реклама
Бургер менюБургер меню

Аудиокниги в жанре «Историческая литература»

Последние

Каталог аудиокниг в жанре «Историческая литература»

Əbdürrəhman Dönər - Yeniyetməlik dövrünün yol xəritəsi
Əbdürrəhman Dönər - Yeniyetməlik dövrünün yol xəritəsi
Gənclik həyatın baharı… Gözün işıqlı, dizin təpərli, biləyin bükülməz vaxtı… Əgər ona sahib çıxan, əl uzadan olsa və bu əl xeyirxahdırsa, bu zaman o, könül verdiyi ideallar uğrunda gözünü qırpmadan canından keçməyə hazır olar… Haqq-ədalət uğrunda ölümə belə hazır, haqsızlığın qarşısında aslan kimi kükrəyən, qırılan bir könül qarşısında göz yaşlarını selə döndərən…Tərbiyə ilə imdadına çatılacağı ana qədər gənc yetişdiyi çevrə, həvəs və zövqün pərvanəsidir.. Ona keçmişi ilə bütünləşdirib gələcəyə hazırlayacaq tərbiyə verildikdə, milli duyğu və düşüncəni təmsil edən bir qəhrəman olur. Bu kitabda ailə və cəmiyyət, gənclik və cəmiyyət, gəncliyin formalaşması və bunda mühitin, ailənin, dostların rolu, yeniyetmənin düşüncələri, gənclik və təhsil, gəncliyin düzgün tərbiyə edilməsi yolları, yaş dövrlərinə görə davranışları, neqativ vərdişləri və bunlardan xilas olmaq yolları, əlverişli mühit məsələsi, ixtisas və peşə seçimi, yeniyetmələrlə münasibətlərin qurulması kimi mövzular işlənmişdir. Xüsusən, yeni mərhələyə – yeniyetməlik dövrünə qədəm qoyan uşaqlarda mənəvi-psixoloji, fiziki amillərin və dəyişikliklərin təsiri ilə meydana çıxan anlaşılmazlıqların müsbət istiqamətdə həll edilməsi yolları, onlarda məsuliyyət duyğusunun formalaşdırılması, ehtimal olunan fəsadların vaxtında aradan qaldırılması metodları elmi faktlar, misallarla izah edilmişdir. Kitabın valideynlərin uşaqlarda müşahidə edilən pozitiv və neqativ halları daha yaxşı dəyərləndirməsinə, müəllimlərin pedaqoji qabiliyyətlərini daha da inkişaf etdirməsinə, gənclərin isə özlərini və kiçikləri daha yaxşı dərk etməsinə kömək edəcəyi ümidindəyik. Kitab pedaqoqlar, psixoloqlar, tələbələr, valideynlər və digər maraqlananlar üçün nəzərdə tutlumuşdur.
Михаил Шолохов - İnsanın taleyi
Михаил Шолохов - İnsanın taleyi
Şoloxov yaradıcılığının ən səciyyəvi cəhəti realizmdir. Həyat həqiqətlərinə sadiq qalmaq, həyati mürəkkəbliyin və eyni zamanda zənginliyin bədii təhlilini vermək, yalandan uzaq olmaq Şoloxov istedadının tərkib hissəsidir. Şoloxov realizminin daxilində yüksək emosional təsir gücünə malik işıqlı və həzin romantika vardır. Bu romantika onun yaratdığı bədii sürətlərin daxili aləmindədir. Bunun bariz nümunəsi onun qələmindən çıxmış “İnsanın taleyi” povestidir. Bu povestdə yazıçı müharibə dövrü yaradıcılığının daha populyar nümunəsini yaradaraq, sovet hərbi əsirlərinin probleminə ilk dəfə toхunur. Povest müharibənin insana təsiri və insani hisslərdən bəhs edir. Əsərin qəhrəmanı sadə bir rusdur. Müharibə başlanana qədər bu şəxs ailəsi ilə birgə firavan yaşamışdır. Sonradan müharibəyə yollanmış və təsadüflər nəticəsində sağ qala bilmişdir. Onun başına çoxlu bəlalar gəlmişdir. Dünyalar qədər sevdiyi və fəxr etdiyi oğlu Qələbə günü-9 may tarixində həlak olmuşdur. Lakin o yenə də sarsılmamış, ayaqda durmağı bacara bilmişdir. Şoloxov sanki bu əsərində insanın necə əzəmətli və ölümsüz olduğunu sübuta yetirməyə çalışmışdır. Müharibə bitdikdən sonra o, tanımadığı bir uşağa onun atası olduğunu söyləyir və uşağı hədsiz dərəcədə sevindirir.Bundan sonra uşağa oğulu kimi yanaşır və qulluq edir. Həqiqətən də, müharibə kimi ağır bir şəraitdən Sokolov (qəhrəman) kimi xoş niyyət və insani hisslərə malik insanlar sağ çıxa bilərlər.
Mübariz Örən - Balıq gülüşü
Mübariz Örən - Balıq gülüşü
Mübariz Örənin «„Qazanılmış günün siestası və ya Balıq gülüşü“» hekayəsi bütün psixoloji-fizioloji aksiomatikliyi ilə özündə insanın şüuraltı dərinlərini, yuxu ilə gerçək, realla irreal dünyaların vahid məkanda çulğaşma anını ehtiva edir. Şüuraltı məqamlara diqqət çəkən psixoloji meyillərin yaranması, erkən uşaqlıq illərinin yaşantıları bədii dərkin predmetinə çevrilir. Bu hekayə qəhrəmanın öz uşaqlığından qopmasının bir anını görüntüləyir. Mübariz Örən mövzunu yuxunun irreal qatında təşbihinə çalışmaqla onu bir növ «„yabanı“» hiss və yanaşmaların ağuşundan xilas edir. Hekayədə zaman ünsüründən yararlanma ən uğurlu amildir. Hər şey bir anın içinə yığılıb orda təzahür edir. Göz açıb-yummaq qədər ani olan bu kəsimdə müəllif hekayə qəhrəmanının içində olan gizli seksual motivi, qorxunu, həyat gerçəklərini üzə çıxarır. Lakin M.Örən bu yaşantını cinsi istəyin çərçivəsindən psixoloji müstəviyə keçirir, fizioloji səviyyədən mənəvi qata adlama ilə hadisələrin çoxqatlılığını poetik mənaya çökdürməyə nail olur.Hekayə «„yaşını soruşanda bir əlini tam, o birinin bir barmağını açan“» uşağın kənardan heç kimin görmədiyi iç dünyasına işıq salır. Uşağın anası dişi-dırnağı ilə dolanma, çörək savaşı aparır, canı yanında qalsa da, onu evdə məcburyyət üzündən tək qoymalı olur. Atasının hara getdiyi uşağa bəlli deyil, lakin atasının gələcəyi günü gözləyə-gözləyə həsrətini çəkir. İkitəkərli velosipedlə belədən-belə səkən qonşu oğlanın isə həsədi içini göynədir, özünə də ikitəkərli velosiped arzulayır. Qonşuluqda müvəqqəti yerləşmiş qaraçı qızından zəhləsi gedir. Hekayədə ata ortalıqda olmadığına görə rəqib dəyişir, balıqsatan atanı əvəz edir. Ananın davranışı uşaqda özünün qorxu zənn etdiyi qısqanclıq duyğusuna təkan verir: ""bir də anasının havalı gülüşü qorxutmuşdu onu. Balıqsatan kişi qapılarına gələn gün təzə sudan çıxmış, – suya-seliyə bulaşıb qaralmış yaş kisənin dibində hələ tərpənirdi balıqlar, – əl dəydikcə quyruq çalan balıqlara heyranlıqla baxırdı anası və… Tanımadığı yad, heyvərə kişinin anasının yüngül çit xalatından sezilən «„balıq bədəninə“», azacıq açılı qalmış yaxasından görünən ağ döşlərinə necə hərisliklə baxdığını «„tutdu“»…
Həmid Məmmədzadə - Hekayələr
Həmid Məmmədzadə - Hekayələr
Həmid Rza oğlu Məmmədzadə 1924-cü ildə Şərqin qədim mədəniyyət beşiyi olan Təbriz şəhərində dünyaya göz açıb. İlk təhsilini Təbrizin «Nəcat» və «Pərvəriş» məktəblərində alıb. 1942-ci ildə Təbrizin nüfuzlu təhsil ocaqlarından hesab olunan Darül-müəllimində oxuyub. Ərdəbilin «Səfəvi», «Puranduxt» və «Sənan» adlı məktəblərində pedaqoji fəaliyyəti iki il davam etmişdir. Orta məktəbdə müəllimlik etdiyi illərdə ölkə ictimai və siyasi hadisələrlə zəngin olmuşdur. O, Təbrizə qayıtdıqdan sonra həm müəllimlik edir, həm də yeni yaranan Azərbaycan Demokrat Cavanlar təşkilatında və onun orqanı olan «Cavanlar» qəzetinin fəaliyyətində yaxından iştirak edir. Sonra isə Təbriz universitetinin tarix və ədəbiyyat şöbəsinə daxil olur.H. Məmmədzadə bir qələm sahibi kimi publisistik yaradıcılığa qeyd etdiyimiz kimi, 1946-cü ildə Təbridə nəşr edilən «Azad millət» və «Cavanlar» qəzetlərində çıxan məqalələri ilə başlamışdır. İlk hekayələri isə «Pioner» və «Azərbaycan» jumallarında dərc olunmuşdur.Bədii yaradıcılıq nümunələri olan «Fədai» povesti, «Şimal hekayələri», «Oğurlanmış abidə», «Təbriz təbəssümü», «Azadlıq həsrəti» və s. hekayələri də maraqlı mövzulara həsr olunub. «1941-45-ci illərdə Cənubi Azərbaycan ədəbiyyatı», «İnqilabdan sonrakı dövrdə Cənub şeirində Vətən və Vətənpərvərlik motivləri», «Molla Nəsrədin jurnalı Təbrizdə», «Cənubi Azərbaycan şairi Səhənd haqqında», «Sadiq bəy Sadiqi Əfşar», “Milli azadlıq hərəkatının tərənnümçüsü", «Abbas Pənahi (Makulu)», Məhəmmədi Müdərrisi-Təbrizi", «Cənub folkloru», «Azəroğlu», Səttarxan haqqında roman, Heydər Əmioğlu haqqında roman, «Şeyx Məhəmməd Xiyabani», «Zeynəlabdin Marağayi», «Həmid Nitqi» və s. elmi məqalələrində isə H.Məmmədzadə bir çox problemlər, şəxsiyyətlərdən bəhs etməklə cənub mövzusunu daha da genişləndirmişdir.Yazıçının bu kitabında “İlk məhəbbət”, “Qərib əmi”, “Hindli dostum”, “Qurtuluş”, “Yuxu”, “Unudulmaz mahnı” hekayələri yer almışdır.