Элинор Ходжман Портер – Polyanna (страница 5)
– Axı burada təəccüblü nə var ki? Oyunun ən maraqlı yeri elə burası deyilmi?
– Oyunun? Hansı oyunun? – Nensinin təəccübü bir az da artdı.
– Bəli, Nensi, oyunun! Məmnun olmaq oyununun! Bu oyunu mənə atam öyrədib. Onunla bu oyunu oynamağa başlayanda hələ çox balaca idim.
– Mənim oyunlardan başım çıxmır. Üstəlik, bu oyun haqqında da ilk dəfə səndən eşidirəm.
Polyanna gülümsəməyə çalışaraq köks ötürdü:
– Hə, bu oyunu mənə atam öyrətmişdi. Hər şey Xeyriyyə Cəmiyyəti tərəfindən bağışlanan bir cüt qoltuqağacı ilə başladı.
– Qoltuqağacı?
– Hə, qoltuqağacı. Mən kukla istəyirdim. Atam da buna görə Xeyriyyə Cəmiyyətinə müraciət etmişdi. Amma evimizə göndərilən hədiyyə qutusundan gəlincik əvəzinə həmin o bir cüt qoltuqağacı çıxdı. Hədiyyəni göndərən qadın yazırdı ki, onun gəlinciyi yoxdur, bununla belə, hər bir uşağın ehtiyacı ola biləcəyini nəzərə alıb bu qoltuqağaclarını bağışlayır. Hər şey də elə bundan sonra başladı.
Nensi dedi:
– Polyanna, hələ də başa düşə bilmirəm, bütün bunların indi haqqında danışdığın oyunla nə əlaqəsi var?
– Axı burada başa düşülməməli heç nə yoxdur. Bizim oyunun məqsədi kədərli vəziyyətlərdə belə sevinmək üçün səbəb tapmaqdır.
– Üzr istəyirəm, mən yenə heç nə başa düşmədim. Ona gəlincik hədiyyə ediləcəyini gözləyən bir uşaq iki qoltuqağacı ilə qarşılaşırsa, necə məmnun ola bilər?
Polyanna ucadan gülərək dedi:
– Haqlısan. Elə birinci dəfə mən də sənin kimi düşünürdüm. Amma atam mənə dedi: “Qızım, bu qoltuqağaclarına ehtiyacın olmadığına görə sevinməlisən! Bax, əllərin, ayaqların sapsağlamdır. Əgər birdən o qoltuqağaclarına möhtac olsaydın, onda necə olardı?!” Görürsən, Nensi, kədərlənərkən belə sevinmək üçün səbəb tapmaq, əslində, nə qədər asandır!
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.