реклама
Бургер менюБургер меню

Аудиокниги в жанре «Историческая литература»

Последние

Каталог аудиокниг в жанре «Историческая литература»

Сергей Бородин - İldırım Bəyazid
Сергей Бородин - İldırım Bəyazid
İldırım Bəyazid – Osmanlı sultanı I Muradın oğludur, atasının taxta çıxdığı 1360-cı ildə anadan olan Bəyazidin anası Gülçiçək xatundur. 1381-ci ildə dövlət idarəsində yetişməsi üçün Kütahyaya qubernator təyin edildi. 1389 –cu ildə da səlib ordusu ilə edilən Birinci Kosova döyüşünə qatılaraq böyük qəhrəmanlıq göstərdi. Atası Sultan Murad, bu döyüş sonunda bir Serbli tərəfindən şəhid edildikdən sonra, Osmanlı taxtına keçdi. Hərbi əməliyatlar zamanı sürətli hərəkət etdiyinə görə «İldırım» ləqəbin almışdır. Kosova savaşı zamanı Rumeli əsgərləri ilə sağ qanada rəhbərlik etmişdir. Savaşın qazanılmağındada böyük rol oynamışdır. Bəyazid hələdə düşməni təqib edən qardaşı Yaqubu çağırtdıraraq taxta ortaq olar şübhəsi ilə edam etdirdi. I Muradın ölümü ilə meydana gələn səltənət dəyişikliyi Anadolu bəyliklərinin xüsusilədə, özünü Səlcuqların varisi hesab edən Qaramanlıların unudulmuş sanılan düşmənliyini yenidən ortaya çıxardı. Şahzadə Yaqubun qətl olunmasını bəhanə edərək sözdə onun intiqamını almaq üçün müharibə elan edib hər tərəfdən hücuma keçdilər. Qaramanoğulu Ələddin bəy tərəfindən təşviq edilən bu bəyliklər Aydın, Saruhan, Gərmiyan, Məntəşə və Həmidəli bəylikləri idi. Gərmiyanoğullarından Şah Çələbi oğlu Yaqub bəy daha əvvəl Osmanlıların əlinə keçmiş olan Gərmiyan bəyliyinin ərazisini geri aldılar. Bununla bərabər Qaramanlılar Bəyşəhri işğal etdilər. Anadoludada Qara Tatar adlandırılan monqolların rəisi Mürvət bəydə Qırşəhri işğal edib Sivas əmiri Qadı Bürhanəddinə təslim etdi. Digər bəyliklərdə bu qarışıqlıqdan istifadə edərək bəzi yerlərin işğalına cəhd göstərdilər. Bu hadisələr Osmanlı dövlətini çox ağır vəziyytə salmışdı. Atası tərəfindən qurulmağa çalışılan Anadolu birliyi təhlükəyə girmişdi. Sultan İldırım Bəyazid bu vəziyyətə sürətli şəkildə çarə tapmalı və işləri qaydasına salmalı idi. Bunun üçün Anadoluya keçməzdən əvvəl umelidəki vəziyyəti qaydaya salmaq lazım olduğunu düşünərək ona qarşı müxalifətdə olan əmir və əsgərləri yenidən öznə tabe etdi. Sonra Serb kralı Lazarın hələ kiçik yaşdakı oğlu Stefan Lazaroviçin himayədarı olan anası ilə razılaşdı. Bu serb despotu da vergi ödəmək və lazım olduğu zaman Sultanın ordusuna əsgərlə kömək göstərməyi qəbul etməklə bərabər hər il Sultanın yanına gəlməyidə qəbul elədi. İldırım Bəyazid Balkanlarda güclü qalmaq üçün axınçı təşkilatını yenidən canlandırmaq ehtiyacı hiss eləyərək Evrenos bəy, Paşa İgid bəy və Firuz bəy kimi paşalarlına başda Bosniya olmaq üzərə Əflak və Tunanın şimal tərəfinə axınlar etməyi əmr etdi. Bu axınlar nəticəsində Skopye alınaraq şəhərə türk əhali yerləşdirildi. Bəyazid Bursaya qayıtmamışdan əvvəl şəhər-dövlət halına gəlmiş Bizansıda işğal etmək istəyirdi. Bunu həyata keçirmək üçün Bizansdakı taxt davasından istifadə etmək istəyirdi. Bununla da Anadoluda aparacağı müharibə zamanı Bizans tərəfindən gələ biləcək təhlükəni aradan qaldırmaq istəyirdi. Bəyazid Balkanlarda vəziyyəti nəzarət altına alandan sonra köhnə paytaxt olan Bursaya gəldi. Rumeli və Bizansda vəziyəti nəzarət altına alan Bəyazid serb karalını ordusuyla bərabər Anadoluya çağıraraq hərəkətə keçmək istəyirdi. Bizans İmperatorunun oğlu Manueldə ordusuyla birgə Bəyazidin yanına gəlmişdi. Sultan bundan sonra Kastamonu əmiri Candarlıoğullarından Kötürüm Bəyazidin oğlu Süleyman Paşanıda ittifaqa çağırmışdı. Bu sırada Ədirnədə taxt naibi olaraq qalan Bəylərbəyi Qara Timurtaş paşanıda qüvvələri ilə birgə Anadoluya gətirtmişdi. Bu qədər böyük qüvvə toplamış olan Bəyazid bir tərəfdən Bizans vəliəhdi Rum qüvvələri ilə Alaşəhərə göndərərək Bizans İmperatorluğuna tabe olan bu şəhəri işğal elətdirmişdi. Saruhana hücum edən Bəyazid buranı müqavimətsiz tutmuş və Əmir Xıdır Şah ilə qardaşı Orxanı Bursaya göndərərək həbs etdirmişdi. Sultan Bəyazid daha sonra qaynı olan Gərmiyanoğlu Yaqub bəyə hücum edərək başda paytaxt Kütahya olmaq üzərə bütün ölkəni ələ keçirmişdi. Sultan Bəyazid Qərbi Anadoludakı bütün bəylikləri özünə tabe etdikdən sonra Qaramanoğullarına keçdi. Sultan Bəyazid əvvəlcə Həmidəliyə sonra Təkə yəni Antalya tərəflərə keçdi. 1391-ci ildə baş verən bu hadisələrdən sonra Osmanlılarla müttəfiq olan Candaroğlu II Süleyman artıq Osmanlıları özünə qarşı təhlükəli hesab edərək Sivasda hökmranlıq edən Qadı Bürhanəddin ilə görüşlərə başladı. Bəyazid Qaramanoğullarının ərazisinə girərkən Qaramanoğlu Ələddin bəy Osmanlılara qarşı döyüşmək üçün Qadı Bürhanəddin ilə Candaroğlu Süleymandan kömək istədi. Lakin Bəyazid bu birlik və yardımların birləşməsinə imkan vermədən Qaramanoğullarına aid bəzi əraziləri tabe etdi və Konyanı mühasirəyə aldı. Bu zaman Bəyazid ilə mübarizə apara bilməyəcəyini başa düşən Ələddin Əli bəy Daşəliyə çəkilmişdi. Ələddin Əli bəy Qadı Bürhanəddindən və Candaroğlu Süleymandan kömək gəlmədiyini görüb qaynı Bəyaziddən sülh istəmək məcburiyətində qaldı. Bununla razılaşan İldırım Bəyazid onsuzda Osmanlılara aid olan Bəyşəhri, Akşəhri və başqa yerləri Qaramanoğullarından geri almaq şərti ilə sülh bağladı.
Şehla Nihan - Kontramot
Şehla Nihan - Kontramot
Xaotik sistemdə qığılcım.İnsanın öz fantaziyalarında nə qədər uzağa gedə biləcəyini öyrənmək.Hər qələbədə bir məğlubiyyət, hər məğlubiyyətdə bir qələbə. Uçmaq, yüksəlməyin inikası – kəpənək, qu quşları, yapon mifologiyasındakı qanadlı əjdahalar.… Həyatı idarə edən proqramlardır.– Bilmək istərdin, nə qədər yaşayacaqsan?– Yox. Nəyə lazım bunu bilmək? Nə qədər ömrüm varsa, o qədər yaşayacam.– Ay qorxaq. Bilirəm, sən qorxursan sonunu bilməkdən. Ölümdən qorxursan. Boynuna al görək....yalan deyirəm bəyəm?– Lap elə də deyil. Sadəcə, yaşamaq istəyirəm. Səninçün yaşamaq istəyirəm. Qorxduğum səni tək qoyub getməkdir.Həmsöhbətini cavab deyəsən qane etdi və əl çəkdi ondan. Kişi dərindən nəfəs alıb bığaltı gülümsədi, plaşının yaxalığını dikəldib cibindən siqaret çıxartdı.Beləcə iki ahıl xiyaban cığırı ilə gedir, söhbətləşirdilər. Kişinin əlində şam ağacından əsa, qadının əlində “Wagasa” yapon çətiri vardı. Hər ikisi payız mövsümünə uyğun su keçirməyən nazik plaşda idilər. Kişinin papağı da üst geyimi kimi tünd göy, qadının başındakı dəbli fetr şlyapa əynindəkinin rənginə uyğun açıq boz idi. Qocanın çəkməsinin bağı açılıb yerlə sürünürdü, radikulit imkan vermirdi ki, əyilib bağlaya. O, tez-tez əlini papağına aparır, sanki küləyin onu uçuracağından qorxurdu. Külək papaq aparacaq qədər güclü olmadığından hiss olunurdu ki, bu sadəcə bir adətdir. Yorulanda dayanıb durur, alçaq, dəmir milli hasarla dövrələnmiş kiçik gölə tamaşa edirdilər…
Джалил Мамедкулизаде - Qurbanəli bəy
Джалил Мамедкулизаде - Qurbanəli bəy
Əsərdə Qurbanəli bəyin rus vəzifə adamlarına necə yaltaqlanmağı, onlara qul kimi boyun əyməsi əks etdirilir.Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür.Kənddə şuriş düşdü. Kənd əhlindən bu gün çöl işinə gedən olmadı. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boylanırdılar ki, görsünlər gəlirmi naçalnik. Camaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdular. Qıraq kəndlərdən də camaat baxəbər olub yavaş-yavaş gəlirdilər.Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi və katda, yasovul və qlava mirzələrindən savayı həyətə girmək heç kəsə izn verilmirdi.Pristavın həyətində it yiyəsini tanımırdı. Səsdən və qiylü-qaldan qulaq tutulurdu: bir yanda quzular mələyirdi, bir yanda qıçları bağlı cücə və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnəyirdilər. Bir tərəfdən pristavın qulaqları uzun tulaları gah qlavanm üstünə atılıb ""haff' eləyirdilər, gah katdanm üstünə tullanıb ""haff' eləyirdilər. Hərdən bir pristavın arvadı balkona çıxıb nazik səslə çığırırdı: «„tişe“»; yəni «„yavaş“». Və sonra genə girirdi içəri.Pristavın aşpazları, bellərində ağ önlük hərdənbir həyətə çıxıb qlavanın birinə deyirdi:– Tez yarım girvənkə zəfəran tap.Qlava «„baş üstə“» deyib, əvvəl bir başını salırdı aşağı, sonra mirzəsinə üzünü tutub buyururdu:– Ada, Mirzə Həsən, durma tez şəhərə adam göndər, yarım girvənkə zəfəran gətirsin.Bir az keçirdi, bir ayrı aşpaz əlində katlet bıçağı qlavanın birinə üzünü tutub buyururdu:– Qlava, dörd-beş yüz yumurta lazımdır.Qlava sevincək əlini uzadırdı həyətdəki səbətlərə və cavab verirdi:– Nə danışırsan? Burada mindən artıq yumurta var.Birdən qaçaqaç düşdü; dedilər «„naçalnik gəlir“». Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi guya qurbağanın gölünə daş atdılar; çünki bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavı imiş. Pristav atdan yenib girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib özü də güldü və xanımı da güldürdü. Və sonra hər ikisi girdi içəri.
Самед Вургун - Vaqif
Самед Вургун - Vaqif
Vaqif – Səməd Vurğunun Molla Pənah Vaqifə həsr edərək 1937-ci ildə yazdığı mənzum dramdır. Bu əsər S.Vurğunun yaradıcılığının zirvəsidir. Dram heca vəznində yazılmışdır və tarixi mövzudadır. «„Vaqif“» ədəbiyyatımızda əsası ilk dəfə Cəfər Cabbarlı tərəfindən qoyulmuş tarixi qəhrəmanlıq dramıdır. «„Vaqif“» 1937-ci ildə yazılıb və 1938-ci ilin 5 oktyabrında tamaşaya qoyulub. «„Vaqif“» dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan S.Vurğun əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. Pyes S.Vurğunun yazdığı ilk səhnə əsəridir. «„Vaqif“» dramına görə Səməd Vurğun 1941-ci ildə «„Stalin mükafatı“»na layiq görülmüşdür.Əsərin əsas mövzusu görkəmli şair M.P.Vaqifin həyatı və Azərbaycan xalqının XVIII əsrin sonlarında xarici hücumlara qarşı mübarizəsidir. Əsərin əsas konfiliktini Ağa Məhəmməd Şah Qacarla ona qarşı duran Azərbaycan qüvvələrinin müstəqillik uğrundakı mübarizəsi təşkil edir.Süjetin mərkəzində qüvvətli şəxsiyyətin durmasına baxmayaraq, hadisələr miqyaslı xalq dramı və sosial dram məcrasında cərəyan edir. Pyes boyu sanki güclü yeraltı təkanın uğultusu kəsilmir, uzun-uzun illər feodal hakimlərin zülm etdiyi məzlum təbəqələrin səbr kasasının daşacağı anı tamaşaçı intizarla gözləyir. Lakin «„Vaqif“» – həm də şair və onun taleyi barədə dramdır. Pyesdə «„şairin taleyi“»– elin taleyinə qaynayıb qarışır. Vurğun Vaqifi xalqa, elə arxalanır, onun qəhrəman, zəhmətkeş və sənətkar oğullarına qarşı təşkil edilən və planlı şəkildə idarə olunan hakim zorakılıqla barışmır, təkcə öz mövcudluğu ilə hər cür fiziki və mənəvi müstəbidliyə müqavimət göstərir. Müstəbid və ziyalı problemi həm Vaqif- İbrahim xan, həm də Vaqif Qacar xətlərində qoşa davam etdirilir.