реклама
Бургер менюБургер меню

Аудиокниги в жанре «Классика»

Последние

Каталог аудиокниг в жанре «Классика»

Sabir Əhmədli - Toğana
Sabir Əhmədli - Toğana
Sabir Əhmədli roman janrında yazan, bu janrın müasir varlığı dərk və əks etdirmək üçün verdiyi geniş imkanlardan bacarıqla istifadə edən yazıçılarımızdan olub. Ədibin ən maraqlı əsərlərindən biri də “Toğana” romanıdır.Elə yazıçı var ki, şəhərlə əlaqəsi az və zəif olan, elmi-texniki tərəqqinin təsirindən müəyyən dərəcədə kənarda qalan ucqar dağ kəndlərindən yazmağı çox sevir. Sabir Əhmədlinin romanında təsvir edilən Toğana da ucqar dağ kəndidir. Lakin demək olmaz ki, bu kənd şəhərdən tam təcrid edilmişdir.“Toğana” romanında ucqar dağ kəndinin təsərrüfat həyatının çətinlikləri, onun əmək adamlarının yaşayış tərzi və qayğıları ilə yanaşı, çoxcəhətli və çoxplanlı şəkildə qoyulmuş mənəviyyat problemləri ilə də qarşılaşırıq. “Toğana” nəzərimizdə aktual, müasir mənəvi problemlərin qoyuluşu və bədii həlli sahəsində yazıçı axtarışlarının mühüm nəticəsi kimi qiymətlidir.Ümumiyyətlə “Toğana” bütövlükdə kənd, təbiət və mənəviyyat mövzusunda yazılmış romandır. Yazıçı obrazlarının mənəviyyatını təbiətin saflığı, gözəlliyi ilə müqayisə və təmasda verir, bir obrazın dünyagörüşün, işinə, vəzifəsinə, ailəsinə, başqalarına münasibətini onun mənəvi aləminin açarına çevirir. Romanın əvvvəlində biz toğanalılarla və buraya yaylağa gəlmiş şəhərlilərlə tanış oluruq. Toğanalılar və yaylaqçılar haqqında yazıçı təqdimatı iki əsas xətt olub əsərin əvvəlindən sonuna qədər qarşılıqlı əlaqə və münasibətdə davam etdirilir. “Toğana”da maraqlı surətlərlə qarşılaşırıq. Bunların sayı iyirmidən çoxdur. Əsərin aparıcı surəti, əsas qəhrəmanı Adil müəllimdir. Romanda Adil müəllimin və onun kimi mənəviyyatı təmiz adamların xarakteri daha çox düşüncələr axınında, daxili monoloqlarla açılır. Bu isə romanın forma xüsusiyyətlərini müəyyən edir.
Эрик-Эмманюэль Шмитт - Müsyo İbrahim və Quran çiçəkləri
Эрик-Эмманюэль Шмитт - Müsyo İbrahim və Quran çiçəkləri
Erik Emmanuel Şmittin 1960-cı illərdə Parisdə başlayıb Anadoluda bitən bu duyğu dolu bioqrafik romanı, fərqli dinlərə mənsub və aralarında böyük yaş fərqi olan iki insanın, on iki yaşındakı yoxsul Musəvi uşaq Momoyla (Musa), altmış yaşlarındakı Müsəlman-Türk baqqal İbrahim bəyin arasında yaranan sevgi və xoş görüşlərə söykənən dostluqdan bəhs edir.Bu iki insanın adlarının (Musa və İbrahim) mənsub olduqları dinlərin hər ikisinin də kitablarında eynilə mövcud olması romanın humanist bir mesaj ehtiva etdiyini oxucuya əvvəlcədən çatdırmış olur.Romandakı hadisələr 1960-cı illərdə Parisin müxtəlif etnik və dini qruplara mənsub aşağı təbəqə insanların yaşadıqları qarışıq bir məhəllədə baş verir. Yoxsul Yəhudi bir yeniyetmə olan Musanın anası və qardaşı evi tərk edib getmişdir. Musa atası ilə yaşayır. Ancaq atasının da psixoloji problemləri vardır və onunla bir elə də maraqlanmır. Həyatın qoynuna yeni-yeni atılan, yaşıdlarından elə də dostu olmayan Musa sevgi və qayğını ətrafındakı fahişələrdə axtarmağa başlayır.Romanın digər qəhrəmanı isə məhəllənin yaşlı müsəlman baqqalı Müsyö İbrahimdir. O da ən azı Musa qədər tənha bir insandır, heç kimi yoxdur və gecə yarıya qədər öz dükanında ömrünü keçirir. Fransada müsəlman və ərəb sözləri eyni məna kəsb etdiyindən, hamı İbrahimi ərəb deyə zənn edirlər və “Ərəb baqqalı” olaraq çağırırlar. Əslində Müsyö İbrahim türkdür. İbrahim bəy Qurani-Kərimə ürəkdən bağlı olan inanclı bir insandır və sufidir. Sakit xarakteri olan İbrahim bəyin sadə görünüşünün altında əslində böyük bir fəlsəfi təcrübə gizlənməkdədir…Erik Emmanüel Şmittin ən çox satılan bu romanı 2001-ci ildə “Fransız akademiyası” mükafatına layiq görülmüşdür.
Kamal Yaşar - İncə Məmməd
Kamal Yaşar - İncə Məmməd
Yaşar Kamalın ən tanınmış və əhəmiyyətli əsəri kimi qəbul edilən İncə Məmməd romanı Çuxurova kəndlilərinin ağaların zülmünə qarşı mübarizəsindən bəhs edir. Yazıçının ilkromanı «„İncə Məmməd“»-də hadisələr Türkiyənin müstəqilliyinin ilk illərinə təsadüf edir. Anadolu xalqının savadsızlığı, cəhaləti, kənd həyatının səfaləti və kənd ağalarının bölgələrə hakim olmasına üsyan xarakterli romandır. Dəyirmanoluq kəndinin sakinlərinə kənddən qırağa çıxmağa icazə yoxdur. Onlar buranın öz qayda qanunları ilə yaşamaq məcburiyyətindədirlər. Abdi ağa kənddə qanunları müəyyənləşdirir. Xaricdən heç kim kəndə gələ bilməz.Kəndin uşaqlarından İncə Məmməd günlərdir Abdi ağanın tarlasında işləyir, amma Abdi ağa onun anasını və özünü döyməyə davam edir. Məmməd artıq bu vəziyyətdən bezir və Kəsmə kəndində yaşayan Süleyman adlı kəndliyə sığınır. Məmməd güclə də olsa kənddən qaça bilmişdir. Məmməd qışı Kəsmə kəndində keçirir və burada çobanlıq edir. Anası və kəndi üçün darixsa da geri qyimamaqda qərarlıdır. Bir gün onun kəndindən biri onu görür və bu xəbəri anası – Dönəyə çatdırır. Xəbər ağızdan-ağıza yayılır və sonda Abdi ağanın qulağına gedib çatır. Abdi ağa Məmmədi Süleymanın evindən alıb kəndə qaytarır. O yay Məmməd Abdi ağanın tarlasında işləyir və Abdi ağa ona cəza olaraq ancaq məhsulun dörddə birini verir. Məmməd və anası qışı böyük çətinliklə keçirirlər.Bir neçə il sonra Məmməd və dostu Mustafa ilk dəfə qəsəbəyə gedirlər və yolda cəsur Böyük Əhmədlə qarşılaşırlar. Qəsəbədəki həyat Məmmədə böyük təsir göstərir. Ağaların olmadığı bu həyat onu cəzb edir. Məmməd sevgilisi Hatçenin Abdi ağanın qohumu ilə evləndiyi öyrənəndə növbəti gecə Hatçeni qaçırıb kənddən uzaqlaşırlar. Onları tapmaq üçün Abdi ağan, adamları və qohumu yola düşürlər. Aralarında döyüş baş verir. İncə Məmməd Abdi ağanın qohumunu öldürür, onun özünün isə yaralayır. Hatçe isə onların əlinə keçir. Məmmədin sığınacağı olmadığı üçün Dəli Durdu adlı şəxsin qrupuna qoşulur, amma onun etdiyi haqsızlıqlardan sonra ondan nifrət edir.Bu zaman Abdi ağa Hatçeni cəzalandırmaq üçün jandarmaya qohumunun Hatçe tərəfindən öldürüldüyü bildirir və Hatçe həbsxanaya salınır.Sonda Məmməd dostları Rəcəb Çavuş və Cabbar ilə Dəli Durdunun qrupundan ayrılır. Bir gecə kəndinə gələndə anasının öldüyünü və Hatçenin başına gələnləri öyrənir. Abdi ağanı təqib etməyə başlayır.Abdi ağa Məmmədi öldürmək üçün plan qurur. Məmməd isə Hatçeni və dostunu həbsxanadan qaçırır, kəndliləri Abdi ağaya qarşı gəlmələri üçün ürəkləndirir. O qış kəndlilərdən heç biri Abdi ağa üçün işləmirlər.Abdi ağa Ankaraya teleqraf çəkib Məmmədin yerini deyir. Jandarmalar Məmmədi sıxışdırırlar və atışma başlayır. Bu zaman Hatçe doğum edir. Buna görə təslim olur, amma Hatçeni vururlar. Aylardır onu qovalayan Asim Çavuş ona bir şans verir və əsgərləri ilə geri çəkilir. Yeni doğulan uşağını Hatçenin dostu İraz alıb Qaziantepdəki bir kəndə aparır.Məmməd kəndə gəlib Abdi ağanı öldürür. Bütün kənd bayram keçirir. Məmməd isə dağlara gedir və ondan bir daha xəbər çıxmır.
İsa Muğanna - Tütək səsi
İsa Muğanna - Tütək səsi
Povestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.Yazıçı burada müharibə illərinə nəzər salır və insan amilinə geniş yer ayırır, insanın yaşamaq arzusu ac qalmamaq, ölməmək fikri ilə təhdid edilir. Əsərin məhz belə bir qorxunc təhkiyə ilə başlaması sujetin sonrakı mərhələlərində də insanın mövcudluq uğrunda aparacağı mübarizəyə işarə edir: «_ Əppək… əppə-ək.. əp-pəək… – aradan uzun illər keçməsinə baxmayaraq, bu uşaq səsi qulaqlarımdan getmir. Bu mənim qardaşımın səsidir. Onu dinləyə-dinləyə mən illəri adlayıb keçmişə qayıdıram 1942-ci ilin hələ əsgərlik yaşı çatmamış vətəndaşı oluram» Lakin yazıçının məqsədi heç də müharibə dəhşətlərini göstərmək olmamışdır, onun insanların mənəvi aləminə gətirdiyi bəlaları, kataklizmləri təsvir etməyə çalışmışdır. Yazıçı iki oğul anası Söylünün müharibəyə gedən ərinin ölüm kağızını aldıqdan sonra Cəbrayılla evləndikdən sonra ailəyə gətirdiyi faciəni əks etdirir. Tapdıqla Cümrü işdən evə gələrkən qapının bağlı olduğunu görürlər. Rəngi ağaran Cümrü «yəqin anam özünü öldürüb» deyə fikirləşir, lakin baş vermiş hadisəni dərk etdikdə qardaşlar baltanı götürüb evə hücuma keçirlər: «Mən Məlikin sözünü kəsib xəbər aldım ki, – Bəs bu qapı-baca niyə bu kökdədi? Cümrü eləyib? – Bə kim eliyəcəydi? Baltanı götürdü, cumdu qapıya. Bu yandan da Tapdıq gəldi, bir balta da o götürdü. Bax o qıraqdakı Stavnya qopub düşəndə mən lap birtəhər oldmuşdum, Nuru. Bu yandan ataları belə getdi, bu yandan da indii girib içəridə analarının meyitini görəcəklər». Beləliklə, mühitin yaratdığı vəziyyət insana münasibəti dəyişir, yazıçı müharibəni başlayan alman faşistləri ilə kənardan kəndə girib kolxoz sədri olan Cəbrayılı eyni tutur....
Альбер Камю - Hekayə və esselər
Альбер Камю - Hekayə və esselər
Görkəmli fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Alber Kamyunun (1913 – 1960) yaradıcılığı bütün dünyada maraq doğurur. “Yad” povestiylə tanınan yazıçıya “Taun”, “Çöküş”, “Yabançı” və s. roman, povest və hekayələri, fəlsəfi esseləri böyük şöhrət qazandırmışdır. Bu kitabda “Qonaq” hekayəsi və“Szif haqqında mif” essesi və “Nobel nitqi” yer almışdır. Kamü ideya yazıçısı idi, onun hekayə və esseləri ədəbi kəşfi olan metaforalardan ibarət idi. Yaradıcılığında fəlsəfi esselərə daha böyük ağırlıq verən Kamü əsərlərində insan azadlıqlarını və ləyaqətini məhdudlaşdıran diktator rejimlərini, totalitarizmin müxtəlif formalarını və saxta xristian əxlaqını kəskin tənqid etmişdi. Əsərlərində başlıca fikir ""ağ yalandan qaçmaq və zülmə qarşı mübarizə aparmaq"" olub. «„Sizif əfsanəsi“» adlı fəlsəfi essesində Alber Kamü insan mövcudluğunu bütün ömrünü hədər işə həsr etmiş Sizifin əməyi ilə müqayisə edirdi. Müəllif eyni zamanda o biri dünyada vəd olunan rahatlıq haqqında xristian ideyasına qarşı çıxaraq həyatın mənasını Sizif əməyində – gündəlik işdə, bitib-tükənmək bilməyən mübarizədə, daimi fəaliyyətdə görür… Nobel mükafatı alanda Alber Kamünün 44 yaşı vardı. O, yazıçı üçün yetkinlik dövrü sayılan yaşa yenicə qədəm qoymuşdu. Apardığı qeydlərdən və dostlarının xatirələrindən də göründüyü kimi, böyük planlarla yaşayırdı. Lakin bu planları həyata keçirmək qismətində deyilmiş. Alber Kamü Nobel mükafatı alandan üç il sonra Fransanın cənubunda, avtomobil qəzasında həlak oldu.
Həmidə Xanım Cavanşir - Xatirələrim
Həmidə Xanım Cavanşir - Xatirələrim
Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabının yazılmasının maraqlı bir tarixçəsi var. Bu tarixçənin özü də bir xatirədir desək, bəlkə də yanılmarıq. Belə ki, 30-cu illərin ortalarında Mir Cəfər Bağırovun göstərişi ilə Həmidə xanım Yazıçılar İttifaqına dəvət edilir. Burada Həmidə xanıma bildirirlər ki, yoldaş Bağırov arzu edir ki, o dövrdə Qarabağda olan hadisələri, inqilabi hərəkatları, o illərin mühüm bolşevik simaları haqqında bildiklərini qələmə alsın. Baxmayaraq ki, Həmidə xanım “Xatirələrim” memuar əsərini artıq yazmağa başlamışdı, təklifi qəbul edir. Elə oradaca ona ərizə yazdırıb bir günün içində Yazıçılar İttifaqına üzvlüyə qəbul edirlər. Əsərin yazılması üçün müəllifə iki-üç il vaxt verilir. Bu illərdə Həmidə xanım yüksək maaş, xüsusi xidməti maşın, qıtlıq dövrü olduğundan “kremlyovski payok” deyilən ərzaq payı və başqa bu kimi imtiyazlarla təmin olunur. Beləliklə, vaxt başa çatır və Həmidə xanım yazdıqlarını Yazıçılar İttifaqına təhvil verir. Növbədə yalnız kitabın çapı qalırdı. Bir aydan sonra Həmidə xanıma Yazıçılar İttifaqından bildirirlər ki, yoldaş Bağırov əsəri bəyənməyib, çünki onun Qarabağdakı bolşevik fəaliyyəti, vətən və xalq qarşısında əvəzsiz xidmətləri kitabda geniş şəkildə əks olunmalıdır. Həmidə xanımın isə cavabı qısa və konkret olur: “Mən görmədiklərimi yaza bilmərəm”.Bununla da , Həmidə xanım Cavanşir ( 1873-1955) repressiyaların tüğyan etdiyi bir dövrdə böyük bir cəsarət nümunəsi göstərərək , “yalançı tarix” yazmaqdan, rəhbəri mədh etməkdən qəti şəkildə imtina edir. Ona verilən bütün imtiyazlar təbii ki, əlindən alınır, kitab isə çap olunmur. Lakin uzun sürən qadağalardan sonra sovet dövründə “Xatirələrim”in tam deyil, qısa formada nəşrinə icazə verilir. Kitabda əsasən Həmidə xanım Cavanşirin ömür-gün yoldaşı, böyük ədib Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı öz əksini tapmışdı.
Чарльз Буковски - Qadınlar
Чарльз Буковски - Qadınlar
Amerikalı məşhur yazıçı Çarlz Bukovskinin ən çox oxunan və tənqidə məruz qalan romanı, bioqrafiq janrda qələmə aldığı “Qadınlar” əsəridir. Bir sıra əsərlərində Henry Chinaski adından və obrazından istifadə edən Bukovski, bu romanda da obraz olaraq Henry Chinaski adından istifadə etmişdir. Əsər Bukovskinin həyatında yer almış, aşiq olduğu və arxalarından qaçdığı qadınlardan bəhs edir. Henri Çinaskinin həyatı, normal bir insan, normal bir amerikalı həyatı deyil. Amma sevilən və çoxlu oxucu auditoriyasına malik sənət əsərlərini yaradan müəllif kimi, bu obraz çox maraqlıdır. Əsərin digər qəhrəmanları – qadınlar zərif cinsin müxtəlif baxış bucaqlı, müxtəlif taleli təmsilçiləridir. Çinaskinin aləmində onların hamısı cinsi ehtirasın söndürülməsində əsas vasitədirlər. Fərqləri cüzi istisnalardan o tərəfə keçməyib. Lidiya, Katrin, Di Di… uzun bir qadın sıralanması… Əsərlərində ümumiyyətlə cəmiyyət, xarici insanları və depressiyasını mövzu götürməsi və alkoqolizm yaxın bir həyat tərzini izah etməsiylə məşhurdur. Bunun səbəbi olaraq özünün bu həyatı yaşaması göstərilə bilər. Bukovskinin yazılarında öz həyatını yazıb yazmadığı müzakirə mövzusu olmuşdur. Pərəstişkarlarının bir qisimi bunları hazırladığını, əksəriyyəti isə yaşamadan bu tip fantastikaları etməsinin mümkün olmayacağını və o xarakterdə bir insanın bu həyatı yasamağının onsuz da təbii olduğu fikirini müdafiə etməkdədir.“Qadınlar”, Bukovskinin qadınlarla olan münasibətlərini və cinsi münasibətlərini ola bildiyi qədər açıq şəkildə qələmə aldığı ən yaxşı əsəri hesab olunur. Əsəri yazmaq üçün rahat və sərbəst cümlələrdən istifadə etməsi ilə diqqətləri öz üzərinə çəkən Bukovski, qısa-qısa hissələrdən ibarət formalaşdırdığı və dialoqların həddən artıq çox olduğu əsərdə, ən az Heminquey və Fante qədər uğurlu olduğu deyilir. Çarlz Bukovskinin digər romanlarında olduğu kimi bu romanında da alkoqol mövzusuna geniş yer verilmiş və dərin depressiya hissləri əks olunmuşdur. Bukovskinin şəxsi həyat macəralarından bəhs etdiyindən əsəri bioqrafik janrla yanaşı avtobioqrafik janrın nümunəsi də hesab etmək olar.Bu tip bir həyat yaşadığı üçün bir çox dəfə həbs olunmuş, döyülmüş hətta bəzi kitablarında adam öldürdüyünü də söyləmiş olan Bukovski həyatı, xüsusi dili və tərzi ilə Amerikan ədəbiyyatına damğasını vurmuşdur.