlənən və görülməsi mümkün olmayan bir heyvanı da elə parıldayan gözləri ələ verər. Tam bir görünməzliyin olması üçün gözlər olmamalıdır.
Гарриет Бичер-Стоу - Tom dayının daxması
Гарриет Бичер-Стоу - Tom dayının daxması
XIX əsrdə Bibliyadan sonra ən çox satılmış əsər “Tom dayının daxması” romanıdır. Kitab 1852-ci ildə çap edilən kimi ABŞ-da geniş əks-səda doğurub. Əsər bir günə 3000, bir ilə 350 000 nüsxə satılmışdı. Bundan sonra Şimal ştatları ilə Cənub ştatları arasındakı uçurum daha da dərinləşdi. Quldarlıq əleyhdarları-abolisionistlər daha mütəşəkkil şəkildə çıxış etməyə başladılar. “Tom dayının daxması”, qəhrəmanı qaradərili olan ilk Amerikan əsəri idi.Əsərdə Amerikanın Cənub ştatlarının quldarlıq mənzərəsi geniş şəkildə təsvir olunur, quldarların qəddarlığı, onlara bunu etməyə imkan verən qanunlar, qaradərililərin ağır həyatı, onlara edilən zülmlər, məhrumiyyətlər, ayrılıqlar aydın şəkildə təsvir olunur.Viktor Hüqonun “Büq Jarqal” əsərindəki üsyançı zənci qəhrəmandan fərqli olaraq Biçer-Stounun qəhrəmanı pasifistdir, qatı dindardır. O quldar Leqriyə qarşı belə mərhəmətlidir. Onun davranışları bizə Mahatma Qandinin pasifist hərəkatını, Martin Lüter Kinqi xatırladır. Biçer Stou sanki 100 il əvvəl 1964-cü ildə Nobel Sülh Mükafatı almış, ABŞ-da qaradərililərə qarşı diskriminasiya, seqreqasiya ilə, irqçiliklə sivil mübarizə yolu seçmiş baptist Lüter Kinqin prototipini yaratmışdı. Onu da qeyd edək ki, Lüter Kinq 1968-ci ildə qətlə yetirildi. Romanın sonunda Tomu da ağası Leqri döyüb öldürür.
Иоганн Вольфганг Гёте - Gənc Verterin iztirabları
Иоганн Вольфганг Гёте - Gənc Verterin iztirabları
Romanda alman reallığının fonunda intihar edən qəhrəmanın faciəli həyatı təsvir edilir. Bu roman Hötenin «„Qöts fon Berlihinqen“» dramından sonra ədədbiyyatda ikinci uğuru idi. Dram kimi məktublar formasında yazılan roman da «„Fırtına və gərginlik“» cərəyanına aid edilir. «„Gənc Verterin iztirabları“» müəyyən dərəcədə avtiobiqrafik xaraketer daşıyır, bu romanda Höte özünün Şarlotta Buffa olan platonik məhəbətini təsvir etmişdi. Höte onunla 1772-ci ildə Vetslar məhkəməsində praktika keçdiyi zaman tanış olmuşdu. Əsərin faciəli sonu, Verterin intiharı ilə bitməsi Hötenin dostu, evli qadına aşiq olub, məhəbətindən əziyyət çəkən Karl Vilhelm Yerusalemin intiharı ilə bağlı olmuşdur. Lottenin ədəbi obrazı Hötenin o dövrdə başqa rəfiqəsinə – Maksimilane fon Laroşa məxsusdur.Romanın birinci nəşri 1774-cü ilin payızında Leypsiq kitab sərgisində ictimayyətə təqdim edilmişdi. O, qısa zamanda ən çox oxunan kitaba çevrilir. Kitabın ikinci nəşri 1787-ci ilə çıxır. Roman Höteyə bütün Almaniyada şöhrət gətirir. Ona qədər Hötenin heç bir əsəri bu qədər oxucu qazanmamışdır.Romanın yayılması Avropada intihar hallarının sayının kəskin artmasına gətirib çıxarmışdı. Buna sonralar Verter effekti adı verilmişdi. Bu effekt o qədər güclü idi ki, bir çox ölkələrdə kitabın nəşri qadağan edilmişdi.