реклама
Бургер менюБургер меню

Алиага Вахид – Mənə naz et (страница 8)

18
Yarım bilir, eşqində nə dərdi-sərim olsa.

«Yar əgər mehrü vəfanı düşünən yar olsa…»

Yar əgər mehrü vəfanı düşünən yar olsa, Qəm deyildir, bütün aləm bizə əğyar olsa. Əhli-dil zövqü səfanı ləbi-canandan alır, Zülmdür aşiqə, cananı dilazar olsa. Var nə qəm, gözlərinin xəstəsinə yoxdur əlac, Ləblərin çarə edər, hər necə bimar olsa. Zülfü, xalı o məhin göz yaşım eylər rövşən, Gecə aydınlıq olar, sabitü səyyar olsa. Yar əgər aşiqə qəmxarlıq etməzsə, nə qəm, Qəm odur, özgəyə məşuqəsi qəmxar olsa! Gözlərin şövq ilə qan tökməyə çox rağibdir, Məstdir, bunca xəta eyləməz, huşyar olsa. Var ümidim mənə, Vahid, daha zülm eyləməyə Hali-zarımdan o məhparə xəbərdar olsa.

«Zülfünə mişki-xəta söylədi dil, qıldı xəta…»

Zülfünə mişki-xəta söylədi dil, qıldı xəta, Zülfünün bir telinə müşk ola bilməzdi bəha. Dili-pürxunimə min yarə vurub qəmzən oxu, Ney kimi cismimə vurduqca edər ahü nəva. Dönə-dönə ürəyim qan olu gördükdə ləbin, Ləli-nabindən alıb baqidə gül zövqü səfa. Taği-qaşın kimi xəm oldu qəddim gördükdə, Səcdə etdikdə o xəm qaşına, ey mahliqa! Zülf tək incəlib hicrində bu nazik bədənim, Var ümidim, yetirə vəslə məni badi-səba. Səri-kuyində gədalıqda qəbul eylə məni, Kim ki şah olsa, nigarım, ona lazımdı gəda. Müttəsil Vahidə cövr eyləmək olmuş karın, Bəsdi bu zülmü əziyyət, bu qədər cövrü cəfa.

«Gün cəmalin görsə, cana, məh yəqin eylər həya…»

Gün cəmalin görsə, cana, məh yəqin eylər həya, Əxz edər çünki məhü xurşid ruyindən ziya. Sən Məsiha nitqsən, əhya edərsən mürdələr, Kim, nədir İsa sənə həmtaliq etsin, dilbəra! Zülfünü çək bir kənarə səfheyi-ruxsaridən, Aşiqə məşuqəsi eylərmi bu qədri cəfa? Bənd olubdur mürği-dil zənciri-dami zülfünə, Bir tərəhhüm qıl mənə, gəl, ey büti-möcüznüma. Çox sənintək nazəninlər naz edibdir aşiqə, Gəlcəyin xətt ruyinə çəkmişlər xiclət bərməla. Dilbəra, incitmə, bəsdir, bu dili-sədparəni, Sən təbibi-rəhmdilsən, eylə dərdimə dəva. Vahida, etmə təmənna bivəfa məşuqədən, Xubrulər bivəfadır, bivəfadır, bivəfa.

«Sən də, ey şair, əcəb dəmlər keçirdin əvvəla…»

Sən də, ey şair, əcəb dəmlər keçirdin əvvəla, Mey içib meyxanənin babində çəkdin əssəla. Çox dolular nuş edib, çox camlar sındırmısan, Neyli-meyli bəzmlərdə qaldı səndən xoş nəva. Şişələr yox, boçkalar azlıq edirdi keyfinə, Bəhrü ümmanı çəkirdin başına həm basəfa. Çeşm məxmur, ləb püratəş, sinə suzan, səs bülənd, Küçələr dolmuşdu şövqünlə sənin, ey bivəfa. İndi noldu tövbəkar oldun füsuni-zövqdən, Çıxmısan imanü-dindən, kafər, oldun biriya? Kim şərab içməz, ərəq tökməz və sındırmazsa cam, Kəbeyi-ömr içrə yoxdur ona bir cayi-rəha. Bəxti gör, bir misrainda min qədəh tənnan ikən, Bu əcəbdir ki, özün oldun qədəhlərdən cüda. Təneyi-zahid səni qılmış İraq meyxanədən, Ol keçən əyyami-işrətə ömür vahəsrəta. Öylə bir əlhadə düşdün ki, daha piri-muğan Yovmi-məhşərdə sənə etməz şərarət, Vahida!