18+
реклама
18+
Бургер менюБургер меню

Алиага Вахид – Mənə naz et (страница 16)

18

«Günəşlə bəhs edirəm mən bu gül cəmalım ilə…»

Günəşlə bəhs edirəm mən bu gül cəmalım ilə, Necə bərabər olur ay iki hilalım ilə? Mən istəsəm, salaram əhli-eşqi zəncirə Kəmənd zülflərində, xəyali-xalım ilə. Bir ay səfayi-vüsalimdən istifadə edən, Yüz il də ömr eləsə, fəxr edər vüsalım ilə. Nəzakət əhli bilər, var nə şivələr məndə, Əsirdir mənə aləm bu xoş xisalım ilə. Məni təbiət əzəl gündən nazənin yaradıb Ki, layiqəm bu qədər şənə öz kəmalım ilə. Məni sevən gərək eşqimdə min bəla çəksin, Keçirdə xoş gününü möhnətü məlalım ilə. O bağiban mənə layiqdir, əhli-dərd olsun Ki, bəsləsin məni tər qönçətək bu halım ilə. Mənim də dərdimi, Vahid, deyərsən ol şuxə, Nədənsə, mən bacara bilmədim o zalım ilə.

«Ürəkdən eyləmişəm mən bu əhdi tarım ilə…»

Ürəkdən eyləmişəm mən bu əhdi tarım ilə, Günüm keçəydi həmişə o nazlı yarım ilə. Vəfalı bülbülüyəm bir gülüzlü cananın, İnanmışam ona öz doğru etibarım ilə. Şərəflə ömr keçirmək böyük səadətdir, Fədasıyam bu yolun mən öz ixtiyarım ilə. Həmişə xoş keçəcəkdir həyatımız, günümüz, Bir olsa hər sözümüz nazənin nigarım ilə. Vətən oğulları nəslilə iftixar eylər, Olur ki, fəxr edərəm mən də yadigarım ilə. Behişti görməmişəm, arizu da eyləmirəm, Vətəndə keçsə günüm yari-gülüzarım ilə. Məhəbbət əhlinə, Vahid, çalış, yaxın gəlmə Ki, qorxuram, yana qəlbin bu ahü zarım ilə.

«Keçsəydi xoş günüm əgər ol gülüzar ilə…»

Keçsəydi xoş günüm əgər ol gülüzar ilə, Əğyarə minnət etməz idim ahü zar ilə. Mən ol səfa ki, arizi-cananda görmüşəm, Hərgiz dəyişmərəm onu yüz min bahar ilə. Bilməz vüsal qədrini hər aşiqəm deyən, Ta yanmayınca dərdü qəmü intizar ilə. Məşuqə aşiqilə tanınmışdır aləmə, Qiymətlənir qaş ilə üzük, zər əyar ilə. Cananə öz dilimlə dedim, aşiqəm sənə, Zövqüm səninlədir, nə işim var kənar ilə. Divanəyəmmi mən, yenə zəncirə bağlanam? Salmış kəməndə eşq məni zülfi-yar ilə. Kuyi-nigarə layiqi yoxdur hər aşiqin, Mən tapmışam bu Kəbəyə yol etibar ilə. Eşq əhlini təbiət özü imtahan edib, Məcnunu dərdi-hicr ilə, Mənsuru dar ilə. Aləm bizim diyarımızın həsrətin çəkir, Biz mehribanlıq eyləyirik hər diyar ilə. Ahu baxışlı Azərbaycan gözəlləri Bir bax, çəməndə seyr eləyirlər qatar ilə. Vahid, bu şeri Təbrizə göndərmək istərəm, Qismət olaydı, bir görüşək Şəhriyar7 ilə.

«Görsəm, ey gül, ölərəm bir də səni xar ilə…»

Görsəm, ey gül, ölərəm bir də səni xar ilə, Əvvəl öldür məni, get sonra gəz əğyar ilə. Əhd qıldın ki, vəfasızlığı tərk eyləyəsən, Varsan, əhsən sənə öz etdiyin iqrar ilə. Sünbüli-zülfünə çoxdan vurulub badi-səba, Gecə-gündüz keçirir ömrünü gülzar ilə. Tapmamışdır hələ bülbül sənə bənzər bir gül, Bağdən-bağə gəzir dideyi-xunbar ilə. Qamətin sərvi, gözün nərgizi gözdən saldı,