реклама
Бургер менюБургер меню

Алиага Вахид – Mənə naz et (страница 5)

18
Təki canan ilə bir yerdə günüm xoş keçsin, Arizu eyləmərəm bağü gülüstanım ola. Qıymayan canını aşiq deyil öz yarı üçün, Mən fəda eyləyərəm yarıma min canım ola. Gündə yüz yol edərəm canımı qurban o gülə, O da bir yol dolanıb başıma qurbanım ola. Bu pəriçöhrələrin bircə gözəllikləri var, Sevmərəm heç birin, əldə əgər imkanım ola. Neyləyim könlümə, bir qoymadı asudə məni, Görüm, ey kaş ki, viran dili-suzanım ola. Vahid, hər şuxə inandımsa, vəfasız çıxdı, Bu gözəllərlə mənim həşrdə divanım ola.

«Yüzlərcə xəlq içində əgər əhli-naz ola…»

Yüzlərcə xəlq içində əgər əhli-naz ola, Mümkün deyil ki, sən kimi bir sərvnaz ola. Bülbül gülün sevir, səni mən, tuti şəkkəri, Eşq əhli bir şeyə gərək, əlbəttə, baz ola. Əsl gözəlliyin iki şeydir nişanəsi: Zülfü qara, sineyi-safi bəyaz ola. Aşiq gərək düşüb qədəmi-yarə yalvara, Aşiqlər içrə bəlkə o bir sərfəraz ola. Bülbül həmişə öz gülünə arizu çəkər, Vay onda, xardan buna da etiraz ola. Yar inciyib küsəndə onun başqa zövqü var, Hərdənbir ortalıqda gərək ərk-naz ola! Dünyaya gəlməyib elə bir nazənin gözəl, Dərd əhlinə təsəlli verə, dilnəvaz ola. Sultani-aləm olsa da Vahid zəmanədə, Əvvəl gərək əsiri-kamali-Əyaz ola.

«Bir səbəb yox, demə, rüsvayi-cahan olmağıma…»

Bir səbəb yox, demə, rüsvayi-cahan olmağıma, Qönçə ağzın kimi xəlq içrə nihan olmağıma. Məni, səd heyf, qocaltdı bu gözəllər sitəmi, Yoxdur ümmid dəxi bir də cavan olmağıma. Qamətin cilvəsi çeşmimdə gəzər, vəchi odur, Çeşmətək hər yana, ey sərv, rəvan olmağıma. Mumiyanın həvəsi, qönçə dəhanın fikri Səbəb oldu belə binamü nişan olmağıma. İntizarəm ki, verəm canımı görcək üzünü, Nola, ey gül, bir əlac et nigaran olmağıma! Ey Müniri2 ! Yanıram eşq oduna, Azərə3 de, Azər olsa, yanacaq şöləfəşan olmağıma. Vahidəm, dərdü qəmi-qürbətə tabım yoxdur, Var ümidim yenə ölkəmdə əyan olmağıma.

«Könül, vəfasız olan nazlı yarə yalvarma…»

Könül, vəfasız olan nazlı yarə yalvarma, Nə etibar ona, bietibarə yalvarma! Darıxma, yaxşı-yaman ruzigarımız keçəcək, Bu beş gün ömrə görə ruzigarə yalvarma! Sənin də bir gün olar novbaharın, ey bülbül, Bu zövqsüz, bu səfasız baharə yalvarma. Fəqirə, acizə, məzlumə ehtiram eylə, Əduyə, qaniçənə, zülmkarə yalvarma! Vətən yolunda ölüm mərd üçün səadətdir, Həyat üçün fələki-kəcmədarə yalvarma! Müxalif əhlinə baş əymə, sən də Mənsur ol, “Həqiqət” üstə çəkilsən də darə, yalvarma! Nə oldu dövləti-Cəmşid, mülki-İsgəndər? Nə tacidarə, nə bir şəhriyarə yalvarma! Əgər həyatını, Vahid, xoş etmək istərsən, Nə gül cəfasını çək, nə də xarə yalvarma!

«Demə, ey gül, ölərəm, getmə gözümdən o yana…»

Demə, ey gül, ölərəm, getmə gözümdən o yana, Gərək aşiq dözüb hər cövrünə yarın, dayana. Aləmi-eşqdə qanuni-məhəbbət belədir: