Джон Бойн – Zolaqlı pijamalı oğlan (страница 2)
VII Bölüm
Anası etmədiyi şeyi necə boynuna götürdü 61
VIII Bölüm
Nənə niyə əsəbiləşib getdi 76
IX Bölüm
Bruno əvvəllər kəşf etməyi sevdiyini xatırlayır 83
X Bölüm
Nöqtə xal, xal damla, damla şəkil, şəkil uşaq oldu 89
XI Bölüm
Fyuri 99
XII Bölüm
Şmul, Brunonun sualına cavab axtarır 107
XIII Bölüm
Şərab şüşəsi 114
XIV Bölüm
Bruno son dərəcə məntiqli yalan danışır 127
XV Bölüm
Etməməsi lazım olan bir şey 135
XVI Bölüm
Saç kəsimi 147
XVII Bölüm
Ananın istədiyi olur 155
XVIII Bölüm
Son macəranı düşünmək 161
XIX Bölüm
Səhəri gün baş verənlər 167
XX Bölüm
Sonuncu bölüm 178
I BÖLÜM
BRUNO BİR KƏŞF EDİR
Bruno, günlərin bir günü axşamüstü məktəbdən evə qayıdanda, başınıhəmişə önə əyən, baxışlarını yerdən qal-dırmayan xidmətçiləri Mariyanı otağında, şkafındakıbütün əşyaları dörd böyük çemodana doldurarkən görüb çox təəc-cüblənmişdi. Hətta arxada gizlətdiyi, heç kəs üçün maraqlı olmayan xüsusi əşyalarını belə götürürdü.
– Nə edirsən? – Mümkün qədər nəzakətli olmağa çalışa-raq soruşdu.
Kiminsə əşyalarını qarışdırdığını görməkdən xoşbəxt ol-masa da anası ona, Mariyayla hörmətlə davranmağı və onunla atasının danışdığı tərzdə danışmamağın vacibliyini öyrətmişdi.
– Əllərini əşyalarıma vurma!
Mariya başını buladı və baxışları ilə arxasındakı pilləkən-lərə işarə etdi. Anası orada peyda olmuşdu. Hündürboy, qırmızı saçlı qadın idi, saçlarını başının arxasında tülün içinə yığmışdı. Söyləmək və ya inanmağa məcbur olmadığı bir şeyvarmış kimi, əsəbi şəkildə əllərini ovuşdururdu.
– Ana, –Bruno ona doğru irəliləyərək dedi, – Nə baş verir? Niyə Mariyaəşyalarımı qurdalayır?
– Onları yığır,– deyə ana açıqladı.
– Yığır? – deyə soruşarkən bir tərəfdən də son günlərdəki hadisələri yadına salmağa çalışırdı: Xüsusilə dəcəllik edib-etmədiyini və yasöyləməsi qadağan olunan sözləri yüksək səs tonu ilə deyib-demədiyini… Buna görə harasa göndər-mək istəyirdilər? Amma ağlına bir şey gəlmədi.Son günlər-də xüsusilə hər kəsə qarşı çox düzgün davranmışdı. Hər hansı bir problem yaratdığını xatırlamırdı. Niyə?– deyə soruşdu. Mən nə etmişəm ki?..
Ana öz yataq otağına getmişdi. Eşikağası Lars da onun əşyalarınıyığırdı. Qadın içini çəkib narahatlıqla əllərini qal-dırdı və təkrar pilləkənlərətərəf yönəldi. Bruno onu izlədi, cavab almadan yaxasını buraxmayacaqdı.
– Ana!– deyə israr etdi. – Nə baş verir? Köçürük?
– Mənimlə aşağıya gəl, – deyib, anası bir həftə əvvəl Fyurinin2 yeməyəgəldiyi geniş yemək otağına doğru irəli-lədi:– Orada danışaq.
Bruno aşağıya qaçdı, anasından əvvəl yemək otağında olmaq üçün, onu qabaqladı. Heç bir şey söyləmədən bir anlıq anaya baxdı. “Bu səhər makiyajını düzgün edə bil-məyib”, deyə düşündü, çünki gözlərinin ətrafı hər zaman-kından dahaqırmızı idi. Eynilə başına bir iş açıb ağladığı zamanonun da gözlərinin ətrafı qırmızı olduğu kimi…
– Narahat olmağına ehtiyac yoxdur,Bruno, – Fyuri ilə yeməyə gələn,yola salma zamanı qapını bağlamaq üzrə olan atasına əl yelləyən gözəl,sarışın qadının oturduğu kürsüdəoturan ana: – Əslində möhtəşəm macəra olacaq. – dedi.
– Nə macərası? Evdən qovuluram?
– Xeyr, yalnız sən deyil, – Bir an gülümsəməyi düşünüb sonra imtina etdi. –Hamımız gedirik. Atan, mən, Qretel və sən. Dördümüz birlikdə.
Bruno düşündü və qaşqabağını tökdü. Qretelin harasa göndərilməsi vecinə deyildi, çünki o “ümidsiz hadisə” idi, ona yalnız problem yaradırdı. Yenə də hamısının birlikdəgetməliolmaları bir az haqsızlıq kimi gəlirdi ona.
– Yaxşı, hara? – deyə soruşdu. – Dəqiq hara gedirik? Niyəburada qala bilmirik?
– Atanın işi… – deyəana açıqladı. – Nə qədər əhəmiyyətli olduğunubilirsən, elə deyilmi?
– Bəli, əlbəttə! – Bruno başını yelləyərək cavab verdi. Çünki evlərinə çox qonaq gəlirdi; möhtəşəm uniformalı kişilər, murdar əllərindən uzaq dayanmalı olduğuyazı makinası ilə gələn qadınlar… Hamısı da atasına qarşı hər zaman çoxnəzakətli idilər. Atası haqqında aralarında danı-şarkən, onu diqqətlə izlədiklərini və Fyuriun onunla bağlı böyük şeylər düşündüyünüsöyləyirdilər.
– Bəzən biri çox əhəmiyyətli olduğunda, – deyə ana davam etdi, – ona xüsusi bir vəzifə verən adam, bu işlə bağlı başqa bir yerə getməyin lazım olduğunuda söyləyə bilər.
– Necə vəzifə? – deyə Bruno soruşdu.Çünki özünə qarşı dürüst olmalı olsa(adətən hər zaman dürüst olmağa çalı-şardı), atasının nə iş gördüyünü demək olar ki, dəqiq bil-mirdi. Yoldaşlarıyla bir gün məktəbdə atalarının işləri haq-qında danışmışdılar. Kari, atasının meyvəsatan olduğunu söyləmişdi. Bruno yoldaşının doğru söylədiyini bilirdi, çün-ki atası şəhər mərkəzində meyvə-tərəvəz dükanı işlədirdi.Denyil, atasının müəllim olduğunu söyləmişdi, bu da doğru idi, çünki uzaqdayanmalı olduğu böyük uşaqlara dərs deyir-di. Martin, atasının aşpaz olduğunu deyəndə, Bruno bunun da doğru olduğunu bilirdi, çünkiatası bəzən Martinı mək-təbdən götürməyə gələndə üstündə ağ iş köynəyivə önlük olardı.Lakin yoldaşları ondan, atasının nə iş gördüyünü soruşanda Brunobilmədiyini fərq etdi. Tək söyləyə bildiyi, atasının diqqətəlayiq biriolduğu və Fyuriun onun üçün böyük şeylər düşündüyü idi. Ah, eyni zamanda möhtəşəm uniforması da vardı.
– Çox əhəmiyyətli vəzifədir. – deyən ana bir anlıq tərəd-düd edərək daha sonra əlavə etdi: – Xüsusi özəlliyə sahib birini tələb edən, xüsusi bir vəzifədir. Bunu anlaya bilərsən, elə deyil?
– Hamımızın getməsi şərtdir?