Джеймс Роллинс – Qum fırtınası (страница 7)
Peynter üç nəfərdən ibarət qrupu izləyirdi. DARPA rəhbərliyi onun xarici nəzarətlərdə olan təcrübəsini, kompüter texnologiyalarında olan biliyini və hər şeydən öncə Foksvudsda itə bilmək bacarığını nəzərə alaraq bu tapşırığı yerinə yetirmək üçün şəxsən onu seçmişdi.
Peynter yarımcins olaraq peko tayfasının hindlisinə xarakterik olan atasının zahiri görünüşünü irsən almışdı. Yalnız solyaridə bir qədər qaralmaq və anasından qalmış mavi gözlərini gizlətmək üçün qəhvəyi rəngli kontakt linzalar taxmağı tələb olunurdu. İndi Peynter çiyinlərinə qədər quyruq kimi yığılmış göyümtül-qara saçları ilə öz atasının surətini əks etdirirdi. O, bu bənzərliyin tamamlanması üçün kazino əməkdaşının döş cibində peko tayfasına məxsus açıq səma fonundakı təpə üstündə ağac emblemi tikilmiş xüsusi formalı smokinq geyinmişdi.
Peynter uzaqdan Çjanı ehtiyatla izləməyə davam edirdi. Onun nəzərləri bir dəfə də olsun çinli xaker və onun mühafizəçilərindən ayrılmırdı. Peynter üç kişini təbii maskalanmadan maksimum istifadə edərək periferik nəzərlərlə müşahidə edirdi. O, öz qənimətini yanıb-sönən oyun avtomatlarının çəpərləri və geniş çəmənlikdə yerləşən yaşıl məxməri stolların arasından güdürdü. Peynter məsafə saxlayaraq, hər dəfə sürətini və hərəkət istiqamətini dəyişirdi.
Onun qulağında çin danışığı – Çjanın güclü mikrofonla qeydə alınan səsi vızıldadı. Çjan öz lyuks nömrəsinə gedirdi.
Peynter larinqofonu boğazına sıxaraq səssizcə sözləri artikulyasiya etməyə başladı.
– Sançes, sən siqnalı necə qəbul edirsən?
Ucadan və aydın, kommander.
Onun həmkarı Kassandra Sançes Çjanın lyuks nömrəsinin qarşısında yerləşən nömrədə gizlənib girişi müşahidə edirdi.
– Dərialtı necə işləyir? – Peynter soruşdu.
– Bizim tanışımız tezliklə öz kompüterinin arxasında oturmalıdır. “Dinləmə qurğusunun” yanacağı qurtarır.
Peynter qaşqabağını salladı. Dinləmə qurğusu dünən massaj seansı zamanı çinlinin bədəninə bərkidilmişdi. Latın Amerika simalı Sançes hindliyə bənzəməsi üçün kifayət qədər qarabəniz idi. Dünən axşam Kassandra Çjanı massaj edərkən mikroötürücünü onun bədəninə implantasiya etmişdi. Gənc qadının bacarıqlı barmaqlarının gücləndirilmiş işi nəticəsində ani olaraq vurulan iynə nəzərə çarpmamışdı. Sançes kiçik yaranı cərrah yapışqanı və ağrıkəsici vasitəsilə suvayıb tutdu. Massaj bitdikdən sonra, yapışqan yaranı sağaldaraq qurudu. Rəqəmsal mikroötürücünün işləmə müddəti cəmi on iki saat idi.
– Nə qədər vaxt qalıb?
– Ən optimist rəqəm – on səkkiz dəqiqə.
– Lənət şeytana!
Peynter yenidən diqqətini öz qənimətinin səsinə cəmlədi.
Çjan elə sakit danışırdı ki, onu yalnız mühafizəçilər eşidə bilsinlər. Çin dilinin Pekin ləhcəsini mükəmməl bilən Peynter dinləyirdi. O, ümid edirdi ki, Çjan heç olmasa bir sözlə də olsa plazma silahına aid məlumatlar olan faylı nə vaxt götürəcəyini ağzından qaçıracaq. Lakin, onu məyusluq gözləyirdi.
– Qızı hazırlayın – çinli xaker göztəriş verdi. – Mən onunla duş qəbul edəndən sonra məşğul olacam.
Peynter yumruğunu sıxdı. Qızın cəmi on üç yaşı vardı. Şimali Koreyadan gətirilən bu qız faktiki olaraq qul vəziyyətində idi. “Bu mənim qız övladımdır”, – Çjan sual vermək arzusunda olanlara bu cür izah edirdi. Əgər Peynterin şübhələri əsaslandırılmış olsa, o zaman Çjanın ittiham olunduğu uzun cinayətlər siyahısına daha biri – yetkinlik yaşına çatmayanları pis yola çəkmək də əlavə olunacaq.
Öz ovunu izləyən Peynter xırda pul kassasını dolanıb oyun avtomatlarının cərgəsi boyunca irəlilədi. Onlardan biri cekpotun töküldüyünü elan edərək, coşqunluqla cingildədi. Orta yaşlı, idman kostyumu geyinmiş bəxtəvər kişi ətrafına göz gəzdirib, sevincini bölüşməyə bir adam axtarırdı. Ətrafda Peynterdən başqa heç kim yox idi.
– Mən cəmi bircə dollara bunu udmuşam, – bəxti gətirən bu kişi şadyanalıqla qışqırdı. Onun qırmızı, şişmiş gözlərindən bütün gecəni bu oyun zalında keçirdiyi görünürdü.
Peynter başını yelləyib onun yanından keçərək kart paylayan oyunçunun sözünü təkrar etdi.
– Uğur olsun, ser!
Əslində kazinonun özündən savayı, burada qalib oyunçu yox idi. Yalnız oyun aparatları keçən il səkkiz milyon dollar təmiz qazanc gətirmişdi. Görünür peko tayfası keçən əsrin səksəninci illərində məşğul olduğu qum və çınqıl karxanasından çoxdan uzaqlaşmışdı.
Bədbəxtlikdən, oyun bumu Peynterin atasından yan keçmişdi. Elə səksəninci illərin əvvəllərində o, xoşbəxtlik axtarmaq üçün rezervasiyadan Nyu-Yorka yollanmışdı. O, orada Peynterin anası ilə – sonda yeddi illik ailə həyatı və oğlunun doğulmasından sonra ərinin başını kəsən ehtiraslı italiyalı qızla tanış oldu. Anası eletrik stuluna yollandı, Peynterin özü isə müxtəlif uşaq evlərində tərbiyə aldı. Orada tez bir zamanda susmağın və görünməz olmağın ən yaxşı şey olduğunu mənimsədi. Bu, onun həyatda ilk dərsi olsa da, sonuncu olmadı.
Çjan mehmanxananın mühafizəçisinə öz nömrəsinin açarını göstərib, cangüdənlərinin müşaiyəti ilə Böyük Peko qülləsinin vestibülünə daxil olub liftə tərf yönəldi.
Peynter onun yanından keçdi. Onun qoltuğunun altında smokinqin gizlətdiyi qoburunun içində doqquz kalibirlik tapança vardı. Peynter tapançanı çıxarıb Çjanı peysərindən vurmaqdan özünü güclə saxladı. Çində ölüm hökmü məhz bu cür icra edilir. Amma bu yolla, Peynter əsas məqsədinə çata bilməyəcəkdi. O, bununla, orbital plazmatik topun nə ilk hesabını, nə də layihəsini geri qaytara biləcəkdi.
Çjan mühafizə olunan federal serverdən informasiyaları ələ keçirib, özündən sonra kompüter virusu saxlamağa müvəffəq oldu. Səhərisi gün Los-Alamos laboratoriyasının əməkdaşı Harri Klyayn faylı açaraq, özü də bilmədən silahlar haqqında olan məlumatların hamısını məhv edən virusu aktivləşdirdi və parallel olaraq Klyaynın özünə işarə verən saxta iz buraxdı. Bu kompüter kələyi müstəntiqlərə hədər gedən iki həftəlik zəhmət bahasına başa gəldi.
DARPA-nın onlarla mütəxəssisi əsl oğru – Şanxayda telekommunikasiya ilə məşğul olan “Çanqnet” kompaniyasının rəsmi işçisi sayılan kompüter casusluğunun mahir ustası Çzin Çjanı müəyyən etməzdən öncə, virusun yaradığı bu bataqlıqda eşələnirdilər. MKİ-nin məlumatına əsasən, oğurlanmış informasiyalar hal hazırda Çjanın nömrəsindəki çamanadanın içində – portativ kompüterdə yerləşirdi. Sərt maqnit diskdə yerləşən toplayıcı mürəkkəb sistemli kriptoqrafik müdafiə ilə təchiz edilmişdi. Giriş parolunun daxil olunması zamanı bircə səhv kompüterdə bütün informasiyaları məhv olmağına kifayət edirdi.
Heç bir halda buna imkan vermək olmazdı. Los-Alamosdakı virusun dağıdıcı hücumundan sonra heç bir şey qalmamışdı. Aparılan tədqiqatların nəticələrinin itməsi işləri on ay geri atacaqdı. Ən pis bu idi ki, informasiya çinlilərin əlinə keçdiyi halda, bu onlara sıçrayışın icrasını beş il irəliyə aparmasına imkan verəcəkdi. Faylların tərkibində fenomenal kəşflər və ən yeni texnologiyalara aid məlumatlar yerləşirdi. DARPA-nın vəzifəsi onları geri qaytarmaq idi. Bunun üçünsə, Çjanın kompüterinə yiyələnib giriş parolunu öyrənmək lazım idi.
Vaxt bitirdi.
Peynter “fortuna təkəri” adlı avtomatdan əks olunan inikasla Çjanı güdürdü. O, Çjanın və onun cangüdənlərinin dayanmadan yuxarı – lyuks nömrənin olduğu mərtəbəyə qalxan sürətli liftin kabinəsinə necə girdiyini gördü.
Peynter larinqofona pıçıldadı.
– Onlar qalxır.
– Kommander, aydındır. İndi iş sənə qalıb.
Peynter sürətlə qonşu liftə atıldı. Onun qapılarını üstündə iri qara hərflərlə “Lift işləmir” yazılmış tünd-sarı lent örtmüşdü. Peynter düyməni basıb lentin altına cumdu. Qapı açılan kimi, kabinəyə atılıb larinqofonu basdı.
– Hazırdır. Haydı!
– Möhkəm dayan! – Sançes cavab verdi.
Qapılar bağlandı və Peynter ayaqlarını geniş aralayıb ka-binənin qırmızı taxtadan üz vurulmuş divarına qısıldı. Lift Peynteri döşəməyə sıxaraq, yuxarıya sarı götürüldü. O,əzələlərini sıxıb, tabloda rəqəmlərin bir-birini tez-tez əvəzləməsini izləyirdi. Sançes bu liftlə xüsusilə məşğul olub, onun maksimal sürətlə hərəkət etməsinə nail olmuşdu. Bundan başqa, o, işi elə qurmuşdu ki, Çjanın liftinin sürəti 24 faiz ləngiyirdi, bu da demək olar ki, hiss olunmurdu.
Otuz ikinci mərtəbəyə çatanda lift silkələnərək dayandı. Bu zaman Peynter döşəmədən havaya atılıb yerə düşdü. Peynter qapıların tamamilə açılmasını gözləmədən və sarı lent çəpərinə ziyan vermədən kabinədən bayıra atıldı. O, qonşu liftin tablosuna nəzər yetirdi. Çjanın hələ üç mərtəbə qalxmalı idi.
Tələsmək lazım idi. Peynter dəhliz boyu qaçaraq Çjanın nömrəsini tapdı.
– Bizim dispozisiyamız nədir? – o, mikrofona pıçıldadı.
– Qız çarpayıya qandallanıb. İki cangüdən böyük otaqda kart oynayır.
– Aydındır.
Sançes işıq ötürücülü videokameraları nömrənin isitmə sisteminin vintelyatoruna quraşdırmışdı. Peynter nömrənin qa-pısını açıb içəri girdi.
Kassandra Sançes sanki hörümçək öz toru ətrafında oturmuş kimi, elektron müşahidə sisteminin cihazları və monitorlarının əhatəsində oturmuşdu. O, hündür çəkmələrdən, üst köynəyinə qədər tamamilə qara geyinmişdi. Hətta qoltuğunun altındakı qobur da bu rəng tonuna uyğun idi. Sançes öz tapançasını sifarişlə hazırlanmış rezin tutacaqla təchiz etmiş, qoruyucu düyməni sol əlinin böyük barmağının altına qoydurmuşdu. O, heç vaxt hədəfdən yayınmırdı. Peynter kimi bu gənc qadın da yalnız xüsusi təyinat qoşunlarının tərkibində təlim keçdikdən sonra, “Siqma” dəstəsinə qəbul edilmişdi.