18+
реклама
18+
Бургер менюБургер меню

Джеймс Роллинс – Qiyamət günü açarı (страница 6)

18

− Sənin çadırın boş idi. Biz fikirləşdik ki, sən qaçmağa macal tapmısan.

28

Ceyson öskürdü, ağzı qanla dolduğuna görə, cavab verə

bilmədi.

Çox güman ki, onun susmasından razı qalan Krista çevrilib geriyə − ölüm və alovun kabusuna qayıtdı. O, alovlanan tarlaların fonunda qara siluet kimi görünərək, qapıda bir an dayandı, sonra isə gecədə yox oldu.

Ceyson əbəs yerə nəyisə başa düşməyə çalışırdı.

“Niyə?”

Zülmət onu sürükləyirdi. Ceyson başa düşdü ki, bu sualın cavabını tapa bilməyəcək. Amma, hər halda, ölümündən əvvəl nəsə eşidə bildi. Qonşu masadakı kompyuter ciyildədi. Məlumat göndərilmişdi.

2

10 oktyabr,

Saat 07: 04

Şahzadə Uilyamın meşə parkı

Virciniya ştatı

O, sürətini artırmalı idi.

Kommander Qreyson Pirs motosiklin sükanına doğru əyilərək, sərt viraj etdi. Altıfutluq bədənını döngənin mərkəzinə tərəf əyərək o, sözün əsl mənasında, motosikli ho-rizontal yerləşdirərək, az qala dizini yerə sürtüb dağıdacaqdı.

Mühərrik axıradək açılmış drossel qapağa cavab olaraq guruldadı. Motosikl irəli yönələrək dik durdu. Hədəf əlli yard uzaqlıqda axarlı “Honda”da sürətlə gedirdi. Qrey isə onu 29

köhnə “Yamaha”da izləyirdi. Hər iki motosikl dördsilindrli mühərriklə təchiz edilmişdi, amma Qreyin maşını daha ağır və böyük idi. “Honda”ya çatmaq üçün, o, bütün məharətini göstərməli idi.

Bəlkə bir az da bəxti gətirməli idi.

Hər iki motosikl meşə massivini bölən qısa düz yola çıxdılar. Yolun hər iki tərəfində enliyarpaqlı ağacların sıx cəngəlliyi uzanırdı. Hündür fıstıq və göyrüş ağaclarının ahəngi həyəcanlı mənzərə yaradırdı, ələlxüsus indi, yarpaqlar rən-gini dəyişdiyi vaxt. Təəssüf ki, axşamüstü güclü tufan olmuşdu və külək yarpaqları qopararaq, asfaltı sürüşkən yaş

ləkələrlə örtmüşdü.

Qrey yenidən tam qaz verdi. Bu sürətlənmə, əsl mənada, onu kürəyindən itələdi. Motosikl azca oyan-buyana dartınaraq raket sürətilə irəli şütüdü. Qırıq-qırıq yol nişanları bütöv xəttə

çevrildi.

Lakin o biri motosiklçi də düz yolun açdığı üstünlükdən istifadə etdi. Hələ ki, 619 nömrəli şossenin böyük hissəsi başgicəlləndirici “amerikasayağı dağlıqlar”ın gözlənilməz döngələrini, sərt yoxuşlarını və ölümcül enişlərini təmsil edirdi. Bir saat davam edən ötüşmə çox sərt keçirdi, lakin Qrey ikinci yarışçıdan geri qalmağı heç ağlına gətirmirdi.

Növbəti döngəyə keçəndə hədəf sürətini azaltdı və motosikllər arasındakı məsafə qısaldı. Qrey isə tormozlamadı.

Bəlkə bu, ehtiyatsızlıq idi, ancaq o, öz “Yamaha”sının imkanını bilirdi. Motosikl Qreydə olandan bəri, o, həmişə

“METİPPİ” mühəndislərinə müraciət edirdi, onlar da konstruksiyaya yeni təkmilləşmələr əlavə edirdilər.

Onlar Qreyə borclu idilər.

Qreyin xidmət etdiyi “Siqma” dəstəsi METİPPİ-nin güc bölməsini təmsil edirdi. Bu bölmə keçmiş xüsusi təyinat 30

qoşunu döyüşçülərindən ibarət idi. Onlar operativ işlər təc-rübəsilə yanaşı həmçinin elmin bu və ya digər sahəsində də

ciddi biliklərə malik idilər. Motosiklin təkmilləşmələrindən biri dəbilqəyə yerləşdirilmiş displey idi. Dəbilqə üzlüyünün solunda cihazların göstəriciləri işıqlanırdı: sürət, dövrlərin tezliyi, yağın dərəcəsi. Sağ hissəsində naviqasiya xəritəsi, həmçinin hazırkı yol şəraitinə uyğun optimal ötürücü və sürət haqda təkliflər göstərilirdi.

Qrey gözucu gördü ki, taksometr qırmızı zonaya keçdi.

Sağda naviqasiya matrisası həyəcanla yanıb-sönməyə başladı.

O, döngəyə çox sürətlə girirdi.

Bu xəbərdarlığa fikir verməyərək Qrey sürət dəstəyini döndərməyə davam edirdi.

İki motosikl arasındakı məsafə daha da qısaldı.

İndi, hər ikisinin döngəyə girdiyi zaman onları bir-birindən 30 yarddan çox olmayan məsafə ayırırdı.

Birinci yarışçı uğultu ilə dönərək motosikli yana əydi. Bir müddətdən sonra bu manevri Qrey təkrar etdi. O, döngənin kənarına daha da yaxınlaşmaq hesabına bir neçə yard qazanmağa çalışdı və fasiləsiz mərkəzi nişan xəttini keçib qarşı yola çıxdı. Xoşbəxtlikdən belə erkən saatda qarşı yolda maşın yox idi.

Təəssüf ki, bunu vəhşi heyvanlar haqda demək olmazdı.

Düz döngə qurtaran yerdə, yolun kənarında dişi ayı, yanında da balası oturmuşdu.

Hər ikisi burnunu “Mc Donalds” paketinə soxmuşdu. Birinci motosikl yandan ötüb keçdi. Gurultu və tez ötüb keçən kölgə heyvanları qorxutdu: dişi ayı arxa pəncələri üstə qalxdı, bala isə instinktə uyğun düz yola qaçdı.

Qrey onu yanlayıb keçməyə imkan tapmadı. Seçimi olmadığından o, motosikli yerlə sürünməyə buraxaraq, cəld 31

tormoza basdı. Təkərlər qara tüstülənən iz qoyaraq asfaltla sürüşdü. Yolun digər kənarındakı yumşaq giltorpağa çatanda Qrey motosikli buraxdı və ayaqları ilə ondan geri itələndi.

İnersiya qanunu onu kürəyi üstə yerə tökülmüş yaş

yarpaqların üzərilə iyirmi futadək sürüklədi. Arxada isə motosikl bərkdən palıd ağacına dəydi.

Nəhayət yaş arxda dayanan Qrey geri çevrildi. O, meşəyə

qaçan ayının kürəyini gördü. Ayı balası da onun arxasınca qaçırdı. Görünür, bu günlük hamburger onlara bəs edərdi.

Yenə səs eşidildi: tam sürətlə yaxınlaşan motosikl uğultusu.

Qrey yerdə oturdu. Yolla bir qədər irəli gedən birinci yarışçı döndü və indi geri qayıdırdı.

“Ah, lap əladır…”

Qrey qaytanı açaraq dəbilqəni başından çıxardı.

İkinci yarışçı ona yaxınlaşdı və ön təkər üstə qalxaraq, birdən tormoz verdi. Yarışçı alçaqboylu, dolubədənli və əzələli idi, lap bulteryer kimi. Motosikli dayanan kimi o da dəbilqə

sini çıxararaq qırxılmış başını açdı. Yarışçı qaş-qabağını tökərək Qreyə baxdı.

− Sən salamatsan?

Bu yarışçı “Siqma”nın operativ işçisi və Qreyin ən yaxşı dostu Monk Kokkalis idi. Onun daş cizgili sifətində narahatçılıq və təlaş əks olunmuşdu.

− Hər şey qaydasındadır. Yolda ayıya rast gələcəyimi heç gözləmirdim.

− Bunu kim təsəvvür edə bilərdi? – Monk gülümsəyərək, uzunboğaz çəkməsilə ayaqaltını qatladı və motosikldən düşdü. – Amma sən heç ümid etmə ki, bu, sənə bizim mərcdən yayınmağa imkan verəcək. Təbii əngəllər barədə

şərtdə heç nə deyilməmişdi. Deməli, konfrans bitdikdən sonra 32

məni şama dəvət edəcəksən. Göl kənarında restoran, bifşteks və orda olan ən tünd porter.

− Yaxşı, amma mən əvəzini çıxmalıyam. Sən düzgün olmayan üstünlükdən istifadə etdin.

− Üstünlükdən? Mən? − Bir əlindən əlcəyi çıxaran Monk süni biləyini göstərdi. − Mənim əlim yoxdur. Eləcə də

yaddaşımın xeyli hissəsi. Mən artıq bir ildir ki, xidmətə

yararsız hesab olunuram. Bu da mənimçün üstünlük!

Bununla belə gülümsəməyinə ara verməyən Monk METİPPİ mühəndislərinin yaratdığı protez əli uzatdı. Qrey, soyuq plastmass barmaqların onu necə bərk sıxdığını hiss edərək, süni əli tutdu. Bu barmaqlar asanlıqla qoz sındıra bilərdi.

Monk dartıb dostunu ayağa qaldırdı.