Мои книги
Войти
реклама
Жанры
Новинки
Популярные
Подборки
Главная
Жанры
Классика
Аудиокниги в жанре «Классика»
Последние
Каталог аудиокниг в жанре «Классика»
Классика
0
Əli Səbri - Bir mühacirin notları
Adətən olduğu kimi, üstündən çox illər keçəndən sonra, artıq Siyamək də həyatda olmayanda, kitab haqqında əks-sədalar gəlməyə başladı: “o kitab yaxşı kitab idi” deyənlər oldu. Söhbət bunda deyil. Bir şəxsiyyət kimi Siyaməki və yazmış olduğu əsəri mənim üçün qiymətli edən eyni zamanda onun öz ideallarına sədaqəti idi. Biz öz ideallarımızı uşaq yaşlarımızda oxuduğumuz kitablardan alırıq, onlarla yaşayırıq və həyat yollarının hansısa kilometrində, müxtəlif səbəblər üzündən bu yükdən özümüzü azad edirik, onları asanlıqla yarı yolda buraxırıq, Siyamək kimi insanlara rast gələndəsə həyatdakı ülvi missiyamız yada düşür, birdən cin vurmuş kimi ayılırıq, ey dadi-bidad deyirik, iradəmiz çatarsa yenidən özümüzdə güc toplayıb yarıda buraxdığımız o yola davam edər, əks halda məişətin amansız girdabında məhv olub gedərik. Bu mənada Siyamək qurtarıcı insan idi, öz həyatı və ölümüylə güclü bir məsaj buraxaraq ideallarına sona qədər sadiq qalmanın mümkün olduğunu çatdırırdı bizə. Siyaməkin özəlliyi də bunda idi, öz ideallarına maksimum sadiq olmasında. Norveç Krallığında vətəndaşlıq almışdı, işi-gücü vardı, maddi sıxıntısı yox idi, onun yerinə kim olsa həyatı maksimum qamarlamağa çalışardı, ancaq o, yeri, göyü, insanları sorğulamaqdan əl çəkmirdi, özünü deyil, öz millətini deyil, bütün insanlığı düşünürdü, dünyadakı ədalətsizlik onu narahat edirdi, israrla əbədi cavabsız suallara cavab axtarırdı. Yazmış olduğu “Norveç dəftəri – Bir mühacirin notları” kitabının əsas məğzi də bundan ibarət idi: “Norveç cəmiyyətini quran böyük ideya insanları hardadır, uzun illər bu ölkənin hər yerini dolaşdım, ancaq o düşüncənin daşıyıcılarına rast gəlmədim.” Siyaməkin müşahidəsinə görə Norveçlilər həftənin beş gününü işləyən, bu günlər ərzində qazanmış olduqları pulları qalan iki gündə eyş-işrətə, əyləncəyə xərcləyən, əsla yüksək ideallarla yaşamayan insanlar idi. Öz ifadəsilə desək “yarımoyanmış” bir millətin aydını olaraq bu məsələlər onu düşündürürdü. Quzey Azərbaycandan bir çox insanla əlaqəsi vardı, ilk dəfə Bakıya gələndə artıq bir kitabın müəllifiydi. Buranın az-çox düşüncə sahibi saydığı adamlarıyla görüşmüş, xəyalında qurmuş olduğu ideala uyğun insanları sanıram burada da tapmamışdı. 2012-ci ildə, intihar etdiyi gün mən təsadüfən Ankaradaydım. Bəlkə də son günlərində biri-birimizə yaxın olan yerlərdən keçmişik, fərqində olmamışıq. Siyaməki xatırlamağım səbəbsiz deyil. Ola bilər bu şanlı qardaşımız həyatda ideal insanlara rast gəlmədi, ancaq o özü bir ideal oldu. Bəzən belə də olur, insan ölümüylə özünə dəyər qazandırır, özünə qıymaqla Siyamək ümumən həyatın ədalətsizliyinə qarşı olduğunu, sona qədər bu ədalətsizliklə barışmadığını, bütöv, bölünməz bir həyat yaşadığını sübut etdi. Bizim eyş-işrət düşkünü, pul hərisi, vəzifə, karyera, şan-şöhrət maraqlısı yazar və şairlərimiz Siyaməkin işıqlı xatirəsilə müqayisədə nə qədər miskin görünürlər? – bunu siz deyin. “Bir mühacirin notları”nın təkrar-təkrar çap olunacağına, Siyaməkin bu yeganə övladının əbədi yaşayacağına inanıram. Siyaməkin adı tarixdən silinib gedə bilməz, getməməlidir…Rasim Qaraca.
Классика
0
Marqarit Atvud - Damazlıq qızın hekayəti
"Damazlıq Qızın Hekayəsi" distopiya üslubunda yazılmış romandır, yazıçı bu əsərində totalitar cəmiyyətin qorxunc mənzərəsini yaradıb. Əsərin qəhrəmanı Offred Gilead adlı diktatura respublikasında yaşayır. Offred öz komandirinin evini gün ərzində yalnız bir dəfə tərk edə bilər, bütün başqa vətəndaşlar kimi onun da azadlığı əlindən alınıb, hər şey ölkə başçısının mərhəmətindən asılıdır. Lakin ölkə böhran həddindədir, onun əraziləri və atmosferi radioaktiv maddələrlə zəhərlənib və nəticədə sonsuzluq kütləvi hal alıb, uşaqlar doğulmur. «Unwomen» adlandırılan qısır qadınlar radiaktiv tullantıları təmizləmək məqsədilə xüsusi koloniyalara göndərilirlər. Təkcə komandirlərin arvadları istisna olaraq koloniyalara göndərilmir və Offred kimi, uşaq doğmaq qabiliyyətini itirməmiş qadınların yalnız bir vəzifəsi var, onlar komandirlərin arvadları üçün uşaq doğmalıdır… «Damazlıq Qızın Hekayəsi» romanı oxuyarkən düzxətli bir əsər deyil, romanda keçmişə qayıdışlara və gələcəyə gedib yenidən geri dönmələrə hazır olmalısınız. Əsərdə İncil süjetləri ilə çoxlu səsləşmələr var. Tükürpədici qorxunc səhnələri və bəzən incə yumoru ilə «Damazlıq Qızın Hekayəsi» mənəvi qatlarla zəngin olan bir əsərdir.
Классика
0
Avi Krispin - Qurğuşun xaç
Roman, İngiltərənin bir ucqar kəndində “Astanın oğlu” kimi çağırılan bir 13 yaşlı yeniyetmənin təhkiyəsi üzərində qələmə alınıb. Roman, tarixi-macəra janrındadır. 13 yaşlı yeniyetmə, vəfat etmiş anasının dəfnindən qayıdarkən kəndxuda Ayklifin həmişəki məzəmmətilə rastlaşır. Bu dəfə kəndxuda ondan öküzünü istəyir, bu, anasının ölümünə görə ölüm vergisi olacaqdı. Lakin Astanın oğlu öküzünü versəydi, torpağını əkib becərə bilməyəcək və nəticədə acından öləcəkdi. Bu isə Ayklifin vecinə deyildi. Həyatın ümumi gedişatından bezən bu yeniyetmə tək qalmaq üçün meşəyə qaçır və yıxılaraq huşunu itirir. Gecə özünə gələrkən meşədəki açıq talada kəndxuda ilə naməlum bir şəxsin anlaşılmayan söhbətini eşidir. Kəndxudanın hücumundan sağ çıxan Astanın oğlu kənd üçün arzuolunmaz şəxs və ya “Qurd başı” elan olunaraq axtarışa verilir. Bütün rəngarəng hadisələr də bundan sonra başlayır.İndi Astanın oğlunu tapıb öldürən adam yüksək mükafata sahib olacaqdı. Ayklif onu “Qurd başı” elan etmək üçün onun üzərinə oğurluq da yıxır. Kəndin keşişi ilə söhbətdən Astanın oğlu anlayır ki, onun xaç suyuna salınarkən adı Krispin olmuşdu. Həm də atası onun anasının dediyi kimi Böyük Azar zamanı ölməmişdir. Krispinin həyatı ilə bağlı hələ çox müəmmalı məsələlərə aydınlıq gətirəcək keşiş də öldürülür və yalnız bundan sonra Krispinin kənddə qalması həqiqi təhlükəyə çevrilir. O, kənddən min bir əzabla da olsa çıxıb qaçmağa müvəffəq olur. Gedərkən də anası Astandan ona miras qalan yeganə əşya – üzərinə nəsə yazılmış qurğuşun xaçı da özüylə götürür. Keşiş hələ ölməmişdən bu xaçın üzərindəki yazını Astanın şəxsən yazdığını söyləmişdi, hansı ki Krispin anasının yazıb-oxumasından bixəbər böyümüşdü. Bu xaçın üzərindəki sözlər Krispinin sonrakı həyatına hansı dəyişiklikləri gətirəcəkdi?Krispin öz kəndindən uzaqlaşdıqca dünyanın nə qədər geniş olduğu qənaətinə gəlməyə başlayır. O, Taundan tamamilə məhv olmuş bir kənddə yemək axtarmaq məqsədilə vurnuxduqda bir yekəpər təlxəyə rast gəlir. “Ayı” ləqəbli bu insan onu öz qulu olmağa məcbur razı salır. Lakin hər şey göründüyü kimi deyil. Bu Ayı ləqəbli təlxək əslində kimdir və insanlarını əyləndirdiyi bütün mahalı gəzib-dolnmaqda məqsədi nədən ibarətdir? Həyatı sirlərlə zəngin olan Krispinlə “Hələ sağ ikən Cənnəti axtaran” Ayının bu görüşü orta əsrlər tarixinə nə verəcəkdir? Bütün bunlar getdikcə maraqlı yeniliklərilə nəfəs kəsməyə başlayan “Krispin. Qurğuşun xaç” romanının oxucularına məlum olacaqdır.Roman müasir romançılıq ənənələri üzərində qələmə alındığına görə, müxtəlif tarixi nüansların anlaşılması üçün sadə metodlardan istifadə edilmişdir. Orta əsrlərdə dinin bir həyat tərzi olaraq seçilməsi də uğurlu alınmışdır. Əslində, bir uşaq ədəbiyyatı yazarı olan Avi həm də böyükləri maraqlandırmağı bacarır. Eyni zamanda, uşaq ədəbiyyatı üçün zəruri və arzuolunan mövzu olan tarix mövzusu hələ yeniyetmə yaşlardan tarixin asan tərzdə anlaşılması üçün əvəzolunmaz seçimdir. Bu, bir yazar üçün gözəl və tədqirəlayiq bir missiyadır.
Классика
0
Marqarit Atvud - Kor qatil
Hadisələr fərqli xarakterə malik iki bacının ətrafında cərəyan edir.Varlı bir ailənin qızı olan İris bacısı Lauranın qeyri-adi, nizamsız həyat tərzini xırda detallarına qədər təsvir edir. İris və Laura yerli fabrikant Benjamin Çeysin nəvələridir. Onların atası da babalarından miras qalmış düymə fabrikinin sahibidir. Ailə biznesi fonunda ictimai-sosial münasibətlər, müharibənin doğurduğu fəsadlar dinamik təhkiyə tərzilə oxucuya çatdırılır. “Kor qatil” bir az da kollaj tipli romandır. Müharibədən bir gözünü itirmiş halda qayıdan ata fabrikləri işə salır, lakin zaman gəlir bu fabrikləri bağlamaq məcburiyyətində qalır. Ailənin çətin günləri başlayır. Uşaqlar kasıb uşaqların məktəbinə getmirlər, evdə qalıb qarımış bir qız onlara dərs keçir. Lauranın qəribəlikləri ailədə problemlər yaradır. Anaları gənc ikən dünyasını dəyişir, Laura anasının itkisini də qəribə bir soyuqqanlılıqla qarşılayır.
Классика
0
Эйваз Махмуд Зейналов - Ömürə atılan daş
Hər şey günlərin bir günü İsmayıl kişinin evinin üstünə atılan bir daşla başlayır. Bu qəribə daşatma vaxtaşırı hər şər qarışandan sonra təkrar olunur. Ailə üzvlərinin hamısının dincliyini pozur
Классика
0
Габриэль Гарсиа Маркес - Gözlənilən bir qətlin tarixçəsi
Gözlənilən bir qətlin tarixçəsi (isp. Crónica de una muerte anunciada) – Qabriel Qarsiya Markesin 1981-ci ildə nəşr olunmuş romanıdır.Roman 21 yaşlı ərəb mənşəli kolumbiyalı gənc Santyaqo Nasarın qətlindən bəhs edir. Əhvalat şəhərə 27 il sonra bu hadisəni araşdırmaq üçün qayıdan müəllif tərəfindən nəql edilir.Santyaqo Nasar səhər saat 5:30-da yuxudan durub, şəhərə gəmi ilə gələn yepiskopu görməyə hazırlaşır. Santyaqo keçən gecə bütün şəhər əhlinin iştirak etdiyi Bayyardo San Roman ilə Anxela Likarionun toyundakı sərxoşluqdan sonra süstlük keçirir. Evdən çıxmazdan qabaq, o anası Plasido Lineroya gecə gördüyü yuxusunu danışır. Yuxuda Santyaqo əncirlikdə gəzişdiyini görür. Yuxuda ağacları görmək pis əlamətdir, ancaq Plasida Linero, təcrübəli yuxuyozan olmağına baxmayaraq, buna fikir vermir.Santyaqo şəhər sakinləri ilə birlikdə yepiskopu qarşılamaq üçün limana yola düşür. Şəhərlilərin çoxusu özləri ilə xoruz aparır, çünki deyildiyi kimi yepiskopun ən çox sevdiyi xörək xoruz pipiyindən bişirilmiş şorbadır. Gözlənildiyinin əksinə, yepiskopun gəmisi limanda dayanmır, və o sadəcə göyərtədə durub, sakinlərə əl eləyir. Yeni evlənmiş Anxela Vikarionun qardaşları, Pedro və Paolo da limana gəlir. Onlar Santyaqonu öldürmək niyyətindədir.Bundan sonra ötən gecə keçən toy təsvir edilir. Toydan sonra Bayyardo və Anxela yeni evlərinə gedir, ancaq Bayardo Anxelanı bakirə olmadığını aşkar edib, onu valideyinlərinin evinə qaytarır. Pablo və Pedro ondan «„ismətinin“» kim tərəfindən pozulduğunu soruşur və Anxela, Santyaqo Nasarın adını çəkir. Qardaşlar ailənin namusunu bərpa etmək üçün, Santyaqonu öldürmək qərarına gəlirlər.Onlar şəhəri gəzib, Santyaqonu öldürmək üçün axtardıqlarını hamıya deyirlər. Göründüyü kimi onlar gizlicə Santyaqonun hazırlanan qətl haqqında xəbər alıb qaçmasına ümid edir. Ancaq şəhər sakinlərinin heç biri qardaşların Santyaqonu öldürmək niyyətini ciddi qəbul etmir və beləliklə, Santyaqonu xəbərdar edən olmur. Polis Vikario qardaşlarının əlindən bıçaqları alıb, onları yatmağa göndərir. Ancaq onlar evdən başqa silah götürüb, saat 4:30-da Santyaqonun evinin qabağındakı dükanda oturub, onun yepiskopu qarşılamaq üçün çıxmasını gözləyirlər. Santyaqo arxa qapıdan çıxır və qardaşlar onu axtarmaq üçün limana yollanırlar.Bundan sonra Santyaqonun ölümündən sonrakı onun meyitinin yarılması təsvir edilir. Onun daxili orqanlarının Vikario qardaşlarının yetirdiyi çoxsaylı bıçaq zərbələrindən təmamilə məhv edildiyi bildirilir.Qardaşlar girov ödəmək üçün pulları olmadığından, istintaqın sürdüyü üç ili həbsdə keçirməli olur. Onlar Santyaqo öldürdüyünü boyunlarına alır, ancaq bunu namus üstündə etdiklərini irəli sürərək, özlərinin günahsız olduğunu bildirir. Məhkəmə onlara bəraət qazandırır.Santyaqonun ölümündən sonra Anxela anası ilə başqa şəhərə köçür. Anxela Bayyardo San Romanı sevdiyini aşkar edir və ona uzun illər boyu sevgi məktubları yazır, ancaq heç bir cavab almır. Nəhayət, illər sonra Bayyardo onun yanına qayıdır və Anxelanın iki minə yaxın açılmamış məktubunu göstərir.Roman Santyaqonun öldürülməsinin təsviri ilə bitir. Yepiskop gedəndən sonra, Santyaqonun qətlinin hazırlaşdığını bilən şəhər sakinləri onun evinin qabağındakı meydana yığışır. Santyaqo nişanlısı Flora Migelin evinə gəlir və burada Floranın atası Vikario qardaşlarının Santyaqonu öldürmək istədiyini ona deyir. Çaşmış Santyaqo buna tam olaraq inanmır və evinə yollanır. O meydana çatanda, dükanın sahibəsi Klotilde Armenta onu evə qaçmağa səsləyir, ancaq Plasida Linero səhvən oğlunun artıq içəridə olduğunu düşündüyündən, həyət qapısının cəftəsini bağlayır. Santyaqo içəri girə bilmir və Vikario qardaşları onu bıçaqlayıb öldürürlər
Классика
0
Varis Yolçiyev - Sonuncu ölən ümidlərdir
Sonuncu ölən ümidlərdir – Varis Yolçiyevin romanı. Yazıçının ilk kitabı olan bu romanın mövzusu real həyatdan götürülüb. Son zamanların ən çox oxunan “Sonuncu ölən ümidlərdir” romanı dramatik, həm də macəra dolu bir sevgi əhvalatından bəhs edir.1990-cı illərin sonunda “168 saat” qəzetində pero-serial janrında “Sonuncu ölən ümidlərdir” adlı, mövzusu real həyatımızdan götürülmüş bədii əsər dərc olunmağa başladı. Qısa müddət ərzində qəzetin tirajı 20 min nüsxəni haqladı, satış faizi 95-ə yüksəldi.Son dərəcə dramatik hadisələrlə, macəralarla zənginləşdirilmiş bu sevgi əhvalatı qısa vaxt kəsiyində bütün ölkədə populyarlıq qazandı. Təqdim olunan bu kitab “Sonuncu ölən ümidlərdir”in qəhrəmanlarının sonrakı taleyini özündə əks etdirən roman variantıdır.
Классика
0
Dərya Qılıc - Yetim Məmməd
Классика
0
Firudin Duqi - Ağ və qara
Классика
0
Fidan Yusifova - Keçmiş tozdur, üfür getsin
Классика
0
Rəhim Əliyev - Qoşulub qaçmayan qız
Roman bir generalın ailəsindən, ailədaxili münaqişələrin, cəmiyyətdən bütünlüklə təcrid olunmuş bu ailənin generalın yeniyetmə qızının psixikasında yaratdığı pozuntulardan və nəticədə böyük faciələrə səbəb olmasından bəhs edir.Əsərin süjet xətti də həmin generalın qızı Çiçəyin taleyi üzərində qurulub. Bu qızın hər şeyi var, amma bircə azadlığı yoxdur. Ona adicə mobil telefon işlətməyə belə icazə verilmir, evdən çölə izacəsiz çıxa bilmir, beləcə, qızın yaşıdları ilə ünsiyyətində də ciddi problemlər yaranır, o, tədricən özünə qapanır, insanlarla ünsiyyətdən qaçır.Ailəyə yaxın olan Lala adlı bir qadın gizlicə ona pornoqrafik kasetlər verir və həmin kasetlərə çox vaxt birlikdə baxırlar. Təbii ki, öz yeniyetməlik dövrünü normal keçirə bilməyən, öz yaşıdlarından uzaq düşmüş, oğlanlarla münasibətin nə demək olduğunu anlamayan qız onda baş qaldırmaqda olan cinsi istəklərini heç cür ovuda bilmir. Nəticədə qızı universitetə aparıb gətirən sürücüyə özünü bilməyərəkdən təslim edir…Çiçəyin atası vaxtilə kənddəki fermada malotaran olmuşdu, sonra traktor sürməklə ailəsini dolandırırdı. Hər şey Nərağa müəllimin onların həyətinə gəlməsindən sonra başladı, yüksək vəzifə sahibi olan bu adam Çiçəyin atası Məhəri pillə-pillə irəli çəkdikcə bu ailənin qara günləri başlandı. Yazıçı insan münasibətlərinin mürəkkəb, ziddiyyətli, bəzən heç bir məntiqə sığmayan qatlarına enir, mühitin yetişdirdiyi, daha sonra isə məhv etdiyi insanların faciəsini cəmiyyətin fonunda təsvir edir. Başda Çiçək olmaqla onun qondarma əri Əlqəmə, Pərviz həkim, mebel mağazasında gözətçi işləyən Hüseyn, küçə fahişəsi Könül bu mühitin qurbanlarıdırlar.Romanda hadisələr sürətlə inkişaf edir. Zəhmindən hamının zağ-zağ əsdiyi generalın qızını gecə küçədən tutub aparan polis serjantları onu ucuz fahişələrdən hesab edib elə post patrul xidmətinin maşınındaca zorlayırlar və onu Qızıldaşdakı Dəri-Zöhrəvi Xəstəliklər Dispanserinə aparırlar. Burda qıza olmazın işgəncələr verilir, daha təhqiramiz formada zorlanır, döyülür…Bu köməksiz qızcığaz bir-birinin ardınca psixoloji travmalar alır və nəticədə qorxunc yuxularının əsirinə çevrilir. Mənəvi-psixi sarsıntının ən kritik anında bu çarəsiz qız atasını arzulayır. Atası isə ailəsindən, “madar balası”ndan tamamilə uzaq düşüb, o, qızının mənəvi iztirablarını duymaq, anlamaq iqtidarında deyil… Vəzifə hərisliyi onun gözlərinə, ağlına qalın bir tor çəkib.“Qoşulub qaçmayan qız” iri həcmli, çoxplanlı əsərdir. Əsərdə təsvir olunan mühitin ağır və ürək bulandıran havası adamı boğur, mənəvi ekoloji durum dözülməz dərəcədə ağırdır. Yazıçı hadisələrə zərrə qədər də müdaxilə etmir, qəhrəmanları boyasız-filansız, təxəyyülündə gördüyü kimi, yalnız və yalnız təsvir edir.
Классика
0
Dərya Qılıc - Qəmli səadət
Dərya Qılıcın oxucularla ilk görüşü «Qəmli səadət» kitabıdır. Müəllif uzun illərdən bəri gördüyü, eşitdiyi, müşahidə etdiyi hadisələrdən sujetlər yaradıb, bədii ədəbiyyata olan sonsuz məhəbbətinin təzahürü kimi qələmə almışdır. Kitabda iki povest, dörd hekayə yer almışdır. Müəllif «Qəmli səadət» povestində Azərbaycan xalqının hər addımda qarşılaşdığı, mənfur qonşularımızın növbəti xəyanətindən bəhs etmişdir.Bu xəyanətin saf məhəbbət üzərində qurulmuş bir ailəyə gətirdiyi bir bədbəxtlikdən söz açmış, Azərbaycan qadınının səbrinin, sədaqətinin, etibarının qələbəsini göstərmişdir.
Классика
0
Cəmil Əlibəyov - Mənim analı dünyam
Классика
0
Cəlil Cavanşir - Qadın corabları
“Qadın corabları” müəllif hegemonluğunun sona qədər davam etdiyi romandır. Müəllif real hadisələri ironik şərhlərlə oxucuya çatdırır. Cəmiyyətdəki xaos və nizamsızlıq, dəyərlər sisteminin çöküşü müəllifin baxış bucağından təqdim olunur. Müəllif oxucuya dərs keçmir. Oxucu bu romandan istədiyi nəticəni çıxarmaqda sərbəstdir.
Классика
0
Mehdi Hüseyn - Yeraltı çaylar dənizə axır
M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, peşəkarcasına əks etdirə bilmişdi.“Yeraltı çaylar dənizə axır” romanının qəhrəmanları böyük amallar uğrunda mübarizə əzminə görə seçilirlər.
Классика
0
Zaruye Şalev - Sevgi həyatım
Zeruya Şalev (1959) İsrailin ən çox oxunan yazarlarından biridir. Kinneretdəki kibutsda anadan olub, Bibliyanı araşdırmaq sahəsində elmi dərəcəsi var, Keşet nəşriyyatında ədəbi redaktor vəzifəsində çalışmaqdadır. 5 romanı, şeirlər kitabı və bir uşaq kitabı çap olunub. “Sevgi Həyatım” romanı həm İsraildə, həm də dünyada məşhurdur, 21 dilə tərcümə olunub, bir çox ölkələrdə bestseller olub. Bir çox görkəmli ədəbiyyat mükafatlarını qazanıb. Almaniyanın Der Spiegel qəzeti “Sevgi Həyatım” romanını son qırx ilin 20 ən yaxşı romanı siyahısına daxil edib. Eyni zamanda, “Sevgi Həyatım” romanı Alman-İsrail kinorejissoru Mariya Şrader tərəfindən ekranlaşdırılıb.“Sevgi Həyatım” son dərəcə hissiyyatlı bir romandır, əsər birinci şəxsin, Yaaranın, gənc və gözəl qadının dilindən danışılır, oxucu onun uğursuz ailə həyatı ilə tanış olur. Öz valideynlərinin qəribə davranışlarını və onların daimi qovğalarının səbəbini başa düşməyə çalışdığı sırada onun Aryehlə, atasının gənclik dostu və özündən iki dəfə yaşlı olan insanla münasibətləri alovlanmağa başlayır. Sevgi narkomaniya kimi təsvir olunur, bəzən sərt, bəzən də heyvani maqnetizmlə dolmuş şəkildə… Kitab Bibliya allyüziyaları ilə və bir çox əsaslı psixoloji müşahidələrlə zəngindir.
Классика
0
Эли Амир - Yasəmən
Oxuculara təqdim olunan bu roman yazıçının ən məşhur əsəridir. Əsər avtobioqrafik detallarla zəngindir, əsərin baş qəhrəmanı Nurinin başına gələn hadisələr müəllifin öz həyatının epizodlarıdır. Başqa dindən və başqa millətdən olan Yasəmənlə Nurinin sevgi macərasından bəhs edən bu əsər İsrail dövlətinin qurulduğu illərdəki ictimai-siyasi hadisələri, yerli xalqların ifadəsiylə, müəllifin də tez-tez “əmioğlu” adlandırdığı ərəblərlə yəhudilərin arasında mövcud olan ziddiyyətləri olduqca tünd boyalarla və geniş şəkildə əks elətdirməkdədir.
Классика
0
Hüseyn Abbaszadə - Uzaqdan gələn qonaq
H.Abbaszadənin nəsrindən vətənpərvərlik bir xətt kimi keçir. Bunu onun «Şokolad paylayan qız», «Hardansınız, müsyö Abel», «Uzaqdan gələn qonaq» povestləri də sübut edir.
Классика
0
Güntay Gəncalp - Sezənin sevgisi
Əsərdən bir parça:1991-ci ildə taleimi axtarmaq üçün yola düşdüm. Atamdan mənə nə qədər miras qalmışdısa, hamısını satıb, əlimdə bir az pulla Türkiyəyə gəldim. Amacım isə Türkiyə yolu ilə Qərb ölkələrinə davam etdirmək idi.İnsan hər zaman bəlli etdiyi hədəfin arxasınca gedə bilmir. Bəzən dünyada baş verən böyük tarixi hadisələr fərdin özəl həyatına müdaxilə edir. Hələ Ərdəbildə ikən Quzey Azərbaycandan gələn xəbərlər məni dərindən etkiləmişdi. İçimdən bir qüvvə oradakı hadisələrə müdaxilə etməmi istəyirdi. Bakıdan bir səs məni çağırırdı sanki. Ankarada olduğum zaman Sovetlər Birliyinə necə gedə bilərəm haqda bilgi əldə etdim. Öyrəndim ki, Sovetlər Birliyinin Trabzondaki konsulluğundan viza almaq mümkünmüş. Trabzona getdim və orada 100 dolara viza verdilər. Pasportuma Sovetlər Birliyinə giriş vizası vurulmuşdu artıq. Trabzon, dənizin kənarında yerləşən əski və gözəl bir şəhərdi. Hər tərəfi də ormanlıq. Trabzonun küçələrində Sovetlər Birliyindən gəlmiş bir sürü qadın-kişi gətirdikləri əşyaları satırdılar. Mən də Azərbaycanlı axtarırdım bu gələnlər içərisində. Ancaq tapdığım Azərbaycanlılar da bir-birləri ilə rusca danışırdı. Bu da məni çox üzürdü. 10 gün müddətinə qaldığım Trabzonda şəhərin küçələrini gəzir, günbatan çağı da şəhərdən xeyli kənarda olan sahildəki qayalığın üstünə çıxıb çox yüksək səslə ya mahnı oxuyur, ya şeir söyləyirdim, ya da elə-belə bağırırdım. Bəzi günlər Qara dənizin dalğalarının səsi elə güclü olurdu ki, özüm də öz səsimi zorla duyurdum.
Классика
0
Эйваз Махмуд Зейналов - Tələ
“Tələ” romanı çoxplanlı, çoxşaxəli, kəskin ictimai məzmunludur. Hadisələr təkcə Azərbaycanda deyil, Türkiyədə, Almaniyada, Dubayda cərəyan edir. Cəmiyyətimizdəki ən qatı eybəcərliklər – rüşvətxorluq, dələduzluq, qadın alveri, fahişəlik və s. Sayalı arvadın, Saranın, Elmanın və başqa obrazların fəaliyyətində öz əksini tapmışdır. Romanın əsas qəhrəmanları Şahmar, Rəşad, Yaşar əks qütbdə dayanan müsbət obrazlardı. Onlar şərə qarşı mübarizə aparırlar. Xüsusi rəğbətlə qələmə alınmış obrazlardan biri də saf məhəbbətlə sevən gənc qız Könüldü. Uşaq olsa da Dilqəm obrazı da yaddaqalan, seviləndi. Xarici ölkə vətəndaşlarından – alman əsilli Berta, Hans, ərəb əsilli Həsən, fahişəxana sahibəsi də dolğun obrazlardandı.
Стр. 1
Стр. 685