реклама
Бургер менюБургер меню

Аудиокниги в жанре «Классика»

Последние

Каталог аудиокниг в жанре «Классика»

Miraslan Bəkirli - Mübariz
Miraslan Bəkirli - Mübariz
İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-si Biləsuvarın Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında döyüşdə qəhrəmancasına həlak olur.Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
İsa Muğanna - Faciə
İsa Muğanna - Faciə
Öz əsərləri ilə müasirlərindən fərqlənən İsa Muğannanın çoxşaxəli yaradıcılığı, ədəbiyyatın bir çox janrlarında qələmə aldığı dəyərli nümunələr müəllifin yaradıcılıq potensialının, təhkiyə areasının xeyli zəngin olduğunu göstərir. Özünəməxsus maraqlı təhkiyə üslubu olan yazıçının qəhrəmanları əsasən kiçik, gözdən uzaq Azərbaycan kəndinin problemlər içərisində itib-batan sakinləri və ən qədim Bağ nəslinin nümayəndələri – Əmirlilərdir. Bu problem onun əsərlərində bir xətt üzrə inkişaf edərək, müxtəlif məkanlarda, müxtəlif rollarda əks olunur və zaman-zaman öz aktuallığını artırır. Yazıçının “Faciə” povestində də bu aktuallıqlar özünü qoruyub saxlayıb. “Faciə” də ekoloji aləmin, ətraf mühitin qorunması mənəvi ekologiyanın təmizliyi ilə əlaqələndirilir. Bakıda yaşayan jurnalist Zəlimxan qardaşı Qaraxandan atasının xəstə olması ilə bağlı teleqram alır. Zəlimxan kəndə gələndə tamam fərqli bir mənzərə ilə qarşılaşır: Atası Sabit Mayılov xəstə deyil, Zəlimxanı əvvəllər sevib-ayrıldığı raykom katibi Əziz Mayılovun gözünün ağı-qarası bircə qızı Zümrüdlə evlənməyə çağırıblar. Belə bir yalan da uydurulur ki, Zəlimxan Zümrüdlə evlənməsə, Əziz Mayılov altı qız atası Qaraxanı həbs etdirəcək.Zəlimxan meşəni gəzdikcə çox dəhşətli hadisələrə şahid olur: O, əvvəllər yamyaşıl, sıx ağaclarla örtülü olan meşənin günü-gündən məhv edildiyini görür. Meşəni məhv edən Zəlimxanın doğma ailəsidir. Zəlimxan maddi-mənəvi ekologiyanın harmoniyasını tənzimləməyə çalışır. O düşünür ki, uşaqkən etdiyi faciəvi əmələ (1942-ci ildə Zəlimxanın əlində açılan beşaçılan Qaraxanın 3 yaşlı oğlunu ölümünə səbəb olur) rəğmən sevilib-əzizlənməsi, adına qoç qurbanlar kəsilməsi, ali məktəbdə oxudulması ona görə idi ki, ""bugünkü gün yetişdikdə qaqaşın (Zəlimxanın), etirazı, üsyanı yenə qırx ikinci ili xatırlatsın?!”Zəlimxan Zümrüdə haram pulla qazanılmış zinət əşyalarını çıxarmasını məsləhət görür. Həyatın dəbdəbəsinə, komfortuna alışmış Zümrüd deyir: ""Tək mənəm?! Hamı geyinmir?! Səriyyə bacının, Məryəmin geyindikləri bəs hardandır?!”Halbuki, Zəlimxan Zümrüdün onu anlaycağını fikirləşir. Bütün ailə xirtdəyəcən rüşvətin içindədir. Bir vaxtlar Zəlimxanın təhsil ala bilməsi üçün həmin doğma adamlar yad əməllərə əl atmışdılar…Əsərin sonunda Zəlimxan ona təhsil verən, əlinə qələm verən əziz, yad adamlar haqqında nə yazacağını düşünməsi, Zümrüdü fikirləşməsi İsa Muğannanın həyatı tədqiq edə bilmə ehtiras və bacarığından xəbər verir:""Zəlimxan Zümrüdün yanında özünü günahkar hiss edirdi. Çünki onun Zümrüdünü dəyişdirib əvəzində başqa Zümrüd gətirən səbəbləri vaxtında görə bilməmiş, Zümrüdü vaxtında xilas edə bilməmişdi. İndi isə…Əfsanədən doğulmuş Dəli pəri əfsanəyə çevrilib Qarasuyun dumanı ilə birgə ələgəlməz, tutulmaz olmuşdu. Zümrüdlə birgə baba da, Qaraxan da, Böyüktalanın sakit-epik həyatı da, hətta təkqol direktorla müəllimlər də əfsanəyə dönmüşdü. Elə isə, bəs Zəlimxanı bu yol ayrıcında dayanmağa məcbur edən nə idi? O, bloknotu çıxarıb dizinin üstündə açmışdı. Amma qələm başlanğıcda ilişib dururdu. Hardan başlasın, necə yazsın, meşənin, təbiətin, insan gözəlliklərinin, doğruluğun, saflığın düşmənləri haqqında necə yazsın, bütün qəzetləri, jurnalları öz patetik nitqləri ilə dolduran ”Qarğıdalı”nın, əziz, can-ciyər ""Əziz müəllimlə yoldaşlıq məhkəməsi”nin haqqında necə yazsın ki, dərdinin böyüklüyü, qəzəbinin, kininin dərinliyi bütün aydınlığı ilə görünsün?”
Франц Кафка - Seçilmiş əsərlər
Франц Кафка - Seçilmiş əsərlər
Tənqidçilər tərəfindən modernizmin və absurd nəsrin banisi hesab edilən Frans Kafka (1883-1924) cəmi qırx bir il ömür yaşamasına baxmayaraq, dünya ədəbiyyatına ciddi təsir göstərmiş yazıçılardan biridir. Bu kitabda F. Kafkanın “Qəsr” romanı, “Çevrilmə” , “Kənd həkimi”, “Akademiya üçün hesabat”, “Balaca qadın” əsərləri yer almışdır. Qəsr (almanca: Das Schloss) – Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanıdır. O, Kafkanın ölümündən sonra 1926-cı ildə çap olunmuşdur.Əsərin əvvəlində protaqonist K. bir qəsrin sahibi olan kəndə gəlir. Ondan kənddə qalmaq üçün icazə haqqında soruşanda o deyir ki, bəs o yer (torpaq) ölçəndir və onu Qraf özü dəvət edib. Kəndin qapçısı ilə söhbətindən məlum olur ki, onun bu icazəi diskusiya mövzusu olsa da onun bu icazəyə malik olub-olmaması naməlum qalır. Beləliklə, ona kənddə yalnız məkətb qulluqçusu kimiqalmağa icazə verirlər. Çünki yer ölçüsü kimi ona iş tapılmır. Ona həm də yerli əhali tərəfindən inamsızlıq duyulur, hamı onunla məsafədən danışır.Yaşamaq uğrunda mübarizədə özünün başa düşülməyən, rasional olmayan bir mühitə düşdüyünü dərk edir. Öz mürəkkəb və bürokratik apparatı ilə Qəsr hər şeyi və hər kəsi nəzarət və idarə edir, eyni zamanda hamı üçü əlçatmaz qalır. Bu aparatın başında Qəsrin məmurları dururlar. Qəsrdə yaçayan hər bir kəs məmuralrın xeyri və bununla da Qəsrin xeyrinə çalışırlar, hər bir kəsin həyaı daimi nəzarətdə saxlanır və qanunla, qaydalarla tənzimlənir. Bu qnunları pozmaq çox dəhşətli nəticə gözləyr. Beləliklə K. burada öz işinə başlayır və Qəsrə yaxınlaşmağa can atır. Tezliklə o başa düşür ki, onun Qəsrlə yaxınlığı kənd icmasında daxil olmaqdan asılıdır. Ancaq onun cəhdləri boşa çıxır.Çünki o yad adam kimi kəndçilər və Qəsr arasında olan proseslərdən xəbərsiz idi. Buna görə də, Qəsr və kənd onun üçün başa düşülməz bir yad əşya kimi görünür, hansı ki, onun vəziyyətində ümidsizliyə aparır. Kafkanın yaradıcılığında mühüm yerlərdən birini də “Çevrilmə” əsəri tutur.. Bu əsərdə müəllif fantastik bir mövzuda çıxış edir. Hekayənin baş qəhrəmanı Qreqor Zamza bir gün səhər yuxudan ayılanda özünün böyük bir eybəcər həşərata çevrildiyini görür. Kafka, manerasına uyğun olaraq hadisələrin əvvəlində baş verənlərin metamorfozasını açıqlamır. Oxucu və hekayənin qəhrəmanı fakt qarşısında qoyulur: Çevrilmə baş vermişdir. Baş qəhrəman olanları anlayır və dərk edir. Qapının o tərəfində onun atası, anası və bacısı səhər qalxmağı xahiş etslər də, o bu qeyri-adi vəziyyətdə ayağa dura bilmir. Onun çevrilməsini bilən ailə üzvləri dəhşətə gəlirlər. Atası onu otağa qovur, bu zaman atasının atdığı əşya ilə Qreqor ağır yaralanır. Bu vəziyyətdə o, otaqda həmişəlik qalmalı olur. Ancaq bacısı ona yemək vermək üçün hərdən otağa gəlir. Qreqor otaqda ağır mənəvi fiziki vəziyətdə yaşamalı olur. O ailədə yeganə pul qazanan şəxs idi. İndi onun bu vəziyyətə düşməsi ilə əlaqədar olaraq ailə maliyyə baxımdan pis vəziyyətə düşür. Baş verənlərə görə Qreqor özünü günahkar hesab edir. Əvəldə bacısının ona yazığı gəlir. Ancaq evə kirayəçi qoyandan sonra bu həşəratın qonaqların qarşısında özünü pis aparması nəticəsində onun da Qreqora münasibəti dəyişir. Kirayəçilər evdə həşəratı görüb hay-küy qaldırır və evi tərk edirlər. Bir müddətdən sonra Qreqor ölür, onu bir qutuda dəfn edirlər və çılğın hekayə həyat dolu optimistik sonluqla başa çatır. Kafka bu hekayədə nə demək istədiyini birbaşa açıqlamır. O yalnız müəllif kimi hadisəni təsvir edir. Kafkanın bütün əsərlərində olduğu kimi burada da özünü absurd və mənasız həyat qarşısında günahkar hiss edən, cılız insan taleyi təsvir edilmişdir. Kafkanın əsərlərində kiçik insan faciəsi, ümidsizliyi ilə yanaşı, cəmiyyətdəki qəddarlıq və dərin əxlaq böhranı da öz əksini tapmışdır.
Seymur Baycan - Ana ürəyi
Seymur Baycan - Ana ürəyi
Əsərdə bir müstəntiq, ana qatili olan oğlanı və şahid qızı sorğu-sual edərək kitab boyu onların başlarına gələnləri, düşüncələrini dinləyir. Bütün əsər oğlanla, qızın dilindən danışılsa da arabir yazar özü “ zəruri müdaxilə”lər edərək mütəntiq haqqında da məlumat verir. Tipik bir azərbaycanlı müstəntiq (hansı ki, həyat yoldaşı sayəsində bu mərtəbəyə çatıb, özü də həyatda yarımçıq qalmış biridir), tipik bir azərbaycanlı oğlan (hansı ki, xəyallarında özünə romantik bir aləm qurmuş, ətraf mühitdən özünü təcrid etmiş biri) və tipik br azərbaycanlı qız (hansı ki, o da özünə əvvəllər romantik bir dünya qurmuş, sonradan” oyanmış” və həyatda öz yerini tutmaqçün mümkün olan hər variantdan istifadə etməyi qərara almış biri ) öz dilləri ilə özlərini də, özlərinin timsalında cəmiyyətimizi də ifşa edirlər.Bu povestlə yazar əməlli başlı oxucularla oynayır, hərləyib- fırlayıb tələyə salır, onlara gülür. Yazar bu povestlə bütün ömrünü romantik kitablarla keçirən, həyatın gerçəkliklərinə aydın baxa bilməyərək hər şeyi filmlərdəki və kitablardakı kimi sanan, bir sözlə yüngül ədəbiyyat oxuyan az intellektli oxucuları öz ironiyasının hədəfinə çevirib. Əsərdə bəzən “ Min bir gecə nağılları”ndakı kimi təsvirlərə, 60- cı illərin bəzi bayağı sevgi ronalarındakı kimi bənzətmələrə, bəzən klassik poeziyamızdakı kimi uzun- uzadı və şişirdilmiş təşbihlərə rast gələcəksiz. Gənclərin cəmiyyətdə özlərinə yer tapa bilməməsi, mənasız sevgi yolunda oğlanın özünü fəda etməyə çalışması, bəzən intihar düşünməsi, bəzən pulsuzluğa dözməyib öz yoldaşlarını satması, qızın radioda işə düzəldikdən sonra tamam dəyişməsi, özündən “ təcrübəli “ radio işçisi olan qadından eşitdiyi məsləhət ( hansı ki bir neçə gün öncə o qadın bir müsahibəsində mətbuata tamam başqa sözlər demiş və qızın içini tirətmişdi ), özünü oğlandan yüksək tutması, onu alçaltması, hamısı cəmiyyətimizin güzgüsüdür. Bəzən özünüzü də görəcək, özünüzə də gülünməyin şahidi olacaqsız.
Даг Солстад - Həya və dəyər
Даг Солстад - Həya və dəyər
Dag Solstad(1941) çağdaş Norveç ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir, romanları, dram əsərləri, kiçik hekayələri ilə məşhurdur. Ədəbi yaradıcılığa Frans Kafkanın təsiriylə başlamış, absurd üslubda kiçik eksperimental əsərlər yaratmışdır. Sonralar ard-arda yazdığı yazdığı hekayə və novellalar ona şöhrət qazandırmışdır. Sürrealist üslubda yazan bu yazıçının əsərləri qeyri-adidir, mən onu ciddi yazıçı hesab edirəm – Haruki Murakami D.Solstad haqqında belə deyib.Həya və Dəyər romanında marksist fəlsəfəni araşdıran Yohan Kornelusenlə Elias Ruklanın dostluğundan bəhs olunur. Günlərin bir günü Yohan, gözəl arvadı Eva Lindanı və kiçik qızı Kamilianı atıb həmişəlik olaraq Amerikaya yollanır və hava limanından dostuna zəng edərək ailəsini ona həvalə etdiyini söyləyir. Bu xəbərdən sarsılan Elias, dostunun hərəkətinə izah tapa bilmir, lakin onun xahişini yerinə yetirir, dostunun ailəsini öz himayəsinə götürür. Evanın gözəlliyi qarşısında çox acizdir Elias, onunla evlənməyi ağlına belə gətirməkdə cəsarətli deyil. Lakin, bir müddət sonra Evayla evlənməli olur. İlk illər birlikdə çox xoşbəxt yaşayırlar. Ancaq illər keçdikcə Eva öz gözəlliyoni itirir və bu gözəlliyin arxasında gözəl mənəviyyatın dayanmadığı üzə çıxır, bütün bunlar Elias düşündürür və dərin depressiyaya salır…
Чеслав Милош - Kölə edilmiş ağıl
Чеслав Милош - Kölə edilmiş ağıl
İnsan adətən yaşadığı quruluşun təbii olduğunu hesab etməyə meyillidir. İşə gedərkən gördüyü evləri insan əməyi və ağlının bəhrəsindən daha çox torpağın özünün yaratdığı qayalar kimi təsəvvür edir. Ofisdə, ya da idarədəki məşğuliyyətinin dünyanın harmonik həyatı üçün mühüm və həlledici olduğunu düşünür. Onun fikrincə, geydiyi paltarlar və ətrafdakı insanlar elə bu cür olmalıdır.Tanışlarının qədim Roma köynəkləri və orta əsr zirehləri geyə biləcəyi fikri onu güldürür. Nazirin, yaxud bank direktorunun ictimai mövqeyi ona mühüm və həsəd doğuran bir şey kimi görünür. Çoxlu pulu isə əmin-amanlıq və təhlükəsizliyin zəmanəti hesab edir. O inanmır ki, uşaqların oynadığı, pişiklərin mürgülədiyi, yaxşı tanıdığı bir küçədə əlində kəmənd tutmuş bir atlı peyda ola bilər və yoldan ötənləri tutub, dərhal qətlə yetiriləcəkləri və qarmaqlardan asılacaqları sallaqxanaya sürükləyər. Eyni şəkildə o, intim sayılan fizioloji tələbatlarını mümkün qədər ədəblə, yad gözlərdən uzaq, çox da düşünmədən ödəməyə vərdiş edib. Bir sözlə, o, özünü bir az “Qızıl hərisliyi” filmində evdə ora-bura vurnuxan, amma uçurumun kənarında olduğunu bilməyən Çaplin kimi aparır. Lakin səkiləri bombalardan sınmış vitrin şüşələri ilə örtülən, küləyin təşviş içində köçmüş idarələrin kağız-kuğuzunu qovduğu küçə ilə ilk gəzinti – insanın köhnə vərdişlərin təbiiliyinə olan inamını qırır. Üstünə çoxlu sayda möhür vurulmuş, “xidməti istifadə üçün”, “tam məxfi” kimi sözlər yazılmış bu kağızlar necə uçuşurdular! Nə qədər seyf, açar, direktorların ətli buxaqları, konfranslar, kuryerlər, yazı makinalarının əsəbi halda tıqqıldadan xanımlar vardı! Amma indi külək bu kağızları küçədə ora-bura qovur, onları hamı götürüb oxuya bilər, ancaq heç kəsin buna həvəsi yoxdur – daha təcili işləri var, məsələn, bir kilo çörək tapmaq. Eybi yoxdur, həyat davam edir. Qəribədir. Adam küçə ilə gedir və bombanın yarıya böldüyü evin qarşısında yubanır. Evlərin intimliyi, ailə qoxusu, arı pətəyi kimi istiliyi, sevgi və nifrətin xatirəsini daşıyan mebel! Indi isə hər şey göz önündədir, ev öz quruluşunu açıb göstərir və bu öz yerində əbədi dayanan qaya deyil, bu maladır, əhəngdir, kərpicdir, taxtadır. İkinci mərtəbədə isə indi bəlkə də mələklərə xidmət edən tənha və böyük, ağ bir vanna var, yağış nə zamansa onun içində yuyunanlar barədə xatirələri suya çəkərək axıb süzülür. Yaxın vaxtlara qədər pərəstiş edilən qüdrətli insanlar sahib olduqları hər şeyi itiriblər, indi kəndləri gəzərək bir ovuc kartof üçün yalvarırlar. Pul bircə günün içində dəyərdən düşür – mənasız sözlər yazılmış kağız parçasına çevrilir…