Мои книги
Войти
реклама
Жанры
Новинки
Популярные
Подборки
Главная
Жанры
Классика
Аудиокниги в жанре «Классика»
Последние
Каталог аудиокниг в жанре «Классика»
Классика
0
Şifra Horn - Dörd ana
Qüdsdə yaşayan bir ailənin beş nəslinin təxminən yüz illik tarixi. Bu ailənin xüsusiyyəti qadınlardan ibarət olması və lənətlənmiş olmasıdır. Bu ailədə həmişə qız uşaqları doğulur və eyni zamanda da ərlərini itirirlər. Bu lənət nəsillər boyu davam edir. Ta ki, hekayəni nəql edən Amal oğlan övladı dünyaya gətirənə qədər.Fərqli şəxsiyyətləri olan qadınların hamısı ümumi bir cəhətə sahibdirlər: Yanlarında ərləri olmadan, yaşadıqları bütün çətinliklərə rəğmən təslim olmadan həyatın bütün çətinliklərinə dözmək və uşaqları böyütmək…
Классика
0
Сергей Довлатов - Çamadan
Классика
0
Səməd Şıxı - Atılan bir daş
Hər şey istənilmədən atılan bir daşla başladı.Səməd Şıxının ilk nəşr olunan kitabı “Atılan bir daş” talehsiz bir bacı ilə onun gözlərinin itirilməsinə səbəb olan qardaşdan bəhs olunur.Əsərdə, Nərgizin başına gələn fəlakətlərə baxmayaraq həyatla mübarizə aparması, ayaq üstə durmağa çalışmasından və bacısının başına açdığı fəlakəti unudaraq yeni həyat qurmağa çalışan Rövşənin həyatı təsvir olunmuşdur. Hadisədən illər keçməsinə baxmayaraq olanlar öz istiliyini qoruyur və həm bacını, həm də qardaşı addım – addım izləyir. Hər günə bir ümidlə göz açan Nərgizin, görməyən gözləri ilə həyatla nə qədər mübarizə apara biləcək? Elədiklərindən peşmanlıq çəkən Rövşən isə bacısının başına açdığı fəlakəti necə təmizləyəcək?
Классика
0
Roald Amundsen - Cənub qütbü
Arktika çöllərinin yorulmaz norveç araşdırmaçısı və Şimal qütbünün fatehi Roald Amundsen öz kitabında necə qütb araşdırmaçısı olması barədə ətraflı danışır. Oxucuların gözü önündə onun uşaqlıq illəri, ilk yürüşləri canlanır, Amundsenin həyatının dəfələrlə ölümcül təhlükələrə məruz qaldığı bütün gözəl səyahətlərinin maraqlı təsviri verilir.Kitab həm də onunla maraqlı və faydalıdır ki, qütbçünün müvəffəqiyyətinin kökünü açır, öz zamanının texniki imkanlarını, digər alimlərin təcrübəsini və nəzərdə tutulan yerin təbii xüsusiyyətlərini göz önünə alaraq, Amundsenin hər səyahətinə necə düşünərək hazırlaşdığını göstərir. “Mənim həyatım“ kitabının oxucusu görəcək ki, gözəl təşkilatçı və tədbirli olması onun hər ekspedisiyasını fərqləndirir, ona ən çətin vəziyyətlərdən üzüağ çıxmağa kömək edər.Mühəndis diplomu alan kimi Amundsen ilk müstəqil ekspedisiyaya hazırlaşmağa başlayır. O, qərara alır ki, Şimali Amerika sahilləri boyunca hərəkət edərək Atlantik okeanından Sakit okeana şimal-qərbdən dəniz yolu tapsın.Amundsenin ilk ekspedisiyasında az adam iştirak edirdi, onların xərci də bir o qədər çıxmamışdı. Buna baxmayaraq, Amundsen borc içində idi. Onun yelkənli gəmisi «„Yoa“» az qala müsadirə olunacaqdı. Odur ki, gənc səyyah çox təhlükəli bir qərar qəbul edir: o, altı dostu ilə birlikdə yağışlı qaranlıq bir gecədə öz gəmisinə minir və açıq dənizə çıxır. Onlar Qrenlandiyaya tərəf üzürlər. 1903-cü ildə başlayan bu ekspedisiya üç il çəkir. Bütün çətinliklərə baxmayaraq, səyahətçilər 1906-cı ildə sağ-salamat Kaliforniya sahillərinə yan aldılar. Onlar külli miqdarda məlumat toplamış, hətta maqnit qütbünün dəqiq yerini müəyyən etmişdilər. 400 il müddətində heç bir tədqiqatcı buna nail olmamışdı.1911-ci il dekabrın 14-ü Amundsen dünyada ilk dəfə olaraq Cənub qütbünə çatdı.
Классика
0
Ramiz Rövşən - Hamı oğul böyütmüşdü
Azərbaycanın xalq şairi Ramiz Rövşənin bu kitabında şairin nəsr yaradıcılığı – povestləri, hekayələri və esseləri yer almışdır. Ramiz Rövşən nəsri də poeziyası kimi mövzu rəngarəngliyi və fəlsəfi tutumu ilə zəngindir. “Belə-belə işlər”, “Hamı oğul böyütmüşdü”, “Ağrı”, “Yağışlı bir günün günortasında” və s hekayələrində şairin həm də bir yazıçı kimi özünəməxsus bədiiliyi oxucunu (dinləyicini) özünə cəlb edir. “Belə-belə işlər” hekayəsində müharibə illərindən danışılır. Qəhrəman Həsən kişidir. Kəndin kişiləri müharibəyə yola düşəndə Həsən kişini fiziki qüsuruna görə aparmırlar. O, yeganə canlı varlığı olan, dostu qədər sevdiyi, balası qədər əzizlədiyi kəhər atı göndərir müharibəyə. O, atından məktub gələcəyini ümidlə gözləyir. “Həsən kişi ha gözlədi kəhər atdan məktub gəlmədi”. “Hamı oğul böyütmüşdü” hekayəsi də elə o illərdəndi. Burada da kənd camaatı döyüşə oğul yola salır, oğul yolu gözləyir. Lakin bu hekayədə bir fərqli tərəf var; “Belə-belə işlər” hekayəsində Həsən kişi döyüşə atını yola salır, “Hamı oğul böyütmüşdü”də isə kimi-kimsəsi olmayan Yetim Qulu döyüşdən oğul məktubu gözləyir: “Yetim Qulu bütün kəndin gözünün qabağında həsrətlə oğlunun yolunu gözləyirdi və bu boyda kənddə bir adamın da ağlına gəlmirdi ki, yaxşı, bu Qulu hansı oğlunun yolunu gözləyir?.. Bu Qulunun oğlu nə gəzir?!” “Ağrı” hekayəsi də əslində o illəri qamçılayan bir əsərdi. Burada yaralanandan sonra döyüşdən geri qaytarılan bir nəfərin fiziki ağrıları bir yana, mənəvi ağrılarından söz açılır. İsgəndər döyüşdə canını qoydu, illərlə övlad həsrəti çəkdiyi halda, geri dönəndə övladını bağrına basmağa cürəti çatmadı. Həmkəndliləri onun fərari olduğunu düşünərək raykoma (rayon icra nümayəndəliyinə) zəng etdilər. Əslində isə, o, fərari deyil, sadəcə başından zərbə alan əsgər həkimlərin verdiyi xəstəlik sənədini itirmişdi… “Yağışlı bir günün günortasında” hekayəsi ilə müəllif müharibəyə, siyasətə olan nifrəti və insanlığa olan sevgisini göstərir. “Daş” povestinin mövzusu da həyatın özündən götürülüb. Burada da oxucu qəhrəmanları tanımağa çox da çətinlik çəkmir. Povest qəhrəmanları ilə sanki hekayələrin davamıdır…
Классика
0
Rafiq Şahbazov - Onun həyatında iki qadın var idi
Romanda hadisələr 90-cı illərdə baş verir. Corc adında ingilis yazıçı ömrünün son günlərini qocalar evində tamamlamaq qərarına gəlsə də, illər əvvəl yolları ayrı düşən xanımla rastlaşması, onun həyat yoluna yenidən işıq tutur. Həmçinin romanda Corca yaxın insanların 90-cı illərdə dünyanın fərqli yerlərində baş verən siyasi proseslərin cərəyan etdiyi ölkələrdə başlarına gələn hadisələr də öz əksini tapır.
Классика
0
Рабиндранат Тагор - Fəlakət
Hindistanda və dünyada tam yetkin və realist istiqamətli yazıçı, görkəmli ictimai xadim, Nobel mükafatı laureatı kimi tanınan Rabindranat Taqorun “Fəlakət” romanında real həyatla mühafizəkarlıq ənənələri, feodal ailə əxlaqı ilə demokratik meyllər arasındakı konflikt, müstəmləkəçiliyə, zülm və istibdada qarşı mübarizə psixoloji inandırıcılıqla göstərilmişdir.
Классика
0
Qan Turalı - Fələk qırmancı
Roman paralel süjet üzərində qurulub. Romanın müasir dövrdən bəhs edən süjeti yazmaqdan imtina edən yazıçı haqqındadır. Tarixi süjetdə isə gənc sufinin azadlıq arzuları əks olunub.Romanın adı mərhum yazıçı Mehdi Bəyazidin yazmaq istəyib heç zaman yaza bilmədiyi romanının adından götürülüb. “Fələk qırmancı” romanı “Mütərcim” nəşriyyatında “Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunub.Birinci şəxsin dilindən yazılan roman “əsarət-azadlıq” xətti üzrə inkişaf etdirilsə də, əsər boyu “inanc-şübhə”, “sevgi-nifrət”, “yazmaq-yazmamaq”, “yaddaş-yaddaşsızlıq” kimi yan mövzular da romanın əsas xətti ilə iç-içə keçib.Qan Turalının ilk romanı “Mustafa” 2011-ci ildə çap olunub.
Классика
0
Mirzə İbrahimov - Böyük dayaq
Классика
0
Мир Джалал Пашаев - Dirilən adam
Mir Cəlalın «Dirilən adam» romanı Azərbaycan zəhmətkeşlərinin Sovet hakimiyyəti uğrunda qəhrəman mübarizəsinə həsr olunmuşdur. Yoxsul kəndli Qədirin şəxsi həyatı və ailəsinin taleyi əsərdə görkəmli yer tutur. Onun ictimai haqsızlığı tədricən dərk etməsi, şəhərdə mənəvi cəhətdən yetkinləşməsi, daha sonra «kəndin harayına» gəlməsi – belə bir həyat və mübarizə yolu təsvir olunmuşdur. Bir parça çörək üçün öz evindən, ailəsindən didərgin düşən Qədirin faciəsini göstərmək üçün yazıçı onu kənd yüzbaşısı Bəbirbəylə üz-üzə gətirir, şəhər həyatı içərisində, zülmdən, əsarətdən cana doymuş yoxsullar arasında təsvir edir, bununla da müsavat özbaşınalığı dövründə kəndlinin narazılılığını, məhrumiyyətini, qüssə və peşimançılığını, arzu və xəyallarını göstərməyə çalışır. Bəbirbəy Qumruya təsəlli verərkən Qədirin qətlini «millət yolunda ölən şəhid» kimi qələmə verir, möhtəkir Hacı Hüseyn evi müzayidəyə qoyulan Qumruya verdiyi neçə günlük möhləti özünün «millətə olan ehtiramı» adlandırır. Avazlı Qənbər kişi evdən didərgin düşən arvadını vəhşicəsinə öldürən «müsəlman qardaşına» razılığını bildirir, onun hərəkətini «millətin namusunu qorumaq» kimiqiymətləndirir. Əslində xalqın, millətin həyati ehtiyacları ilə heç bir əlaqəsi olmayan bu sözlər ancaq gözlərdən pərdə asmaq, istismarçıların qara niyyətlərini pərdələmək üçün idi.
Классика
0
Исмаил Шихлы - Ölən dünyam, Namus qaçağı, Ölüləri qəbiristanlıqda basdırın
Xalq yazıçısı İsmayıl Şıxlının «„Ölən dünyam“» əsəri yaradıcılığının son akkordu kimi yazıçının ömrünün qürub çağı qələmə aldığı əsərdir. Uzun illər ənənəvi nəsr təhkiyəsindən kənara çıxmayan, klassik roman janrının bütün qayda-qanunlarına riayət eləyən müəllif bu əsərdə çərçivələri vurub dağıdır.Seçilmiş əsərlərinin bu cildinə adları çəkilən romanları ilə yanaşı, yazıçının «„Namus qaçağı“», «„Namərd gülləsi“» və «„Ölüləri qəbristanda basdırın“» hekayələri də daxil edilmişdir.
Классика
0
Исмаил Шихлы - Cəbhə yolları
Классика
0
İsa Hüseynov - Seçilmiş əsərlər
İsa Hüseynov (Muğanna) zaman-zaman fərqli şəkildə dövrləşdirilən və bu dövrləşdirilmənin ənənə halını aldığı Azərbaycan ədəbiyyatının «altmışıncılar» adı ilə qəbul olunan parlaq ədəbi nəslinə mənsubdur. İsa Hüseynovun (Muğannanın) povestlərində həyat roman miqyasında dərin və əhatəli şəkildə göstərilmişdir. Onun əsərləri, xüsusən də hekayələri və povestləri insan və zaman haqqında yanar ürəklə deyilmiş yazıçı monoloqudur. «Doğma və yad adamlar» romanında və digər povestlərində İsa Hüseynovun (Muğannanın) oxucunu (dinləyicini) oxumağa vadar edən başlıca məziyyətlərdən biri də onun bədii dilidir. Demək olar ki, bütün əsərlərin mövzusu kənd həyatından, sadə adamların məişətindən gəldiyindən dili də o həyatın sadəliyi ilə uzlaşır. Ancaq bu sadəlik heç də bəsitlik demək deyil. Çünki nasirin təhkiyə dili bədii təsvir və ifadə vasitələri ilə o qədər zəngindir ki, bunlar əsərin dilinin canlı, axıcı olmasını təmin edir, oxucu hekayənin, povestin, hətta irihəcmli romanın belə bir cümləsini ötürmək istəmir. Sanki əsər oxucunun dilində su kimi axıb gedir. Bu dil zənginliyi ilə yanaşı, dinamikliyi, oynaqlığı ilə insanı cəlb edir. Sanki yazıçı özü sözlə oynayır, onu əlində «xəmir kimi yoğurub» öz istədiyi formaya sala bilir. Maraqlıdır ki, bunun özü belə heç bir yerdə sünilik, qeyri-təbiilik yaratmır. “Doğma və yad adamlar” romanında yazıçı povestlərində müəyyən cəhətləri ilə təsvir edilmiş obrazlarını tam, bütöv halda təqdim etmişdir. “Doğma və yad adamlar”la yanaşı digər əsərlərində də İsa Hüseynov povest həcmində və roman qavrayışında düşünmək və əks etdirmək imkanlarını ümumiləşmiş şəkildə nəzərə çarpdırır.
Классика
0
Ильяс Эфендиев - Körpüsalanlar
Классика
0
İlqar Rəsul - Getmə
“Getmə” romanını müəyyən mənada “həyatın protokolu” kimi səciyyələndirmək olar. Amma əsəri ictimai həyatın, sosial hadisələrin, ayrı-ayrı epizodların xronikası kimi qəbul etmək doğru olmazdı, roman – insan bioqrafiası ilə tarixin kəsişməsində yaşananların, bir-biri ilə çulğaşmış insan talelərinin polifonik səlnaməsidir. İnsan və zaman, xeyir və şər, insan müsibətləri və xoşbəxtlik, həyat və ölüm – bütün bunlar iki müstəvidə öz əksini tapır – gerçəklik bəzən mistik auraya bürünür, simvolik xarakterli lövhələr isə, xəyali ümumiləşdirmələrdə bütöv bir tablo yaradır.
Классика
0
İlqar Fəhmi - Nostalji
Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı kiçik həcmli hekayələr və povestlər daxil edilmişdir.
Классика
0
İbrahim Bəy Musabəyov - Neft və milyonlar səltənətində
1913-cü ildən ədəbi fəaliyyətə başlayan İ.Musabəyovun ədəbi irsi içərisində ideya və məzmunu ilə nəzəri daha çox cəlb edən və bu gün də aktuallığını itirməyən, ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuş «„Neft və milyonlar səltənətində“» povestidir. Bu, inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində xüsusi yer tutur."Neft və milyonlar səltənətində" povesti tez bir zamanda ictimaiyyətin nəzərini cəlb edir. 1916-cı ildə həmin povestin əsasında A.D.Panova-Potyomkinanın ssenarisi üzrə «Filma» fransız kino şirkəti dörd seriyadan ibarət kino-film çəkir ki, burada rus kino ustaları ilə yanaşı, məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski, xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Primov, Mirmahmud Kazımovski də iştirak etmişdilər.
Классика
0
Hüseynqulu Sarabski - Hürrəm
Классика
0
Hüseyn Abbaszadə - Ovçunun son gülləsi
Классика
0
Hüseyn Abbaszadə - Operasiya və hədiyyə əhvalatı
Hüseyn Abbaszadə həm də gözəl hekayə ustası idi. Povestlərinə və romanlarına xas olan həyatilik, bədii ümumiləşdirmə yazıçının «Zəmanət», «Xeybər əminin gülləri», «Ana və oğul», «Axşam şöbəsinin tələbəsi», «Çəmbərəkənd əhvalatı», «Vəzifə», Operasiya və hədiyyə əhvalatı», «Körpüdə bir qadın dayanmışdı», «Əminə», «Çəhrayı mürəkkəbqabı və yaşıl „Jiquli“, „Köhnə məhəllədə“, „Toy, od, teleqram“, „Qısa məzuniyyət“ və s. hekayələrində də bariz nəzərə çarpır.Yazıçı bu hekayələrdə müasirlərinin həyatından tipik lövhələr seçir, yaddaqalan, bədii təsir gücünə malik obrazlar yaradırdı.
Стр. 1
Стр. 685