Фридрих Ницше – Dəccal (страница 2)
Hər hansı bir günahdan daha zərərli olan şey nədir?
– Ağıldankəmlərə, zəiflərə qarşı mərhəmət – Xristianlıq.
yaratmayan zərurətə tabedir və əzəldən müəyyən edilmişdir. nıqlılıq/cinsi iqtidar/qabiliyyət/güclülük” kimi mənalarda işlənir.
6 Nitsşe “əxlaq”dan, “kafein”, “kokain” kimi bir narkotik (morelin) yaradır;
“morelinsiz” şərtidir, almanca “moralinfrei” sözüdür.
7 Qədim italyanca “ərdəm”, Latınca “vir/virilis/virtus” kökündən gəlir: “kişi-lik/dayanıqlılıq/cinsi iqtidar/qabiliyyət/güclülük” kimi mənalarda işlənir.
8
3.
Burada ortaya qoyduğum problem varlıqların sıra-lanmasında insanın yerinin harda olması deyil (insan bir sondur): problem hansı tip insanı daha çox böyütmək lazım gəldiyindədir. Hansı tip gərəklidir, daha dəyərlidir, yaşamağa və gələcəyə daha layiqdir?
Bu dəyərli tip bundan əvvəllər də nadir hallarda mövcud olub, amma xoşbəxt bir təsadüf, istisna kimi… Və
heç bir zaman hansısa əvvəlcədən düşünülmüş bir şey ki-mi deyil… Əksinə, ondan daha çox qorxulmuşdur; indiyə
qədər də o, demək olar ki, dəhşət hissi doğurur. Və onun qarşısında duyulan bu qorxu səbəbindən ona əks olan tip arzulanmış, yetişdirilmiş və əldə edilmişdir: ev heyvanı tipi, sürü heyvanı tipi, xəstə heyvan tipi – Xristian..
4.
Bəşəriyyət bu gün iddia edildiyi kimi, daha yaxşıya, daha güclüyə, ya da daha yüksəyə doğru inkişaf etmir;
“İrəliləyiş” sadəcə müasir bir ideyadır, özü də bayağı bir ideya… Bu günün avropalısı öz dəyəri baxımından İntibah dövrünün avropalısından çox-çox aşağıda durur.
Davamlı inkişaf qətiyyən yüksəlmək və güclənmək kimi bir zərurəti özündə ehtiva etmir. Bir başqa mənada, yer üzünün ən fərqli yerlərində, ən fərqli mədəniyyətlərdə
tək-tək formada müvəffəqiyyətə çatma hər zaman müşahidə olunur; bu müvəffəqiyyətə çatanlar, doğrudan da, yüksək bir tip meydana çıxarırlar: əgər insanlarla müqayisədə bir növ üstünsənsə… Belə şanslı, böyük uğur nü-munələri həmişə mümkün olub və bəlkə də həmişə müm-9
kün olacaq. Hətta bəzi hallarda, bütöv nəsil, bütün qövm, bütöv bir xalq belə nəticələr əldə edə bilir.
5.
Xristianlığı çox da bəzəyib-düzəmək lazım deyil: xristianlıq hər zaman ali insan tipinə qarşı ölümcül müharibə
aparıb; o, bu tipin bütün təməl instinktlərini qadağan və
ört-basdır edib; o, bu instinktlərdən şər anlayışını, pis insan anlayışını aradan çıxardıb; güclü insan yararsız insana çevrilib, “səfil insan” olub. Xristianlıq bütün zəiflərin, uğursuzların, düşkünlərin, ağıldankəmlərin tərəfini saxla-yıb; o, güclü həyatın qorunması instinktlərinin ziddiyyət-lərindən bir ideal yaradıb; mənəviyyatın ən üst dəyərlərinin günahkarlıq, pozğunluq, təmizlənmə olaraq təbliğ
edib, mənəvi baxımdan güclü, təbiətə bağlı insanların fikirlərini qarışdırıb.
Ən çox məyusluq doğuran bir nümunə – Paskalın8
ölümüdür.. Hansı ki, ağlının məhv olmasına ilk günahın səbəbkar olduğuna inanırdı… Halbuki onun ağlını korla-yan məhz xristianlıq idi!
8 Məşhur riyaziyyatçı, eyni zamanda da qatı bir dindardır.
10
6.
Ağrılı, tük ürpədən bir mənzərə canlandı gözləri-min qarşısında: mən insanın əxlaqsızlığını gizlədən pər-dəni çəkib atdım. Mənim dodaqlarımda bu söz ən azından bir şübhədən azad səslənir: sanki o özündə mənəvi ittihamı ehtiva edir. Bu söz (yenidən vurğulamaq istəyi-rəm) əxlaqi anlamdan məhrumdur; özü də elə bir səviyyədə ki, bu pozğunluğu mən indiyə qədər az-çox şüurlu şəkildə “xeyirxahlığa” və “ilahiliyə” doğru canatmaların olduğu yerlərdə ən güclü şəkildə hiss etmişəm. Mən əxlaqsızlıq deyəndə – bunu artıq müəyyən dərəcədə ehtimal etmək mümkündür – dekadensi nəzərdə tuturam. Mən iddia edirəm ki, bəşəriyyətin bu gün ən ali dəyər kimi can atdığı bütün dəyərlər – dekadens dəyərinin əsas məğ-zidir.
Bir canlıya, bir növə, bir fərdə, instinktlərini itirmişsə, özünə zərərli olanı seçirsə, üstünlük verirsə – mən ona əxlaqsız deyirəm. “Ali duyğular”ın, “insanlıq idealları”nın bir tarixi (ola bilsin ki, bu tarixi şərh etmək elə mənim işim olsun) hardasa insanın nə üçün bu dərəcədə pozul-duğunun izahı ola bilər.
Həyatın özünü mən böyümənin, dözümlülüyün, gü-cə sahib olmanın instinkti kimi dəyərləndirirəm: hakimiyyət əldə etmək üçün iradə çatmadığı yerdə eniş vardır. Mən iddia edirəm ki, bəşəriyyətin bütün ali dəyərlə-rində bu iradə azlıq edir; ən müqəddəs adlar altında isə
çöküş dəyərləri hakimlik edir – nihilistik9 dəyərlər....
9 Nitsşenin ən əhəmiyyətli anlayışlarından: İnsanın, hər vaxt bir “istək” mövzusu olan dəyər və məqsədlərdən məhrum olunca, “heçliyi arzulayacaq”
11
7.
Xristianlığı mərhəmət dini adlandırırlar. Mərhəmət insanı fəaliyyətə gətirən affektlərə əks duyğudur: əzabverici təsirə malikdir. İnsan mərhəmət hiss edəndə gücünü itirir. Mərhəmət göstərməklə, əzab çəkmənin yaratdığı güc itkisi getdikcə böyüyür və daha da mürəkkəbləşir.
Mərhəmət nəticəsində əzab hissinin özü də yoluxucu hal alır; bəzi vəziyyətlərdə, mərhəmət onu yaradan səbəblərlə
tərs mütənasib olaraq, həyat eşqinin azalması ilə nəticələnə bilər. Nasıralının (Nazaretlinin10 ölümündə olduğu kimi) ilk dünyagörüşü budur; amma daha da əhəmiyyətli baxış bucağı var. Mərhəmətin doğurduğu reaksiyalara görə ölçüldüyünü düşünsək, həyat üçün daşıdığı təhlükəli xüsusiyyət daha da aydınlaşar. Mərhəmət, inkişafın qanununu, təbii seçmə qanununu11 böyük çevrədə təsirsiz edir, məhv olmaq üçün yarananları qoruyur, həyatı mənasız yaşayanların, sonu müəyyənləşdirilmişlərin işinə
yarayır; yaşam yolunda ağıldankəmlərin çoxluğuna səbəb olur və həyatın özünə pessimist, problemli bir görünüş
verir. Mərhəmət fəzilət dərəcəsinə qaldırılan bir duyğudur (halbuki bütün həqiqi əxlaq sistemlərində zəiflik olaraq qəbul edilir); daha da irəli getsək, mərhəmət fəzilətin özü, bütün fəzilətlərin təməli və qaynağı hesab edilmişdir; təbii, həmişə göz önündə tutmaq lazımdır ki, bu, vəziyyətə düşməsini xarakterizə edən həm “psixoloji”, həm də “fəlsəfi” məz-munlu termin
10 İsaya doğulduğu Nazaret şəhərinə uyğun verilən addır.
11
12
nihilist fəlsəfəyə əsaslanan bir fikirdir. Onunsa əsas sipəri həyatın özündən imtinadır.
Şopenhauer haqlı idi: mərhəmət həyatı inkar edir; onu inkar edilməyə daha layiq hala gətirir – mərhəmət nihilizmin təcrübəsidir. Təkrar qeyd edək: bu zülmkar və
yoluxucu instinkt həyat dəyərlərini qorumaq və yüksəlt-mək üçün mövcud olan instinktlərdən yaranır: bədbəxt-likləri çoxaldaraq və bədbəxtlik olan hər şeyi qoruyaraq o
sürükləyir!…
Təbii ki, buna “heçlik” demirlər. “O biri dünya”,
“Tanrı”, “həqiqi Həyat”, ya da “nirvana”12, “xilas”, “əbədi xoşbəxtlik” deyirlər… Dini-mənəvi idiosinkraziya13 sahə-sindən əldə edilmiş bu günahsız ritorika14 hansı meylin fəlsəfi sözlərlə burada cildə girdiyini qavrayınca, daha az günahsız görünməyə başlayır; bu, həyata düşmən meyil-dir. Şopenhauer həyata düşmən idi: buna görə də mərhəmət onun üçün məziyyətə çevrildi…
Bilindiyi kimi, Aristotel mərhəməti zərərli və təhlükəli bir vəziyyət olaraq izah edirdi. Hərdənbir işlətmə
dərmanı ilə aradan qaldırılması düzgün ola bilər; O, fa-ciəni belə bir vasitə olaraq görürdü. Doğrudan da, Şopenhauer (və çox təəssüf, Peterburqdan Parisə qədər, Tols-toydan Vaqnerə qədər bütün yazılı və teatral dekaden-timizə) müşahidə edilən bu zərərli və təhlükəli mərhəmət təcrübəsi üçün həyat instinktlərində bir müalicə yolu axtarmaq lazım idi ki, bu təcrübə məhv olsun. Sağlam olma-12 Sanskritcədə “sönmək, itmək” mənasını verən söz, Buddizmdə adamın dini fəzilətin yüksək nöqtəsində çatdığı tam dinclik, dinclik vəziyyətini xarakterizə
edir.
13 Orqanizmin bəzi şeylərə, qoxulara qarşı xəstəlik dərəcəsində olan həssaslığı 14 Yunanca “danışma sənəti”
13
yan müasirliyimiz içərisində xristian tərəfindən göstəri-lən mərhəmətdən daha ziyanlı bir şey yoxdur. Burada həkim olmaq, burada mərhəmətsiz olmaq, burada nəştər-dən istifadə etmək – bizə aid olan işdir. Bu, bizim insana olan sevgimizdir; çünki biz filosoflarıq, biz Hiperborlu-larıq!
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.