реклама
Бургер менюБургер меню

Болеслав Прус – Keçmişdən gələn səslər (страница 14)

18

– Sakit! Dinləyin!

– Nə olub? Ikinci dəfəmi xütbə dinləyəcəyik? – oğlanlardan biri söz atdı.

– Görünür, uzun müddət oturmaqdan Qjibin ayaqları tutulub, onları açmaq istətib!

– Orda sakit, oğlanlar! – deyə Qjibin qonşuları qışqırdılar.

– Qardaşlar! – Qjib belə başladı. – Burda hamı özümüzünküdür… özümüzünkü olmayanlar da var, ancaq bu, dərd deyil. Meşə barəsində Müqəddəs Yan günü üçün panla müqavilə bağlamaq lazım olduğunu özümüzünkülərə xatırladıram. Bu iş barəsində hər kəsin öz fikri var: biriləri razıdır, digərləri yox. Qardaşlar, hamımızın mehribanlıqla nə isə eyni bir şeyə qərar verməkdən və arxasında dayanmaqdan ötrü sizə müraciət edirəm.

– Imzalamamalı! Imzalamamalı! – deyə arvadının güclə qapıya dartdığı Matsek qışqırdı.

Meyxana qəhqəhədən uğuldadı.

– Nəyə gülürsünüz – deyə Matsek soruşdu. – Axı hər dəfə hansısa kağızı imzalayanda ya məktəbə, ya da nahiyəyə pul ödəməli olurduq…

– Gəl sərxoşa qandır! – deyə kimsə söz atdı.

– Heç də sərxoş deyiləm! – Matsek arvadını itələyərək, incidi.

Qjib davam etdi:

– Kirvə Matsey, əlbəttə, bir az o söz… keflidir, amma ağıllı söz dedi. Mən də sizə məsləhət görürəm: imzalamağa tələsməyin. Ən yaxşısı gözləməkdir. Kim gözləyə bilsə, həmişə daha çox götürəcək. Ağalar, beş il əvvəl panla razılaşmanı necə istədiyinizi xatırlayırsınızmı? Onda hər təsərrüfata bir morq xahiş edirdik, o isə vermirdi. Iki il sonra artıq hərəyə iki morq verirdi, indi isə üç verir…

– Axı kim üçə razılaşar! – deyə tənha səs eşidildi.

– Əgər dörd versə, güzəştə gedərik…

– Beş də azdır!

Meyxananın digər ucunda yeni natiq çıxış edirdi

– Adamlar! Mənə belə gəlir, Yuzef danışdığı iş deyil…

– Eləmi!

– Niyə iş deyil ki?

– Bax buna görə: əlimdə olan mənimdir, hələ əlimdə olmayansa mənim deyil!

Doğrudur, hər il bizə daha çox vəd edirlər, ancaq, ola bilsin, bir il sonra artıq üç morq da verməzlər – onu kim bilir? Indi pan güzəştə gedir, çünki ona meşəni satmaq lazımdır. Ancaq əgər meşə yanarsa? Yaxud pan bütün mülkü satmaq istəsə? Bəlkə yeni mülkədar meşəyə görə bizə bir morq da verməyəcək. Yuzefə “gözləyin!” demək asandır – onun, onsuz da, otuz morq torpağı var. Bizə isə adama cəmisi onu çatıb, uşaqlarımız da böyükdür, – evlənəcəklər, onlara nə ilə pay verək? Oğlumu meşəyə yarpaq yeməyəmi yola salacağam? Ona meşə deyil, torpaq və daxma lazımdır.

– Məgər siz üç əvəzinə dörd morq istəməzdiniz? – deyə Qjib soruşdu.

– Aydındır, istəyərdim, – deyə onun rəqibi razılaşdı.

– Əgər dörd istəyirsinizsə, gözləmək lazımdır.

– Adamlar, məni dinləyin! –gözləri ağrıyan kişinin arvadı çığırdı. – Imzalamayın!

– Bax sən! Arvadlar da elə!

– Ağzını yum, ifritə, sənin işin deyil!

– Bəs kimiin işidir? – qadın daha ucadan çığırdı.

– Axı səninki artıq ölüb, niyə ona görə burda boğazını yırtırsan?

– O çox şey anlayır! – arvad etiraz etdi. – Mənə qulaq asın, hamınızdan artıq ağlım var.

– Bax, gözləyin, kirvə, mənim Yuzikim məktəbdən qayıdacaq, onda siz ağlınızı onunla ölçərsiniz! –şəhərli kimi geyinmiş qadın sobanın arxasından səs verdi.

– Arvadlar, orda sakit! Onları vəba aparsın, cığıldaşdılar!

Daz Voytsex skamyanın üstünə çıxdı və qışqırdı:

– Nə qədər gec deyil, razılaşın! Hərənin öz torpaq parçası olacaq, ancaq indi mal-qaranızın özgə torpağında veyllənməsindən sizə fayda çoxdurmu? Öz zolağı olmaq daha yaxşıdır, nəinki…

– Allahdan qorxun, Voytsex! Axı ayağınızdakı mənim uzunboğazlarımdır!

– Necə yəni? – ətrafda soruşdular.

– Bir manat əvəzində girov qoymuşam, o isə onlarda gəzir!

– Ay simic!

– Faiz götürür, üstəlik də özgə uzunboğazlarında lovğalanmaq istəyir.

Pərt olmuş Voytsex skamyadan düşdü və yumruğu ilə hədələyərək, daxmadan çıxdı.

Iri boylu, hamıdan bir baş hündür kəndli olan Qayda ayağa qalxdı.

– Mən də sizə deyirəm – gözləyin! – o, yumruğunu masaya çırparaq, başladı. – Hələlik meşəyə haqqımız olarkən bizim üçün necə olduğunu bilirik, ancaq hər kəsə iki-üç artıq morq veriləndə necə olacağını bilmirik – onda müşəyə burun soxmağa cəsarət etmə…

– E, əgər imzalasaq, onsuz da, meçəyə yolumuzu qadağan etməyəcəklər, – mülkədarla müqavilə tərəfdarı etiraz etdi. – Əgər burda alman öz adamları ilə birlikdə zühur etsə, cədvəllə davranmağa və komanda verməyə başlayacaqlat: “Bu yolla get, onunla “olmaz”, – bax, onda biz əliboş qalacağıq!

– Eybi yox, almanın da qollarını qısaldarıq, – Qayda belə dedi.

– Oy, qısaltmayın, yox! – yad kənddən olan kəndli hay verdi. – Bax, bizim yaxınlığımızda alman peyda oldu, dərhal kağızlarda eşələnməyə, torpaqölçənlər gətirməyə başladı və kəndlilər mal-qaranın yarısını satmalı oldular. Onun alman meşəçisi Şimon Mazurkanı meşədə tutanda və Şimon onunla mübahisə edəndə, alman uzun müddət fikirləşməyərək, gülləni dovşana tutuzduran kimi, ona tutuzdurdu, beləcə, sonra tam üç ay Şimonun cəmdəyindən qırma çıxdı.

Şəhərlisayağı geyinmiş qadın meyxananın ortasına sıçradı.

– Adamlar! Özünüzə də, mənə, dula da acıyın! Mənim Yuzikimsiz heç nəyi həll etməyin. Gələn kimi sizə elə bir məsləhət verər ki, heyrətlənərsiz! Bax, belə oğlandır!

– Ey, sahiblər, yaxşısı budur, öz panınızla razılaşın, yoxsa o, şvabı sizin boynunuza əyləşdirməsin! – Başqa kənddən olan kəndli onları çəkindirdi.

– O özü polyak olsa da, şvabdan yaxşı deyil! – Qayda incikliklə etiraz etdi. Adam kimi geyinmir, həmişə əynində ağ, ya da hansısa damalı paltar var, arvadı da yalnız şvabca donquldanır. Onunla, ya onsuz – bizə eyni şeydir! Başqa panlarda kəndli xəstə olanda, heç olmasa, bəzən dərman alır, yaxud uşaqlara kitab bağışlayırlar. Bu kafir isə adamı pul qazanmağa da qoymur. Məni heç vaxt malikanəyə çağırmırlar – allaha şükür, başqalarını daşıyıram və çörək qazanıram, pana işləyənlər isə heç vaxt pul görmürlər…

– Yox, yox, o elə də pis deyil, daha pisi olur, – razılaşmanın tərəfdarlarından kimsə söhbətə qarışdı.

– O, istəsə də, kəndliyə heç bir ziyan vura bilməz, çünki heç vaxt malikanədə deyil…

– Yalandır! – Qayda acıqla onun sözünü kəsdi. – Onun əmrilə mənim otuz manata da ala bilməyəcəyin donuzumu güllələdilər. Keçən həftə isə qızı Aneltsya daxmama yaxınlaşmış və Maqdama lent bağışlamışdı, o, qızına elə hirsləndi ki, sanki bu, lent deyil, bütöv bir mülkdür… Eh! – yerinə əyləşərək, artıq yarımsəslə bitirdi, – onun uşaqlarına yazığım gəlir, xüsusən qızına, yoxsa ona göstərərdim!

Piştaxtanın arxasındakı qapıdan Şmul göründü və təbəssümlə hər tərəfə təzim etdi.

Qjib ona müraciət etdi:

– Bəs siz nə deyirsiniz, Şmul, – mülkədarla kağızı imzalayaq, ya yox?

– Artıq, sahiblər necə istəyirlərsə, – icarəçi diplomatik cavab verdi.

– Sizcə, kim haqlıdır, – mən, yoxsa indi imzalamaq istəyənlər?

– Siz də, Yuzef, haqlısız, onlar da haqlıdırlar. Hər kəs ona sərfəli olan kimi edir.

– Bəs siz imzalayardınız?

– Siz nə fikirləşirsiniz, Yuzef, imzalamaq mənim üçün yenilikdirmi? Oho, gündə neçə dəfə hər cür kağızları imzalayıram!

– Bilirik. Imzalamağa razılaşardınızmı ki, üç morqa görə…

– Hansı üç? Dörd! – ətrafda səsləndilər.

– Dördü də azdır!

– Sizə elə gəlir, dörd morq hədsiz azdır, – Şmul belə dedi, – mülkədar üçün isə bunun hədsiz çox olduğu kimi gəlir. Hər kəs ona sərfəli olanı istəyir.

– Deməli, imzalayardınızmı? – amansız Qjib ondan söz almaq istəyirdi.